Ana səhifə »  Müəlliflər »  Ermənistandakı kriminal rejimə iyirmi il ərzində dəstək verən “siyasətçilər” məsuliyyətə cəlb olunmalıdırlar
A+   Yenilə  A-
Ermənistandakı kriminal rejimə iyirmi il ərzində dəstək verən “siyasətçilər” məsuliyyətə cəlb olunmalıdırlar
Yazdı: Nardar Bayramlı

Ekspertlər hesab edirlər ki, Sarkisyan rejiminə dəstək verən beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçinin xarici siyasətdə, beynəlxalq müstəvidə əldə edilən uğurlardan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın qətiyyətli mövqeyindən, prinsipial siyasətindən bəhs edib. Dövlətimizin başçısı keçən il Ermənistanda böyük dəyişikliklərin baş verdiyini, 20 il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejiminin süqut etdiyini də vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistandakı kriminal rejimə 20 il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan “siyasətçilər” məsuliyyətə cəlb olunmalıdırlar. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə olub. Dövlət başçısı qeyd edib ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. 
Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, Ermənistanı 20 il ərzində idarə etmiş kriminal, hərbi xunta rejiminin çökməsi bir sıra məqamlara yenidən aydınlıq gətirmiş oldu: “Əvvəla, bu, Azərbaycanın Ermənistanı regionda bütün geostrateji layihələrdən təcrid etmək siyasətinin nəticəsi və Ermənistanın işğalçılıq siyasətinin iflası idi. Ermənistan regionun lider dövləti olan, Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsini yaradan Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən bütün layihələrdən kənarda qalıb. Bütün diplomatik cəbhələrdə uduzmaqda davam edən bu ölkənin bölgədə təcrid vəziyyəti getdikcə dərinləşir. Ona görə də Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir”.
Millət vəkilinin sözlərinə görə, digər məqam ondan ibarətdir ki, işğalçı ölkədə keçirilən növbədənkənar parlament seçkilərində Sarkisyan rejiminin tərəfdarları seçki baryerini belə aşa bilmədilər. Bu, vaxtilə Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu, Sarkisyanın seçkiləri saxtalaşdırmaq yolu ilə hakimiyyətə gəldiyini bir daha göstərdi, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların ikili standartlar siyasətini ifşa etmiş oldu. Avropa Parlamenti, Avropa Şurası kimi demokratik dəyərlərdən, ədalətdən danışan qurumlar isə ikili standartlara söykənərək obyektiv münasibət ortaya qoymamışdılar. “Həmin qurumlarda təmsil olunan azərbaycanlı deputatlar dəfələrlə bu barədə məsələ qaldırmışdılar, lakin sözügedən təşkilatlar Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etmirdilər. Bu, ikili standartlara əsaslanan qeyri-obyektiv yanaşmanın bariz ifadəsi idi. Eyni zamanda, bu, sözügedən təsisatların erməni lobbisindən çirkli maliyyə almasının, Sarkisyan rejiminin yürütdüyü “konyak diplomatiyası” vasitəsilə müşahidə missiyalarının, müvafiq institutların ələ alınmasının nəticəsi idi. Yəni, işğalçı Ermənistana rəhbərlik edən kriminal rejim rüşvət vasitəsilə bir sıra siyasətçiləri satın alaraq seçki saxtakarlıqlarına, digər antidemokratik proseslərə görə tənqid və qınaq obyektinə çevrilməkdən xilas olmuşdu. Bu, qeyri-leqal və korrupsioner fəaliyyətin, işbirliyinin göstəricisidir. O səbəbdən bu məsələ müvafiq beynəlxalq təsisatlar tərəfindən ciddi şəkildə araşdırılmalı, kriminal rejimə öz dəstəyini vermiş “siyasətçi”lər məsuliyyətə cəlb edilməlidirlər”, - deyə S.Fətəliyeva vurğulayıb.
“Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev Ermənistanın siyasi səhnəsində xeyli zəifləmiş kriminal rejimin uğursuz daxili siyasətinin - işğal nəticəsində ölkəsinin iqtisadiyyatının zəifləməsi, öz xalqına zorakılıq tətbiq etməsi, ölkədə dərin demoqrafik böhranla əlaqədar əhali sayının getdikcə azalması, regional layihələrdən kənarda qalması nəticəsində xalqın səfalət həddində yaşaması kimi problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla göstərdi. Dövlət başçısı haqlı olaraq söyləyib ki, Ermənistandan və erməni diplomatiyasından konyakdan tutmuş işğalçı dövlətin mükafatlarını, orden və medallarını rüşvət qismində alan əcnəbi siyasətçilər onların qeyri-qanuni maraqlarının icraçısına çevrilirlər”. Bu fikirləri isə Milli Məclisin deputatı Rauf Əliyev deyib. R.Əliyev bildirib ki, bu cür mənfi amillər nəticəsində beynəlxalq təşkilatlar Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini lazımi səviyyədə müdafiə etmir, işğalçını beynəlxalq hüquqa riayət etməyə məcbur etmirlər.
Millət vəkili deyib ki, Ermənistanda saxta seçkilərin əksər hallarda guya standartlara uyğun olaraq keçirildiyi də beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb: “Halbuki ermənilər son növbədənkənar parlament seçkilərində keçmiş rejimin tör-töküntülərinə əvvəllər də olduğu kimi tam etimadsızlıq göstərdi və onlar heç 5 faiz səs toplaya bilmədilər. Oğru, cinayətkar rejim Ermənistan siyasi səhnəsində xeyli zəifləyərək öz mövqeyini birdəfəlik itirdi. “Qarabağ kartı”ndan istifadə edərək hakimiyyəti zəbt edən rejim öz cinayətkar əməllərinin qurbanına çevrildi”.
Milli Məclisin deputatı Tahir Rzayev də bildirib ki, Avropa təşkilatlarında ikili standartlar mövcuddur. Onun sözlərinə görə, Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar müəyyən maraqlar əsasında fəaliyyət göstərir: “Lakin onlar Ermənistanda keçirilən saxta parlament seçkilərinə haqq qazandırmışdılar. Əlbəttə ki, cinayətkara haqq qazandıran cinayətkarla da müştərək məsuliyyət daşıyır. Hətta vaxtilə Ermənistan parlamentində baş nazir, spiker öldürüləndə də beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirmişdilər. Hesab edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmamasında da bu ikili standartlar özünü göstərir. Biz onlara öz münasibətimizi bildirməliyik ki, gələcəkdə bu cür yanaşmadan çəkinsinlər”.

 
  • Oxunub:  5580  |  
  • Tarix:  16-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA