Ana səhifə »  Müəlliflər »  Nikol Paşinyan Serj Sarkisyanı niyə məhz indi həbs etdirmək istəyir?
A+   Yenilə  A-
Nikol Paşinyan Serj Sarkisyanı niyə məhz indi həbs etdirmək istəyir?
Yazdı: Qaşqay ZİYƏDDİNOĞLU

Yaxud keçmiş prezident S.Sarkisyana qarşı açılan cinayət işi və indiki baş nazirin yarıtmaz fəaliyyəti işğalçı dövlətdə hakimiyyətin cinayətkar və korrupsioner mahiyyətinin dəyişmədiyini ortaya qoyur
İlin sonuna yaxın yoxsulluq, işsizlik və qış fəsli olduğundan bir çox regionları qazsızlıqdan əziyyət çəkən Ermənistan əhalisində daha bir bədbinlik yaranır. Çünki az qala ilyarımdır hakimiyyətdə olan Nikol Paşinyan və onun təcrübəsiz komandası verdiyi heç bir vədə əməl etməyib. Baş nazir və onun yaxın ətrafı növbəti ilə eyni qayğılarla girməyə hazırlaşan Ermənistan cəmiyyətini əsas problemlərdən yayındırmaq üçün bu dəfə də Serj Sarkisyana qarşı iddialar irəli sürülməsinə şərait yaradıblar.
Halbuki, 10 il Ermənistanın prezidenti və ondan əvvəl isə bir sıra yüksək postlarda çalışan S.Sarkisyan çoxsaylı cinayətlərə ortaq olduğu halda, hakimiyyətdən getdikdən sonra əl-qolunu sallaya-sallaya gəzib. Məhz buna görə indiki halda birdən-birə S.Sarkisyanın cinayətkar elan edilməsi müəyyən suallar yaradır. Çünki dövlətin malını talaması ilə bağlı keçmiş hakimiyyətin cinayətlərinin şahidi olan vətəndaşlar və siyasi qüvvələr onun talan etdiyi dövlət əmlakının dəyərinin göstərildiyindən min dəfələrlə çox olduğunu bildirirlər.
Yeri gəlmişkən onu da qeyd edək ki, sabiq prezident S.Sarkisyan haqqında açılan cinayət işini siyasiləşdirməyə cəhdlər də olur. Eks-prezidentin opponentləri isə onun və ətrafının iqtisadi sahədən tutmuş hərbi sahəyə qədər bir çox cinayətin baiskarı kimi cəzalandırılmasını tələb edirlər.
Belə ki, məsələ gündəmə çıxdıqdan sonra əslində S.Sarkisyanın hakimiyyətinin sonunu gətirən 2016-cı il Aprel döyüşlərinin nəticələrini araşdıran təhqiqat komissiyanın fəaliyyəti də diqqət mərkəzinə gəlib. Hətta o vaxt prezident vəzifəsini icra edən bu şəxsin müvafiq parlament komissiyasında niyə indiyə qədər dindirilmədiyi barədə suallar meydana çıxır. “Aysor.am” saytının yazdığına görə, komissiyanın sədri, deputat Andranik Koçaryan komissiyaya verilən vaxtın uzadılması tələbi ilə çıxış edib. Deputatın sözlərinə görə, komissiya fəaliyyətinin daha 6 ay uzadılmasını xahiş edib.
Ekspertlərin fikrincə, Ermənistanda daxili vəziyyət S.Sarkisyanı komissiyaya dəvət etməyin məqsədəuyğunluğunu müəyyən edəcək. S.Sarkisyan üçün Aprel müharibəsi çərçivəsində danışmağın iqtisadi cinayət işi çərçivəsində dindirmədən asan, yoxsa çətin olacağını zaman göstərəcək. Belə ki, yuxarıda qeyd edildiyi kimi, sadə əhali S.Sarkisyanı hakimiyyəti dövründə törədilmiş çoxsaylı cinayət aktlarında ittiham etməyə çağırır. Onun əleyhdarları 25 ildən artıq müddətdə Ermənistanda hakimiyyətdə olan S.Sarkisyan və komandasının erməni xalqına qarşı cinayət törədən və hakimiyyəti qanunsuz ələ keçirən cinayətkar qrup kimi cəzalandırılmasını istəyir. Xatırladaq ki, Nikolun siyasi səhnəyə gətirdiyi faşist və terrorçu “Sasna Tsrer” partiyasının nümayəndəsi bu yaxınlarda S.Sarkisyanın partiyasını “siyasi qüvvə kimi təqdim olunan cinayətkar qrup, kriminal cinayətkarların birliyi” adlandırmışdı.
Bütün bunlar isə S.Sarkisyanın və ondan əvvəlki hakimiyyətin korrupsioner və cinayətkar mahiyyətini ortaya qoyur. Hərçənd ki, N.Paşinyan da dövlətin malını talamaqla öz ailəsinə zəngin həyat tərzi yaratmaqda ondan geri qalmır. Bu yaxınlarda onun xarici səfərə getmək üçün dünyanın heç bir ölkəsində görünməyən şəkildə bahalı təyyarə icarəyə götürməsi, müstəqillik günündə Gümrüdə dövlət büdcəsindən ayrılan pullar hesabına ailəsi ilə atəşfəşanlıq təşkil etməsi, qızı üçün dəbdəbəli ad günü keçirməsi barədə Ermənistan mətbuatında çoxsaylı məlumatlar yer alıb. Bu günlərdə isə opponentləri mətbuatda N.Paşinyanı keçmiş rəhbərlərdən geri qalmayaraq xarici borc almaqla büdcə kəsirini tamamlamağa çalışan Ermənistanın dövlət büdcəsindən Yeni ilin qeyd edilməsi üçün xeyli vəsait ayırmaqda ittiham ediblər.
Bundan əlavə, “Hraparak” qəzeti yazır ki, hökumətin növbəti iclasında ictimaiyyətə məlumat verilməyən məsələlər arasında ehtiyat fondunun hesabına 2019-cu ildə verilən “Xarici rəsmi səfərlər” üçün ayrılan məbləğin 95 milyon dram daha artırılması qərara alınıb. Əsaslandırma budur ki, ayrılan məbləğlər yetərli deyil. Halbuki 2019-cu il büdcəsində səfərlər üçün 350 milyon dram nəzərdə tutulsa da, bu məbləğ 530 milyon dram artırılaraq 880 milyon təşkil edib. Ancaq ilin sonuna qədər rəsmi ezamiyyətlər üçün bu məbləğ kifayət etmədiyi üçün hökumət daha 95 milyon dram əlavə etmək qərarına gəlib. Yəni dövlət büdcəsindən cəmiyyətdən gizlətməyə çalışdıqları səyahətlərə təxminən 2 milyon dollar xərclənib. Halbuki N.Paşinyan başda olmaqla, indiki hakimiyyətin nümayəndələrinin əksər xarici səfərləri uğursuzluq və fiasko ilə nəticələnib.
Beləliklə, hazırda işğalçı ölkənin gündəmini zəbt edən N.Paşinyanın sabiqlərlə savaşının növbəti mərhələsi də aclıqdan əziyyət çəkən erməni əhali üçün heç bir maraq kəsb etmir. Əksinə, birmənalı şəkildə demək olar ki, Ermənistanın eks-prezidenti haqqında açılan cinayət işi və onun fonunda indiki baş nazirin fəaliyyəti işğalçı dövlətdə hakimiyyət dəyişsə də, onun cinayətkar və korrupsioner mahiyyətinin dəyişmədiyini bir daha ortaya qoyur.
Qaşqay ZİYƏDDİNOĞLU

 
  • Oxunub:  3480  |  
  • Tarix:  17-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb
24 Fevral 15:01
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
24 Fevral 15:00
Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib
24 Fevral 14:28
Təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
24 Fevral 14:16
AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
24 Fevral 14:09
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
24 Fevral 13:19
“AzerGold”: Gələn il “Ağyoxuş” və “Mərəh” sahələri istismara veriləcək
24 Fevral 13:17
Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb
24 Fevral 12:59
Azərbaycan Prezidenti idmançılarımızın Olimpiya və Paralimpiya oyunlarına hazırlığına və iştirakına dair Sərəncam imzalayıb
24 Fevral 12:27
Koreya Respublikasının Prezidenti Administrasiyasının saytındakı Xocalı soyqırımına aid petisiya kifayət qədər dəstək toplayıb
24 Fevral 12:18
Futbol üzrə Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir
24 Fevral 12:15
DSX: Təmas xəttində Ermənistan ordusunun diversiya cəhdinin qarşısı alınıb
24 Fevral 11:51
Prezidentin köməkçisi: Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir
24 Fevral 11:36
Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
24 Fevral 11:30
Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır
24 Fevral 11:24
ADA Universitetinin əlaçı tələbələri “Akademik Mükəmməllik Günü”ndə təltif ediliblər
24 Fevral 11:13
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır
24 Fevral 11:02
Ukrayna telekanalında Xocalı soyqırımına həsr edilmiş veriliş yayımlanıb
24 Fevral 10:58
Qarabağın azərbaycanlı icmasının qadın üzvləri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar
24 Fevral 10:53
Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilir
24 Fevral 09:20
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
24 Fevral 09:12
Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb
24 Fevral 09:03
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 08:56
Berlində soydaşlarımızla görüş olub
22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA