Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət dövlətə və xalqa qarşı mübarizə aparır

Radikal müxalifət dövlətə və xalqa qarşı mübarizə aparır

04.12.2019 [09:32]

Pərviz Sadayoğlu

Bu gün Azərbaycanda dövlətçiliyə sadiq, xalqa bağlı, konstruktiv müxalifətə ehtiyac var
Uzun illərdir düşüncə tərzində, məsələlərə yanaşmasında heç bir müsbət dəyişiklik edə bilməyən radikal müxalifət düşərgəsi hər zaman antidövlət, antimillət mövqeyi ilə seçilib. Ancaq antidemokratik çağırışlarla yadda qalan, Azərbaycanın dövlət maraqlarına düşmən kəsilən, xarici qüvvələrin təsiri ilə ölkədə siyasi sabitliyi pozmağa çalışan və hər addımda yalnız korporativ maraqlarını düşünən radikal ünsürlər yenə də öz amplualarındadırlar. Məlum olduğu kimi, demokratiyanın göstəricilərindən biri olan fərqli düşüncə - müxalifətçilik hər hansı problemin həlli ilə bağlı alternativ yol göstərmək, məsələlərə konseptual yanaşma nümayiş etdirmək, eləcə də müxtəlif məsələlərlə bağlı fərqli ideya irəli sürməkdir. Azərbaycanın radikal müxalifət düşərgəsinə mənsub olanlar isə əsl müxalifətçilikdən çox uzaqdırlar. Bu qüvvələrin əsas məqsədi yalnız xarici maraqların təminatına, xəyanətə və satqınlığa yönəlib. Yəni bu gün ölkəmizdə dövlətçiliyə sadiq, xalqa bağlı, doğrudan da təklif verən, yol göstərən müxalifətə - sağlam müxalifətə ehtiyac var.
Vurğulandığı kimi, illərdir Azərbaycanın siyasi arenasında dağıdıcı mövqeyi ilə tanınan, fərqli xarici maraqların danışan dilinə və əlaltısına çevrilmiş dağıdıcı düşərgə təmsilçilərinin fəaliyyət istiqamətləri birmənalı olaraq Azərbaycanın milli mənafeyinə zidd xarakter daşıyır. Milli birliyin daha da gücləndirilməsinə, siyasi və iqtisadi sabitliyin qorunub saxlanmasına, dövlətçilik və xalq maraqlarına xidmət edən siyasi kursun davamlılığına qarşı “cəbhə” açmağa cəhd göstərən, xalqın iradəsinə qarşı düşmən mövqe sərgiləyən radikal kəsimin əsas fəaliyyət xətti məhz ermənipərəst xarici mərkəzlərin sifarişləri əsasında formalaşır. Yəni belələri adını “müxalifət” qoysa da, faktiki olaraq xalqa və dövlətçiliyə qarşı düşmən mövqedə dayanır və şəxsi mənfəətləri, ermənipərəst dairələrdən alacaqları maddi təminatı əsas “nəticə” hesab edirlər. Bunu həmin qüvvələr hər addımda büruzə verirlər. Hətta 1992-ci ildə hakimiyyəti silah gücünə zəbt etdikləri zamanda belə onların fəaliyyəti xalqın yadındadır. Bu gün radikal düşərgədə özünü “lider” sayanlar həmin dövrdə ətrafına topladığı silahlı birləşmələrlə günahsız insanlara zülm edir, qarşıdurmalar yaradırdı. Eləcə də həmin “siyasətbaz”ların ətrafındakı silahlı dəstələr onların hakimiyyətdəki mövqelərini möhkəmləndirməyə xidmət göstərirdi. Bu gün demokratiya, insan haqları, yüksək ideallar haqqında danışan radikal müxalifət başçılarının həmin dövrdə tutduğu antimilli mövqe, siyasi naşılığı nəticəsində Azərbaycan bir dövlət kimi yox olmaq təhlükəsilə üzləşmişdi. Ölkəni vətəndaş müharibəsinin astanasına gətirən həmin şəxslər son anda yenidən xəyanətkar simasını xalqa nümayiş etdirmiş, fərari kimi qaçıb gizlənmişdilər.
Bəli, 1990-cı illərin qaragüruhçu psixologiyasından ayrıla bilməyən həmin ünsürlər 25 illik müxalifətçiliyi dövründə də tam ifşa olunublar. Bunun nəticəsidir ki, bu gün həmin şəxslər və onların ətrafındakı azsaylı qruplaşma nəinki Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənmir, hətta xarici havadarları da onlardan imtina edir.
Buna görə də bu gün Azərbaycanda dövlətçiliyə sadiq, xalqa bağlı, konstruktiv müxalifətə ehtiyac var. Elə bir müxalifətə ki, milli maraqları özünün şəxsi mənafeyindən üstün tutmağı bacarsın...

Paylaş:
Baxılıb: 699 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31