Ana səhifə »  Müəlliflər »  Paşinyanın referenduma getməsi öz oliqarxiyasını formalaşdırmaq və “fürer sistemi” yaratmaq məqsədi daşıyır
A+   Yenilə  A-
Paşinyanın referenduma getməsi öz oliqarxiyasını formalaşdırmaq və “fürer sistemi” yaratmaq məqsədi daşıyır
Yazdı: Qaşqay ZİYƏDDİNOĞLU

Baş nazirin öz planlarını həyata keçirmək niyyətinə prezidentin dərhal “yol açması” Ermənistan cəmiyyətində böyük narazılıq yaradıb
Ermənistanda mövcud hakimiyyətin plan və məqsədləri qarşısında əsas maneəyə çevrilən Konstitusiya Məhkəməsinin (KM) sədri Hrayr Tovmasyanın istefasına nail ola bilməyən Nikol Paşinyan hökuməti parlamentdəki çoxluqdan istifadə edərək konstitusiyaya dəyişiklik layihəsini referenduma çıxarmaq qərarına gəlib. Ermənistan parlamentinin konstitusiyanın 213-cü maddəsinə dəyişiklik edilməsi məsələsinin referenduma çıxarılması haqqında qərarını fevralın 9-da prezident Armen Sarkisyanın təsdiq etməsi və 5 aprel 2020-ci il tarixinə konstitusiya dəyişiklikləri ilə bağlı referendum təyin etməsi ölkədəki mövcud siyasi dairələr, hüquqşünaslar və cəmiyyətdəki digər təbəqələr tərəfindən birmənalı qarşılanmayıb. Ermənistan prezidentinin konstitusiyaya dəyişiklik layihəsini dəyərləndirilməsi üçün Konstitusiya Məhkəməsinə göndərmək hüququna malik olsa da, bu addımı atmaması sərt tənqid edilir.
“Aysor.am” saytının yazdığına görə, “İşıqlı Ermənistan” fraksiyasının deputatı Taron Simonyan ölkə prezidentini öz hərəkətinə münasibət bildirməyə çağırıb: “Əlbəttə ki, Ermənistan konstitusiyası ona Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı verir, lakin prezident bu seçimi etmədi”. Müxalif fraksiyanın “Xeyr” qərargahına başçılıq edib-etməyəcəyinə dair suala aydınlıq gətirən T.Simonyan qeyd edib ki, bu günə qədər yalnız fikir mübadiləsi aparılıb.
“News.am” saytı isə yazır ki, Konstitusiya dəyişiklikləri ilə bağlı “Bəli” qərargahına Ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan rəhbərlik edəcək. “Jamanak” qəzetində yer alan məlumata görə, vəkil Yervand Varosyan qeyd edib ki, N.Paşinyan əslində bu məhkəməni ləğv edib “öz adamlarını” oraya yerləşdirmək məqsədi güdür.
“Politekonomika” Tədqiqatlar İnstitutunun direktoru Andranik Tevanyan isə KM ətrafında baş verən hadisələrə və aprelin 5-nə təyin edilmiş referenduma toxunaraq bildirib ki, KM-in hazırkı tərkibi Paşinyan oliqarxiyasının formalaşması üçün bir vasitə ola bilmədi, buna görə də referenduma gedildi. Onun sözlərinə görə, N.Paşinyana “cib konstitusiya məhkəməsi” lazımdır: “Paşinyan üçün siyasi fəaliyyət “soyğunçuluğa qarşı mübarizə, sərvətin yoxsullara paylanması” kimi bolşeviksayağı şüarların arxasında gizlənərək ilkin kapitalın yığılması, əmlakın genişmiqyaslı şəkildə yenidən bölüşdürülməsi və biznesin mərkəzləşdirilməsi üçün lazımdır”.
A.Tevanyan deyib ki, əmlakın müsadirə edilməsi, bank sirrinin ləğvi və digər bu kimi qanun layihələri Paşinyanın iqtisadi və siyasi oliqarxiyasının formalaşdırılması məqsədini güdür: “Bu plan həyata keçirilsə, böyük sahibkarlardan tutmuş sıravi Poqosa qədər hamı əziyyət çəkəcək”.
Onun sözlərinə görə, N.Paşinyan pulu tamamilə ələ keçirmək, və öz oliqarxik hakimiyyətini “qanuniləşdirmək” istəyir: “Mövcud KM-in tərkibi obyektiv və subyektiv səbəblərdən Paşinyan oliqarxiyasının formalaşdırılması üçün bir vasitə ola bilməz. Buna görə də o, referenduma getdi”.
Onun iddiasına görə, bununla da Nikol Paşinyan əslində mütləq hakimiyyət əldə edəcək və “fürer sistemi” yaradacaq.
“Yerevan.Today” isə xəbər verir ki, Vəkillər palatasının sədri Ara Zöhrabyan prezidentin referendumun keçirilməsi barədə qərar imzalamasına münasibət bildirərkən deyib ki, bu proses problemlər üzərində qurulub və referendumun nəticələri ilə bağlı mübahisə yaranarsa, Konstitusiya Məhkəməsi indiki tərkibdə bu məsələyə yenidən baxmalıdır: “Yox əgər tamamilə yeni konstitusiya qəbul olunarsa, bu halda KM-in rəyini almağa ehtiyac yoxdur”.
O, həmçinin qeyd edib ki, hökumətin bir maddəni dəyişdirmək üçün referenduma dövlətin kifayət qədər böyük məbləğdə pulunu xərcləməsinə ehtiyac yox idi.
Xatırladaq ki, Konstitusiya islahatları ilə bağlı referendumun təşkili, əvvəlki seçkilərdə olduğu kimi, təxminən 2,5-2,7 milyard drama başa gələcək. “News.am” saytının yazdığına görə, bu haqda fevralın 11-də jurnalistlərə açıqlamasında Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan deyib.
Sonda bir daha qeyd edək ki, referendumla bağlı Ermənistan prezidenti A.Sarkisyana qarşı tənqidlərin həddi-hüdudu yoxdur. Erməni mətbuatı prezidentin qeyri-təbii tələskənlik nümayiş etdirərək konstitusiyaya dəyişikliklərlə bağlı referendumun vaxtını təyin etməsini “özünüməhv” kimi qiymətləndirir. Təbii ki, A.Sarkisyanın bu addımını sensasiya adlandırmaq olmaz, çünki bir sıra KİV nümayəndələri ilə görüşü ərəfəsində prezident əslində öz imzasının əhəmiyyətini qiymətləndirmədən N.Paşinyanın oyun qaydalarına qarşı çıxmayacağını açıqlamışdı. Erməni mediası, həmçinin bu məsələdə onun mövqeyinin sırf şəxsi maraqlara əsaslandığı və baş nazirlə münasibətlərini mürəkkəbləşdirməmək üçün bu yola getdiyini yazır. Amma A.Sarkisyanın şəxsi maraqlar baxımından olsa da, siyasi hakimiyyətin qanunsuz olaraq hazırlanmış və həyata keçirilən referenduma dərhal “yol açması” Ermənistan cəmiyyətində böyük narazılıq yaradıb.

 
  • Oxunub:  4050  |  
  • Tarix:  12-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA