Ana səhifə »  Müəlliflər »  Tariximizin xanlıqlar dövrünün qiymətləndirilməsinə və siyasi təhlilinə dair fundamental əsər
A+   Yenilə  A-
Tariximizin xanlıqlar dövrünün qiymətləndirilməsinə və siyasi təhlilinə dair fundamental əsər
Yazdı: Hikmət BABAOĞLU

Xalqımızın milli yaddaşında beşminillik dövlətçilik şüuru hakimdir. Azərbaycanın zəngin dövlətçilik tarixinin bəzi dövrləri dönüş nöqtəsi sayıla biləcək çox mühüm mərhələləri özündə ehtiva edir. Yəni, dövlətçilik tariximizdə taleyüklülüyü baxımından digər dövrlərdən fərqlənən siyasi dönəmlər - tarixi mərhələlər mövcuddur. Ona görə də milli dövlətçiliyimizin əsaslarına tarixi reallıqların işığında nəzər salmaq və obyektiv, rasional qənaətlərə gəlmək üçün sistemli elmi tədqiqatların aparılması zəruridir. Çünki Azərbaycanın zəngin dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Bütövlükdə, dövlətçilik tariximizin mötəbər elmi mənbələrə söykənərək obyektiv, rasional baxış əsasında öyrənilməsi - tədqiq olunması tarixi şüurun formalaşması və milli özünüdərk baxımından strateji əhəmiyyətə malikdir. Çünki tarixi şüur milli şüurun ən əsas komponentlərindən biridir.
Azərbaycanın dövlətçilik tarixinin xanlıqlar dövrünün başlıca səciyyəvi xüsusiyyətlərinə siyasi-analitik baxış
Azərbaycanın dövlətçilik tarixinin çox mühüm və həlledici mərhələlərindən birini xanlıqlar dövrü təşkil edir. Bu dövrün başlıca səciyyəvi xüsusiyyətlərinə tarixi faktların işığında nəzər saldıqda onun Azərbaycan dövlətçiliyində hansı yerə malik olduğu tam aydın görünür. Məlum olduğu kimi, XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində müstəqil dövlətlər qismində xanlıqlar yaranmışdı. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmişdilər, XIX əsrin 20-30-cu illərində isə mərhələli şəkildə Qacar İran dövlətinin və Rusiya imperiyasının nəzarəti altına keçmişdilər. Şəki, Bakı, Qarabağ, Gəncə, Şamaxı, Quba, Dərbənd, Lənkəran, Naxçıvan və İrəvan xanlıqları Şimali, Urmiya, Təbriz, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Zəncan və Ərdəbil xanlıqları isə Cənubi Azərbaycanda meydana çıxmışdılar. Şimali Azərbaycan ərazisində xanlıqlarla yanaşı, öz ərazisinə və nüfuzuna görə daha kiçik feodal qurumları olan sultanlıqlar, məlikliklər mövcud idi. İlisu, Qəbələ, Ərəş, Qazax-Şəmşəddil sultanlıqları fəaliyyət göstərirdilər. 
Xanlıqlar dövrünü tədqiq edən tarixçilərin bu dönəmə dair bir çox məsələlərlə yanaşı, xanlıqlarda idarəetmə formasını da araşdırma predmetinə çevirmələri mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, xanlıqlar dövründə mövcud idarəetmə formasının mahiyyətinə dair ümumiləşmiş qənaət ifadə etmək üçün dövlət idarəçiliyi və hakimiyyət strukturu məsələsinin elmi-nəzəri əsaslarına diqqət yetirmək məqsədəmüvafiqdir. Dövlət idarəçiliyi və onun əsaslarının öyrənilməsi sosial elmlərin mühüm tədqiqat obyekti qismində çıxış edir. Siyasi, iqtisadi, mədəni, hərbi, sosial və digər sahələrdə idarəetmə ilə bağlı konseptual xarakterli, mühüm elmi-nəzəri əhəmiyyətə malik olan tədqiqatlar mövcuddur. Bu məsələ kontekstində hakimiyyət strukturunun forması və xarakteristikası da tədqiqat obyektinə çevrilir. Başqa sözlə, siyasətşünaslıq elmində idarəetmənin əsasları