Ermənistanın mövcud hökuməti iflas astanasındadır
14.01.2020 [09:21]
Qaşqay ZİYƏDDİNOĞLU
Yaxud Nikol Paşinyana qarşı formalaşan qruplaşma üzvləri arasında kriminal avtoritet, eks-prezidentin kürəkəni və KİV rəhbərlərinin olduğu iddia edilir
Son dövrlərdə eks-baş nazir Serj Sarkisyanın və həbsdə olan keçmiş prezident Robert Koçaryanın tərəfdarlarının fəallaşması, bunların fonunda isə Nikol Paşinyan hakimiyyətinin tamamilə nüfuzdan düşməsi Ermənistanda 2020-ci il üçün bədbin proqnozların səslənməsinə gətirib çıxarıb. Erməni ekspertlərin fikirlərinə görə, hökumətdə baş verən son istefalar və Nikol Paşinyanın son çıxışları onu daha da gülünc vəziyyətə salıb. Belə ki, opponentləri və digər siyasi müşahidəçilər N.Paşinyanın fəaliyyətinə, sadəcə olaraq, istehza ilə yanaşırlar.
N.Paşinyan hakimiyyətini daha çətin vəziyyətə salan isə son günlər baş verən istefalar və korrupsiyaya qarşı həyata keçirilən əməliyyatlar çərçivəsindəki həbslər olub. Məlumat üçün bildirək ki, N.Paşinyanın onsuz da monolit olmayan və daha çox “hibrid” adlandırılan komandasının bəzi üzvlərinin istefası, digərlərinin isə rüşvət qalmaqalında adlarının hallanması cəmiyyətdə böyük rezonans doğurub.
Məlumatlara əsasən, baş nazirin mətbuat xidmətinin rəhbəri V.Karapetyanın, Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini L.Arakelyanın istefası, Təhlükəsizlik Xidməti (TX) əməkdaşları tərəfindən Dövlət Gəlirləri Komitəsinin (DGK) vəzifəli şəxslərinin külli miqdarda rüşvət aldıqlarına görə həbsi bu qəbildəndir. “News.am” saytının yazdığına görə, DGK-da sahibkarlardan 50.000 dram rüşvət tələb edənlər cinayət məsuliyyətinə cəlb ediliblər.
Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, Təftiş orqanlarının əlaqələndirilməsi ofisinin keçmiş rəhbəri Hayk Ayvazyan Ermənistanın baş naziri N.Paşinyana qarşı apelyasiya şikayəti verib. “Facebook” səhifəsində yazdığı statusda isə o, N.Paşinyanı ölkəni köhnə zibildən təmizləmək əvəzinə ehtiyatlı davranaraq, yeni “zibil ölkəsi”nə çevirməkdə, cəsarətsizlikdə və məsuliyyətdən yayınmaqda günahlandırıb. Xatırladaq ki, həmin H.Ayvazyan 2019-cu ilin aprelin 1-də baş nazirin qərarı ilə Təftiş orqanlarının əlaqələndirilməsi ofisinin rəhbəri vəzifəsindən azad edilib. Ayvazyanın sözlərinə görə, onun özü heç bir istefa məktubu yazmayıb.
Bu günlərdə “Tert.am” saytına müsahibə verən politoloq Stepan Danielyan da Ermənistanın daxili və xarici siyasətində buraxılan ciddi səhvlərdə baş naziri günahlandırıb və necə deyərlər, onu lağa qoyub. S.Danielyanın fikrincə, N.Paşinyanın sayəsində Ermənistandakı siyasi mükalimə çox aşağı səviyyəyə - məişət səviyyəsinə enib. Hökumətin iclasında N.Paşinyanın yeni ildə hansı yeməkdən nə qədər hazırlamağı, Ermənistanda ən vacib məsələnin kafe və restoranlarda ayaqyolu probleminin olduğunu dilə gətirməsinin də baş nazirin “səviyyəsindən” qaynaqlandığını deyən politoloq tərəfdarlarının əksəriyyətinin də məhz Paşinyanın səviyyəsində olduğunu iddia edib.
Ermənistanın İran-ABŞ münasibətlərinin kəskinləşməsinə reaksiyasına gəlincə, S.Danielyan N.Paşinyanın İran və ABŞ arasında Ermənistanın vasitəçilik təklifinin “tragikomediya” olduğunu söyləyib. Politoloq deyib ki, ümumiyyətlə, Ermənistanın daxili və xarici siyasətindən danışmaq da faydasızdır. Çünki bu ölkədə daxili və xarici siyasət anlayışı yoxdur. Mövcud hökumətin siyasətinin səriştəsizlik və hədsiz populizmlə seçildiyini, beynəlxalq münasibətlər məsələsində də özünü gülünc vəziyyətə saldığını qeyd edən S.Danielyanın sözlərinə görə, artıq beynəlxalq tərəfdaşlar buna görə heç də təəccüblənmirlər, çünki Ermənistandakı mövcud hökumət haqqında müəyyən qənaətə malikdirlər və bir çox hallarda bu hökuməti ciddi qəbul etmirlər.
N.Paşinyan hakimiyyətinin çətin vəziyyətdə olduğunu göstərən növbəti qalmaqal isə onun həyat yoldaşının rəhbərlik etdiyi “Haykakan jamanak” qəzetində təhlükəsizlik xidmətinin sabiq rəhbəri Artur Vanetsyan haqqında ortaya atılan iddialarla bağlıdır. Qəzetdə gedən yazıda adı hallanan kriminal avtoritet Aram Vardanyan bəyanatla çıxış edərək onu siyasi oyunlara çəkməməyə çağırıb. Məsələ burasındadır ki, sözügedən yazıda A.Vanetsyanın tanınmış kriminal avtoritet A.Vardanyanın köməyi ilə erməni nəşrlərindən birinin “ixtisaslaşmış” baş redaktorunu Anna Hakopyan və Məryəm Paşinyan haqqında böhtan və yalan məlumat yaymaq üçün ələ aldığı iddia edilir. Baş nazirin qızı Məryəm də “facebook”da yazıb ki, vaxtilə N.Paşinyanın komandasında təmsil olunan A.Vanetsyan guya ailələrinə qarşı KİV-də kampaniya təşkil edib və bu işi hazırda da davam etdirir.
Erməni KİV-in yazdığına görə, hətta bu kampaniyanın təşkilində ona Ermənistanın sabiq prezidenti S.Sarkisyanın kürəkəni Mikael Minasyan və parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan fəal kömək edir. Kampaniyaya gəlincə, guya saxta “feyk” ordusunun köməyi ilə hakimiyyəti dəyişdirmək vəzifəsinin daxil olduğu uzunmüddətli planda baş nazirin gözdən salınması yer alır.
Beləliklə, bütün bu sadalananlar Paşinyanın yürütdüyü səriştəsiz siyasətin, ziddiyyətli çıxışlarının nəticəsi olmaqla yanaşı, mövcud hökumətin iflas astanasında olduğuna işarə edir. Daha dəqiq desək, bir çox müşahidəçilər bu gedişlə mövcud hakimiyyətin 2020-ci ildə iflasla üz-üzə qalacağı barədə bədbin proqnozlar verirlər.
Müəllifin digər məqalələri:
Ermənistanda xaos: ziddiyyətlər dərinləşir, etiraz aksiyaları genişlənir
Məlum olduğu kimi, məğlub Ermənistanda...
15.02.2021 [08:44]
Ekspertlərin fikrincə, sosial...
18.07.2020 [09:20]
Onlar əhali arasında dezinformasiya...
17.07.2020 [09:22]
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27