
Mənəvi, ideoloji terror həyata keçirməyə çalışan, qeyri-etik davranışı, leksikonu siyasi mühitə transformasiya etməyə cəhd göstərən belələri həm də fiziki terrorun əsas dəstəkçisinə çevrilməkdədirlər
Xalq tərəfindən dəstəklənməyən, antimilli xarici mərkəzlərin və erməni lobbisinin sifarişlərini yerinə yetirən, maddi təminat qarşılığında Azərbaycan dövlətinə qarşı aparılan çirkin kampaniyalarda yer alan radikal müxalifət düşərgəsinin xəyanətkar xarakteri hər addımda üzə çıxmaqdadır. Əslində bunun üçün uzağa getməyə dəyməz. Belə ki, zaman-zaman istər daxildə, istərsə də xaricdə yaşayan və antimilli mərkəzlərin direktivləri əsasında fəaliyyət göstərən şəbəkə üzvlərinin özünüifşa kampaniyaları bunu sübut edir. Radikal düşərgə partiyalarına rəhbərlik edən şəxslərin, həmin təşkilatların “tanınmış simaları”nın təmsil olunduqları partiyalara yalnız biznes vasitəsi kimi baxması, adını “siyasi” qoysa da, bu təşkilatlardan kooperativlər kimi istifadə etməsi faktları isə yetərincədir.
Eləcə də bu gün Azərbaycan xalqının radikal müxalifət kəsiminə dəstək verməməsi onları daha da qıcıqlandırır və dağıdıcı ünsürlər bunu guya ölkəmizdə “demokratiyanın azlığı” kimi qiymətləndirməkdən belə çəkinmirlər. Vurğulanmalıdır ki, radikal düşərgə təmsilçiləri məhz bu cür bəhanələrin arxasında gizlənərək özlərinin siyasi ömürlərini uzatmağa, siyasi palitrada təmsil olunmaqda davam etməyə çalışırlar. Ölkə daxilində heç bir dəstək əldə edə bilməyəndə isə radikal ünsürlərin ümidi “mühacir” adlandırdıqları xarici ölkələrdə məskunlaşmış məhdud bir qrupa yönəlir.
Yəni bu gün ermənipərəst maraqlardan çıxış edən, milli maraqlara qarşı olan qüvvələrin əlaltılığını həyata keçirən radikal müxalifət düşərgəsi və onların “mühacir” uzantıları bir medalın iki üzüdür. Bunu aşkar şəkildə də görmək mümkündür. Məhz adıçəkilən dairələrdən aldıqları sifarişlər əsasında “mühacir” adlanan şəbəkənin yaratdığı internet resurslarının əsas “ekspertləri” ölkə daxilindəki radikal ünsürlərdir. Mənəvi, ideoloji terror həyata keçirməyə çalışan, qeyri-etik davranışı, leksikonu siyasi mühitə transformasiya etməyə cəhd göstərən belələri həm də fiziki terrorun əsas dəstəkçisinə çevrilməkdədirlər. Qeyd etdiyimiz kimi, həmin “mühacir müxalifəti”nin mühüm hissəsi də ölkəmizdən getmiş və hazırkı radikal düşərgə təmsilçilərinə yaxın şəxslərdir. Bu şəxslər sığındıqları ölkələrdə fəaliyyət göstərən anti-Azərbaycan mərkəzlərin təsiri altında ölkəmizin milli maraqlarına qarşı rıçaq kimi istifadə olunurlar. Belə demək mümkündürsə, maliyyə qarşılığında ölkəmizə qarşı çirkin kampaniyalar aparmaq istəyən qüvvələrin və ya mərkəzlərin ilk istinad edəcəyi yer məhz həmin “mühacirlər” sayıla bilər.
Yəni istər adını “mühacir” qoymuş həmin şəbəkənin, istərsə də onların ölkə daxilindəki dəstəkçisi və ya müttəfiqi sayılan “beşinci kolon”un əsas hədəfi Azərbaycan dövləti və Azərbaycan xalqıdır. “Mühacir” adlanan şəbəkənin səsləndirdiyi terrora çağırış, vətəndaş itaətsizliyi və bu kimi məsələlər Azərbaycanın dövlət müstəqilliyinə qarşı səsləndirilən təhdidlərdir ki, bu da onların əsas məramlarından xəbər verir. Bir sözlə, bu gün yerləşdiyi regionun əsas siyasi aktoruna çevrilmiş Azərbaycanın beynəlxalq nüfuzu, iqtisadi və geopolitik maraqları “mühacirləri” və onların ölkə daxilindəki müttəfiqlərini, o cümlədən onların himayədarlarını əsas narahat edən məsələlərdir. Bu baxımdan radikal ünsürlərin hədəfə aldığı məsələlər arasında sadalanan bu komponentlər ən üst sırada dayanır.
Göründüyü kimi, radikal ünsürlərin “boş sözlərdən”, xarici ermənipərəstlərin sifarişləri əsasında fəaliyyətdən ibarət “müxalifətçiliyi” artıq tam şəkildə ifşa olunub.
- Oxunub: 2190 |
- Tarix: 04-09-2019 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal müxalifət dövlətə və xalqa qarşı mübarizə aparır(2019-12-04 09:32:29)
- - Azərbaycan xalqı radikal müxalifəti dəstəkləmir(2019-12-03 09:38:16)
- - Havadarları radikal müxalifət düşərgəsindən üz döndəriblər(2019-11-30 09:58:02)
- - Radikal müxalifət düşərgəsi maddi gəlir əldə etmək üçün bütün yollara baş vurur(2019-11-29 09:28:35)
- - AXC-“Müsavat” hakimiyyətinin cinayətkar əməlləri xalqımız tərəfindən unudulmayıb(2019-11-28 09:20:34)
- - Siyasi dönük, flüger Əli Kərimlinin bütün fəaliyyəti satqınlıq üzərində qurulub(2019-11-27 09:15:43)