kontekstində tədqiqat predmetinə çevrilən nəzəri-empirik məsələlərdən biri də hakimiyyət və onun funksionallığıdır. Siyasətşünaslıqda idarəetmə sistemində hakimiyyətin səlahiyyət və funksiyalarını yerinə yetirməsinin optimal və səmərəli forması məhz “hakimiyyət bölgüsü” prinsipi əsasında müəyyənləşsə də, xanlıqlar dövrü tariximizdə bunu müşahidə etmək mümkün deyil. Məhz bu elmi-nəzəri və empirik əsasları rəhbər tutaraq xanlıqlar dövründə idarəetmə formasına nəzər saldıqda idarəetmədə praktiki olaraq təkhakimiyyətlilik prinsipinin hökm sürdüyünü aydın görmək olur. Bu, bizə xanlıqlar dövründə hakimiyyət strukturunun funksionallığı və səciyyəvi xüsusiyyətləri barədə dəqiq elmi-nəzəri qənaət əldə etməyə imkan verir. Məlum olduğu kimi, xanlıqlarda təkhakimiyyətlilik xanın qeyri-məhdud hakimiyyətə malik olmasında özünü göstərirdi. Eyni zamanda, hakimiyyətin digər qolu olan məhkəmə hakimiyyəti də məhz xanın əlində cəmləşmişdi, o, hətta ölüm hökmü vermək, yaxud bu cəza növünə məhkum olunmuş şəxsləri əfvetmə səlahiyyətinə malik idi. Xanın yanında məşvərət funksiyasına malik Divanın fəaliyyət göstərməsi isə, bir növ, qanunvericilik orqanının mövcudluğundan xəbər verirdi. Divanda, əsas etibarilə, sülh bağlamaq, müharibə elan etmək, vergilər qoymaq məsələləri müzakirə olunurdu. Belə şuralar Şəki, Şamaxı, Quba və Qarabağ xanlıqlarında mühüm institusional mexanizm kimi kifayət qədər nüfuza malik idi. Xanın qəbul etdiyi qərarlarda bir sıra hallarda Divanın və ya Məşvərət şurasının mövqeyinin həlledici rola malik olması isə müəyyən mənada qanunverici orqanın icra hakimiyyəti üzərində təsirini göstərən faktlardan idi.
Xanlıqlar dövründə separatizm və mərkəzdənqaçma meyilləri: mərkəzləşmə prinsipindən uzaqlaşma milli dövlətçiliyin əsaslarının zəifləməsinə xidmət edən amil kimi
Xanlıqlar dövrünü tədqiq edən tarixçi-alimlərin diqqət yetirməsi zəruri olan məsələlərdən biri bu dönəmdə mərkəzdənqaçma meyillərinin sürətlənməsi, separatizmə rəvac verən qərarların qəbul olunması, addımların atılması idi ki, bu, son nəticədə Azərbaycan dövlətçiliyinin bəhs olunan tarixi mərhələdə mərkəzləşmə prinsipindən uzaqlaşmasını göstərirdi. Məlumdur ki, beşminillik tarixə malik olan Azərbaycan dövlətçiliyinin Səfəvilər dövründə növbəti mərkəzləşmə prosesinin əsası qoyulmuş, Nadir şah Əfşarın hakimiyyəti illərində isə bu, bir qədər də möhkəmləndirilmişdi. Bu, dövlətçilik ənənələrinin qorunması, mərkəzdənqaçma meyillərinin, siyasi deviasiya hallarının neytrallaşdırılması baxımından çox mühüm əhəmiyyətə malik idi. Sabitlik və tərəqqini təmin edən siyasi formula olan mərkəzləşdirmə prosesinin aradan qaldırılması isə dövlətçiliyin əsaslarının zəiflədilməsi, suverenliyin məhdudlaşdırılması, hətta sıradan çıxmasına xidmət edəcəkdi. Bu, məhz xanlıqlar dövründə baş verdi. Bundan başqa, xanlıqlar arasında nüfuz və yeni ərazilər uğrunda mübarizənin şiddətli, kəskin xarakter daşıması həmin dövrdə Azərbaycan dövlətçiliyinin əsaslarının zəifləməsini şərtləndirən mənfi amil qismində çıxış edirdi. Həmin dönəmin Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi, ideoloji və mədəni tənəzzül dövrü kimi xarakterizə edilməsi heç də təsadüfi xarakter daşımır.
Tarixşünaslığımıza dəyərli töhfə: xanlıqlar dövrünə yeni elmi-fəlsəfi və rasional baxış
Bütövlükdə, Azərbaycanın siyasi tarixinin xanlıqlar dövrü bir sıra xarakterik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu zamana qədər sözügedən məsələ ilə bağlı müxtəlif elmi-tədqiqat işləri, araşdırma nümunələri ortaya qoyulsa da, bu tarixi mərhələ indiyə qədər yetərincə tədqiq olunmamışdı, mövcud faktlar və reallıqlar sənədlərə əsaslanaraq dolğun surətdə elm ictimaiyyətinin diqqətinə təqdim edilməmişdi. Lakin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı tarixi faktlara, elmi əsaslara söykənməklə yanaşı, zəngin fikir və mülahizələrlə xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhlərin aradan qaldırılması baxımından böyük əhəmiyyətə malikdir. Müəllif ilk dəfə olaraq həmin dövrü siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə təhlil edib. Akademik Ramiz Mehdiyev həmin dövrün tarixi-siyasi xarakteristikasına nəzər yetirərək yazır: “Azərbaycanda mərkəzləşdirilmiş idarəçilik sisteminin əsaslarının məhv edilməsi, həmçinin milli mədəniyyətimizin, təsərrüfat həyatının tənəzzülünə səbəb olmuş feodal hərc-mərcliyi və bitib-tükənməyən ara müharibələri ilə müşayiət edilən, ən nəhayət, tarixi torpaqlarımızın ikiyə bölünməsinə gətirib çıxaran bu keşməkeşli dövr tarixşünaslığımızda hələ də öz layiqli siyasi qiymətini almamışdır”.
Şübhəsiz ki, haqqında bəhs olunan kitabın Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində yazılması atılmış çox mühüm elmi addımdır. Çünki tarixin düzgün dəyərləndirilməsi, ona rasional və obyektiv baxışın formalaşdırılması, müxtəlif dövrləri əhatə edən tarixi faktlar və reallıqların gələcək nəsillərə düzgün çatdırılması hər bir xalq üçün strateji əhəmiyyətə malikdir. Akademik Ramiz Mehdiyev yeni kitabında haqlı olaraq qeyd edir ki, tarix keçmişi, bu günü və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir keçid, körpüdür: “Keçmişi bilmədən bu günə və gələcəyə keçmək qeyri-mümkündür. Keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməli, anlayışların zahirindən daha çox, onların daxilini görməyə, anlamağa vərdiş etməliyik”.
Tariximizin xanlıqlar dövrünün siyasi irsinin 22 orijinal sənəd əsasında tədqiq edilməsi mühüm elmi-nəzəri, konseptual və tarixi-siyasi əhəmiyyətə malikdir
Akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının elm ictimaiyyətinin böyük marağına səbəb olması təsadüfi xarakter daşımır. Əsər bir çox məziyyətləri ilə diqqəti cəlb edir. Əvvəla qeyd edək ki, kitab müxtəlif arxiv materialları, mühüm tarixi qaynaqlar ilə zəngindir. Əsərə 22 orijinal sənəd daxil edilib və bu sənədlərin hər biri müqayisəli təhlil metodu əsasında tarixi faktlar üzrə və siyasi-analitik yanaşma kontekstində dərin təhlil edilib. Tarixşünaslığımıza dəyərli töhfə olan bu kitabda müəllif xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar, mötəbər elmi mənbələr əsasında obyektiv qiymət verib, sözügedən istiqamətlərə dair arxiv sənədlərində əks olunan məqamlar dolğun surətdə diqqətə çatdırılıb. Şübhəsiz ki, nəşrdə təqdim edilən, müvafiq interpretasiyalarla müşayiət olunan sənədlər həm xanlıqlar dövrünün, həm də müxtəlif tarixi dönəmlərin real mənzərəsinə aydınlıq gətirmək üçün böyük elmi əhəmiyyətə malikdir.
Akademik Ramiz Mehdiyevin qələmə aldığı əsərin daha bir məziyyəti odur ki, kitabda tanınmış alimlərin xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilib, həmin dövrün mühüm şəxsiyyətləri barədə məlumatlar əks olunub. Daha dəqiq desək, Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar, Fətəli şah Qacar, Qarabağ xanı İbrahimxəlil xan, Gəncə xanı Cavad xan, Şəki xanı Səlim xan, general Pavel Sisianov haqqında məlumatlar həm mötəbər mənbələr, həm də müəllifin elmi-analitik qənaətləri əsasında diqqətə çatdırılıb. Bundan başqa, kitabda birinci və ikinci Rusiya-İran müharibələri, həmçinin Kürəkçay müqaviləsi barədə də zəngin faktlara söykənən elmi mülahizələr öz əksini tapıb. Əsərdə türkiyəli tarixçi F.Sümərin, iranşünas və şərqşünas alimlər M.İvanovun, K.Bosvortun, Y.Krımskinin və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilməsi də mühüm yeniliklərdən biridir.
“Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında əks olunan çox mühüm məqamlardan biri həmin mərhələdə mərkəzləşdirilmiş idarəçilik sisteminin əsaslarının tamamilə sıradan çıxarılmasının, mərkəzdənqaçma meyillərinin artmasının Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmlənməsinə mənfi təsirinin tarixi-siyasi və elmi-fəlsəfi kontekstdə təhlil edilməsidir. Müəllif belə bir analitik qənaət ifadə edir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Qeyd olunur ki, məhz bu dövrdə Azərbaycan dövlətçiliyi mərkəzləşmə prinsipindən məhrum olur. Vaxtilə Səfəvi şahlarının, xüsusən Şah İsmayıl Xətainin və Nadir şahın hərbi dühası və siyasi məharəti hesabına yaradılan, Azərbaycan türklərinin titul xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarca feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənəzzülə aparıb çıxarır. Akademik Ramiz Mehdiyev haqlı olaraq xanlıqlar dövrünün tarixi şüurumuzda feodal hərc-mərcliyinin sinoniminə çevrildiyini vurğulayır.
Tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur
Əsərin mühüm məziyyətlərindən biri də komparativ təhlil metodu əsasında xanlıqlar dövrünün siyasi hadisələrinin müasir dövrdəki analoji proseslərlə müqayisə edilməsidir. Sirr deyil ki, dövlətçilik tariximizin xanlıqlar mərhələsi və müasir dövrdə Azərbaycan xalqının üzləşdiyi ən ağır problem torpaqlarımızın itirilməsidir. Akademik Ramiz Mehdiyev yazır ki, Azərbaycan xanları vaxtilə birləşib ümumi düşmənə qarşı vahid cəbhədən çıxış edə bilsəydilər, böyük ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalı da mümkün olmayacaqdı. Müvafiq olaraq ermənilərin Vətənimizə kütləvi şəkildə köçürülməsi və gələcəkdə Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması perspektivi də sual altına düşəcəkdi. Müəllif bütövlükdə bəhs olunan kitabda bu məsələyə xüsusi diqqət yetirib, səbəblər və nəticələrə elmi yanaşma əsasında nəzər salıb. Akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edir ki, tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur. Əsərdə vurğulanır ki, xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədərli oxşarlıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır: “Əgər xanların özbaşınalığı və separatçı davranışları Şimali Azərbaycanın çarizm tərəfindən işğalı və 1828-ci il Türkmənçay sazişinin müddəalarına əsasən İran ermənilərinin Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin 90-cı illərinin əvvəlində üzləşdiyimiz vəziyyət Ermənistanın öz havadarlarının birbaşa dəstəyi sayəsində Dağlıq Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu qəsb etməsi ilə nəticələndi”.
Akademik Ramiz Mehdiyev hər iki dövrə nəzər salaraq mərkəzdənqaçma və separatizm meyillərinin Azərbaycan dövlətçiliyinə qarşı yaratdığı təhdidlərin mümkün nəticələrini diqqətə çatdırır. Müəllif Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi rolundan və misilsiz xidmətlərindən bəhs edir. Həqiqətən də, Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, ölkəmizdə milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu Öndər Heydər Əliyevin xalqımızın qarşısında tarixi xidmətləri misilsizdir. Bunlardan biri də, heç şübhəsiz, Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması, milli həmrəyliyin təmin olunması və ölkəmizin gerçək müstəqilliyinin əldə edilməsidir. Həmin dövrə nəzər salsaq, görərik ki, Ümummilli Lider Heydər Əliyev böyük dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu Öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan müstəqil dövlət - formal yox, həqiqi müstəqil dövlət kimi tanındı. Bəlli olduğu kimi, 1991-1993-cü illər ərzində xarici kəşfiyyat orqanlarının siyasi-ideoloji qarşıdurma poliqonuna çevrilən Azərbaycanın ciddi xaos və kataklizmlərlə qarşı-qarşıya qalması ölkəmizin müstəqilliyini itirmək təhlükəsini meydana çıxarmışdı. Əslində, bu dövrdə ölkəmizin nisbi müstəqilliyindən belə danışmaq olmazdı, çünki hakimiyyətdə olan qüvvələrin öz funksiyalarını yerinə yetirə bilməmələri hakimiyyət böhranı və anarxiyanın meydana çıxmasına səbəb olmuşdu. Ümummilli Lider Heydər Əliyevin real ictimai-siyasi tələblərin zərurəti kontekstində ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bundan sonra ölkədə siyasi sabitlik təmin edildi, xaos və kataklizmlərin qarşısı məharətlə alındı. Ulu Öndər Heydər Əliyevin zamanında atdığı praqmatik addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistemli, kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin başlanmasını mümkün edən strateji amil oldu. Ümummilli Lider tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Beləliklə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan tarixində ən yeni eranın əsasını qoyan, dövlətçiliyi bərpa edən, onun ideoloji, iqtisadi və siyasi əsaslarını formalaşdıran böyük dövlət xadimidir. Digər tərəfdən, Ulu Öndər özünü dövlətlə identifikasiya edəcək fərdlərin şüurunda inqilab yaratdı. Məlumdur ki, XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə etnik, regional, sosial-ideoloji zəmində separatçılığa söykənən tendensiya hökm sürürdü. Azərbaycan cəmiyyətinin daxili və mürəkkəb mikrostrukturunun təbəqələri heç də müstəqil dövləti milli sərvət kimi qəbul etmirdilər, ona görə də bu düşüncəni dəyişmək lazım idi. Böyük dövlət xadimi, dahi siyasətçi Heydər Əliyev buna nail olmağı bacardı. Akademik Ramiz Mehdiyev bu məqamlara toxunaraq yazır: “Tam əminliklə bildirirəm ki, əgər o dövrdə tarix səhnəsində Azərbaycan xalqının Ümummilli Lideri, zəngin idarəçilik təcrübəsinə malik, böyük siyasi iradə və səriştə sahibi Heydər Əliyev olmasa idi, bəzən ayrı-ayrı şəxslərin hakimiyyət hərisliyi ucbatından, bəzən isə xarici qüvvələrin əmri ilə alovlanan separatçılıq atəşində gənc dövlətçiliyimiz yanıb külə dönəcəkdi”.
“Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı tarixçi-alimlər üçün “yol xəritəsi” olmaqla yanaşı, yeni elmi-tədqiqat əsərlərinin yaradılması üçün mötəbər elmi mənbə səciyyəsi daşıyır
Nəticə etibarilə, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı da akademik Ramiz Mehdiyevin bundan öncəki fundamental tədqiqatları kimi böyük elmi-nəzəri və konseptual əhəmiyyətə malikdir. Kitabda müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında tarixşünaslığımızda ilk dəfə olaraq xanlıqlar dövrünün siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni konseptual dəyərləndirilməsi aparılıb. Əsər, həmçinin bu istiqamətdə yeni tədqiqatlar üçün geniş imkanlar yaradır. Başqa sözlə, bu kitabı tarixçi-alimlər üçün “yol xəritəsi” kimi də xarakterizə etmək olar. Akademik Ramiz Mehdiyev yazır: “Tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıdırlar ki, keçmişin irsindən qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur. Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət tərəflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində, tamam başqa bir məsələdən - hansısa siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik ucbatından ört-basdır etməyə çalışdığımız və ya mahiyyətini təhrif edərək çatdırdığımız faktların sonradan aşkara çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh düşkünlüyündən və psixoloji sarsıntıdan ehtiyatlanmaq lazımdır”.
Bütövlükdə, peşəkar tarixçilər və mənbəşünaslar, həmçinin Azərbaycan tarixi ilə dərindən maraqlanan oxucular üçün nəzərdə tutulan nəşr Azərbaycan tarixşünaslığında, tarixi-fəlsəfi və ictimai-siyasi fikrində sözügedən məsələyə daha sistemli, obyektiv və rasional baxışın formalaşmasına imkan yaradan dəyərli, mötəbər elmi-konseptual mənbədir.
Hikmət BABAOĞLU
Siyasi elmlər doktoru,
Bakı Dövlət Universitetinin professoru

 
  • Oxunub:  5280  |  
  • Tarix:  18-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA