Ana səhifə »  Müəlliflər »  Radikal müxalifətin qara günləri
A+   Yenilə  A-
Radikal müxalifətin qara günləri
Yazdı: Mübariz Abdullayev

Azərbaycan cəmiyyətinin qəbul etmədiyi AXCP və “Müsavat”ı bağlı olduqları xaricdəki antimilli mərkəzlər də “etimadı doğrultmadıqlarına” görə “qovluğa qoymaq” qərarı veriblər
Sirr deyil ki, AXCP və Müsavat Partiyasının Azərbaycan cəmiyyətində baş verən hadisələrə, ictimai-siyasi proseslərə təsir etmək imkanları sıfıra bərabərdir. Son 20 ildə bu iki partiyada, demək olar ki, heç bir yeniləşmə baş verməyib. Hər iki partiyanın elektoratı tamam dağılıb, hətta vəziyyət o həddə çatıb ki, bu partiyalar keçirmək istədikləri ad günü səviyyəsində tədbirlərə belə “muzdlu” AXCP və yaxud “Müsavat” “üzvləri” daşımaq zorunda qalırlar.
Əslində, AXCP ilə “Müsavat”ın miskin vəziyyətə düşmələrinin səbəbləri bəllidir. Özlərinin də etiraf etdikləri belə acınacaqlı durum ilk növbədə onların hadisələrin axırında getmələrinin, populist vədlərlə insanları aldatmalarının, daim daxili sabitliyə qarşı yönələn pozuculuq hərəkətlərinə və başqa belə neqativ əməllərə rəvac vermələrinin məntiqi nəticəsidir. Son 20 ildə cəmiyyətimiz AXCP sədri Əli Kərimlini və “Müsavat” başqanı İsa Qəmbəri daim eyni ampluada görüb. Onlar partiya adından verdikləri hər qərarda, atdıqları hər addımda, səsləndirdikləri hər fikirdə heç vaxt hansısa milli maraqları əsas tutmayıblar, yalnız öz mənafelərindən çıxış ediblər. Hətta mətbuatda zaman-zaman müxalifət düşərgəsindəki bəzi partiya rəhbərlərinin ianə, qrant və başqa adlar altında ayrılan vəsaitləri belə şəxsi və ailə məqsədləri naminə mənimsədiklərinə dair məlumatlar yer alır. Bütün bunlar isə insanların sözügedən partiyalara inamlarının qırılmasına və onlardan birdəfəlik üz döndərmələrinə səbəb olub.
Real gücü olmayan, sosial dayaq kimi mühüm amildən məhrum qalan AXCP və Müsavat Partiyasının funksionerləri isə vəziyyətdən çıxış yolunu manipulyasiyada görürlər. Radikal müxalifətin tipik manipulyasiyalarından biri də onların guya hansısa birliklər ətrafında ortaq məxrəcə gəlmələridir. Radikallar diqqəti müxalifət düşərgəsində baş alıb gedən ziddiyyətlərdən, parçalanma və qarşıdurma meyillərindən yayındırmaq, həmçinin, özləri barəsində fəal imici formalaşdırmaq üçün müxtəlif birliklər ətrafında cəm olurlar. Ənənəvi müxalifət təmsilçilərinin manipulyasiyası bir tərəfdən, necə deyərlər, daxili cəbhəyə, cəmiyyətin nəbzini yoxlamağa hesablanıbsa, digər tərəfdən də belə hərəkətlərlə xaricdəki havadarlarının soyuq münasibətlərini “isitmək” məqsədi güdürlər.
Lakin son dövrlər ənənəvi müxalifətin qara günlər yaşadığı ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “ Milli şura” məsələsində bir daha bütün cəhətləri ilə aydın görünür. Əvvəlcə AXCP və Müsavat Partiyası, həmçinin, həmin partriyaların rəhbərləri Əli Kərimli ilə İsa Qəmbər hikkə nümayiş etdirərək başqalarının təşəbbüsü ilə yaradılan qondarma qurumdan kənarda qalmaq istədilər. Lakin onlar ənənələrinə uyğun olaraq, müxalifət düşərgəsində yeni yaranan qurum nədirsə, ondan pay qoparmaq naminə və həm də “fəal imic” amilinə görə axıradək dirəniş göstərə bilməyərək “Milli şura”ya qoşuldular və daha acınacaqlı duruma düşdülər. Qondarma qurum yenicə bəyan edilsə də, onun mahiyyəti və hədəfləri bəllidir. Xaricdəki, daha konkret desək, Rusiyadakı anti-Azərbaycan dairələrin mətbəxinin məhsulu olan “Milli şura” ölkəmizdə elə həmin dairələrin maraqlarını təmin etməyə, pozuculuq niyyətlərini reallaşdırmağa hesablanıb və artıq heç kəsə sirr deyil ki, bu qondarma qurumda AXCP-nin sədri Əli Kərimli ilə “Müsavat”ın başqanı İsa Qəmbəri “stajlarına” görə başda əyləşdirmək niyyətində deyillər. Ümumiyyətlə, görünən odur ki, qondarma qurumda radikalların adət etikləri ənənə pozulub. Burada AXCP və Müsavat Partiyası, eləcə də, Əli Kərimli ilə İsa Qəmbər müxalifətin “əsas qüvvəsi” qismində nəzərə alınmır, daha çox radikalların sırasına yeni simalar (bu isə həm də yeni rəqiblər deməkdir-red.) gətirilməsinə cəhdlər göstərilir.
“Müsavat”ın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının guya xarici təsir amilini əsas tutaraq “Milli şura”dan kənarda qalmağa qərar verdiyi barədə açıqlaması, əslində, aysberqin yalnız görünən tərəfidir. Partiya funksionerinin bu açıqlaması heç bir halda şəxsi təşəbbüs kimi dəyərləndirilə bilməz, onun dilə gətirdiyi fikirlər bütövlükdə partiyanın mövqeyinin ifadəsidir. Siyasi müşahidəçilər belə düşünürlər ki, bu açıqlama ilə “Müsavat”, əslində, iki məqsəd güdür. Birinci məqsəd odur ki, partiya “Milli şura”da “vahid namizəd”liyə İ.Qəmbərin isminin təsdiqlənməyəcəyi və digər gözləntiləri ödənilməyəcəyi təqdirdə qondarma qurumdan geri çəkilməyə zəmin hazırlayır. İkinci qənaət ondan ibarətdir ki, “Müsavat” ənənəvi müxalifəti “qovluğa qoymağa” hazırlaşan xaricdəki məlum anti-azərbaycançı dairələrə öz varlığını və revanş etmək niyyətlərini Arif Hacılının dili ilə xatırlatmaq istəyir.
Ənənəvi müxalifətin digər bir qolu olan AXCP-də də oxşar gediş edilib. Belə ki, partiyanın sədr müavini Fuad Qəhrəmanlı Əli Kərimlinin “Milli şura”da rəqib tanımadığını açıq mətnlə dilə gətirib. Partiya funksioneri israr edir ki, “müxalifətin de-fakto lideri Əli Kərimlidir” və qondarma qurumun “vahid namizəd” məsələsində mütləq onun isminə istinad olunmalıdır.
Beləliklə, aydın görünür ki, dağıdıcı müxalifət öz ətrafında, necə deyərlər, halqanın daralması ilə heç cür barışmaq istəmir. Lakin radikal düşərgədə cərəyan edən proseslər onu göstərir ki, AXCP və “Müsavat”ın indiyədək sıx ünsiyyətdə olduğu, müxtəlif təlimatlar və maddi təminatlar aldığı xaricdəki məlum anti-azərbaycançı dairələr artıq ənənəvi müxalifətin “etimadı doğrulda bilmədiyi” qənaətindədirlər. Bununla belə, bəri başdan deyə bilərik ki, məlum antimilli mərkəzlərin radikal düşərgəyə yeni rəqiblər qatmaq təşəbbüsləri də heç bir nəticə verməyəcək. Sözügedən mərkəzlərin qondarma “Milli şura”ya Rüstəm İbrahimbəyovdan, Eldar Namazovdan, Lalə Şövkət Hacıyevadan “vahid namizəd” düzəltmək cəhdlərinə Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi təpkilər bunu bir daha təsdiqləyir.

 
  • Oxunub:  23490  |  
  • Tarix:  07-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA