Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mağara təfəkkürlü qaragüruhçular milli hissiyyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar

Mağara təfəkkürlü qaragüruhçular milli hissiyyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar

15.05.2019 [09:40]

Pərviz Sadayoğlu

Bu 3-4 nəfər mənəviyyatsız erməni köləsinin etiraz təşkil etmək cəhdi onların iddialarının heç kim tərəfindən dəstəklənmədiyinə əyani sübutdur
Anti-azərbaycançı xarici qüvvələrin sifarişlərini yerinə yetirən və ölkəmizə qarşı olan maraqlı güclərin “danışan dilinə” çevrilmiş bəzi qaragüruh üzvləri yenidən öz ampluasındadır. Qərbin antimilli mərkəzlərinin direktivləri əsasında özünə hərəkət trayektoriyası cızan bu “sapı özümüzdən olan baltalar” ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer almaqdan sanki “qürur” duyur, ermənipərəst dairələrin onlara həvalə etdiyi sifarişləri yerinə yetirirlər. Həmin xəyanətkarların iştirak etdiyi çirkin kampaniyalar və təbliğatlar demokratik inkişaf yoluna sədaqət nümayiş etdirən, insan hüquq və azadlıqlarının qorunması yönündə mühüm tədbirlər həyata keçirən, eləcə də regionun əsas iqtisadi güc mərkəzinə çevrilən Azərbaycan dövlətinin inkişafından narahat olan xarici qərəzli mərkəzlər tərəfindən planlaşdırılır.
Mayın 13-də Brüsseldə 3-4 nəfər antimilli ünsürün aksiya keçirmək cəhdi də yuxarıda dediklərimizi bir daha təsdiqləyir. Belə ki, həmin aksiya cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir. Ən əsası isə, bu aksiya cəhdi ilə onlar erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan aldıqları böyük məbləğdə vəsaitləri “yuyurlar”. Sosial şəbəkələrdə yayılmış kadrlardan da görünür ki, “plintus” səviyyəli, mağara təfəkkürlü bu qaragüruhçular nə qədər cılız, səviyyəsiz, tərbiyə və əxlaqi normaları tam deqradasiyaya uğramış, milli hissiyyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar.
Onu da vurğulamaq lazımdır ki, bu xəyanətkar qrupun xidmətindən istifadə edən ermənipərəst dairələr son zamanlarda daha mütəmadi şəkildə onlara müraciət edirlər. Məsələn, respublikamızda hər hansı mühüm beynəlxalqsəviyyəli tədbirlərin keçirilməsi ərəfəsində ölkəmizin xarici imicinə qarşı aparılan çirkin kampaniyalar, Azərbaycanda həyata keçirilən islahatlara kölgə salmaq cəhdləri buna misal ola bilər. Antimilli mərkəzlərin əlaltısı qismində çıxış edən bu radikal ünsürlərin canfəşanlığı isə heç bir nəticə vermir. Bu insanların bir qayəsi var - işğalçı ermənilərin apardığı yalan təbliğatın bir parçasına çevrilərək ölkəmizin haqq işində əldə etdiyi uğurlara kölgə salmaq. Bu insanlar Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini, sözün əsl mənasında, milli xəyanətin zirvəsinə yüksəltdilər.
Bəli, ölkəmizə qarşı açıq qərəz nümayiş etdirən bəzi anti-azərbaycançı təşkilatların apardığı çirkin kampaniyaların dəstəkçisinə çevrilən və təbliğini aparan bu 3-4 nəfər mənəviyyatsız erməni köləsinin etiraz təşkil etmək cəhdi onların iddialarının heç kim tərəfindən dəstəklənmədiyinə əyani sübutdur. Bu adamlar hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibətlərini artıq gizlətmirlər və pərdələməyə çalışmırlar.
Göründüyü kimi, erməni puluna görə öz dövlətini və xalqını gözdən salmağa çalışan bu kimi ünsürlər hələ də tapılır. Onların özlərini “azərbaycanlı” adlandırmağa mənəvi haqqı yoxdur. Eyni zamanda xalqını, dövləti pula satanların nə iş görməsindən, gündə neçə dəfə kimlərə satılmasından asılı olmayaraq, Azərbaycan dövləti öz qətiyyətindən, ərazi bütövlüyünün bərpası ilə bağlı apardığı fəaliyyətindən bir addım geri çəkilmək fikrində deyil. Çünki dövlətimiz xalqın mənafeyini qoruyur. Ermənilərin “danışan dili”nə çevrilən bu azsaylı qaragüruh və ona dəstək verənlər isə məğlub olduqlarını işin başından anlayıblar. Çünki bu gün Azərbaycanda məhz xalqın iradəsi ilə seçilən və xalqın etimadına güvənən milli hakimiyyət mövcuddur. Xalq-hakimiyyət birliyi önündə isə bütün çirkin niyyətlər, bütün məqsədlər fiaskoya məhkumdur...

Paylaş:
Baxılıb: 578 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30