Ana səhifə »  Müəlliflər »  Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
A+   Yenilə  A-
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
Yazdı: Qaşqay ZİYƏDDİNOĞLU

Yaxud radikal müxalifət təmsilçiləri çirkin məqsədlərini reallaşdırmaq naminə bütün vasitələrə əl atırlar
Radikal müxalifət düşərgəsinin təmsilçiləri Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq üçün hər cür yola baş vururlar. Şübhəsiz ki, xaricdəki ermənipərəst mərkəzlərdən aldıqları sifariş əsasında ölkəmizin və xalqımızın maraqlarına zidd mövqe sərgiləyən, sözün əsl mənasında, düşmənçilik edən dağıdıcı ünsürlər gec-tez törətdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verməli olurlar. Bu zaman isə sözügedən düşərgə həbs olunan dağıdıcı ünsürlərin cinayət törətməsi faktını pərdə arxasına keçirərək bu qanun pozucularının guya siyasi əqidəsinə görə məsuliyyətə cəlb olunduqlarını iddia edir. Bu məsələdə, xüsusilə Əli Kərimlinin dəstəsi daha çox fəallıq göstərir. Bu günlərdə sözügedən ünsürlərin konkret cinayət törətdiyinə görə həbs olunan şəxslərin ətrafında yaratdığı yeni “şou” da deyilənləri bir daha təsdiqləyir.
Daha dəqiq desək, bu tendensiya son günlər 4 AXCP üzvünün həbs olunmasına dair paylaşımların radikal müxalifət düşərgəsinin fəalları tərəfindən müzakirə olunmasında da özünü göstərir. Daha çox AXCP üzvlərinin sosial şəbəkə hesablarında və Əli Kərimlinin dəstəsinin nəzarətində olan səhifələrdə yayılan paylaşımda iddia edilir ki, guya hakimiyyət Əli Kərimlidən qorxduğu üçün onun rəhbərlik etdiyi partiyaya qarşı belə mövqe sərgiləyir. Təbii ki, bu cür iddialar cəmiyyət tərəfindən sadəcə istehza ilə qarşılanır.
Çünki AXCP üzvü olan hansısa bir şəxsin şübhəli şəxs qismində saxlanmasının guya hakimiyyətin Əli Kərimlidən qorxması kimi qələmə verilməsi sadəcə çox gülünc və absurd bir arqumentdir.
Əvvəla, vaxtilə mövcud olmuş AXCP-nin Əli Kərimlinin əlində qalan qanadının cəmiyyətdə hansı “nüfuza” malik olduğu radikalların özləri də daxil olmaqla bütün Azərbaycana bəllidir. Belə olan halda ortaya haqlı sual çıxır: Əli Kərimlinin və onun partiya kimi təqdim etdiyi qrupun hansı resursu var ki, hakimiyyət ondan qorxsun?
Konkret cinayət əməlinə görə həbs olunan hansısa şəxsin Əli Kərimlinin rəhbərlik etdiyi AXCP qanadının üzvü olduğunun elan edilməsinə gəlincə, hər kəs bilməlidir ki, AXCP üzvü olmaq insanlara hansısa toxunulmazlıq, yaxud cinayət törətmək üçün xüsusi imtiyaz vermir. Azərbaycanda qanunun aliliyinə əsalanan hüquqi dövlət mövcuddur və ölkəmizdə qanun qarşısında hamı bərabərdir. Təbii ki, cinayət törədən və ya şübhəli şəxs qismində saxlanılan vətəndaşın hansısa siyasi partiyanın üzvü olması onu məsuliyyətdən azad etmir. Yəni qanuna uyğun olaraq cinayət törədən və ya törətməkdə şübhəli bilinən şəxslərə qarşı kimliyindən və siyasi mənsubiyyətindən asılı olmayaraq dövlətin aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülür.
Digər tərəfdən son dövrlər cinayət törətməkdə şübhəli bilinərək həbs olunan şəxslərin arasında Əli Kərimlinin ətrafına toplaşanların, yəni AXCP-yə üzv olanların çoxluq təşkil etməsinə gəlincə, burada da yeganə problem radikal düşərgənin özü ilə bağlıdır. Yəni Ə.Kərimlidən soruşulmalıdır ki, onun partiya üzvlərinin tez-tez həbs olunmasına görə niyə partiyadaxili araşdırma aparmır? Yəni məhz sıraları genişlənsin deyə kriminal elementləri partiya sıralarına qəbul edəndə nəticə də belə olmalıydı.
Burada digər maraqlı məqam da diqqətdən yayınmamalıdır. Belə ki, Ə.Kərimli yeri gələndə beynəlxalq təşkilatların diqqətinə guya “fəaliyyətdə olduqlarını” xatırlatmaq məqsədilə partiyasına üz tutan gəncləri bilərəkdən aqressiv formada fəaliyyətə təhrik edir ki, sonradan da bundan çirkin məqsədləri üçün istifadə edə bilsin. Yəni Əli Kərimli həmin gəncləri qanunu pozmağa məcbur edir ki, hüquq-mühafizə orqanları qanun əsasında adekvat tədbirlər görəndə radikallar guya kiminsə siyasi mənsubiyyətinə görə təzyiqə məruz qalması barədə rəy yaratmağa çalışsınlar.
Beləliklə, sözügedən məsələyə diqqət yetirəndə əslində Ə.Kərimlinin baş verən hadisələrin ətrafında bilərəkdən ajiotaj yaratdığı məlum olur. Bir sözlə, onun və digər radikal müxalifət təmsilçilərinin öz çirkin məqsədləri naminə bütün vasitələrə əl atdıqları göz qabağındadır. Amma göründüyü kimi, onların son illər istifadə etdikləri bütün üsul və metod kimi, bu fənd də iflasa məhkumdur.

 
  • Oxunub:  8580  |  
  • Tarix:  24-08-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir

25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
25 Fevral 11:20
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb
25 Fevral 11:11
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib
25 Fevral 11:00
Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
25 Fevral 10:22
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
25 Fevral 09:22
YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib
25 Fevral 09:03
Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir
24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb
24 Fevral 15:01
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
24 Fevral 15:00
Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib
24 Fevral 14:28
Təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
24 Fevral 14:16
AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7