Ana səhifə »  Müəlliflər »  Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır
A+   Yenilə  A-
Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır
Yazdı: Pərviz Sadayoğlu

Bu antimilli ünsürlər ermənipərəst mərkəzlərin direktivləri əsasında milli-mənəvi dəyərlərimizi hədəfə alıblar
Sabit və davamlı inkişafa malik, o cümlədən siyasi kataklizmlərdən uzaq Azərbaycan qısa zamanda yerləşdiyi regionun lider dövlətinə çevrilib. Ölkəmiz həm də siyasi sabitlik, demokratik ənənələrə sadiqlik və multikulturalizm nümunəsi sayılır. İnsan hüquq və azadlıqlarının tam şəkildə qorunduğu, söz azadlığının, plüralizmin hökm sürdüyü Azərbaycanda vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb.
Ən əsası isə, həyata keçirilən müstəqil və milli maraqlara əsaslanan siyasi kurs ölkəmizin mənafeyinin qorunmasına yönəlib. Azərbaycan dövləti uğurlu siyasət nəticəsində beynəlxalq aləmdə yüksək nüfuz qazanıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həm diplomatik, həm də hərbi üstünlük əldə edib.
Təəssüf ki, ölkəmizdə yaradılan demokratik ab-hava, əldə olunan nailiyyətlər dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də narahat edir. Müxtəlif üsullarla ölkəmizdəki sabitliyə xələl gətirməyə çalışan anti-Azərbaycan mərkəzlər, erməni lobbisi müəyyən vasitələrlə Azərbaycana qarşı şər-böhtan kampaniyaları həyata keçirməyə niyyətlənir. Bu mərkəzlərin əsas istinad nöqtələri isə hər zaman olduğu kimi, antimilli layihələrdə iştirak etmək üçün can atan, Azərbaycan xalqının və dövlətinin maraqlarına xəyanət etmək üçün fürsət axtaran radikal müxalifət düşərgəsi, eləcə də antimilli fəaliyyəti özünün “devizinə” çevirmiş, Avropa ölkələrində “yaşamaq hüququ əldə etmək” üçün bütün çirkin kampaniyaların “önündə gedən” xaricdə məskunlaşmış bəzi ünsürlərdir. Xarici antimilli dairələrin xidmətçiləri sayılan, o cümlədən özünü yalandan “siyasi mühacir” adlandıraraq bu pərdə altında gizlənməyə çalışan bu kəsim dövlətçiliyimizə, sabitliyə və inkişafa qarşı “planlarda” iştirak etməklə həm maddi gəlir qazanmaq, həm də öhdəlik götürdükləri dairələr qarşısında vəzifələrini yerinə yetirmək istəyirlər. Azərbaycanda tanınmayan, adını “müxalifət partiyaları” qoymuş radikal ünsürlər, saxta partiya biletləri ilə xarici ölkələrdə “sığınacaq” almaq üçün can atan, əslində isə ermənilərə sığınan belələri sonradan özünü “siyasi fəal” və ya başqa bir qisimdə qələmə verməyə, yalan və əsassız iddialarla gündəmə gəlməyə çalışırlar. Anti-azərbaycançı mərkəzlərin sosial şəbəkələr vasitəsilə həyata keçirdiyi yalan, şər-böhtan kampaniyalarının aləti qismində çıxış edən belələri bununla öz simalarını bir daha Azərbaycan cəmiyyətinə nümayiş etdirmiş olurlar.
Vurğulanmalıdır ki, belələri təhqirlər şər-böhtan yağdırmaq yolu ilə getməyi üstün tutur, xalqımızın milli-mənəvi dəyərlərini, milli maraqlarını hədəfə alırlar. Bu şəxslər sosial şəbəkələri, eləcə də digər internet resurslarını şəxsi hikkə və maraqlar platformasına çevirir, bundan sifariş yerinə yetirmək və şəxsi maraqlarını həyata keçirmək üçün istifadə edirlər. Hətta şəhid ailələri haqqında təhqirlərə yol verən belələri ermənipərəst mərkəzlərin direktivlərinə əsaslanır, Azərbaycan xalqına qarşı mənəvi terror həyata keçirməyə cəhd göstərirlər.
Digər tərəfdən, ölkə daxilində siyasi sabitliyi pozmağa çalışan radikal ünsürlər də adıçəkilən xarici ermənipərəstlərə sığınanlarla eyni mənbədən “qidalanır”, onların sifarişlərini yerinə yetirirlər. Bunun nəticəsidir ki, həmin radikal ünsürlər ermənilərlə bir səfdə yer alaraq ölkəmizin maraqlarına qarşı aparılan kampaniyada iştirak edirlər. İstər AXCP, istərsə qondarma “Milli şura” adlanan qurumun, istərsə də digər radikal qrupların xaricə göndərdikləri emissarlar Avropa ölkələrinin küçələrində ermənilərlə eyni cərgədə dayanaraq Azərbaycan əleyhinə şüarlar səsləndirir, hətta aksiyalar keçirirlər. Maliyyə qarşılığında öz xalqına və dövlətinə xəyanət edən ermənipərəst mərkəzlərin əlaltıları yalnız korporativ mənafelərini düşünür, hətta Dağlıq Qarabağ məsələsinin həlli məsələsində də öz “hamilər”inin maraqlarını ifadə edirlər.
Amma onların düşmənlərin maraqlarına köklənmiş arzuları yalnız arzu olaraq qalır və bu satqın və xainlər iflasa məhkumdur. Çünki bu gün Azərbaycanda məhz xalqın iradəsi ilə seçilən və xalqın etimadına güvənən milli hakimiyyət mövcuddur. Xalq-hakimiyyət birliyi önündə isə bütün çirkin niyyətlər fiaskoya uğrayır...

 
  • Oxunub:  10350  |  
  • Tarix:  15-02-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar

09 Aprel 17:50
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
09 Aprel 17:46
Dövlət Agentliyindən 8103 SMS icazə sistemindən sui-istifadə halları ilə bağlı xəbərdarlıq
09 Aprel 17:38
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından növbəti aksiya
09 Aprel 17:36
Tərtərdə 470-dən çox aztəminatlı ailəyə, tənha ahıl şəxslərə ərzaq yardımları təqdim olunub
09 Aprel 17:19
DSX-nin rəisi “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb
09 Aprel 17:08
Vışeqrad Qrupu ölkələrinin Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı üzrə videokonfransı keçirilib
09 Aprel 17:06
Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar
09 Aprel 16:57
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
09 Aprel 16:42
Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09 Aprel 16:24
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah
09 Aprel 16:17
Koronavirus və digər tənəffüs infeksiyalarından necə qorunmaq lazımdır?
09 Aprel 14:49
Nərimanov rayonunda yaşı 65-dən yuxarı 200 tənha insana ərzaq sovqatı paylanılıb
09 Aprel 14:46
Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır
09 Aprel 14:23
Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur
09 Aprel 14:13
Nizami rayonunda tənhalara, ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı paylanıb
09 Aprel 13:28
Azərbaycanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
09 Aprel 13:06
Əli Əsədov: İcbari tibbi sığortaya keçidi Azərbaycanın səhiyyə sahəsində tarixi islahat kimi dəyərləndirmək olar
09 Aprel 12:53
Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir
09 Aprel 12:37
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanda iki min ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb
09 Aprel 12:10
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
09 Aprel 11:53
Baş Nazir: 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb
09 Aprel 11:39
Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir
09 Aprel 11:23
Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsinə razılıq verib
09 Aprel 11:18
Sahibə Qafarova: Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir
09 Aprel 11:15
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır
09 Aprel 11:12
Milli Məclisin növbəti plenar iclası işə başlayıb
09 Aprel 10:53
YAP “Münxendə Tarix və Hüquq Dərsi” adlı kitab hazırlayıb (FOTO)
09 Aprel 10:36
Azərbaycan Texniki Universiteti: 6000 tələbə onlayn dərslərdə iştirak edib
09 Aprel 10:23
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 25 dəfə pozub
09 Aprel 10:20
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
09 Aprel 10:16
İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb
09 Aprel 10:13
ETSN: Bakıda gücləndirilmiş karantin tədbirlərindən sonra atmosferə atılan tullantıların miqdarı 45-50 faiz azalıb
09 Aprel 10:07
TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur
08 Aprel 22:34
Tərtər: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri qrafik üzrə aparılır
08 Aprel 22:20
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb
08 Aprel 22:12
Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq
08 Aprel 20:10
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi
08 Aprel 19:24
İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər
08 Aprel 19:15
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib
08 Aprel 19:10
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08 Aprel 18:38
Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib
08 Aprel 18:15
Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb
08 Aprel 18:12
İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək
08 Aprel 18:10
icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb
08 Aprel 18:03
“Total” Azərbaycandakı layihələrə sadiqdir
08 Aprel 17:58
Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi
08 Aprel 17:14
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08 Aprel 16:45
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır
08 Aprel 16:24
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
08 Aprel 16:21
Milli Məclisin sabah keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək
08 Aprel 16:18
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir #EvdəQal, #BizBirlikdəGüclüyük
08 Aprel 15:53
Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər
08 Aprel 15:31
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
08 Aprel 15:00
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08 Aprel 14:37
COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə
08 Aprel 14:16
Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu
08 Aprel 13:52
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08 Aprel 13:07
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı
08 Aprel 12:53
YAP Səbail rayon “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı yardım sovqatı paylayıb
08 Aprel 12:43
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08 Aprel 12:30
Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
08 Aprel 12:26
Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
08 Aprel 12:23
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb
08 Aprel 12:17
Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
08 Aprel 12:15
Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar
08 Aprel 12:13
Malik Həsənov: “Beşinci kolon” indi də koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır
08 Aprel 12:06
Deputat: Məhkumların azad edilməsi ölkəmizdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür
08 Aprel 10:14
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin
08 Aprel 10:02
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
07 Aprel 23:26
Hikmət Babaoğlu: “Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7