Radikal millətçi baxışları ilə tanınan Eleni Teoxarus separatizm və etnik təmizləməni təbliğ edir
05.10.2018 [08:47]
Nurlan Qələndərli
Ermənistanın və qondarma, separatçı rejimin təbliğatçısı kimi fəaliyyət göstərən bu şəxsin Avropa Parlamentinin mandatından sui-istifadə etməsi araşdırılmalıdır
Müasir dövrdə regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan dağıdıcı - destruktiv faktorlar sırasında separatizm və təcavüzkar siyasət xüsusi yer tutur. Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqaz regionunda isə Ermənistanın işğalçı siyasəti bölgənin təhlükəsizliyini ciddi təhdidlərlə qarşı-qarşıya qoyur. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “Dağlıq Qarabağ” rejiminin mövcudluğu beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasının bariz təzahürüdür. Ermənistan həmçinin işğal etdiyi Azərbaycan torpaqlarına bir sıra xarici şəxslərin “səfər”ini təşkil etməklə Dağlıq Qarabağda yaradılan qondarma, separatçı terrorçu rejimi təbliğ etməyə çalışır, bununla da beynəlxalq konvensiyalara məhəl qoymadığını bütün dünyaya nümayiş etdirir. Şübhəsiz ki, Azərbaycan həmişə bu cür qanunazidd hərəkətlərin cavabını verir, müvafiq tədbirlər görür. Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən şəxslər ölkə qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur, onların Azərbaycana gəlişinə qadağa qoyulur.
Avropa Parlamentinin (AP) separatizmi, etnik təmizləməni təbliğ edən üzvü Eleni Teoxarusun işğal altındakı torpaqlarımıza səfərləri də qanunsuz addım olmaqla təxribatçı hərəkətlər sırasındadır. Bu addım konkret olaraq işğalçı Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma, separatçı rejimə “hüquqi don” geyindirmək məqsədinə xidmət edir.
Ümumiyyətlə, AP-nin Kipr Respublikasından olan deputatı Eleni Teoxarusun “tərcümeyi-hal”ı - fəaliyyət tarixçəsi bu cür qeyri-qanuni ştrixlərlə zəngindir. O, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edən, bunun nəticəsində ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil edilən, haqqında respublikamızın Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış şəxs kimi tanınır. Yeri gəlmişkən xatırladaq ki, Eleni Teoxarus siyasi karyerasına 2001-ci ildə Limasol bölgəsindən Kiprin Nümayəndələr Palatasına üzv seçilməklə başlayıb. 2009-cu ildən etibarən AP-də Avropa Xalq Partiyası siyasi qrupunun üzvü qismində fəaliyyətə başlayan bu şəxs Kiprdə 2016-cı ildə qanunvericilik orqanına seçkilərdən əvvəl siyasi baxışlarındakı ayrı-seçkilik səbəbi ilə sağ təmayüllü mühafizəkar Demokratik Yürüş (Disy) Partiyasını tərk edib, özünün millətçi Həmrəylik Hərəkatı Partiyasını qurub. Onun “Disy”ni tərk etməsinin əsas səbəbi partiyanın Kipr adası məsələsinin iki zonalı həlli yoluna olan baxışına qarşı çıxması olub. Təsadüfi deyil ki, bu deputat radikal millətçi baxışları ilə seçilir, “Kipr Respublikasını xilas edək” şüarı altında fəaliyyət göstərir və bütövlükdə onun fəaliyyətinin əsas hədəfini məhz anti-Türkiyə istiqaməti təşkil edir. AP üzvlüyü dövründə parlamentin üzvlərinin Avropa Komissiyasına onları maraqlandıran bu və digər məsələlər ilə bağlı yazılı suallarla müraciət etmək prosedurundan faydalanaraq 2014-cü ildən etibarən deputat tərəfindən Komissiyaya ünvanlanan 45 sualın böyük əksəriyyəti Türkiyə əleyhinə yönəlmişdir.
Separatizmin, etnik təmizləmənin təbliği əsasında fəaliyyətini davam etdirən Eleni Teoxarus hələ 1990-cı illərdən həkimlik fəaliyyəti çərçivəsində Ermənistanın və erməni lobbiçilik torunun alətinə çevrilib. Onun ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirməsi təsadüfi xarakter daşımır. Hətta bu şəxs sözügedən xidmətlərinə görə “Dağlıq Qarabağın şərəf qızıl medalı”na layiq görülüb. Nədənsə peşəkar cərrah, Hippokrat andı içmiş həkim E.Teoxarus erməni silahlı qüvvələri tərəfindən 1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edilən zaman yüz minlərlə insanın üzləşdiyi etnik təmizləməyə, 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində yalnız bir gecədə 600-dən çox mülki şəxsin - azərbaycanlıların qətliamına göz yumaraq “humanitar” xidmətlərini Dağlıq Qarabağın erməni icmasına təklif etməklə kifayətlənib.
Təbii ki, bütün bunlar konkret bir reallığı aşkar şəkildə əks etdirir: E.Teoxarus Ermənistan və erməni diaspor təşkilatlarının sifarişi əsasında Azərbaycan torpaqlarının işğalı nəticəsində yaradılmış qondarma, separatçı rejimi beynəlxalq müstəvidə, o cümlədən AP çərçivəsində təbliğ edir. Deputatın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə etdiyi çoxsaylı qanunsuz səfərlər onun işğalçıların dəstəkçisi rolunda çıxış etdiyini göstərir. Bu qəbildən olan sonuncu səfəri zamanı E.Teoxarusu Avropada erməni işğalını legitimləşdirmək istiqamətində fəaliyyət göstərən Kaspar Karametyan müşayiət edərək ona Dağlıq Qarabağda əsl gəzinti turu təşkil edib.
Daha bir nüansa diqqət yetirək: Qeyd etdiyimiz kimi, Avropa Parlamentinin üzvü kimi üçüncü tərəf vasitəsilə maliyyələşdirilən tədbirlərdə iştirakına dair açıqlama-bəyanat vermək məcburiyyətində olan E.Teoxarus bu günədək Azərbaycanın işğal edilmiş ərazilərinə çoxsaylı səfərlər edib. Lakin AP-nin rəsmi internet səhifəsində yalnız 2017-ci ilin fevral ayında onun Dağlıq Qarabağda keçirilən qondarma “referendum”da iştirakla bağlı səfərinə dair bəyanat yer alıb. Onun fəaliyyəti AP üzvlüyündən sui-istifadə halı kimi mütləq surətdə araşdırılmalıdır. Çünki bu şəxs qanunsuz səfərlərinin hər birini Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə həyata keçirib, üstəlik, bunu bir növ AP-nin rəsmi nümayəndə heyətinə rəhbərlik edirmiş kimi qələmə verməyə çalışıb (erməni mətbuatı məhz bu cür təqdim edir - red.). E.Teoxarusun xaricdən maliyyələşən səfərləri haqqında AP-yə müvafiq açıqlama verməsi məsələsinin ətraflı yoxlanılmasında da fayda var. Çünki söhbət Avropa dəyərlərinin, qanunun aliliyinin və insan hüquqlarının əsas keşikçisi olan Avropa Parlamentinin tam hüquqlu üzvündən gedir.
Nəticə etibarilə, E.Teoxarusun işğalçı Ermənistanın və qondarma separatçı rejimin təbliğatçısı kimi fəaliyyət göstərməsi beynəlxalq qanunvericiliyin tələblərinə ziddir.
Müəllifin digər məqalələri:
Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi
Vaxtilə özünü “siyasi...
20.03.2021 [08:57]
“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”
Azərbaycan Dağlıq Qarabağ...
19.02.2021 [09:30]
Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...
Yaxud qələbənin əhəmiyyətini...
13.01.2021 [09:44]
Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?
Adı işğalçı siyasət və...
01.09.2020 [08:50]
Antimilli şəbəkənin yeni “virtual səfərbərliyi”, yaxud “beşinci kolon” iş başında...
Təcavüzkarlıq ritorikasını və...
28.07.2020 [12:36]
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27