Ana səhifə »  Müəlliflər »  Qərb mətbuatı Paşinyanın uğursuz siyasətini ifşa etdi
A+   Yenilə  A-
Qərb mətbuatı Paşinyanın uğursuz siyasətini ifşa etdi
Yazdı: Qaşqay ZİYƏDDİNOĞLU

Ciddi sosial-iqtisadi böhrandan əziyyət çəkən Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində tutduğu mövqe işğalçı dövlətin gələcəyi üçün müsbət heç nə vəd etmir
Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyaya səfəri işğalçı dövlətin beynəlxalq müstəvidə hansı imicə malik olduğunu ortaya çıxarıb. Qərb mediasının səfər ərəfəsində və ondan sonrakı dövrdə Ermənistanla bağlı işıq üzü görən materiallarında uzun illərdir Azərbaycanın torpaqlarını işğal altında saxlayan bu ölkənin əsl siması ortaya qoyulub. Ermənistanın saxta təbliğatına baxmayaraq, bu vəziyyət isə beynəlxalq aləmin regiondakı proseslərdən xəbərdar olduğunu göstərir. Təbii ki, burada son illərdə Azərbaycanın öz ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün hərtərəfli və genişmiqyaslı fəaliyyəti və bu yöndə aparılan qətiyyətli siyasətin rolu var.
Ermənistanın baş naziri N.Paşinyanın İtaliyaya səfəri ərəfəsində bu ölkənin “www.opinione.it” saytı “Ermənistan: mövcud olmayan demokratiya” yazısında bütün diqqəti iki mövzu üzərinə cəmləşdirir: bir tərəfdən 25 ildən çoxdur həll olunmayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, digər tərəfdən ilyarımdır hakimiyyət dəyişikliyi baş verən Ermənistanın daxili vəziyyəti. Müəllif yazır ki, təxminən otuz ildir Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılır və bu yaxınlarda qeyd olunan münaqişə yeni siyasi ssenarilər ilə yenidən beynəlxalq birliyin diqqət mərkəzinə çıxıb: “Ermənistanın baş naziri Dağlıq Qarabağın Ermənistana mənsubluğunu iddia etməklə işğal olunmuş ərazilərdən çıxmaq niyyətində olmadıqlarını ifadə etmiş, bu mövqe beynəlxalq səviyyədə kəskin tənqid olunmuş, həmçinin buna Azərbaycan rəhbərliyi tərəfindən düzgün cavab verilmişdir”.
Bundan əlavə, müəllif Azərbaycanın üzləşdiyi bir milyondan çox qaçqın və məcburi köçkün probleminə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin müvafiq qətnamələrinə də toxunub.
Sayt daha sonra yazır ki, Dağlıq Qarabağ münaqişəsi xüsusilə Azərbaycanın strateji əhəmiyyəti barədə geosiyasi təhlil və beynəlxalq münasibətlər baxımından maraq kəsb etdiyi kimi, həmçinin Ermənistandakı daxili vəziyyətin təhlili də regionun təhlükəsizliyi baxımından bir o qədər aktualdır: “2019-cu ilin yanvar ayında Paşinyanın ölkənin baş naziri seçilməsindən bir neçə ay sonra müxalifətçi Mher Yeqiazaryanın həbsxanada ölümü səbəbindən Ermənistanda hökumətə qarşı ittihamlar səsləndirilir və bu da sübut edir ki, “məxməri inqilab” adlandırılan hadisələrdən xalqın gözləntilərinə hökumət necə xəyanət edir. Erməni mətbuatı yazır ki, yoxsulluq, korrupsiya və oliqarxların üstün mövqeyi azalmağa doğru getmir”.
İtaliya mətbuatının yazdığına görə, daxili problemlər bu yaxınlarda ABŞ-dakı erməni diasporunun təsis etdiyi ilk qəzetlərdən biri olan “The Armenian Mirror-Spectator” qəzetində də əks olunub. Belə ki, qəzet beynəlxalq hüquq üzrə ekspert olan Filip Raffi Kalfayandan müsahibə götürüb. R.Kalfayan öz müsahibəsində göstərir ki, həm korrupsiya, həm də hakimiyyətin mərkəzləşdirilməsi nöqteyi-nəzərindən Paşinyanın davranışı ardıcıl deyil və bu, özünü nazirliklərin sayının azaldılmasında, həmçinin gənc və təcrübəsiz hökumət komandasının qurulmasında göstərir. Bundan əlavə, baş nazirin diktator kimi davranışından danışan Kalfayan vurğulayır ki, ən vacib iqtisadi və sosial problemlər həll olunmamış qaldığı bir halda Paşinyan Konstitusiya Məhkəməsi və ədliyyə sisteminə qarşı çıxmaqla uğursuzluğa düçar olacaq, bu da Ermənistanı çətin vəziyyətə salacaq. Belə ki, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və onun ailəsinə qarşı təqiblərin dayandırılmasını tələb edən müxalifətin iddiasına görə, bu vəziyyət ölkəni otuz il geriyə ata bilər.
Eyni zamanda, İtaliya mətbuatı Ermənistanın düşdüyü acınacaqlı vəziyyəti və onun əsas səbəblərini ortaya qoyur: “Qeyd etmək lazımdır ki, çətin iqtisadi vəziyyətə və Dağlıq Qarabağ münaqişəsini törətməsi səbəbindən təcrid olunduğuna görə Ermənistan regiondakı bütün əsas investisiya layihələrindən kənarda qalır və bunun əziyyətini öz xalqı çəkir. Ciddi sosial-iqtisadi böhrandan əziyyət çəkən, təbii resurslar baxımından kasad olan və dənizə çıxışı olmayan Ermənistan müsbət dəyişikliklərə öz qonşuları, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla nail ola bilər. Hələ ki, Paşinyan bu istiqamətdə müsbət addımlar atmamağı, əksinə, mənfi mövqe nümayiş etdirməyi qərara alıb, bu isə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin dayandırılmasına gətirib çıxara bilər. Bu istiqamətdə davam etdirilən siyasət isə Ermənistanın və Paşinyanın gələcəyi üçün müsbət heç nə vəd etmir”.

 
  • Oxunub:  3240  |  
  • Tarix:  28-11-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir

24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0