Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli artıq virtual aləmlə real həyat arasındakı sərhədi itirib

Əli Kərimli artıq virtual aləmlə real həyat arasındakı sərhədi itirib

28.08.2019 [09:17]

Pərviz Sadayoğlu

Ölkə vətəndaşları nəinki Əli Kərimlinin iddialarından, hətta onun mövcudluğundan belə xəbərsizdirlər
Hər zaman milli mənafeyə düşmən kəsilən ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən, ianələr aldıqları erməni lobbisinin xidmətçisinə çevrilən radikal ünsürlər artıq dalana dirəndiklərini anlayıblar. Məhz bu səbəbdəndir ki, xalqın etimadını qazana bilməyən, seçkilərdə fiasko yaşayan radikal düşərgə partiyalarının rəhbərləri nə qədər çabalasalar da, “siyasi meyit”ə çevrildiklərini büruzə verməkdədirlər.
Bu fakt daha çox AXCP sədri Əli Kərimliyə aiddir. Belə ki, Əli Kərimlinin bütün fəaliyyəti onu göstərir ki, bu adam, sadəcə, özünə bir iş tapa bilmir, cəmiyyətə, ailəsinə, ətrafına fayda gətirə biləcək bir işin ucundan yapışmaq bacarığı yoxdur. “Siyasi fəaliyyət” anlayışını sosial şəbəkələrdə girələnmək və ya qeyri-real, yalan statuslarla cəmiyyətdə çaşqınlıq yaratmaq kimi qavrayan Əli Kərimli özünü gülünc vəziyyətə salmaqdadır. AXCP sədri hər statusunda iddia edir ki, guya hakimiyyət narahatdır, cəmiyyət barıt çəlləyini xatırladır və bu gün-sabah “inqilab” olacaq. Bu, onun son dövrlərdə yazdığı sərsəm statuslarının əsas mövzusuna çevrilib.
Bəs görəsən, Əli Kərimli bu iddialarını hansı “əsaslarla” ifadə edir? Əli Kərimlinin iddiasına əsasən, hakimiyyətin narahatlığının səbəbi nədir? Üç-dörd “xuliqan” cəbhəçinin saxlanılması və ya Tofiq Yaqublunun prokurorluğa çağırılmasını narahatlıqmı sayır? Görünür, bütün şüurlu həyatını kompüter arxasında keçirən və səhərdən axşama kimi sosial şəbəkədə ictimai qıcıq yaratmağa çalışan bu adam hesab edir ki, bir neçə yaxınının onunla həmfikir olması və formalaşdırdıqları trol dəstəsinin dəstəyi “ictimai narazılıq”dır, “inqilabi situasiya”nın ərəfəsidir, “hakimiyyətin çöküşü”nün başlanğıcıdır.
Göründüyü kimi, 1993-cü ildən bu iddiaları səsləndirməkdən yorulmayan Əli Kərimli “virtual dünya”ya transformasiya olmamışdan öncə bunu nəzarətindəki qəzetlərdə yazdırırdısa, bu gün eyni iddiaları sosial şəbəkələrdə səsləndirməkdədir. Fakt isə budur ki, Əli Kərimli və onun kimilərinin “mübarizəsi” hər zaman qəzet səhifəsi və sosial şəbəkənin sərhədlərindən kənara çıxmır. Yəni Ə.Kərimli artıq virtual aləmlə real həyat arasında sərhədi itirib. O və ətrafındakılar elə düşünürlər ki, sosial şəbəkədə bir neçə səviyyəsizin ağzıköpüklü ritorikası “ictimai narazılıq”, kimlərinsə “asacağıq”, “kəsəcəyik” iddiaları isə “inqilabdır”.
Bəli, radikal ünsürlər yalnız virtual məkanda “qəhrəmanlıq” edə bilərlər, çünki real cəmiyyət, ölkə vətəndaşları nəinki Əli Kərimlinin iddialarından, hətta onun mövcudluğundan belə xəbərsizdirlər. Əli Kərimli özü də dərk edir ki, onun yalanları sabun köpüyü effektindən uzağa gedə bilmir. Məsələn, Əli Kərimli bir müddət öncə ölkəmizdə həyata keçirilən sosial tədbirləri hədəfə götürmək istəsə də, buna nail ola bilmədi. Daha sonra məmurların, imkanlı şəxslərin əmlakını müzakirəyə çıxarmaqla hakimiyyətin nüfuzuna zərbə vuracağını sandı. Amma bundan da bir nəticə çıxmadı. İndi isə “ay camaat, gəlin qoşulun cəbhəyə” çığırmaqla insanları rəhbərlik etdiyi partiyanın sıralarına cəlb etməyə çalışır. Əli Kərimli “Rusiyada aksiyalar keçirildi, bizdə də başlayacaq” deməklə vətəndaşları qarşıdurmaya cəlb etmək istəsə də, onun bu cəhdi də boşa çıxır. Çünki real həyatda insanlar Ə.Kərimlini də, ətrafındakı 3-5 nəfərlik dağıdıcı qrupu da yaxşı tanıyır. Göründüyü kimi, bu adam artıq nə edəcəyini bilmir. O sadəcə, sosial şəbəkələrdən əl çəkməməklə mövcudluğunu təsdiq etmək, yanında qalan beş-üç nəfərin də dağılıb qaçmasına mane olmaq dərdinə düşüb.
Bəli, əgər bir insan iyirmi il davamlı olaraq eyni şeyi təkrar edib durursa və nəticədə heç nəyə nail ola bilmirsə, hətta geriləyirsə, ancaq yenə də həmin işi davam etdirirsə, deməli, onun problemi ilə artıq psixoloqlar məşğul olmalıdırlar.

Paylaş:
Baxılıb: 469 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30