Ana səhifə »  Müəlliflər »  Yeni siyasi konfiqurasiya: siyasi partiyalar müasir çağırışlara cavab verə bilirmi?
A+   Yenilə  A-
Yeni siyasi konfiqurasiya: siyasi partiyalar müasir çağırışlara cavab verə bilirmi?
Yazdı: Pərviz Sadayoğlu

Bu mənada, ölkəmizdə mövcud olan müxalifət partiyalarının fəaliyyəti elə də ürəkaçan vəziyyətdə deyil
Fevralın 9-da keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər bir sıra özəllikləri ilə yadda qaldı. Belə ki, ölkəmizdə 2018-ci ildən başlanan geniş islahatların davamı olaraq yeni parlamentin formalaşdırılması prosesi həm də siyasi sistemdə yeni konfiqurasiyanın yaranmasına gətirib çıxardı. Vurğulayaq ki, Azərbaycan Prezidentinin altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışı kifayət qədər konseptual və tarixi oldu. Eləcə də, bu çıxışda irəli sürülən fikir və tezislər, qarşıya qoyulan vəzifələr ölkəmizin siyasi sistemində və ictimai münasibətlər sistemində yeni tarixi mərhələ yaradacaq keyfiyyət mərhələsinin başlanğıcı da hesab edilə bilər.
Bu məqamda qeyd olunmalıdır ki, siyasi sistemin formalaşmasında, inkişafında əsas komponent olaraq məhz siyasi partiyalar çıxış edir. Aparılan islahatlar kontekstində bu fəaliyyətin bütövlükdə siyasi sistemimizi tam əhatə edəcək qədər dərinləşməsini də proqnozlaşdırmaq olar. Bəs yeni siyasi konfiqurasiyadan danışdığımız məqamda siyasi sistemin əsas aktorları sayılan partiyalar bu yeniliyə hazırdırmı və ya onların fəaliyyəti yeni siyasi çağırışlara cavab verirmi?
Qeydiyyatdan keçmiş 55 siyasi partiyanın böyük qismi fəaliyyətsizdir və ya məhdud şəkildə fəaliyyət göstərir ki, bu da həmin təşkilatların informasiya resurslarına çıxışında bilavasitə özünü büruzə verir
Qeyd etmək lazımdır ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı vətəndaş cəmiyyəti institutlarının informasiya əldə etmək və yaymaq imkanlarını əsaslı şəkildə genişləndirib. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, siyasi partiyalar ənənəvi medianın imkanlarından yararlanmaqla yanaşı, artıq sosial şəbəkələrin təqdim etdiyi xidmətləri informasiya-təbliğat fəaliyyətinin həyata keçirilməsində prioritet istiqamət kimi müəyyənləşdirirlər. Daha doğrusu, öz elektoratına və ya tərəfdarlarına məhz sosial şəbəkələr vasitəsilə xitab edən, öz mövqeyini, fikir və ya təkliflərini internet resurslarında açıq müzakirəyə çıxaran partiyaların fəaliyyəti həm də bu kriteriyalar vasitəsilə təftiş olunur. Bu mənada, ölkəmizdə mövcud olan müxalifət partiyalarının fəaliyyəti elə də ürəkaçan vəziyyətdə deyil. Belə ki, Azərbaycan Respublikasında 55 siyasi partiya dövlət qeydiyyatına alınsa da, onların böyük qismi fəaliyyətsizdir və ya məhdud şəkildə fəaliyyət göstərir ki, bu da həmin təşkilatların informasiya resurslarına çıxışında bilavasitə özünü büruzə verir. Monitorinq nəticəsində müəyyən olunub ki, siyasi partiyalardan yalnız üçü - YAP, ADP və BAXCP mətbuat orqanına malikdirlər. 11 siyasi partiyanın internet saytı, 21-nin “Facebook” səhifəsi, 10-nun isə Youtube kanalı vardır. Bu isə onu deməyə əsas verir ki, müxalifət partiyaları öz iş prinsiplərini müasir reallıqlar əsasında qura bilmirlər. Hətta sosial şəbəkələrdə digərlərindən az da olsa “fərqlənən” siyasi partiyaların iş prinsipi də düzgün qurulmayıb.
Məsələn, AXCP işini əsasən “Facebook” sosial şəbəkəsində qurub və partiya funksionerlərinin hər birinin öz səhifəsi var. Partiya sədri Əli Kərimli gündəlik qaydada statuslar yazır, paylaşımlar edir, bir neçə “Youtube” kanalı ilə işləyir və müsahibələr verir. Partiyanın regional təşkilatları da cəlb olunmaqla yaradılmış “trol” şəbəkəsi Ə.Kərimlinin statuslarının paylaşılması, opponentlərə və hakimiyyətə qarşı “qara piar” kampaniyasının aparılması üçün istifadə olunur. Təbii ki, “fake” profillər üzərindən aparılan və yalnız hakimiyyətin fəaliyyətinin birmənalı şəkildə qaralanmasına xidmət göstərən bu fəaliyyət cəmiyyət tərəfindən qəbul edilmir. Bu şəxslər nəinki dəyərlərin təbliği, yeni fəaliyyət proqramları haqda danışmırlar, hətta bəzi məqamlarda dəyərlərin aşağılanması, milli maraqların tapdanması kimi qara “əməlləri” ilə də seçilirlər.
Müsavat Partiyasında da mənzərə yuxarıda qeyd edilənlərdən fərqlənmir. Burada da sosial şəbəkələrdə müvafiq iş qurulsa da, zəif təsir bağışlayır. Hətta bəzi məqamlarda radikal müxalifət sosial şəbəkələrdən bir-birilərinə qarşı açıq təhqir poliqonu kimi də istifadə edir ki, bu da cəmiyyətin onlara münasibətində əsaslı rol oynayır.
ADP daha çox təsir dairəsində olan saytlardan istifadə edir. Qeyd olunmalıdır ki, bu saytlar əsasən ayrı-ayrı məmurlar haqqında neqativ materiallar verir və üslublarına görə qeyri-ənənvi media təəssüratı bağışlayırlar.
Dövlət qeydiyyatı olmayan REAL hərəkatı isə sosial şəbəkələrdə kifayət qədər fəaldır, partiya sədri İlqar Məmmədovun və funksionerlərin çoxsaylı izləyiciləri olan FB səhifələri mövcuddur. BAXCP və VHP-nin öz media şəbəkəsi var, aparıcı resurslara çıxış imkanlarına malikdirlər, Ümid Partiyası isə bir sıra az nüfuzu olan saytlarla əməkdaşlıq əlaqələri qurub. Dövlət qeydiyyatı olmayan, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP də həm mətbuat orqanına və sayta malikdir, həm də sosial şəbəkələrdə fəal iş aparır. AMİP, DİP, KXCP, AVP, MDHP informasiya sahəsində nisbi fəallıq göstərirlər. Digər siyasi partiyalar informasiya-təbliğat və əks-təbliğat fəaliyyətini zəif qurublar və ya ümumiyyətlə, bu istiqamətdə heç bir iş görmürlər.
Ölkəmizdə fəaliyyət göstərən müxalif siyasi partiyaların əksəriyyəti ümummilli problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərəkətsizliyə “üstünlük” verməklə həm də siyasi partiya kimi üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər
Göründüyü kimi, mənzərə aydındır. Özünü partiya adlandıran, fəaliyyətini isə yalnız hakimiyyəti tənqid etməklə bitmiş sayan müxalif siyasi təşkilatlar siyasi sistemin zənginləşdirilməsinə heç bir töhfə verə bilmirlər. O mənada da ki, bu partiyalar nəinki cəmiyyətdə müsbət reputasiyaya malik deyillər, onlar heç bir mütərəqqi təklifləri ilə də yadda qala bilmirlər. Məsələn, ölkəmizdə fəaliyyət göstərən müxalif siyasi partiyaların əksəriyyəti ümummilli problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərəkətsizliyə “üstünlük” verməklə həm də siyasi partiya kimi üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. İndiyə qədər bu siyasi partiyaların hətta MDB məkanında Azərbaycan kimi işğala məruz qalmış ölkələrin müxalifət partiyaları ilə hər hansı bir görüşlərinə təsadüf edilməyib, bununla bağlı heç bir müzakirəsinə rast gəlinməyib. Belə demək mümkündürsə, müxalifət partiyalarının mütləq əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı adi maarifləndirmə işinə belə töhfə verə bilməyiblər. Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişə ilə bağlı fikirlərinə belə heç bir reaksiya verməyən bu siyasi təşkilatların yeni siyasi konfiqurasiyada hansısa mövqeni tuta biləcəkləri böyük sual doğurur. Qeyd edək ki, özünün dağıdıcı təfəkküründən əl çəkməyən radikal müxalifət partiyaları məhz yeni çağırışlara cavab vermədiyinə, eləcə də milli mənafe məsələsində fərqli mövqe tutduğuna görə yeni islahatlarla ayaqlaşa və xalqın etimadını da qazana bilmir.

 
  • Oxunub:  1620  |  
  • Tarix:  17-03-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

06 Aprel 14:30
Dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir
06 Aprel 14:24
YAP Gəncə şəhər təşkilatının yardım aksiyaları mütəmadi xarakter alıb
06 Aprel 14:13
Yeni növ koronavirus infeksiyasına yoluxanların sayı hansı səbəbdən artır?
06 Aprel 12:43
Siyasi ekspert: Azərbaycan dövləti koronavirusla mübarizədə üzərinə düşən bütün vəzifələri yerinə yetirir
06 Aprel 11:56
Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib
06 Aprel 11:32
Masazır-Novxanı yolunun 2,5 kilometrlik hissəsi yenidən qurulur
06 Aprel 11:29
Təhsil Nazirliyinin psixoloji dəstək üçün 146-3 “Qaynar xətt”i istifadəyə verilib
05 Aprel 21:09
Salyanda tibbi maska istehsal olunur
05 Aprel 20:46
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05 Aprel 17:36
Deputat: Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək
05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +17
gecə+6 +8