Ana səhifə »  Müəlliflər »  Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
A+   Yenilə  A-
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
Yazdı: Pərviz Sadayoğlu

Lakin bu cəhdlər əbəsdir və ictimai asayişi pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək
Radikal müxalifət düşərgəsinin ölkəmizdəki sabitliyə xələl gətirmək üçün hazırlanan planların önündə yer alması, ermənipərəst xarici mərkəzlərin sifarişlərini yerinə yetirməsi heç kimə sirr deyil. Onların hər zaman xaos, qarşıdurma arzusunda olduğu atdıqları bütün addımlardan görünməkdədir. Məsələn, dağıdıcıların oktyabrın 19-na təyin etdikləri mitinqi Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı məkanda deyil, “28 May” metrostansiyasının qarşısında keçirmək üçün “hazırlaşmaları”, etdikləri çağırışlar bunu təsdiqləyir.
Vurğulamaq lazımdır ki, Əli Kərimli sosial şəbəkələrdə həm də insanları itaətsizliyə çağırmaqla bir daha qarşıdurmaların yaranmasında maraqlı olduğunu ortaya qoyur. O bilir ki, qanunu pozanlar birmənalı şəkildə qanun qarşısında cavab verməli olacaqlar və bu mənada özü sanki insanların saxlanılmasını, həbs olunmasını, eləcə də xaos yaranmasını, paytaxtın mərkəzində həyatın iflic edilməsini “körükləyir”. Bu isə bir daha dağıdıcı ünsürlərin əsl simasını cəmiyyətə nümayiş etdirir. Xarici ermənipərəst mərkəzlərin maddi dəstəyi və sifarişi ilə ölkədəki sabitliyə xələl gətirmək istəyən bu cür antimilli təfəkkürə və xislətə malik insanlar Azərbaycanda qarışıqlıq salmaq, təxribatlar törətmək üçün əmr aldıqlarını bariz şəkildə ortaya qoyurlar.
Digər tərəfdən, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu “dilinin əzbərinə çevirən” Əli Kərimli yaxşı bilir ki, həmin qanunun 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağandır. Deməli, Əli Kərimli qəsdən qanunun tələblərini pozur ki, hüquq-mühafizə orqanları, asayiş keşikçiləri ilə qarşıdurmalar yaşansın və bununla da antimilli təşkilatlar Azərbaycanın imicinə qarşı hansısa “hesabatlar” hazırlasınlar. Əslində, Ə.Kərimli bu niyyətini gizlətmir və sosial şəbəkə kanallarına verdiyi açıqlamalarda bunu xüsusi olaraq vurğulayır. Belə ki, özü kimi xəyanət içində olan Sevinc Osmanqızının “Yutub” kanalına müsahibəsində Ə.Kərimli bir daha etiraf edib ki, 19 oktyabrda qanunu pozan şəxslərin həbs edilməsində maraqlıdırlar və qanunu pozanların saxlanılması ilə bağlı materiallar Paşinyan üçün əla “material” olacaq. Demək ki, ermənipərəst mərkəzlər məhz Ermənistanı düşdüyü ağır vəziyyətdən qurtarmaq, Paşinyanı əvvəlcə “Valday”da, sonradan Aşqabadda aldığı “zərbələrdən” qorumaq üçün Əli Kərimlini “görəvləndirib”.
Yeri gəlmişkən, 19 oktyabrda radikal ünsürlərin şəhərin mərkəzində qeyri-qanuni aksiya keçirmək niyyətləri ilə bağlı DİN və Baş Prokurorluq məlumat yayıb. Məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin “Milli şura”sı adlandıran quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər, habelə əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış sosial şəbəkə istifadəçiləri tərəfindən son günlər sosial şəbəkələrdə oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq Bakı Metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar edilib. Xəbərdarlıqda o da qeyd edilir ki, “Milli şura”nın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri Lökbatan qəsəbəsi 28 May küçəsindəki “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif olunub. Lakin buna baxmayaraq, təşkilatçılar həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar. “Xatırladaq ki, Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirməsinin Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmasına baxmayaraq, onların faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etmələri nəqliyyatın hərəkətinin iflic vəziyyətinə düşməsinə, ətrafdakı insanların haqlı narazılığına və nəticə etibarilə ictimai asayişin pozulmasına səbəb olub. Lakin buna baxmayaraq, həmin hüquqazidd əməllərin qarşısı alınıb və qanunun tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görülüb. Bütün bunlar AXCP rəhbərliyinin və həmin qanunsuz aksiyanın təşkilatçılarının əsas məqsədinin toplantı keçirmək deyil, əhalinin kütləvi toplaşdığı və qanunla qadağan edilmiş yerlərdə ictimai asayişi pozmaq olduğunu göstərir”, - deyə xəbərdarlıqda bildirilir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bəyan edir ki, qanunsuz kütləvi aksiyaya çağırış edən AXCP rəhbərliyi, həmin aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənar ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcək. Bu səbəbdən də həmin şəxslərə bir daha xəbərdarlıq edilir ki, qanunsuz əməllərin qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınacaq və qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

 
  • Oxunub:  5070  |  
  • Tarix:  19-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir

25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
25 Fevral 11:20
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb
25 Fevral 11:11
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib
25 Fevral 11:00
Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
25 Fevral 10:22
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
25 Fevral 09:22
YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib
25 Fevral 09:03
Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir
24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7