Ana səhifə »  Müəlliflər »  Kooperativləşmiş müxalifət...
A+   Yenilə  A-
Kooperativləşmiş müxalifət...
Yazdı: Pərviz Sadayoğlu

Maraqlı bir situasiya yaranıb. Deməli, radikal müxalifət deyilən kəsimdə kim nə yaradıbsa, kim nəyin daşını daş üstə qoyubsa, hesab edir ki, onun sayılmalıdır. Az qalıb ki, yaratdıqları üçün bir özəlləşmə sənədi də alsınlar. Hələ özləri bir tərəfə, başqalarına da pis nümunə olurlar. 
Elə götürək Rüstəm İbrahimbəyovu. İndi kim verib, necə verib, nə qədər verib, bunu buraxaq onun öz öhdəsinə, hər halda ortada olan budur ki, dramosiyasətçiyə bir şura layihəsi veriblər. Kim verib bir az qəliz məsələdir. Bəlkə, elə yatıb yuxuda irəhmətlik Lenin babasını görüb o kişi də, and verdirib Kremldəki şüşə qəbrinə ki, Qorbaçovun yerlə-yeksan etdiyini təzədən qur, mən də o şüşənin altında rahat yatım.
Bəli, uzunçuluq olmasın, bu İbrahimbəyov ağzından bir söz qaçırıb ki, “bəs bir şura qurmaq istəyirəm”. Amma indi dediyinə peşman olub. Peşman olmayıb e, peşman eləyiblər. Bəs necə? Sən gör kimlərlə bir cərgədə durub onların biznesinə girmək istəyirsən? Heç İsa Qəmbər qoyarmı ki, sən durub atdana-atdana Moskvadan namizəd olub, payın yekəsini yeyəsən? Və ya Əli Kərimli ölüb elə ki, dura qırağa, sən də rus rubllarını həzm-rabedən keçirəsən...
Düşərgənin şura-şura oyununun ən pik nöqtəsi indi-indi başlayır. Çünki beş ildir ki, radikalların səbrsizliklə gözlədiyi “maska-şou” təqdim olunur. Dünənə qədər can deyib can eşidən, belə getmə gözümdən, gedərəm özümdən deyənlər, qardaş orda oturma, burda otur söyləyənlər maskanın altında nələrin yatdığını bir az sonra hər kəsə göstərəcəklər. Az görmüşük ki bu şounu? 2010-cu ildə parlament seçkisi gününə qədər İsa Qəmbərlə Əli Kərimlinin yediyi-içdiyi ayrı idimi? Sonunda nə oldu? Bu suala Kərimli cavab versə daha maraqlı olar, çünki İsa Qəmbər haqqında onun söylədiyi təşbehləri hələ indiyə qədər bir kimsə tapıb deyə bilməmişdi. Amma indi ac qurd quzuya daraşan kimi daraşıblar İbrahimbəyovun şurasının rubllarına. Aya, ay balam, sizin əlinizdən bir keçəl başına qatıq sürtməməlidir? İllah da bu İsa Qəmbər... harda qatıq qabı görür çəkir qabağına ki, mənimdir. Nə oldu bəs, sən dollardan başqasına yaxın durmurdun? İndi bir az aralı dayan, bu İbrahimbəyov da öz “dyadya”larından beşdən-üçdən qopartsın dayna?
İbrahimbəyov da görür ki, bunlar üzlülüklərinə salıblar. Onun yaratdığı kooperativdən yararlanmaq istəyirlər. Daha deyə bilmir ki, qardaş, birinizin “Müsavat” MMC-niz var, o biriniz AXCP Qapalı Səhmdar Cəmiyyətinə başçılıq edirsiniz. Bu “El” mirasa qalmışa da ki, üç aydan bir 100 min verirlər. İndi bu “Milli şura” kooperativi də İbrahimbəyovun olmalıdır da. İbrahimbəyov gözləyirdi ki, “müttəfiqləri” deyəcək, yox, sən öləsən İbrahimbəyov namizəd olmasa yeri yoxdur, gəl ol namizəd. Gördü yox, burada ağlamayana “pəpə” vermirlər. Elə bu dərddəndir ki, indi İbrahimbəyov düşüb əl-ayağa ki, nağarırsınız, bir gözləyin görək, bu xarabanı mən təsis eləmişəmsə, nə təhər ola bilər ki, namizəd siz olursunuz? Yəni, mənim “teritoriyamda” siz niyə qoçuluq eşqinə düşmüsünüz. Özüm olacam o namizəddir, nədir ondan...
Amma bir dərd də var ki, İbrahimbəyov bu deyilənləri dilinə gətirən kimi meydanda lat-lüt tək-tənha qalacaq. O, bilir ki, Eldar Namazovdan ona hay yoxdur, çünki Namazovun boş-boş qırıldatmaqdan başqa bir şeyə yaramadığını çox görüb. Elə bu üzdən səsini salıb içəri, dillənmir. Yoxsa, çox xoşu gəlirdi ki, dünənə qədər salam vermədiklərinin üzünə hırıldaya.
İndi hər şey bir tərəfə, bu kooperativə şərik çıxanların pay bölgüsü davası da bir tamaşaya çevriləcək. Dünənə qədər gələn pul 2, maksimum 3 yerə bölünürdüsə, bu ilki “gəlinin adaxlılarının” sayı durmadan artır. Hər gələn də ağzını çuval kimi açır ki, “ver gəlsin”...
Çuval demişkən... Bunların cidası çuvalı cırıq-cırıq edib, hələ də özlərinə gəlmirlər. Axı, xalq hər şeyi görür, bu “cida”nı haradan oğurladığınız da bəllidir. Amma bəla orasındadır ki, bu cida payızda sınacaq və onda... Hə, onda İsa Qəmbərlə, Əli Kərimlinin ingilis dilində “my dear uncle” şeirinə qulaq asmaq necə də kövrəldici olacaq...

 
  • Oxunub:  24060  |  
  • Tarix:  08-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +25