Ana səhifə »  Müəlliflər »  Yeni Azərbaycan Partiyası siyasi sistemimizin sütunu, müstəqil Azərbaycan dövlətinin dayağıdır
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası siyasi sistemimizin sütunu, müstəqil Azərbaycan dövlətinin dayağıdır
Yazdı: Hikmət BABAOĞLU

İyun ayının 7-də Azərbaycan ictimai-siyasi həyatında əlamətdar bir hadisə baş verdi. Bu, Yeni Azərbaycan Partiyasının (YAP) V Qurultayının keçirilməsi idi. Yeni Azərbaycan Partiyası artıq 21 ildir ki, Azərbaycanın siyasi sistemində mövcud olmaqla sistemdaxili tarazlığı qoruyan əsas təsisatdır. Bununla bərabər, YAP 21 illik fəaliyyətində həm də onu göstərdi ki, birləşdirici, qoruyucu, mühafizə edici, ictimai ahəngdarlığı və milli həmrəyliyi təmin edici funksiyaları yerinə yetirir. Bir siyasi təşkilat və eyni zamanda bütövlükdə cəmiyyətimiz üçün dediyimiz məsələlər olduqca vacibdir. Ona görə də, Yeni Azərbaycan Partiyasının aldığı növbəti qərar Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən, YAP-ın 600 minlik üzvü və bütövlükdə Azərbaycan xalqı tərəfindən maraqla gözlənilən qərar idi və bu baş tutdu. Yeni Azərbaycan Partiyasının V Qurultayında əsas diqqət mərkəzində olan məsələ Prezident İlham Əliyevin yenidən partiyanın Sədri seçilməsi və 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi idi. Bu qərar həm aktuallığı, həm əhəmiyyəti, həm də miqyası ilə təkcə Azərbaycandaxili auditoriyanın deyil, Azərbaycandan xaricdə olan dostlarımızında gözlədiyi tarixi qərar idi.
Qurultayın qərarları dostlarımızı sevindirdi, düşmənlərimizi məyus etdi
Hesab edirik ki, Yeni Azərbaycan Partiyasının Qurultay nümayəndələrinin aldığı bu qərar məhz Azərbaycanın milli maraqlarının ifadə edilməsi, Azərbaycan dövlətinin gələcəyinin, milli maraqlarımızın təmin olunması ilə bağlı perspektivlərin müəyyənləşdirilməsi, Azərbaycan ictimai-siyasi həyatında ahəngdarlığın qorunması və sabitliyin təmin edilməsi baxımından olduqca əhəmiyyətli idi. Bu qərar dostlarımızı nə qədər sevindirdisə, əlbəttə ki, düşmənlərimizi bir o qədər məyus etdi.
YAP Sədrinin maraqlı təsbitləri
Qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyev YAP-ın 21 illik dövrünü xarakterizə edən çox maraqlı fikirlər bildirdi və bu çıxışda həm sosioloji, həm siyasi, həm də partiyadaxili struktur baxımdan olduqca maraqlı təsbitlər var idi. İlk növbədə, bu təsbitlər ondan ibarət idi ki, partiyamızın Sədri, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasını Azərbaycan siyasi sisteminin sütunu adlandırdı. Bu doğrudan da belədir. Sözün həqiqi mənasında, YAP bu gün Azərbaycan siyasi sisteminin sütunu olmaqla, həm də müstəqil Azərbaycan dövlətçiliyinin dayağıdır.
Partiyanın yaranmasına dair məsələlərə toxunan cənab Prezident qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, Azərbaycanın müasir siyasi sisteminin yaranması idi: “Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi quplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd edirdilər. Ölkənin siyasi sistemi yox idi. Yeni Azərbaycan Partiyasının yaranması siyasi sistemin yaradılması idi”.
Bu fikir ölkənin siyasi sisteminin təhlili baxımından olduqca vacib bir arqumentdir. Çünki doğrudan da 1990-cı illərin əvvəllərində Azərbaycanın siyasi sistemi kortəbii şəraitdə formalaşırdı. Siyasi sistemin gələcəyini, perspektivlərini müəyyənləşdirəcək və siyasi sistemin monolitliyini təmin edəcək ideya və ideologiyalar yox idi. Bununla bərabər, siyasi mədəniyyət nümunəsi də yox idi. Çoxpartiyalı sistemdə hər hansı bir partiyanın cəmiyyətin, ölkənin, dövlətin həyatında oynayacağı rolu ilə bağlı insanlarda tərəddüdlər var idi, dəqiq, aydın fikir yox idi. Çünki Azərbaycan cəmiyyəti total, monoideoloji bir sistemin varisi idi. Məhz belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə daxil olması normal siyasi partiya və demokratik siyasi sistem haqqında təsəvvür formalaşdırmağa başladı. YAP lokomotiv siyasi güc olmaqa bərabər, sürətlə inkişaf etməyə başladı. Qısa müddətdən sonra hakimiyyətə gələn YAP ölkənin siyasi sisteminin formalaşmasında da güclü təsir göstərdi. Yəni özü inkişaf etdikcə, arxasınca məhz Azərbaycanın milli mentalitetinə, siyasi mədəniyyətinə uyğun olaraq yeni müxalif təşkilatlanmaların formalaşmasına da şərait yaratdı.
YAP demokratik sistemimizin yaradıcısıdır
Bu vaxta qədər gizli qruplaşmalar şəklində eyni bir partiyanın daxilində müxtəlif istiqamətlərdə illeqal təşkilatlanan qurupların rəsmi şəkildə təşkilatlanmasına şərait yaradıldı. O vaxta qədər ofisləri olmayan, ayrı-ayrı mənzillərdə, ictimai iaşə obyektlərində toplaşan insanların müasir qərargahlara köçməsinə şərait yaradıldı. Beləliklə, sözün həqiqi mənasında, YAP Azərbaycanda normal, demokratik siyasi sistemin formalaşmasına şərait yaratdı. Əlbəttə ki, bütün bunları təhlil edərkən qarşımıza çıxan başqa bir məsələ Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə yeni mədəniyyət gətirməsi idi. Partiyanın Sədri bu məsələyə də toxundu. Çünki əksər hallarda siyasi mədəniyyət mənəvi mədəniyyətin tərkib hissəsi hesab edilməklə, eyni zamanda, bəzi hallarda siyasi mədəniyyət mənəvi mədəniyyətlə eyniləşdirilir. Demokratik ölkələrdə hər bir halda hər hansı bir fərdin sosial-siyasi münasibətlərdə sərgilədiyi davranışlar məhz mənimsədiyi siyasi mədəniyyətə söykənərək sərgilənir. Ona görə də, ölkədə tarixi keçmişimizə, milli mentalitetimizə uyğun olaraq normal siyasi mədəniyyətin formalaşması vacib məsələlərdən biri idi. Çünki məhz bu mədəniyyət Azərbaycan siyasi sisteminin gələcəyini və keyfiyyətini, yəni necəliyini müəyyənləşdirəcək əsas komponentlərdən biridir. Ona görə də, YAP üzərinə düşən bu tarixi missiyanı da uğurla həyata keçirdi.
Yeni Azərbaycan Partiyası ictimai-siyasi sistemin sosiomədəni strukturunu tam təmsil edir
YAP 20 ildir ki, hakimiyyətdədir. Bu hakimiyyətdə olmanın səbəbi də partiyamızın Sədri İlham Əliyev tərəfindən izah edildi. Yeni Azərbaycan Partiyasının 20 il hakimiyyətdə olması və hər keçən gün daha da güclənməsi partologiya tarixində az rast gəlinən nümunələrdəndir. Ənənəvi olaraq əksər cəmiyyətlərdə iqtidar partiyaları bir neçə ildən sonra səs itiməyə başlayırlar. Azərbaycanda isə bu baş vermədi. Hesab edirik ki, bunun əsas səbəbi ilk növbədə, YAP-ın qurucu liderinin və sonrakı onillikdə isə hazırkı Sədrinin liderlik keyfiyyətləri ilə bağlıdır. Bir siyasi partiya üçün onun liderinin kim olması ən əsas məsələlərdən biridir. Çünki bildiyimiz kimi partiya bir liderin ətrafında birləşən üzvlərin cəmidir. Burada hər bir partiya üzvünün maraqları mövcuddur. Bu maraqlar bəzi hallarda ümumi, bir çox hallarda isə fərdi olurlar. Partiyanın siyasi sistemdə rolu isə ondan ibarətdir ki, bütün bu fərdi və kollektiv maraqları təmin edə bilsin. Əks təqdirdə, partiya dağıla bilər.
Amma Yeni Azərbaycan Partiyası təkcə bununla işini başa vurmuş hesab etmədi. YAP təkcə fərdi və ümumi maraqları deyil, eyni zamanda, Azərbaycan xalqının maraqlarını da təmin etməklə ildən-ilə öz üzvlərinin sayını artırmağı bacardı və keçirilən bütün seçkilərdə əhalinin daha çox faizinin səsini qazanmağı bacardı. Hesab edirik ki, məhz bu, partiyaların fəaliyyəti baxımından qiymətləndirilməsi vacib olan əsas məqamlardan biridir və bu siyasi partiyalar tarixində yeni keyfiyyət dəyişikliyi kimi də qiymətləndirilə bilər. Yəni bu partiya təkcə üzvlərin, qrupların, ona simpatiyası olan və yaxud onun üzvü olan kollektiv marağı deyil, bütövlükdə xalqın marağını ifadə edir. Məhz YAP-ın hər seçkidə daha çox səs toplamasının əsas səbəbi də bundan ibarətdir.
YAP Azərbaycan cəmiyyətinin, siyasi sisteminin, daxili sosial, etnik, mədəni və dini strukturlarının hamısını təmsil edəcək siyasi, mədəni keyfiyyətlərə sahibdir. Belə olmasa idi, zəngin daxili sosial-siyasi və milli-etnik struktura malik olan bir ölkədə bu qədər güclənmək olmazdı. YAP-ın V Qurultayındakı mənzərə də əslində, bu gerçəkliyin vizual əksi idi. Bir daha gördük ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqı tərəfindən necə dəstəklənir. Ona görə YAP milli maraqları təmsil edən monolit siyasi gücdür desək, yanılmarıq.
Partiyadaxili strukturlarda yeni keyfiyyət dəyişiklikləri YAP-ı daha da gücləndirdi
Yeni Azərbaycan Partiyası zaman-zaman Proqram və Nizamnaməsinə uyğun olaraq bir sıra struktur dəyişikliklərinə üz tutur. Bu dəyişikliklər təkcə partiyanın həyatında baş verən dəyişikliklər deyil. Bu dəyişikliklər ilk növbədə, ölkənin siyasi sisteminin dəyişiklikləridir, sonra isə aldığı qərarlarla Azərbaycan xalqının müqəddəratına, taleyinə təsir edən addımlardır. Ona görə də, hesab edirəm ki, V Qurultayda baş verən dəyişikliklər yeni Siyasi Şura və İdarə Heyətinin üzvlərinin seçilməsi, bir növ partiyanın təşkilatlanmasında baş verən bu keyfiyyət dəyişiklikləri günün tələbləri baxımından olduqca aktual, gələcək perspektivləri baxımından isə çox əhəmiyyətli qərarlar idi. YAP-ın fəaliyyətini təhlil edən cənab Prezidentimiz, partiyamızın Sədri qeyd etdi ki, Yeni Azərbaycan Partiyası 2003-cü ildə sınaq qarşısında qalmışdı: “Həm dövlətçiliyimizin əsaslarının nə qədər güclü olduğunu elə bil ki, tarix sınayırdı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlaran biz daha da güclənmiş şəkildə çıxa bildik”.
Doğrudan da, bu xatırlatma Azərbaycan tarixinin olduqca mürəkkəb və taleyüklü bir dövrünün siyasi proseslərinin təhlilidir. 2003-cü ildə nə baş verdi? Cənab Prezident, partiyamızın Sədri belə qeyd edir ki, “2003-cü ildə demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf yolu ilə gedəcəyik, ya da yenə tənəzzülə uğrayacağıq. Yenə də mənfur qüvvələr Azərbaycanın iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni, bu iki istiqamət arasında seçim, necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir”.
Hesab edirik ki, partiyanın fəaliyyətinin qiymətləndirilməsi baxımından partiya Sədrimizin bu fikirləri çox əhəmiyyətli fikirlərdir. Doğrudan da, əgər o mürəkkəb dövrdə Yeni Azərbaycan Partiyası lazımi siyasi uzaqgörənliyi təmin edə bilməsə idi, xalqın dəstəyini arxasında hiss edə bilməsə idi, məhz ümumxalq partiyası olması keyfiyyətini isbat edə bilməsə idi, 2003-cü ilin siyasi yekunundan sonra Azərbaycan xalqının taleyi fərqli istiqamətdə inkişaf edə bilərdi. Bugünkü inkişaf etmiş, dünyaya inteqrasiya edən, beynəlxalq təşkilatlara, Avropaya inteqrasiya edən, güclənən Azərbaycanın yerində 1992-ci illərdə baş verən hadisələrdəki kimi qarşılıqlı çəkişmə, xaos və bu kimi digər eybəcər gerçəkliklər içərisində olan başqa bir Azərbaycan olardı. Hesab edirik ki, partiyanın fəaliyyətinin qiymətləndirilməsi baxımından, cənab Prezidentin bu fikirləri olduqca dəyərlidir. Bu baxımdan, 2013-cü il də məhz buna bənzər sınaq ilidir.
2013-cü ilin məsuliyyəti və YAP-ın yeni tarixi missiyası
Diqqət etsək doğrudan da, görərik ki, son illərdə regionda və dünyada çox mürəkkəb qlobal ictimai-siyasi proseslər baş verir. Biz onun şahidiyik ki, milli dövlətlərə, müstəqil milli siyasi iradəni qoruyan, onu təmin edən liderlərə qarşı təzyiqlər olur. Aktor kimi milli dövlətlər beynəlxalq münasibətlər sistemində sıxışdırılır. Nəzərə alsaq ki, Azərbaycan kimi kiçik ölkələr üçün belə şəraitdə müstəqil qərarlar qəbul etmək nə qədər çətindir, onda dünyada baş verən qlobal proseslərin ölkəmizə təsir imkanlarını da dəqiq hesablaya bilərik. Belə şəraitdə Azərbaycan Prezidentinin, partiyamızın Sədrinin yenidən Azərbaycanın müstəqilliyinə və suverenliyinə vurğu etməsi, onun Azərbaycan xalqı, hər bir azərbaycanlı üçün vazkeçilməz olduğunu bir daha Qurultayda səsləndirməsi və Azərbaycanın əsla və əsla milli maraqlardan geri çəkilməyəcəyini bəyan etməsi Azərbaycanın gələcəyi baxımından olduqca əhəmiyyətli tezislər idi.
V qurultaydan ölkədaxili auditoriyaya və xarici maraqlı dairələrə mühüm ismarıclar
Məhz belə bir mürəkkəb şəraitdə YAP-ın V Qurultayının baş tutması, partiyada daxili təşkilatlanmanın müəyyənləşdirilməsi və ölkənin gələcəyi ilə bağlı partiyanın fəaliyyəti ilə bağlı istər ölkədaxili qruplara, ictimaiyyətə ismarıcların verilməsi, istərsə də ölkədən xaricdə olan ayrı-ayrı dostlara və düşmənlərə müəyyən ismarıcların verilməsi hesab edirik ki, Azərbaycanın seçki ilində gələcək siyasətinin perspektivlərinin müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətli addımdır. Bəllidir ki, ölkə daxilindəki bəzi spekulyativ siyasiləşmiş qruplar YAP-ın fəaliyyəti ilə bağlı ölkə gündəliyində, mətbuatında müxtəlif fikirlərlə çıxış edirdilər. Yeni Azərbaycan Partiyasını vahid, güclü bir siyasi təşkilat kimi yox, daxilində parçalanmaya meyilli, yeni lider axtarışında olan, zəifləməkdə olan bir siyasi təsisat kimi göstərməyə çalışırdılar. Amma V Qurultaydan çıxan əsas ismarıclardan biri də o idi ki, YAP Qurultaydan sonra bütün bu tipli spekulyasiyalara son qoydu, daha güclənmiş şəkildə, ölkənin siyasi həyatına daha hakim bir şəkildə özünü təsdiq etmiş oldu. Yeni Azərbaycan Partiyasının bu cür siyasi davranışı, hesab edirik ki, seçki ilində Azərbaycan cəmiyyətində artıq fikirlərin və siyasi təsəvvürlərin aydınlaşmasına gətirib çıxardı. Artıq Azərbaycan xalqı bilir ki, onu hansı siyasi güc təmsil edəcək və onun maraqlarını hansı siyasi güc təmin edəcəkdir. Hesb edirik ki, bu baxımdan da YAP-ın V Qurultayı olduqca ibrətamizdir.
YAP Sədrinin hesabat xarakterli çıxışı alqışlara layiq idi
Yeni Azərbaycan Partiyasının V Qurultayında diqqəti cəlb edən başqa bir məsələ ondan ibarət idi ki, bu, bir növ YAP Sədrinin, Azərbaycan Prezidentinin Azərbaycan xalqına fəaliyyəti ilə bağlı hesabat verməsi idi. 10 ildə Partiya Sədrinin, Prezidentimizin gördüyü işlər ən qısa şəkildə sadalanmaqla, əsas etibarilə Azərbaycanın keçdiyi yola işıq tuturdu. Amma məsələ bununla da bitmədi. Cənab Prezident Qurultay nümayəndələri qarşısında öz nitqində siyasətimizin, iqtisadiyyatımızın, regionlarımızın, elmin, təhsilin gələcəyi və Azərbaycan dövlətinin strateji inkişaf istiqamətləri ilə bağlı əsas mövqeyini ifadə etdi. Bəlli oldu ki, növbəti illərdə də əsas diqqət mərkəzində olan məsələlərdən biri ilk növbədə, regionların inkişafı ilə bağlı olacaq, xarici siyasətdə əsas prioritetlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsi olacaq və elmin, təhsilin inkişafı ilə bağlı, sosial müdafiəsi zəif olan təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı, yəni, Azərbaycanın sosial dövlət olmaq istiqamətinin daha da inkişaf etdirilməsi ilə bağlı olacaq, eyni zamanda, Azərbaycanın artıq növbəti mərhələdə modern və postmodern bir ölkə kimi inkişaf etdirilməsi də Yeni Azərbaycan Partiyasının Sədrinin qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib.
Beləliklə, V Qurultayı xarakterizə edərkən, ilk növbədə qeyd etmək lazımdır ki; 1) YAP daxili struktur etibarilə yeni keyfiyyət əldə etdi, 2) siyasi təşkilat olaraq daha da gücləndi, 3) ölkənin gələcəyi baxımdan prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, 4) monolit siyasi güc kimi ölkənin siyasi sisteminə hakim olduğunu nümayiş etdirdi, 5) Azərbaycan xalqının sözün həqiqi mənasında bütün nümayəndələrinin təmsilçisi olduğunu isbat etmiş oldu. Hesab edirik ki, bir siyasi partiyanın seçki ilində bu cür güclü təşkilat kimi yenidən ortaya çıxması məhz Azərbaycanda 2013-cü ilin oktyabr ayında keçiriləcək seçkilərdə də partiyanın siyasi taleyi ilə bağlı səsvermədə öz rolunu oynayacaqdır.
YAP-a rəqib olacaq siyasi güc yoxdur
Bəri başdan demək olar ki, V Qurultay həm də seçki ilində Yeni Azərbaycan Partiyasının olduqca uğurlu bir addımı oldu. Əgər YAP-ın V Qurultayının baş verdiyi fonda ölkənin siyasi sisteminin digər tərəflərinə nəzər salsaq, görəcəyik ki, yeni qarşıdurmalar, daxili intriqa, marginal qrupların maraqları və xarici anti-azərbaycançı qüvvələrdən asılılıq özünü göstərməkdədir. Bu gün biz görürük ki, iqtidar cəbhəsində pozitiv hadisələr baş verərkən müxalifətdaxili parçalanmalar və yenidən təşkilatlanmalar əslində, qısır siyasi spekulyasiyadan başqa bir şey deyil. Çünki yaranmış və yaranmaqda olan müxalif vahidlər əslində, tək vahidin hissəcikləri olduğu üçün onları bölüb yenidən topladıqda cəm dəyişmir. Yəni, bir vahidi neçə yerə bölüb sonra üst-üstə gəlsəniz, yenə həmin vahid olacaqdır. Bilirik ki, bu vahid olduqca dar siyasi elektroratı olan bir neçə radikal müxalifət qruplaşmalarından ibarətdir. İndiki mərhələdə isə çox təəssüf ki, müxalifət liderləri ölkənin siyasi taleyini müəyyənləşdirəcək milli iradəyə deyil, xaricdəki ayrı-ayrı anti-azərbaycançı mərkəzlərə müraciət edirlər. Halbuki Azərbaycanda kiminsə hakimiyyətə gəlməyini təmin edəcək əsas baza, heç şübhəsiz ki, xalqdır. Ona görə də məhz bu qruplaşmalara da mesaj göndərən cənab Prezidentimiz onları layiqli ifadələrlə təsvir etdi.
Beləliklə, bütövlükdə, Yeni Azərbaycan Partiyasının V Qurultayı yuxarıda sadaladığımız əsas məsələləri həll etməklə bərabər, əslində Azərbaycan xalqının gələcək ən yeni tarixinin keyfiyyəti ilə bağlı da qərar vermiş oldu. Verilən qərar ölkəmizin inkişafını təmin edəcək, siyasi sistemimizi daha da gücləndirəcək, xalqımızın rifahını və modern inkişaf istiqamətini müəyyənləşdirəcək, sabitliyin və tərəqqinin təntənəsini təmin edəcək tarixi bir qərardır.

 
  • Oxunub:  31860  |  
  • Tarix:  11-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA