Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arif Hacılıdan “Milli şura” ilə bağlı “SOS”...

Arif Hacılıdan “Milli şura” ilə bağlı “SOS”...

05.06.2013 [02:13]

Pərviz Sadayoğlu

“Müsavat”çı funksioner xarici anti-azərbaycançı dairələrin sifarişi əsasında hazırlanan bu layihəni müstəqilliyə təhdid kimi dəyərləndirdi
Son günlərdə radikal müxalifət qruplaşmalarının ən gərgin müzakirə mövzusuna çevrilən ermənipərəst Rüstəm İbrahimbəyovun “Milli şura” ideyası hətta bu düşərgədə belə birmənalı qarşılanmayıb. Bu da səbəbsiz deyil. Belə ki, anti-azərbaycançı mərkəzlər tərəfindən yaradılmasına çalışılan bu şura Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı istiqamətlənib.
O, da maraqlıdır ki, Rüstəm İbrahimbəyovun “Milli şura” ideyasını reallaşdırmaq sifarişi alan və bu əsasda fəaliyyət göstərən müxalifət partiyalarında belə bəzi funksionerlər bu layihənin haraya istiqamətləndiyini, haradan qidalandığını və hədəfində hansı təhlükəli meyillərin dayandığını açıq şəkildə dilə gətirirlər. Bu mənada Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının mövqeyi daha çox maraq kəsb edir.
Xatırladaq ki, A.Hacılı artıq bir neçə gündür İbrahimbəyovun “Milli şura”sını tənqid edən, bəzi hallarda isə onun iç üzünü açmağa “xidmət göstərən” fikirlərlə çıxış edir. Məsələn, A.Hacılı bildirib ki, “Milli şura” ətrafında gedən müzakirələrdən nikbin deyil. Onun sözlərinə görə, hansısa qurumda kimlərlə birlikdə təmsil olunmaq onun üçün əhəmiyyətlidir, bunun məsuliyyətini daşıyır.
Onu da vurğulamaq yerinə düşər ki, A.Hacılının quruma qarşı olan fikirlərinin əsasında elə “Milli şura” ideyasının təşəbbüskarları tərəfindən etirazla qarşılanan səbəblər dayanır. Yəni, hələ bir müddət öncə bu qurumun yaradılması sifarişinin hansısa ölkələrdə yerləşən anti-azərbaycançı dairələr tərəfindən verilməsi, “Milli şura”nın maliyyələşdirilməsi, o cümlədən, fəaliyyətinin istiqamətləndirilməsi haqda söylənənlər istər ermənipərəst Rüstəm İbrahimbəyov, istərsə də reneqat Eldar Namazov tərəfindən etirazla qarşılanırdı. Amma bu gün artıq həmin sözü dilə gətirən “Milli şuranın təsisçilərindən” sayılan partiyanın ən yüksək ranqlı funksionerlərindən biri, yəni, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıdır.
A.Hacılı bildirib ki, “Milli şura”da nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyə çalışan şəxslər var və o, bu məsələlərdə iştirak etmək istəmir. Əslində, bu fikir də özü-özlüyündə böyük mahiyyət kəsb edir. Bir tərəfdən nəzərə alınmalıdır ki, bir sıra radikal düşərgə təmsilçiləri və eyni zamanda, müxalifətin başqa kəsimləri antimilli layihəni müstəqilliyimizə təhdid kimi də xarakterizə etmişdilər. A.Hacılının belə bir bəyanatla çıxış etməsi isə “Milli şura” ideyasına qoşulmağa çalışanların hakimiyyət hərisliyinin ölçüyəgəlməzliyini və bu istiqamətdə hətta Azərbaycanın dövlət müstəqilliyinə də rahat şəkildə təhdid yarada bilmə ehtimalını özündə ehtiva edir. İkinci bir tərəfdən, vurğulamaq lazımdır ki, A.Hacılı keçirilməsi nəzərdə tutulan, amma hazırkı sədr İsa Qəmbərin şəxsən maneə yaratması səbəbilə keçirilməyən qurultayda “Müsavat” sədrliyinə potensial namizəddir. Bəlkə də Arif Hacılı heç bir perspektivi olmayan, xalq tərəfindən qəbul edilməyən və siyasi səhnəni tərk etməyə məhkum olan “liderlərinin” son nəfəsdə onları da məhv etməsinə imkan vermək istəmir. Əlbəttə ki, “Milli şura” ideyasının “istisinin” başına yığılanların yalnız şəxsi maraq güddüyü və bu layihəyə qoşulmalarının əsasında xarici ianələrin dayanması heç kimdə şübhə oyatmır. Güman etmək olar ki, İ.Qəmbər və onun kimi öz siyasi ömrünü başa vurmuş radikal qruplaşma başçıları “son zənglərini” möhtəşəm bir şəkildə həyata keçirmək niyyətindədirlər.
Amma görünən budur ki, radikal müxalifət partiyaları daxilindəki narazılıq, etiraz isə heç də epizodik xarakter daşımır. Konkret olaraq, Müsavat Partiyasında baş verənlər bunu deməyə əsas verir. İllərdir ki, partiya daxilində gedən qruplararası savaş bu mənada da özünü qabarıq hiss etdirməkdədir. Partiyadaxili digər qruplaşmanın üzvləri, məsələn, Səxavət Əlisoy Arif Hacılını sözügedən açıqlaması ucbatından hədəfə alıb. Amma Hacılı da geri çəkilmək fikrində deyil və bildirib ki, “Milli şura”da həqiqətən birlikdə olmaq istəmədiyi adamlar var. O deyib ki, onun üçün baryerlər, qırmızı xətlər var: “Mən bu xətləri keçə bilmərəm. Müəyyən tabularım var ki, mən o tabulara həmişə əməl etmişəm. Bu məsələlər mənim üçün prinsipial məsələdir”.
Bəli, antimilli layihə olduğunu hər bir məqamı ilə isbat etmiş “Milli şura” layihəsi artıq radikal düşərgə tərəfindən də itələnməkdədir. Əslində, bu gün həmin layihzədə təmsil olunmağa can atanların kimliyinə, onların siyasi “karyeralarına” baxanda onların məqsədi bəlli olur. Azərbaycan dövlətin, xalqına qarşı kin-küdurətlə silahlanan, hakimiyyət hərisliyi ilə alışıb-yanan, siyasi arenadan itmək üzrə olan və tarixin qara səhifəsi kimi çevrilməsinə bir addım qalmış bu şəxslər üçün dəyər adlı heç bir şey qalmayıb. Azərbaycanı da öz çirkin alverlərinin predmetinə çevirmək istəkləri bunu bir daha sübut edir.

Paylaş:
Baxılıb: 1182 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31