Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyovun “şura”sı yaranmamışdan dağılır
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyovun “şura”sı yaranmamışdan dağılır
Yazdı: Mübariz Abdullayev

Bu da onunla əlaqədardır ki, qondarma qurum cəmiyyətin sosial-siyasi sifarişi kimi deyil, ayrı-ayrı xarici dairələrin və daxilimizdəki xəyanətkar ünsürlərin ambisiyalarının, məkrli məqsədlərinin ifadəsi kimi meydana çıxıb
Hər seçki ərəfəsində radikal müxalifət təmsilçilərinin bu və ya digər təşkilatlar yaradaraq müxtəlif adlar altında “birləşmələri” bir növ ənənə halını alıb. Bəlkə də, klassik müxalifətçilik nöqteyi-nəzərindən mühüm ictimai-siyasi hadisələr öncəsi partiyaların hədəflərini müəyyənləşdirmələrini və məqsədə çatmaq üçün qüvvələrini təmərküzləşdirmələrini təbii qarşılamaq olardı. Lakin klassik müxalifətçilik meyarlarını heç bir vəchlə AXCP, “Müsavat” və bu qəbildən olan digər partiyaların, həmçinin, Əli Kərimlinin, İsa Qəmbərin, Eldar Namazovun ölkəmizdə müxtəlif illərdə keçirilən seçkilər ərəfəsində sərgilədikləri əməllərə, hay-küylə bəyan etdikləri saxta “birlik təşkilatlarına” şamil etmək mümkün deyil. Bir qayda olaraq, radikal müxalifət təmsilçilərinin bəyan etdikləri qondarma qurumlar konkret zaman kəsiyində cəmiyyətin sosial-siyasi sifarişi kimi deyil, ayrı-ayrı partiya təmsilçilərinin ambisiyalarının, bu və ya digər məqamda gözlədikləri umacaqların ifadəsi kimi meydana çıxır.
Biz təkcə yaxın keçmişdə radikalların yaratdıqları çoxlu sayda belə qurum adı çəkə bilərik. Qondarma “İctimai palata”, “Ziyalılar forumu”, “El” hərəkatı və sair bu kimi qurumlar guya müxalif fikirli insanları bir dam altına yığmaq məqsədilə yaradılıb. Lakin bu təşkilatların hansısa birinin rəqabət imkanları, yaşamaq qabiliyyəti nümayiş etdirdiyini heç onları yaradanların özləri də təsdiqləyə bilməzlər. Hətta bu cür qurama qurumlarla bağlı məsələ o dərəcədə qeyri-ciddidir ki, radikalların özləri belə təmsil olunduqları “birlik təşkilatlarını” cəmiyyətə istehza ilə təqdim edirlər. Məsələn, reneqat Eldar Namazovun yaratdığı “Ziyalılar forumu” haqqında onun fəal üzvü sayılan Rafiq Əliyev belə söyləyib: “Bu qurum klub kimi bir şeydir”.
Son günlərdə belə adı var, özü yox “klub kimi bir şey” qurumların sıyahısına “Milli şura” deyilən yeni bir “təşkilat” da əlavə olunub. Bəri başdan deyək ki, bu qondarma qurumun da Azərbaycan cəmiyyətinə və xalqına heç bir bağlantısı yoxdur. Çünki sözügedən “təşkilat”ın adına milli sözü yapışdırılsa da, o, qətiyyən milli maraqlara söykənmir.
Belə qənaətə gəlməyə hər cür əsas var. Qeyd edək ki, “Milli şura” məsələsi qoca kinodramaturq Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilib. Rüstəm İbrahimbəyovun personası ilə bağlı bəlli olan məlumatlar - onun kosmopolit mahiyyəti, qatı ermənipərəstliyi, iqtisadi xarakterli cinayətlərə yol verməsi, etimaddan sui-istifadə etməsi, ən nəhayət, mənəvi düşkünlüyü bu şəxsin Azərbaycan cəmiyyəti üçün faydalı olacaq hansısa bir işə qol qoyacağını şübhə altına alır. Daha konkret ifadə etsək, tərcümeyi-halında belə qara ləkələr olan birisinin guya xeyirxah məqsədlərlə “Milli şura” yaratması sadəcə gülünc görünür.
Qondarma “Milli şura”nın antimilli mahiyyətini, Azərbaycan cəmiyyətinə yad xüsusiyyətini xarakterizə edən digər bir mühüm cəhət isə ondan ibarətdir ki, bu qurumun ideoloji əsasları, prinsipləri xaricdəki, daha dəqiq desək, Rusiyadakı anti-Azərbaycan dairələrin mətbəxində hazırlanıb. Həmin dairələr kosmopolit Rüstəm İbrahimbəyov, reneqat Eldar Namazov kimi xəyanətkar ünsürləri, həmçinin, radikal düşərgədəki partiyaların təmsilçilərini müxtəlif şirnikləndirici üsullarla ələ alaraq onların vasitəsilə respublikamızda öz məkrli niyyətlərini reallaşdırmağa çalışırlar. Qondarma “Milli şura” da məhz belə çirkin niyyətlə yaradılıb.
Qondarma qurumun adı ilə mahiyyəti arasında kəskin ziddiyyət var. Onun hədəflərində hansısa birləşdirici məqamlar tapmaq qeyri-mümkündür. Əksinə, verilən ilk açıqlamalardan bəlli olur ki, bu qondarma qurum cəmiyyətə və müxalifət düşərgəsinin daxilinə təfriqələr salmaq, insanları qarşı-qarşıya qoymaq, daxili sabitliyə xələl gətirmək, ölkənin nüfuzuna ziyan vurmaq məqsədilə yaradılıb. Xarici qüvvələrin təhriki ilə “Milli şura” ətrafına toplaşanları birləşdirən yeganə məqam onların hamısının heç vaxt reallaşmayacaq hakimiyyətə gəlmək istəyidir. Radikalların bu istəkləri hansı baxış bucağından yanaşılırsa, yanaşılsın ikrah doğurur. Görəsən, indiyədək Azərbaycan xalqının düşməni olan erməniləri vəsf edən, onlarsız “Bakıda nəfəs ala bilməyən” Rüstəm İbrahimbəyov, vaxtilə yaramaz əməllərinə görə vəzifədən qovulan Eldar Namazov, eləcə də, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkəni qarşıdurmalar girdabına sürükləyən Əli Kərimli və İsa Qəmbər hansı mənəvi haqla hakimiyyətə gəlmək xülyası ilə yaşayırlar. Bütün olub keçənlərdən sonra bu şəxslərin belə bir iddiada bulunmaları onlarda milli-mənəvi dəyərlərin aşındığı anlamına gəlir.
Biz qondarma “Milli şura”nı Azərbaycan cəmiyyətindən ayıran, həmçinin, onun daxilindəki ziddiyyətli, qarşıdurma meyillərinə rəvac verən cəhətlərə qısa nəzər saldıq. Elə bu məqamlar da qondarma qurumu yaşamaq qabiliyyətindən məhrum qoyur. Belə ki, qurama “Milli şura” yenicə elan olunsa da, cəmiyyətdən və elə müxalifət düşərgəsinin özündən ona qarşı sərt təpkilər gəlir. “Milli şura” konfliktlər şurasıdır”, “Milli şura” xarici düşmən qüvvələrin Azərbaycana uzanan qoludur, onu kəsmək lazımdır”, “Milli şura” başsız, ideologiyasız, prinsipsiz qurumdur”, “Milli şura”ya qoşulanlar necə bir xəyanət yolu tutduqlarını bütün miqyası ilə sonra dərk edəcəklər”. Biz bu sitatları ayrı-ayrı müxalifət partiyalarının təmsilçilərinin “Milli şura” ilə bağlı ifadə etdikləri açıqlamalardan götürmüşük. Belə olduğu təqdirdə, görəsən, elan olunduğu ilk gündən qınaq obyektinə çevrilən qurama “Milli şura” hansı güclə və hansı əks arqumentlərlə yaşamaq haqqı qazanacaq? Zənnimizcə, qondarma qurumu yaradanların cəmiyyətin, o cümlədən də, müxalifət düşərgəsinin təmsilçilərinin sərt qınaqlarının qarşısını almağa nə potensialları, nə də zəif də olsa, özünü doğuruldacaq arqumentləri yoxdur. Buna görə də, qurama qurum yaranmamışdan dağılır. Artıq hansısa maraqların müqabilində Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyünün “Milli şura” toruna düşən partiyaların özündə belə ona qarşı etirazlar baş qaldırıb. Bu isə o deməkdir ki, radikalların digər “birlik təşkilatları” kimi “Milli şura”da tezliklə tarixin arxivinə kömüləcək.

 
  • Oxunub:  26280  |  
  • Tarix:  05-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA