Ana səhifə »  Müəlliflər »  Şimali Qafqaz xalqları və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri sarsılmaz əsaslara söykənir
A+   Yenilə  A-
Şimali Qafqaz xalqları və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri sarsılmaz əsaslara söykənir
Yazdı: Hikmət BABAOĞLU

Prezident İlham Əliyevin apardığı dini, mədəni və mənəvi əməkdaşlığa əsaslanan siyasət nəticəsində Azərbaycan Qafqaz xalqlarının ümumi dəyərlər ətrafında birləşməsində əhəmiyyətli rol oynamaqdadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli maraqlara əsaslanan, səmərəli və praqmatik xarici siyasət həyata keçirməsi dövlətimizin region ölkələri ilə və beynəlxalq müstəvidə əməkdaşlığına mühüm töhfələr verir. Ölkəmiz hazırda regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu baxımdan, ikitərəfli və çoxtərəfli münasibətləri uğurla davam etdirən Azərbaycanın xarici siyasət kursunda Rusiya Federasiyası ilə bütün sahələrdə qarşılıqlı əməkdaşlığa əsaslanan yüksəksəviyyəli münasibətlər mühüm yer tutur. Digər tərəfdən, ən yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır.
Azərbaycan-Rusiya münasibətlərinin inkişafı, eyni zamanda, regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından da müstəsna əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlığa, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan uğurlu siyasət nəticəsində daim inkişafdadır. Sözsüz ki, iki qonşu ölkə kimi Rusiya və Azərbaycanı həmsərhəd regionların xalqlarının tarixən formalaşmış dini, mədəni və mənəvi münasibətlərindən irəli gələn möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Bu kontekstdə Azərbaycanla Rusiya arasında siyasi, humanitar və mədəni əlaqələr də çox uğurla inkişaf edir.
Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişafında mühüm rol oynayan əhəmiyyətli amillərdən biri də regionlararası əlaqələrin intensiv xarakter daşımasıdır. Hazırda Azərbaycan ilə Rusiyanın regionları arasında çox fəal əməkdaşlıq münasibətləri formalaşıb ki, bu da iki ölkə arasında çoxşaxəli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan və Rusiya arasında fəal əməkdaşlıq münasibətləri mövcuddur
Qafqaz xalqları tərəfindən vaxtilə birmənalı şəkildə regionun ağsaqqalı kimi qəbul edilən Ümummilli Lider Heydər Əliyevin Şimali Qafqaz xalqlarına münasibətdə göstərdiyi diqqət və qayğı, Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qafqazda düşünülmüş şəkildə apardığı dostluq, qardaşlıq və əməkdaşlığa əsaslanan siyasəti nəticəsində Azərbaycan Qafqaz xalqlarının ümumi dəyərlər ətrafında birləşməsində əhəmiyyətli rol oynamaqdadır. Dövlət başçımızın Rusiyanın Şimali Qafqazdakı subyektləri ilə hərtərəfli əlaqələrin inkişafı istiqamətində ardıcıl xəttə əsaslanan siyasəti regionda bizimlə ortaq dini, milli, mədəni və mənəvi dəyərlərə malik olan xalqlar tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, bu dəyərlərin daşıyıcılarında ümumi fikrin formalaşmasında xalqlarımızın mənimsədiyi milli, dini və mədəni birlik, həmçinin həmrəylik amilləri əsas rol oynayır.
Təsadüfi deyil ki, ötən ilin noyabrında Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovın Bakıya səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi olaraq qeyd etmişdi ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir: “Siz bilirsiniz ki, bu münasibətlər uğurla inkişaf edir. Biz strateji tərəfdaşlarıq. Dövlət başçılarının çoxlu səfərləri olub. Son beş ildə Rusiya Prezidenti Azərbaycana dörd dəfə səfər edib və bu ilin sentyabrında mən də Rusiyaya səfər etdim, o da Azərbaycana gəldi. Biz çox fəal qarşılıqlı fəaliyyət göstəririk və çox yüksək etimad səviyyəsi mövcuddur”.
Yeri gəlmişkən, bu il fevralın 1-də Bakıya səfər edən Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev bir daha Azərbaycan və Rusiya prezidentləri arasında mövcud olan qarşılıqlı etimadın əlaqələrimizin genişlənməsində xüsusi rol oynadığını qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən ümumi tarixi-mədəni dəyərlərə malik olduğumuz Şimali Qafqaz regionu, eləcə də Qaraçay-Çərkəz Respublikası ilə sıx əməkdaşlığının Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verdiyini deyib.
Qafqaz müsəlmanları arasında birliyi və həmrəyliyi pozmaq cəhdləri iflasa uğradı
Son dövrlər Şimali Qafqaz respublikaları başçılarının Azərbaycana səfərləri, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaza səfəri, vaxtilə bu şəhərdə azərbaycanlı messenat Murtuza Muxtarovun tikdirdiyi məscidin Azərbaycan Prezidentinin birbaşa diqqət və qayğısı, dövlətimizin maliyyəsi hesabına təmir edilməsindən sonra açılışında iştirakı bu münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir. Buna baxmayaraq, son dövrlər baş verən bəzi xoşagəlməz hadisələr göstərdi ki, Qafqaz xalqları arasında, o cümlədən Qafqaz müsəlmanları arasındakı birliyi və həmrəyliyi gözü götürməyən qüvvələr var. İşğalçı Ermənistanın kəşfiyyat orqanlarının lehinə çalışan həmin qüvvələr Qafqaz müsəlmanları arasındakı tarixi köklərə əsaslanan qardaşlıq və mehriban qonşuluq əlaqələrini pozmaq, son nəticədə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmağa cəhd etdilər. Moskvada çeçenlər və azərbaycanlılar arasında qarşıdurma yaratmaq cəhdlərinin arxasından da məhz tarix boyu Qafqazda qarşıdurmaya alət olan erməni ekstremist qüvvələrinin çıxması da təxribatın qaynağını birbaşa göstərdi.
Bütün bu cəhdlərə baxmayaraq, Qafqaz xalqları, o cümlədən hazırda Rusiyanın müxtəlif regionlarında yaşayan Qafqazdan olan müsəlmanlar arasında qarşıdurma yaratmağa, mənəvi, dini və mədəni birliyi, həmrəyliyi pozmağa cəhd edənlərə layiqli cavab Azərbaycan və çeçen xalqları arasında sarsılmaz dostluğun nümayiş etdirilməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqəti sayəsində Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdlərinin qarşısı alındı. Rusiya paytaxtında hər iki xalqın nümayəndələri, diplomatları və ağsaqqalları arasında keçirilən görüşdə xalqlarımız arasında düşmənçiliyin mümkünsüzlüyü və orada yaşayan hər iki xalqın təmsilçilərinin vətəndaşı olduqları Rusiya Federasiyası dövlətinə sadiq olduqları nümayiş etdirildi. Ən əsası, Azərbaycan və çeçen xalqları bu təxribata uymadılar və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin daimi olduğunu sübut etdilər.
Qarşılıqlı səfərlər Azərbaycan-Rusiya hərtərəfli əlaqələrinin inkişafına xidmət edir
Yuxarıda qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, Qafqaz müsəlmanlarının arasındakı münasibətlər sarsılmazdır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına son səfəri də Şimali Qafqaz və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin olduğunu təsdiq edən ən bariz nümunələrdəndir.
Xatırladaq ki, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısında iştirak etmək üçün fevralın 27-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərində səfərdə olub. Azərbaycan nümayəndə heyəti əvvəlcə Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovla görüşüb. Bütün Qafqazın Şeyxini səmimi salamlayan R.Temrezov Azərbaycana bu yaxınlarda etdiyi səfər barədə xoş təəssüratlarını bölüşüb. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezova çatdıran QMİ sədri A.Paşazadə xalqlarımız arasında qarşılıqlı görüş və səfərlərin böyük önəm daşıdığını, bunun isə ölkələrimiz arasında dostluq, qardaşlığın dərinləşməsinə, həyatın bütün sahələrində - iqtisadi və mədəni-mənəvi müstəvilərdə əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. Fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 27-ci ildönümünün geniş şəkildə qeyd olunduğunu deyən A.Paşazadə XX əsrdə erməni ekstremistləri tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətinin dünyada tanıdılmasının vacibliyinə diqqət çəkib.
Şeyxülislam A.Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısının keçirilməsi barədə Qaraçay-Çərkəz Respublikasının rəhbəri R.Temrezova məlumat verib. Xatırladaq ki, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyev də həmin görüşdə iştirak edib.
Allahşükür Paşazadənin Şimali Qafqaz xalqları və Azərbaycan arasında münasibətlərə verdiyi töhfələr çox yüksək qiymətləndirilir
Həmin görüşdən sonra Qaraçay-Çərkəz Respublikasının başçısı R.Temrezov QMİ sədri A.Paşazadəni Şimali Qafqaz və Azərbaycan xalqları arasında sülhün möhkəmləndirilməsi, dinlərarası münasibətlərin inkişafı və dostluğun dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfələrinə görə “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib.
Mükafatlandırma mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 65 illlik yubileyi qeyd olunan İsmayıl Berdiyevlə dostluq münasibətlərinin tarixinə toxunub: “Biz uzun illər ərzində - sovet dövründə, kommunist rejiminin ən çətin vaxtlarında bir-birimizə arxa-dayaq olmuşuq. Baxmayaraq ki, indi sovet dövləti yoxdur, bu gün də biz bir yerdəyik. Bizim dövlətlərimiz ayrı olsa da, bizi mənəvi cəhətdən ayırmaq mümkün deyil. Ona görə ki, mənəvi cəhətdən bizi birləşdirən bir qüvvə var, o da İslamdır, imanımızdır. Hamımız birlikdə Qafqazda sülhün, qardaşlığın təmin olunması üçün bütün imkanlardan istifadə edirik”.
Daha sonra Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Şimali Qafqaz və Azərbaycan dini liderlərinin fəaliyyətinə Azərbaycan Prezidenti İlham Əliyevin və Qaraçay-Çərkəz Respublikası rəhbərinin göstərdiyi diqqətdən bəhs edib: “Azərbaycan xalqı, Azərbaycan dövlətinin rəhbəri İlham Əliyev cənablarının təbriklərini də çatdırıram, O, Qafqaz müftilərinə böyük etimad bəsləyir, xüsusən Qaraçay-Çərkəz Müftisi İ.Berdiyev cənablarını özünün dostu hesab edir. Mənim dostum, qardaşım Rəşid Temrezov cənablarının bu yaxınlarda Azərbaycanda səfərdə olması, orada bizim görüşümüzün baş tutması, bugünkü görüşümüz və mənə verdiyi orden bir daha Qafqaz və Azərbaycan xalqları arasında dostluğun mövcud olmasının bir rəmzidir. Ona görə də Sizə minnətdarlığımızı bildiririk”.
Rəşid Temrezov: Şeyxin hər gəlişi bizim üçün əlamətdar hadisədir
Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov da Azərbaycanla münasibətlərin hazırkı səviyyəsindən danışıb: “Əvvəlcə qeyd edim ki, mən bu yaxınlarda Azərbaycan Respublikasında səfər etmək şərəfinə layiq olmuşam. Çox hörmətli Azərbaycan Prezidenti və bizim Şeyx məni qəbul etdi. Şimali Qafqazın bütün regionları ilə Azərbaycan Respublikası arasında yaranan əlaqələri müsbət qiymətləndirirəm. Bu gün burada Şimali Qafqaz Federal Dairəsinin bütün subyektlərinin, o cümlədən Adıgey Respublikasının təmsilçiləri də iştirak edir”.
Qaraçay-Çərkəz Respublikasının başçısı, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin səfərindən məmnunluğunu dilə gətirib: “Çox şadam ki, hörmətli Şeyximiz təşrif buyurub. Şübhəsiz ki, bu gün Qafqaz Xalqları Ali Dini Şurasının növbəti möhtəşəm toplantısı keçiriləcək. Bütün Qafqazın dini liderləri bir yerə yığışacaq. Şeyxin hər bir gəlişi bizim üçün əlamətdar hadisədir. Ona görə də hörmətli Şeyximizə millətlərarası, dinlərarası əlaqələrə, Şimali Qafqazın bütün subyektləri arasında münasibətlərə verdiyi töhfələrə görə Qaraçay-Çərkəz Respublikasının ali mükafatını təqdim etmək mənim üçün böyük şərəfdir”.
İsmayıl Berdiyev: Cənab İlham Heydər oğlu İslam dinini və ənənələrini əsas hesab edən ailədəndir
Mükafatlandırma mərasimində çıxış edən Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyev Qafqazın bütün xalqların “ümumi evi” olduğunu xüsusi vurğulayıb: “Bizim Qafqazda inzibati sərhədlər var. Amma dini cəhətdən bizim heç bir sərhədimiz yoxdur. Biz ümumi, vahid “Qafqaz evi”ndə yaşayırıq. Bu gün burada Şeyximizin rəhbərliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısı keçiriləcək. Buna görə də bu toplantının və mənim yubileyimin keçirilməsinə, həmçinin Şeyxin şərəfinə belə bir bayram təşkil etdiyinə görə respublika rəhbərinə təşəkkür edirəm. Arzu edirəm ki, gələcəkdə də bu işləri görməsi üçün Allah ona cansağlığı versin. Allah imkan versin ki, bu qəbildən olan fəaliyyətlərini davam etdirsin. Biz isə öz qüvvəmiz daxilində ona kömək edəcəyik. Şeyximizin müdrikliyi sayəsində biz çox işlər görəcəyik. Çünki o, bizə necə yaşamaq və necə özümüzü aparmaq sahəsində çox məsələləri öyrədir. Biz bir yerdə bu fəaliyyətləri yerinə yetiririk”.
Azərbaycana səfər etməyi də planlaşdırdığını qeyd edən Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyev Azərbaycanda gedən inkişaf prosesindən Azərbaycan Prezidentinin və Qaraçay-Çərkəz Respublikasının rəhbərinin dinimizə göstərdikləri qayğıdan bəhs edib: “Mən hələ sovet dövründə, yenidənqurma dövründə də Azərbaycanda olmuşam. İndi tamamilə başqa ölkə görürəm. Bunların hamısı sizin Prezidentin sayəsində mümkün olub. Cənab İlham Heydər oğlu İslam dinini və ənənələrini əsas hesab edən ailədəndir. Heydər Əliyevin Şeyxlə birlikdə Məkkə və Mədinəyə ziyarət etdiklərinin şahidi olmuşam. Bunların hamısı çox məsələlərdən xəbər verir. Bizim rəhbərin valideynləri də dindardır. Ötən il onun atası Həcc ziyarətinə getmək istəyirdi. Yaxını vəfat etdiyinə görə gedə bimədi. Bu il inşallah, biz bir yerdə, respublika rəhbərliyi ilə birlikdə o müqəddəs yerləri ziyarət etməyi planlaşdırırıq. Bax, bütün bunlar bizi birləşdirir”.
Qafqaz Xalqları Ali Dini Şurasının iclasında münasibətlərin möhkəmləndirilməsi üzrə atılan addımlar müzakirə olundu
Daha sonra Azərbaycandan gedən nümayəndə heyəti Çerkessk şəhərində Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclasında iştirak edib. İclasda QMİ sədri A.Paşazadə Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, bütün Qafqaz müsəlmanları, bölgə dindarları adından ona cansağlığı, uzun ömür və dəyərli fəaliyyətində yeni uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yubilyara təbrik məktubunu oxuyan Şeyxülislam A.Paşazadə təbriknaməsini və hədiyyəsini müftiyə təqdim edib.
Sonra Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Şimali Qafqaz müftiləri adından Şimali Osetiya-Alaniya Müftisi Hacımurat Qatsalov, habelə Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr çıxış edərək İ.Berdiyevin dini lider və Əlaqələndirmə Mərkəzinin sədri qismində fəaliyyətini yüksək qiymətləndirib, ona gələcək işlərində uğurlar diləyiblər.
Azərbaycan nümayəndə heyətində təmsil olunan Milli Məclisin deputatı Hüseynbala Mirələmov İ.Berdiyevin Azərbaycanla Qaraçay-Çərkəz xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi işinə verdiyi töhfələri hər iki xalqın yüksək dəyərləndirdiyini bildirib.
İclasda Qafqaz Xalqları Ali Dini Şurasının bu ilin yanvarında Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə Şuranın sədri Allahşükür Paşazadə çıxış edib. Şuranın iclasında həmçinin cari məsələlər, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.
Xatırladaq ki, Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısında və Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubiley tədbirlərində iştirak etmək üçün Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfər edən QMİ sədri Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibinə Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Cavanşir Paşazadə və başqaları daxil olublar.
İsmayıl Berdiyevin “Dostluq” ordeni ilə təltif edilməsi xalqlarımız arasında dostluğun təntənəsidir
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti daha sonra Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevlə də görüşüb. Görüş zamanı Bütün Qafqazın Şeyxi Prezident İlham Əliyevin təbrik məktubunu ona təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göndərdiyi təbrik məktubunda deyilir ki, İsmayıl Berdiyevtəkcə Qaraçay-Çərkəz Respublikasında deyil, ölkə hüdudlarından uzaqlarda da layiqli nüfuz qazanıb: “Azərbaycanda sizə dərin hörmət bəsləyir, Qafqaz xalqlarının ruhani əlaqələrini möhkəmləndirmək istiqamətində səylərinizi yüksək qiymətləndirirlər. Fəal ictimai fəaliyyətiniz, regionun ən çətin problemləri ilə əlaqədar ətraflı düşünülmüş mövqeyiniz sizə ruhani lider və ağsaqqal kimi məşhurluq qazandırıb.
Azərbaycana müxtəlif beynəlxalq forumlarda görülən işlərdə iştirak məqsədilə səfər etdiyiniz zaman sizinlə görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram. Qeyd etmək yerinə düşər ki, fəaliyyətinizi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də Öz dövründə yüksək qiymətləndirərdi.
Sizin Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftiləri arasında ahəngdar iş mühitini təmin etməkdə böyük təcrübəniz var. Müqəddəs İslam dininin böyük idealına, onun ənənəvi dəyərlərinə sadiq olmaqla siz dinlərarası dialoqların inkişafına, əqidələrarası uzlaşmaya və xüsusilə, Qafqaz Müsəlmanları İdarəsinin hörmətli sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz Xalqlarının Ali Dini Şurası çərçivəsində bütün mümkün platformalarda multikulturalizm ideyasının təşviqinə xüsusi diqqət ayırırsınız. Sizin Qafqaz xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə verdiyiniz birgə töhfəniz Azərbaycan və Rusiya Federasiyası arasında, ümumilikdə, strateji əməkdaşlığın gələcəkdə də genişlənməsinə xidmət edir”.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 fevral 2019-cu il tarixində Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevin Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması faktı əslində təkcə dini liderlər arasında deyil, həmçinin qaraçay və çərkəzlərin simasında bütün Şimali Qafqaz və Azərbaycan xalqları arasında dostluğun təntənəsidir. Çox güman ki, bu tarixi hadisə də qaraçay və çərkəz xalqlarının yaddaşına əbədi həkk olundu. Azərbaycan Prezidentinin bu qəbildən olan addımları Onun Şimali Qafqaz regionuna münasibətinin yüksək səviyyəsini göstərir və region xalqları arasında dövlətimizin nüfuzunu daha da artırmaqla yanaşı, QMİ-nin effektiv fəaliyyətinə münbit şərait yaradır.
Azərbaycan Şimali Qafqazda böyük mədəni və mənəvi nüfuza malikdir
QMİ sədrinin müxtəlif xarici ölkələrə səfərləri və keçirdiyi görüşlər zamanı yüksək tribunalardan dəfələrlə vurğuladığı kimi, Qafqaz Müsəlmanları İdarəsinin ən önəmli xüsusiyyətlərindən biri onun fəaliyyətinin Azərbaycanın inzibati-siyasi sərhədləri ilə məhdudlaşmamasıdır. Bu kontekstdə Qafqazın şimalında və cənubunda olan müsəlmanların vahid dini idarə altında birləşməsi faktının özü, ilk növbədə, ümumi “Qafqaz evi”nin yaranmasında, “Qafqaz evi” identifikasiyasının - bütün Qafqaz xalqlarının adət-ənənlərinin, mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayır.
Eyni zamanda xalqlarımızın arasında siyasi və inzibati sərhədlər mövcud olsa da, din, mədəniyyət və mənəviyyat baxımından Qafqazın bütövlüyünün qorunması, bu dəyərlərin gələcək nəslə ötürülməsi böyük əhəmiyyət daşıyır, həmçinin Qafqazın din xadimləri və ziyalılarının öhdəsinə strateji vəzifə, böyük məsuliyyət qoyur. Ona görə də mürəkkəb relyefə malik Qafqazda yaşayan, çoxşaxəli mədəniyyəti təmsil edən bu xalqların mədəni birliyi mühüm əhəmiyyət daşıyır. Çünki insanları birləşdirən dini hisslər olduqda, bu birlik daha humanist və daha möhkəm olur.
Onu da qeyd edək ki, Şimali Qafqaz xalqlarını Azərbaycan xalqı ilə birləşdirən daha bir cəhət din və mədəniyyət birliyi ilə yanaşı, dil qohumluğunun olmasıdır. Bu fakt xalqlarımızı mənəvi cəhətdən daha da yaxınlaşdırır. Digər tərəfdən, Şimali Qafqazda yaşayan qaraçaylar, balkarlar, qumuqlar, noqaylar kimi bir çox türkdilli xalqlar bir-birini başa düşsələr də, digər xalqlarla (çərkəz, osetin, ləzgi, avar, inquş, çeçen və s.) ünsiyyət dilinin rus dili ilə yanaşı, Azərbaycan dili olması faktı (Şimali Qafqazın bəzi respublikalarında, o cümlədən Dağıstanda) Şimali Qafqaz xalqları və Azərbaycan xalqı arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafında əvəzsiz rol oynayır.
Bununla yanaşı, azərbaycanlıların qədim dövrlərdən Şimali Qafqazda məskunlaşan xalqlardan biri olmasının, habelə Qafqazın cənubu ilə şimalı arasında tarixən mövcud olan ortaq sivilizasiyanın nəticəsidir ki, Şimali Qafqazın əksər regionlarında Azərbaycan mədəniyyəti, tarixi ilə əlaqəli çoxsaylı abidələrə rast gəlmək mümkündür. Azərbaycan Prezidenti başda olmaqla dövlətimizin həmin ortaq mədəniyyət abidələrinə sahib çıxması isə Şimali Qafqazda yüksək qiymətləndirilir.
Məhz qeyd olunan səbəblərə görə Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Respublikasının, onun dövlət başçısının Şimali Qafqazda nüfuzu olduqca böyükdür. Bu kontekstdə Azərbaycanın Prezidenti İlham Əliyevin yürütdüyü praqmatik, uzaqgörən siyasətə uyğun olaraq Şimali Qafqaz və Cənubi Qafqaz müsəlmanlarının vahid dini mərkəzdən idarə olunmasında, bu birliyin və həmrəyliyin möhkəmlənməsində Qafqaz Müsəlmanları İdarəsi səmərəli işlər görür.
HİKMƏT BABAOĞLU
Bakı-Çerkessk-Bakı

 
  • Oxunub:  4290  |  
  • Tarix:  14-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır

21 May 20:05
YAP Səbail rayon təşkilatının iclasında qarşıda duran vəzifələr müzakirə edilib
21 May 20:02
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21 May 20:00
Nikola Yurçeviç: Qarşıdaki oyunlara çox ciddi hazırlaşırıq
21 May 19:56
BDU-da tədbir: Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq
21 May 19:53
Gəncədə “Azərbaycançılıq ideologiyası" və "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib
21 May 19:48
Azərbaycan ilə İspaniya arasında miqrasiya məsələləri müzakirə olunub
21 May 19:45
Şəkidə I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb
21 May 19:39
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
21 May 19:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
21 May 19:34
Kolumbiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
21 May 19:27
Tovuzda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir
21 May 19:24
Çingiz Hüseynzadə: “Rio-2016”da qazanılan uğuru təkrarlamaq üçün Tokio Olimpiadasına ciddi hazırlaşmalıyıq
21 May 19:22
Bakıda təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafına dair müzakirələr aparılır
21 May 19:18
Rusiya Elmlər Akademiyasının prezidenti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub
21 May 17:47
Daxili işlər naziri Qəbələdə və Bakıda sıra baxışları keçirib
21 May 17:41
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər
21 May 17:33
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
21 May 17:23
Təlimlərdə qoşunların yerdəyişməsi, qüvvələrin ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub
21 May 17:19
Sevinc Hüseynova: Davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib
21 May 17:15
Malik Həsənov: Azərbaycanda həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
21 May 17:13
Sona Əliyeva: Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir
21 May 17:10
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub
21 May 17:05
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
21 May 17:04
Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub
21 May 16:58
BMT-nin Əhali Fondu tərəfindən media nümayəndələri üçün seminar keçirilir
21 May 16:54
Bakıda “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib
21 May 16:52
Dövlət Gömrük Komitəsi ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
21 May 16:47
UEFA Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb
21 May 16:45
Şimal bölgəsində fəaliyyət göstərən vəkillər Sumqayıtda “Vəkillik etikası: müasir çağırışlar” mövzusunu müzakirə ediblər
21 May 16:32
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası
21 May 16:30
Bakıda Menecment və İnnovasiya Forumu işə başlayıb
21 May 16:25
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqlənib
21 May 16:23
Rüfət Quliyev: “Doing Business 2019” hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğurudur
21 May 16:10
Kamilə Əliyeva: Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil
21 May 15:56
Azərbaycanla Yaponiya arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub
21 May 15:52
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fransada silsilə görüşlər keçirib
21 May 15:35
Vəkillər Kollegiyasının ilk regional qurumu olan Sumqayıt Regional Vəkil Bürosunun binası istifadəyə verilib
21 May 15:15
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub
21 May 14:49
İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub
21 May 14:27
Azərbaycanlı tələbələr Pekində mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
21 May 14:13
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib
21 May 14:07
“Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılışı olub
21 May 14:04
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib
21 May 14:01
DST dünyada sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə dörd yeni xoşməramlı səfirini təqdim edir
21 May 13:59
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
21 May 13:51
Tahir Süleymanov: Ölkəmizdə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə etiraf olunur
21 May 13:01
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb
21 May 12:58
Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
21 May 12:53
Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 May 12:48
“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək
21 May 12:44
Vüqar Bayramov: "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə edilməlidir
21 May 12:26
Maliyyə naziri: Problemli kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq
21 May 12:08
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
21 May 11:56
Muxtar respublikada ümumi daxili məhsul istehsalı 727 milyon manatı ötüb
21 May 11:51
Nazir: Məqsəd xarici dövlət borcunu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdir
21 May 11:46
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21 May 11:41
Bakıda Asiya İnkişaf Bankının Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu işə başlayıb
21 May 11:38
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
21 May 11:36
Milli Dram Teatrının yaradıcı kollektivi ayın sonu üçün maraqlı tamaşalar hazırlayıb
21 May 11:34
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21 May 11:30
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
21 May 11:10
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
21 May 11:04
Dörd ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4208 cərrahi əməliyyat icra olunub
21 May 10:21
Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir
21 May 10:14
Nazir İnam Kərimov : Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
21 May 10:10
Düşmən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
21 May 10:01
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır
21 May 09:55
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
21 May 09:54
Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
21 May 09:48
General-mayor Kamil Məmmədov: Bu gün bizim Cocuq Mərcanlıda olmağımız ordumuzun şücaəti sayəsindədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA