Ana səhifə »  Müəlliflər »  AXCP “Müsavat”da sədrlik uğrunda mübarizəni öz təsiri altına salmağa çalışır
A+   Yenilə  A-
AXCP “Müsavat”da sədrlik uğrunda mübarizəni öz təsiri altına salmağa çalışır
Yazdı: Pərviz Sadayoğlu

Yaxud Əli Kərimli Tofiq Yaqublu vasitəsilə “Müsavat”ı ələ keçirmək istəyir
Bir müddətdir ki, radikal müxalifət düşərgəsi partiyaları arasında davam edən “atəşkəs” yenidən pozulmaqdadır. Belə ki, “Müsavat” partiyasında qurultay qərarının verilməsi radikal düşərgənin digər təmsilçilərini də hərəkətə keçirib. 2014-cü ildə keçirilən sonuncu, 8-ci qurultayından sonra parçalanan “Müsavat” ötən 5 il ərzində demək olar ki, siyasi palitrada görünməz olub. Xatırladaq ki, həmin dövrdə Arif Hacılının etdiyi seçki saxtakarlığına etiraz olaraq partiyanın bir neçə rayon təşkilatı, eləcə də bir neçə nəfər tanınmış funksoneri istefa verərək “Müsavat”dan ayrıldıqlarını bəyan etmişdilər. Ötən beş il ərzində kiçilə-kiçilə radikal düşərgə daxilində də öz nüfuzunu itirən bu partiyada yeni qurultay qərarının verilməsi isə bir sıra gərginliklərə yol açıb.
Qeyd edək ki, budəfəki qurultayda sədrlik uğrunda bir neçə namizədin mübarizə aparacağı aydın olsa da, əsas mübarizənin hazırkı başqan Arif Hacılı ilə son dövrlərdə AXCP sədri Əli Kərimlinin qeyri-rəsmi müavini statusunu daşıyan Tofiq Yaqublu arasında gedəcəyi gözlənilir. Gərginlik də məhz bu məqamla bağlıdır. Belə ki, AXCP Müsavat Partiyasında sədrlik uğrunda mübarizəni öz təsiri altına salmağa və Əli Kərimlinin maraqlarına uyğun şəxsin bu partiyanın sədri seçilməsinə çalışır. Yəni Əli Kərimli məhz Tofiq Yaqublu vasitəsilə “Müsavat”ı ələ keçirmək istəyir.
Öncə vurğulanmalıdır ki, baş verənlər növbəti dəfə bir faktı təsdiqləyir. Dağıdıcı ünsürlər arasındakı “dostluq” və ya “müttəfiqlik” yalnız zahiri xarakter daşıyır. Hər bir radikal düşərgə partiyası digərinin zəifləməsindən istifadə edərək onu öz patronajlığı altına almağa, istismar etməyə və əldə etdiyi mənfəətdən yararlanmağa çalışır. Vaxtilə qondarma “Milli şura”nı da eyni yolla özünün yedəyinə çevirmiş AXCP hazırda “Müsavat”a qarşı oxşar planı həyata keçirməkdədir. Qondarma şurada ermənipərəst dairələrdən əldə olunan “qənimətlərə” şərik olan Tofiq Yaqublu ilə Əli Kərimli bu dəfə “Müsavat”ı ələ keçirərək pul qazanmaq fikrindədirlər.
Əli Kərimlinin təhrikçi və ya Tofiq Yaqublunun tərəfdarı olması isə hər bir detaldan bəlli olur. Məhz Əli Kərimlinin nəzarətində olan və ona məxsus “troll dəstələr”inin “fəal” olduğu internet resurslarında, internet kanallarında artıq bir müddətdir ki, məhz Tofiq Yaqublu ilə Arif Hacılının debatının təşkili tələb edilməkdədir. Ortada haqlı sual yaranır ki, görəsən, AXCP üzvlərinə “Müsavat”a sədr olmaq istəyən şəxslərin debatı nə üçün bu qədər maraqılıdır? Nəzərə alsaq ki, qeyd olunan sosial şəbəkə səhifələrində, internet resurslarında fəal olan “trollar” öz əmrlərini birbaşa Əli Kərimlidən alırlar, hər şey aydın olur. Demək ki, Əli Kərimli artıq “Müsavat”ı ələ keçirərək onun adından da ianələr toplamağı qarşısına məqsəd qoyub. Tofiq Yaqublu seçimi isə yuxarıda da qeyd edildiyi kimi, bir neçə ildir davam edən işbirliyinin və şərikliyin nəticəsidir. Diqqət yetirsək, ermənipərəst mərkəzlərin Əli Kərimli üçün yaratdıqları və maliyyələşdirdikləri internet kanallarının əsas eksperti qismində məhz Tofiq Yaqubluya müraciət olunur. Görəsən, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də ortaya çıxarılası bir funksioner yoxdurmu ki, hətta onun partiyası ilə bağlı suallara da məhz T.Yaqublu cavab verir?
O da vurğulanmalıdır ki, Əli Kərimlinin başqa bir düşərgə partiyasının daxili işlərinə qarışma cəhdi “Müsavat” daxilində gərginlik yaradıb. Artıq sosial şəbəkələrdə Əli Kərimlini anti-müxalifət fəaliyyətində qınayan, onu tənqid edən və “Müsavat”ı yenidən parçalamaq üçün belə addımların atıldığını bildirən partiya üzvləri hazırkı sədr Arif Hacılıdan izahat tələb edirlər. Əli Kərimlinin xislətinə bələd olan “Müsavat” üzvləri Tofiq Yaqublunun əli ilə partiyanın Ə.Kərimli tərəfindən ələ keçirilməsinin yolverilməzliyini bildirirlər. Hətta Tofiq Yaqublunun sədr seçiləcəyi təqdirdə partiyanı tərk edəcəyini bildirən bir neçə şəxs açıq şəkildə ermənipərəst mənbələrdən pul alan bu cür adamların “Müsavat” rəhbərliyində təmsilçiliyinin yolverilməzliyini bəyan edirlər. Bir sözlə, görünən budur ki, “Müsavat”ın 9-cu qurultayı AXCP ilə bu partiya arasındakı döyüşün yeni raundu kimi yadda qalacaq.

 
  • Oxunub:  1080  |  
  • Tarix:  27-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA