Ana səhifə »  Müəlliflər »  İşğalçı Ermənistana daha bir tərs sillə
A+   Yenilə  A-
İşğalçı Ermənistana daha bir tərs sillə
Yazdı: Qaşqay ZİYƏDDİNOĞLU

Faşist cəlladı Njdenin Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni apostol kilsəsinin ərazisindəki xatirə lövhəsi götürülüb
Öz işğalçılıq siyasəti ilə yerləşdiyi regiona təhlükə yaradan Ermənistan eyni zamanda digər bir məsələ ilə bağlı da “fərqlənir”. Bu da işğalçı ölkədə mövcud olan faşizm sevgisidir. Hər halda Ermənistanın istər bundan əvvəlki Sarkisyan, istərsə də indiki Paşinyan rejiminin faşist Njdeyə eyni məhəbbətlə yanaşması deyilənləri təsdiq edir. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın faşist ideologiyasından qidalanması və terrorçu mahiyyətini əks etdirən, o cümlədən faşist Qaregin Ter-Arutyunyanın (Njdenin) “qəhrəman”laşdırılması, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin yolverilməzliyi barədə ortaya qoyduğu mövqenin əks-sədası davam edir. Belə ki, Azərbaycanın dövlət başçısı həmin məsələni gündəmə gətirdikdən sonra Rusiya mətbuatında da Ermənistanın ifşası ilə bağlı çoxsaylı məqalələrə və şərhlərə yer verilib.
Məsələn “Novaya izvestiya” saytında (“https://newizv.ru”) Viktor Levinin “Maneə fiquru: Rusiyada da Qaregin Njdeyə abidələr ucaldılacaqmı?” yazısında çoxsaylı faktlarla faşistin “qəhrəman”laşdırılmasının yanlış olduğu bildirilib. Böyük Qələbənin 75 illiyinin yaxınlaşması ilə məsələnin daha da aktuallaşdığını qeyd edən müəllif yazır ki, N.Paşinyanın SSRİ-nin keçmiş xarici işlər naziri V.Molotovla eyniləşdirməyə çalışdığı Njdenin alman faşistləri ilə əməkdaşlıq faktı şübhə doğurmur. Sözügedən müharibədən sonrakı poststalin dövrünün ən yüksək cəzasına məhkum edilmiş (həmin vaxt edam cəzasının olmaması səbəbindən 25 illik həbs) Njdenin Sovet, ya da indiki Rusiya dövlətinin məhkəmələri tərəfindən bəraət almadığı qeyd olunur. Buna baxmayaraq, müasir Ermənistanda Njdenin davamçıları və pərəstişkarları orataya çıxıb. Onların, o cümlədən Serj Sarkisyanın səyləri sayəsində İrəvanda böyük bir abidə ucalıb, faşistin şərəfinə qızıl sikkə buraxılıb.
Onu da bildirək ki, ermənilər Njdeyə sevgilərini Rusiya ərazisində də izhar ediblər. Belə ki, Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni apostol kilsəsinin ərazisində erməni faşist cəlladı Njdenin xatirə lövhəsinin qoyulduğu ortaya çıxmış, bu fakt Dövlət Dumasının deputatları da daxil olmaqla, Rusiyada haqlı narazılıqlar yaratmışdı.
Məhz bundan sonra yerli sakinlər xatirə lövhəsinin yığışdırılması ilə bağlı məsələ qaldırmışdılar. Həmçinin Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov Njdenin şərəfinə quraşdırılmış xatirə lövhəsini qara rənglə boyamışdı. Deputat bildirmişdi ki, rəsmi qurumların bu lövhənin götürülməsi barədə verdiyi müddət başa çatıb. Lakin qurumlar həmin qərarı icra etmədikləri üçün o, məhz belə bir addım atıb.
Həmçinin Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Rusiya ərazisində faşizm nümayəndələrinin qəhrəmanlaşdırılması siyasətinə və onların xatirəsinin əbədiləşdirilməsinə etiraz etmişdi. Komitə sədri bildirmişdi ki, faşistlərə xidmət etmiş həmin şəxsin xatirə lövhəsi ləğv olunmayınca sakitləşməyəcək. Qeyd edək ki, Ermənistanın rəsmi orqanları L.Kalaşnikovla bağlı heç bir şikayət etməsələr də, buna cavab olaraq bəzi ermənilər onu fiziki cəhətdən məhv etməklə hədələmişdilər.
Nəhayət, bu etirazlar müsbət nəticələnib və bu günlərdə böyük qalmaqala səbəb olan xatirə lövhəsi sökülüb. Bunu millətlərarası münaqişələr üzrə müətəxəssis Yevgeni Mixaylov deyib: “Armavirdə Njdeyə qoyulmuş lövhə ilə bağlı vəziyyət öz məntiqi sonunu tapdı. Bu, Böyük Vətən müharibəsini xatırlayan və xatirəsinə ehtiramla yanaşan Rusiya və Azərbaycan hökumətlərinin ümumi qələbəsidir”.
Onun sözlərinə görə, SSRİ uğrunda döyüşlərdə iştirak edən həmvətənləri olan ermənilərə qarşı döyüşən insana xatirə lövhəsinin Rusiyada yeri yoxdur. Beləliklə bu, işğalçı Ermənistan üçün daha bir tərs sillə olub.
Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın “Vzqlyad” qəzeti isə Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi münasibətilə keçirilən mərasimdəki çıxışına istinad edərək, Onun “MDB məkanında faşistlərə abidələrin qoyulmasına icazə verilməməlidir” tələbinə münasibət bildirib. “İlham Əliyev Ermənistandan “faşist” Qaregin Njdenin abidəsinin sökülməsini tələb etdi” sərlövhəli yazıda Azərbaycan Prezidentinin Njdenin “casus” kimi həbs olunması, 25 il həbs cəzasına məhkum edilməsi və Vladimir həbsxanasında ölməsi faktını vurğulaması, Ermənistanda faşist Njdeyə altı metrlik bir abidə qoyulmasının yolverilməzliyi barədə açıqlaması haqlı hesab edilib.
Beləliklə, Armavirdəki xatirə lövhəsinin sökülməsi ilə Rusiya ərazisində bu məsələ öz məntiqi sonluğunu tapdı və ədalət bərpa edildi. Növbədə isə Azərbaycan Prezidentinin tələb etdiyi kimi, Njdenin Yerevanın mərkəzindəki abidəsinin sökülməsi dayanır. Yəni Ermənistanın baş naziri N.Paşinyan faşist Njdeni SSRİ-nin xarici işlər naziri olmuş V.Molotov, dissident yazıçı A.Soljenitsın, hətta marşal İ.Baqramyanla müqayisə edərək gülünc vəziyyətə düşməkdənsə, sözügedən faşistin Yerevanın mərkəzindəki abidəsinin sökülməsinə qərar verərək, bu ləkəni yumalıdır.

 
  • Oxunub:  2430  |  
  • Tarix:  03-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
27 Yanvar 15:05
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
27 Yanvar 14:38
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
27 Yanvar 14:25
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4