Ana səhifə »  Müəlliflər »  Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
A+   Yenilə  A-
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
Yazdı: Pərviz Sadayoğlu

Almaniya polisi saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çox sayda müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri və arayışlar götürüb
Radikal müxalifət düşərgəsinə daxil olan partiyaların “siyasi mühacir” biznesi ilə məşğul olması heç kimə sirr deyil. Hətta vaxtilə düşərgəyə yaxın mətbu orqanlar, eləcə də sosial şəbəkə istifadəçiləri müəyyən miqdar qarşılığında radikal partiyaların vəsiqələrinin əldə edilməsini və bu yolla da xarici ölkələrə “mühacirət” etməyin mümkünlüyünü yazırdılar. Təbii ki, həmin vaxt bu iddialar radikal düşərgə təmsilçiləri tərəfindən təkzib olunsa da, son vaxtlar ortaya çıxan faktlar bu məsələnin yenidən gündəmə gəlməsinə yol açıb.
Belə ki, Almaniya polisinin qeyri-leqal miqrasiyaya qarşı mübarizə çərçivəsində apardığı reydlər zamanı saxlanmış bir qrup azərbaycanlı gəlir əldə etmək üçün ölkəmizdən miqrantların Almaniyaya qanunsuz gətirilməsində şübhəli bilinir. Şəbəkə Almaniyada yaratdığı agentlik vasitəsilə Şərqi Avropa və postsovet ölkələrindən cəlb etdikləri şəxsləri qanunsuz, ucuz işçi qüvvə qismində yerli şirkətlərə “satırmış”. Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çox sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, Azərbaycanın hüquq-mühafizə orqanlarına aid möhür, ştamplar və s. götürülüb. Saxlanılanların hamısı Müsavat Partiyasının fəalları və “Milli şura” adlanan quruma yaxın şəxslərdir.
Göründüyü kimi, artıq məsələ ilə bağlı Almaniyanın yerli hüquq-mühafizə orqanları ciddi addımlar atmaqdadır. Maraqlıdır ki, vaxtilə bu kimi iddiaları təkzib etmək üçün min bir yola baş vuran radikal ünsürlər ölü sükuta dalıblar. Bu da təbiidir. Çünki onların təkzib etməyə nə üzləri, nə də “faktları” var. Çünki bu məsələ ilə bağlı Almaniyanın kütləvi informasiya vasitələrində kifayət qədər materiallar dərc edilib. Bu məlumatlarda Almaniyanın Şimali Reyn Vestfaliya və Hessen federal torpaqlarında federal polis tərəfindən həyata keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində Azərbaycandan xeyli sayda insanın qeyri-qanuni yolla Almaniyaya keçirilməsində, onların saxta sənədlərlə təmin edilməsində və çirkli pulların yuyulmasında şübhəli bilinən azərbaycanlılardan ibarət mütəşəkkil qruplaşmanın həbs edilməsi haqqında xəbər verilir. Məsələn, “SWR” kanalının internet səhifəsində Koblenz şəhər prokurorluğunun göstərişinə əsasən, federal polis tərəfindən Almaniyanın Köln, Frankfurt, Visbaden və Düsseldorf şəhərlərində yerləşən 13 obyektdə əməliyyat axtarış tədbirlərinin həyata keçirildiyi bildirilir. Adıçəkilən əməliyyat tədbirlərinin xarici ölkə vətəndaşlarının qeyri-qanuni yolla Almaniyaya keçirilməsi, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasını özünə peşəyə çevirmiş mütəşəkkil cinayətkar qruplaşmanın aşkarlanması məqsədilə həyata keçirildiyi vurğulanır. Əməliyyat nəticəsində barəsində həbs qətimkan qərarı çıxarılan iki azərbaycanlıdan birinin mütəşəkkil qrupun rəhbəri olduğu qeyd olunur. Ümumilikdə səkkiz nəfərin saxlanıldığı, onların Azərbaycandan iyirmidən çox şəxsi 3000-10000 avro məbləğində vəsait müqabilində Almaniyaya qeyri-qanuni yolla keçirməkdə ittiham edildiyi diqqətə çatdırılır.
“Wiesbadenaktuel” qəzetində dərc edilən eyni məzmunlu məqalədə əməliyyat çərçivəsində biri 49, digəri isə 58 yaşında olan iki Azərbaycan vətəndaşının həbs edildiyi bildirilir. 49 yaşlı azərbaycanlının qruplaşmanın rəhbəri olmasının ehtimal edildiyi vurğulanır. Əməliyyat nəticəsində ümumilikdə səkkiz nəfərin saxlanıldığı, onların qeyri-qanuni yolla Almaniyaya keçirdikləri iyirmidən çox şəxsin bu ölkədə uzun müddət qalmasını təmin etmək üçün onları müvafiq saxta sənədlərlə təmin etdiyi diqqətə çatdırılır. Əməliyyata cəlb olunmuş 180 federal polis əməkdaşının həyata keçirilən tədbirlər nəticəsində yaddaş qurğuları, kompüterlər, telefonlar, müxtəlif vəsiqələr və 21 min avro məbləğində nağd pul formasında kifayət qədər dəlil topladığı qeyd olunur. Məqalədə Koblenz şəhər prokurorluğunun göstərişinə əsasən federal polisin cinayətkarlıqla mübarizə idarəsinin 2019-cu ilin iyun ayından etibarən bu istiqamətdə təhqiqat apardığı vurğulanır.
Göründüyü kimi, cinayətlə məşğul olan, “saxta vəsiqələr” satan radikal müxalifət partiyaları yaratdıqları “şəbəkə” vasitəsilə qeyri-qanuni əməllərlə məşğuldurlar. Özlərini “aydan arı” kimi qələmə verməyə çalışanların maskası isə yenidən yırtılır və dağıdıcı ünsürlərin çirkin əməlləri növbəti dəfə cəmiyyətə təqdim olunur.

 
  • Oxunub:  1410  |  
  • Tarix:  19-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
09 Dekabr 21:30
Polad Bülbüloğlu: Azərbaycanla Rusiyanın əlaqələrinin inkişafı bütün sahələrdə özünü büruzə verir
09 Dekabr 21:10
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilib
09 Dekabr 21:08
Rövzət Qasımov: Azərbaycanda keçirilən bütün seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli imkan yaradılır
09 Dekabr 20:55
Gəncə Qarnizonunda “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib
09 Dekabr 20:45
Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası keçirilir
09 Dekabr 20:43
Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu
09 Dekabr 20:19
Rasim Musabəyov: Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir
09 Dekabr 17:56
Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb
09 Dekabr 17:55
YAP Zərdab rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 17:53
YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
09 Dekabr 17:49
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
09 Dekabr 17:47
Ucar rayonunda bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib
09 Dekabr 17:45
Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
09 Dekabr 17:42
Bərdə rayonunun Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib
09 Dekabr 17:29
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09 Dekabr 17:27
YAP ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır
09 Dekabr 17:18
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib
09 Dekabr 17:14
ATƏT PA-nın prezidenti: Azərbaycanda aparılan islahatlar demokratik prinsiplərə sadiqliyi nümayiş etdirir
09 Dekabr 17:06
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
09 Dekabr 16:59
Yeni TV-də Hikmət Babaoğlunun qonağı YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı olmuşdur
09 Dekabr 16:56
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb
09 Dekabr 16:26
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb – Sərəncam
09 Dekabr 16:14
YAP Mingəçevir şəhər təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 16:06
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi
09 Dekabr 16:00
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
09 Dekabr 15:58
Aydın Hüseynov: Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır
09 Dekabr 15:55
Əbülfəs Qarayev: Bakı şəhəri yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir
09 Dekabr 15:53
Musa Quliyev: Azərbaycanda vətəndaşa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır
09 Dekabr 15:51
YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi
09 Dekabr 15:47
Əli Əhmədov: Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır
09 Dekabr 15:45
Gələn il “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumu keçiriləcək
09 Dekabr 15:43
Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib
09 Dekabr 15:40
Şahin Mustafayev: İlin sonunadək Samur çayı üzərində körpü açılacaq
09 Dekabr 15:27
Tbilisidə Avronest PA-nın sessiyası keçirilir
09 Dekabr 14:58
Ümummilli lider Heydər Əliyevin xatirəsi İsveçrədə anılıb
09 Dekabr 14:52
Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır
09 Dekabr 14:46
İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir
09 Dekabr 14:27
Serbiya qəzetində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub
09 Dekabr 14:24
MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirləri davam edir
09 Dekabr 14:07
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09 Dekabr 13:58
“Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib
09 Dekabr 13:33
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir
09 Dekabr 13:08
Rusiyanın İqtisadi İnkişaf naziri Şəhidlər xiyabanını ziyarət edib
09 Dekabr 12:53
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi tikiləcək
09 Dekabr 12:43
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
09 Dekabr 12:37
9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
09 Dekabr 12:25
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir
09 Dekabr 12:18
Mübariz Qurbanlı: “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz”
09 Dekabr 12:07
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb
09 Dekabr 11:52
“Kreativ Azərbaycan” portalının təqdimatı olub
09 Dekabr 11:32
Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar
09 Dekabr 11:11
Horadizdə “Çingiz dastanı” adlı mənzum tamaşa təqdim edilib
09 Dekabr 11:00
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək
09 Dekabr 10:58
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş
09 Dekabr 10:38
Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
09 Dekabr 10:34
Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir
09 Dekabr 10:14
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək
08 Dekabr 13:19
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb
08 Dekabr 13:09
Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır
08 Dekabr 12:56
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib
08 Dekabr 12:19
Rusiyanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
08 Dekabr 12:17
Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Məktəbi-2” layihəsi fəaliyyətə başlayıb
08 Dekabr 12:09
Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
08 Dekabr 12:04
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
07 Dekabr 18:10
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib
07 Dekabr 16:56
Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib
07 Dekabr 16:35
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA