Ana səhifə »  Müəlliflər »  Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan xaricdəki satqın şəbəkəsinin nümayəndələrinin pul davası...
A+   Yenilə  A-
Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan xaricdəki satqın şəbəkəsinin nümayəndələrinin pul davası...
Yazdı: Pərviz Sadayoğlu

Yaxud Məhəmməd Mirzəli ilə Tural Sadıqlının özünüifşası onların xain və düşmən dəyirmanına su tökən ünsürlər olduqlarını bir daha üzə çıxardı
Anti-azərbaycançı xarici qüvvələrin əlində oyuncağa çevrilmiş, Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan xaricdəki satqın şəbəkəsinin nümayəndələri bir-birilərini ifşa ediblər. Məlum olduğu kimi, bir sıra xarici ermənipərəst mərkəzlərin sifarişləri və direktivləri əsasında hərəkət edən bu “sapı özümüzdən olan baltalar” ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer alır, sosial şəbəkələrdə antimilli maraqlara xidmət edirlər. Bir sözlə, Azərbaycanın əleyhinə təbliğat kampaniyası qurmaq üçün “qrant paylayan” xarici fondların sifarişlərini yerinə yetirən bu satqın şəbəkəsinin üzvləri demokratik inkişaf yoluna sədaqət nümayiş etdirən, insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirən, eləcə də regionun əsas iqtisadi güc mərkəzinə çevrilən Azərbaycan dövlətinə qarşı aparılan çirkin kampaniyaların ön sıralarında yer alırlar.
Adını “demokratiya carçısı” qoymuş və ölkəmizdəki dağıdıcı radikal müxalifət düşərgəsinin də dəstəklədiyi bu şəbəkə nümayəndələrinin məhz maddiyyat qarşılığında dövlətimizə xəyanət etdiyi isə sirr deyil. Bunu sübut etmək üçün çox da uzağa getmək lazım deyil. Çünki onlar özləri özlərinin çirkli əməlləri haqqında açıqlama veriblər. Necə deyərlər, xəyanət qarşılığında aldıqları qrantı bölə bilməyənlərin davasının “toz-tozanağı” ətrafı bürüyür. Artıq bir neçə gündür ki, xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin nümayəndələri bir-birinin paxırlarının üstünü açırlar. Buna misal olaraq, Avropada yaşayan Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasında başlayan pul davasını göstərmək olar.
Beləliklə, bu fakt, yəni pul savaşı onların “birliyinin” səbəbini də bütün çılpaqlığı ilə ortaya qoyub. Yəni görünən odur ki, onları məhz xaricdən alınan qrantlar “birləşdirib”. Bunun müqabilində isə onların qarşısına Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq məqsədi qoyulub. Yeri gəlmişkən, M.Mirzəli sosial şəbəkədə Tural Sadıqlı haqda aşağıdakıları yazıb: “Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin, davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın, nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb məndən pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı youtubdan sildirdim. Mən bu işləri pulsuz görən adamam, biz qrant gəlməsə belə birgə nəyəsə razılaşsaydıq, təbii ki, işlər görüləcəkdi. Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, “xalqın layihəsi”ni də qrant” üçün etdin, mən bu dəqiqənin özündə belə “xalqın layihəsi”ni etməyə hazıram, pulsuz-parasız gəl edək, digər səhifələri də çağıraq. Bir də ki, elə yazmısan ki, yanımıza çəkdik, filan etdik. Mən öz işimi özüm həyata keçirmişəm”.
Vurğulamaq yerinə düşər ki, M.Mirzəli sosial şəbəkələrdə “şərikliyi” üzə çıxdığı T.Sadıqlını satqınlıqda da ittiham edib. O bildirib ki, Turalın Bakıdakı fəaliyyəti barədə danışmağa başlasa, təmiz batar: “Almaniyada etdiklərini isə saxlayıram ikinci yazıya”.
T.Sadıqlı isə öz növbəsində yazdığı statusunda M.Mirzəlini nankorluqda ittiham edib və ona təzyiq olan zaman dəstək olduğunu deyib. Onu da qeyd edək ki, məhz M.Mirzəlinin şikayəti əsasında “youtube”da “Azad söz” səhifəsindən şikayət edilib və səhifə bağlanıb.
Beləliklə, bu açıqlamalar bir daha göstərir ki, özlərini “demokratiya carçısı” və ya “ədalət tərəfdarı” kimi qələmə verənlər əslində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərir, sifariş yerinə yetirirlər. Onların bütün fəaliyyətləri boyu əsas məqsədi daha çox qrant almaq və mənimsəmək olub. Bu məqsədlərə xidmət edənlər, sadəcə, xain və düşmən dəyirmanına su tökən ünsürlərdir. Bu şəbəkə üzvləri xarici qrant təşkilatlarından pul yığmaq üçün gecə-gündüz Azərbaycan dövlətinə, xalqına qarşı hər cür yalanları, hədyanları dilə gətirir, şər-böhtan danışmaqdan çəkinmirlər. İş dalana dirənəndə, məsələ “pul bölgüsü”nə gələndə isə öz sandıqlarını öz əlləri ilə açır, bütün həqiqətləri çılpaqlığı ilə ortaya qoyurlar. Çünki onları birləşdirən də məhz maddi maraqdır. Xarici antimilli maraqların “danışan dili”nə çevrilən xəyanətkar şəbəkə nümayəndələri və onlara on minlərlə qrant ayırıb dəstək verənlər isə məğlub olduqlarını işin başından anlayıblar.

 
  • Oxunub:  12930  |  
  • Tarix:  29-11-2018  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar

09 Aprel 18:46
Prezidentin Mətbuat Xidmətinin məlumatı
09 Aprel 17:50
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
09 Aprel 17:46
Dövlət Agentliyindən 8103 SMS icazə sistemindən sui-istifadə halları ilə bağlı xəbərdarlıq
09 Aprel 17:38
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından növbəti aksiya
09 Aprel 17:36
Tərtərdə 470-dən çox aztəminatlı ailəyə, tənha ahıl şəxslərə ərzaq yardımları təqdim olunub
09 Aprel 17:19
DSX-nin rəisi “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb
09 Aprel 17:08
Vışeqrad Qrupu ölkələrinin Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı üzrə videokonfransı keçirilib
09 Aprel 17:06
Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar
09 Aprel 16:57
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
09 Aprel 16:42
Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09 Aprel 16:24
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah
09 Aprel 16:17
Koronavirus və digər tənəffüs infeksiyalarından necə qorunmaq lazımdır?
09 Aprel 14:49
Nərimanov rayonunda yaşı 65-dən yuxarı 200 tənha insana ərzaq sovqatı paylanılıb
09 Aprel 14:46
Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır
09 Aprel 14:23
Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur
09 Aprel 14:13
Nizami rayonunda tənhalara, ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı paylanıb
09 Aprel 13:28
Azərbaycanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
09 Aprel 13:06
Əli Əsədov: İcbari tibbi sığortaya keçidi Azərbaycanın səhiyyə sahəsində tarixi islahat kimi dəyərləndirmək olar
09 Aprel 12:53
Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir
09 Aprel 12:37
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanda iki min ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb
09 Aprel 12:10
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
09 Aprel 11:53
Baş Nazir: 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb
09 Aprel 11:39
Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir
09 Aprel 11:23
Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsinə razılıq verib
09 Aprel 11:18
Sahibə Qafarova: Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir
09 Aprel 11:15
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır
09 Aprel 11:12
Milli Məclisin növbəti plenar iclası işə başlayıb
09 Aprel 10:53
YAP “Münxendə Tarix və Hüquq Dərsi” adlı kitab hazırlayıb (FOTO)
09 Aprel 10:36
Azərbaycan Texniki Universiteti: 6000 tələbə onlayn dərslərdə iştirak edib
09 Aprel 10:23
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 25 dəfə pozub
09 Aprel 10:20
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
09 Aprel 10:16
İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb
09 Aprel 10:13
ETSN: Bakıda gücləndirilmiş karantin tədbirlərindən sonra atmosferə atılan tullantıların miqdarı 45-50 faiz azalıb
09 Aprel 10:07
TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur
08 Aprel 22:34
Tərtər: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri qrafik üzrə aparılır
08 Aprel 22:20
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb
08 Aprel 22:12
Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq
08 Aprel 20:10
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi
08 Aprel 19:24
İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər
08 Aprel 19:15
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib
08 Aprel 19:10
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08 Aprel 18:38
Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib
08 Aprel 18:15
Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb
08 Aprel 18:12
İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək
08 Aprel 18:10
icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb
08 Aprel 18:03
“Total” Azərbaycandakı layihələrə sadiqdir
08 Aprel 17:58
Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi
08 Aprel 17:14
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08 Aprel 16:45
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır
08 Aprel 16:24
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
08 Aprel 16:21
Milli Məclisin sabah keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək
08 Aprel 16:18
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir #EvdəQal, #BizBirlikdəGüclüyük
08 Aprel 15:53
Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər
08 Aprel 15:31
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
08 Aprel 15:00
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08 Aprel 14:37
COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə
08 Aprel 14:16
Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu
08 Aprel 13:52
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08 Aprel 13:07
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı
08 Aprel 12:53
YAP Səbail rayon “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı yardım sovqatı paylayıb
08 Aprel 12:43
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08 Aprel 12:30
Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
08 Aprel 12:26
Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
08 Aprel 12:23
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb
08 Aprel 12:17
Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
08 Aprel 12:15
Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar
08 Aprel 12:13
Malik Həsənov: “Beşinci kolon” indi də koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır
08 Aprel 12:06
Deputat: Məhkumların azad edilməsi ölkəmizdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür
08 Aprel 10:14
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin
08 Aprel 10:02
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7