Ana səhifə »  Müəlliflər »  Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
A+   Yenilə  A-
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
Yazdı: Qaşqay ZİYƏDDİNOĞLU

Nikoil Paşinyanın erməni faşizminin banilərindən olan Q.Njdeni müdafiə etməsi Rusiyada da etirazla qarşılanır
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın faşist ideologiyasından qidalanması və terrorçu mahiyyətini əks etdirən konkret faktları ortaya qoyub. Dövlətimizin başçısı işğalçı Ermənistanın keçmiş hakimiyyəti tərəfindən vaxtilə alman faşistlərinə xidmət etmiş “Njde” ləqəbli Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulmasını ciddi tənqid edib, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını bildirib.
Bununla yanaşı, dövlət başçısı İlham Əliyev MDB Müdafiə Nazirləri Şurasının bu yaxınlarda Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edəndə tarixin saxtalaşdırılmasının, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin, tarixin yenidən yazılması cəhdlərinin gələcək nəsillər üçün böyük təhlükə olduğunu dilə gətirib: “MDB məkanında da təəssüf ki, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Mən həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdim ki, MDB məkanında bu, yolverilməz hərəkətdir”.
Həmin görüşdə dövlət başçısı vurğulayıb ki, Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir: “Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük”.
Təsadüfi deyil ki, N.Paşinyanın erməni faşizminin banilərindən olan Q.Njdenin Hitler Almaniyasına xidmətinin üstündən sükutla keçməsi, hətta onu müdafiə etməsi Rusiyada da etirazla qarşılanıb. Belə ki, Rusiya mətbuatında Ermənistan baş nazirinin Aşqabadda Q.Njdeyə heykəl qoyulmasına bəraət qazandıran çıxışını pisləyən materiallar yer alıb. Həmin materiallarda Rusiya tarixçiləri və politoloqları Ermənistan rəhbərinin çıxışını tənqid atəşinə tutublar. Rusiya Tarixi İnstitutunun baş elmi işçisi Yuri Jukovun sözlərinə görə, Hitler ilə əməkdaşlıq etmiş birinə bəraət qazandırılması yolverilməzdir: “Bu, mümkünsüzdür və cinayətdir. Tarixin məhkəməsi artıq öz qərarını verib: Hitler və onun havadarları cinayətkardırlar. Ermənilər “böyük Ermənistan” konsepsiyasının həyata keçirilməsi xəstəliyinə mübtəla olublar. Ermənistanda güclənən millətçilik meyillərinin sonu yaxşı qurtarmayacaq. Bu siyasət yalnız uçuruma aparır. Ermənistan BMT Baş Assambleyasında nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə səs verir, sonra isə nasizm havadarlarına heykəl qoyur”.
Digər tarixçi Yuri Nikiforov bildirib ki, Q.Njde və vermaxtın erməni legionunun digər komandiri Dro kimi tanınan Drastmat Kanayan nasistlərlə əməkdaşlıq edib, ermənilərdən ibarət hərbi birləşmə yaradıb: “Bu gün Ermənistanda millətçilər Njdenin Hitler ilə əməkdaşlığını vətənpərvərlik kimi qələmə verirlər. Njdeyə heykəl qoyulması ictimaiyyətin gözündə ona bəraət qazandırmaq deməkdir... Rusiya cəmiyyəti Njde kimi adamlara heykəl qoyulmasının tamamilə əleyhinədir”.
“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko da N.Paşinyanın Njdeyə bəraət qazandırmaq cəhdinə təəssüfləndiyini bildirib. O deyib: “Mən Paşinyana “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” 12 cildlik ensiklopediyanı oxumağı tövsiyə edərdim. Orada Rusiya xüsusi xidmət orqanlarının Njde ilə bağlı rəsmi rəyi yerləşdirilib. Ensiklopediyanın 6-cı cildində yazılıb: “114-cü abver qrupuna dair agentura işi əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, immiqrant, “Njde” təxəllüsü altında almanlara qulluq etmiş Ter-Arutyunyanı həbs ediblər. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində 30-dan çox erməni millətindən olan agenti öz tərəfinə cəlb edib, onların diversiya hazırlığında və Qızıl Ordunun arxa cəbhəsinə göndərilməsində iştirak edib. Onlardan 17 nəfəri həbs edilib, qalanları isə axtarışa verilib”.
Tarixçinin sözlərinə görə, müasir Rusiyada hamıya bəllidir ki, Q.Njde SSRİ ərazisində təxribat-terror aktları törətmək üçün terrorçular hazırlayan nasist agenti olub: “Paşinyanın bu gün ona bəraət qazandırması, əməllərini ört-basdır etməsi yalnız təəssüf doğurur”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, işğalçı dövlətin müstəqillik əldə etdiyi dövrdən indiyə qədər, xüsusilə Serj Sarkisyanın hakimiyyətdə olduğu dövrlərdə alman faşistlərinə xidmət edən bu şəxsin Ermənistanda “milli lider”, “qəhrəman” kimi qəbul edilməsinə şərait yaradılıb. Üstəlik, S.Sarkisyan erməni faşizminin banilərindən olan Q.Njdenin irqçi təlimi olan “Tsaxakronizm”i mənimsəyib və rəhbərlik etdiyi partiyanın ideyalarına daxil edib. Həmçinin faşist təlimi olan “Tsaxakronizm” (“İrqçilik”) S.Sarkisyanın stolüstü kitabı olub. Eyni zamanda faşist Q.Njdenin sözügedən abidəsi S.Sarkisyanın hakimiyyəti dövründə, 2016-cı ildə Yerevanda ucaldılıb.
Beləliklə, Ermənistanın keçmiş hakimiyyətinin, yəni faşist ideologiyasını mənimsəyən, başqa dövlətin torpaqlarının işğalını normal hal hesab edən və soydaşlarımıza qarşı əməllərində faşizmin bütün normalarını tətbiq edən S.Sarkisyanın cəllad Q.Njdeyə Ermənistanda abidə ucaltması o qədər də təəccüblü görünməyə bilər. Lakin indiki Ermənistan rəhbərliyinin Q.Njdenin faşist keçmişindən az qala özünü xəbərsiz kimi göstərməsi doğrudan da nonsensdir. Bu anlaşılmaz vəziyyət, üstəlik N.Paşinyanın Aşqabaddakı “özünümüdafiə” çıxışında II Dünya müharibəsində faşistlərə xidmətinin üstündən sükutla keçərək, Q.Njdeyə bəraət qazandırmağa çalışması dolayı yolla onun da erməni faşizm təlimini qəbul etdiyini sübut edir.

 
  • Oxunub:  4650  |  
  • Tarix:  19-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA