Ana səhifə »  Müəlliflər »  Brüsseldə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu siyasi-hüquqi baxımdan bir daha möhkəmləndirmiş oldu
A+   Yenilə  A-
Brüsseldə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu siyasi-hüquqi baxımdan bir daha möhkəmləndirmiş oldu
Yazdı: Hikmət BABAOĞLU

Azərbaycan Prezidentinin Brüsselə səfəri, orada keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanın xarici siyasətinin növbəti mühüm uğuru kimi qiymətləndirilməlidir. Əslində, bu cür ciddi əhəmiyyətli strateji sənədlərin imzalanması ilə bağlı ilkin anonsu Azərbaycan Prezidenti İlham Əliyev iyul ayının 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vermişdi.

İlk növbədə, cənab Prezident ölkəmizdə keçirilən son prezident seçkilərinə toxunaraq bunu Azərbaycan cəmiyyətinin və xalqının legitim iradəsinin hüquqi əsaslarda nəticəsi kimi qeyd etdi. Əlbəttə ki, cənab Prezident bu seçkilərə beynəlxalq reaksiyanın üzərində dayandı. Biz bilirik ki, hər bir dövlətin xarici siyasəti onun daxili siyasətinin davamıdır. Daxili vəziyyətlə bağlı təsbitlər və qiymətləndirmədən sonra cənab Prezident Azərbaycanın xarici siyasət məsələlərinə toxundu və ölkəmizin beynəlxalq nüfuzunun hər gün daha da artdığını, beynəlxalq təşkilatlarla və dünya siyasətini müəyyənləşdirən dövlətlərlə ölkəmizin xüsusi münasibətlərinin olduğunu bildirdi. Məlum oldu ki, dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri olan ABŞ-ın Prezidenti aprel və may aylarında Azərbaycan Prezidentinə üç dəfə məktub göndərib, Avropa İttifaqı ilə mühüm sazişin imzalanması ərəfəsindəyik, digər beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqdadır və bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirir. Bu fikirlərin altməzmunu isə ondan ibarət idi ki, bütün bu addımların hamısının məqsədi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, sərhədlərinin toxunulmazlığını təmin etməsidir.
NATO-nun Brüssel Sammitində qəbul edilən Yekun Kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının xüsusi olaraq qeyd edilməsi strateji əhəmiyyətə malikdir
Bundan bir qədər sonra, iyul ayının 11-də çox mühüm tarixi hadisələr baş verdi. Onlardan birincisi tərəfdaşlığın prioritetləri ilə bağlı Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyan sənədlərin paraflanması oldu. İkinci əsas məsələ isə NATO-nun Brüssel Sammitində qəbul edilən Yekun Kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının xüsusi olaraq qeyd edilməsidir. Məlum olduğu kimi, Azərbaycan 2002-ci ildən NATO ilə tərəfdaşlıq edir, Qətiyyətli Dəstək missiyası çərçivəsində əməkdaşlığa malikdir, Əfqanıstana sülhməramlı hərbçilərini göndərir. Amma bunlar heç də məsələlərin hamısı deyil. Azərbaycanın Şimali Atlantika Alyansı ilə əlaqələrinin olduqca dərin və çoxspektrli kökləri var. Buraya həm kommunikasiya, həm təchizat, həm iqtisadi əlaqələr, həm də Azərbaycanın nəqliyyat-kommunikasiyası vasitəsilə Qərbdən gələn strateji yüklərin Əfqanıstana daşınması məsələləri daxildir. Bu kontekstdə Azərbaycan Prezidentinin Brüsseldə Əfqanıstan Prezidenti ilə görüşməsi də təsadüfi deyildi.
Brüsseldə diqqət çəkən məsələlərdən biri isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin siyasi avantürasına son qoyulması oldu. Məlum olduğu kimi, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra yeni baş nazir tərəfindən avantürist fikirlər səsləndirilir, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf olaraq təqdim olunması kimi məsələlər gündəmə gətirilirdi. Ancaq biz bu mötəbər toplantıda dünya siyasətini müəyyənləşdirən, onun keyfiyyətini, istiqamətlərini təyin edən beynəlxalq təşkilatların mövqeyinin bir daha Azərbaycanın lehinə olduğunu gördük. NATO-nun qəbul etdiyi son Kommunikeni, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında Brüsseldə imzalanan sənədləri, “Tərəfdaşlıq prioritetləri”nin paraflanması məsələsini buna misal olaraq göstərmək olar. Eyni zamanda, bu arada Rusiya tərəfinin də mövqeyinin şahidi olduq. Bu günlərdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi N.Patruşevin fikirlərindən aydın oldu ki, Rusiya tərəfi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarıdır. Əslində, bu üç mövqenin hər biri N.Paşinyanın irəli sürdüyü iddiaları rədd etməklə yanaşı, son dövrlərdə işğalçı Ermənistanın, onun baş nazirinin siyasi avantüra ilə məşğul olduğunu sübut etdi. Azərbaycan tərəfi isə ciddi diplomatik missiya ilə əhəmiyyətli diplomatik uğurlar əldə etdi və iki mühüm beynəlxalq təşkilatın qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü yenidən təsbit edildi. Ona görə də birmənalı olaraq demək mümkündür ki, qəbul edilmiş bu iki sənəd Azərbaycanın beynəlxalq münasibətlər sistemində siyasi-hüquqi baxımdan yerini və rolunu bir daha möhkəmləndirmiş oldu.
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
Bu gün hər kəsə bəllidir ki, Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Ayrı-ayrı ölkələrin baş qərargah rəislərinin, güc strukturlarının rəhbərlərinin görüşləri, Qoşulmama Hərəkatının Azərbaycanda keçirilən tədbirləri həmin dövlətlərin ölkəmizə münasibətdə yüksək etimad və etibarından xəbər verir. Azərbaycanı sevməyənlər ölkəmizi qarşıdurma, rəqabət məkanına çevirməyi qarşılarına məqsəd qoymuşdular. Amma Azərbaycan Prezidenti dedi ki, Azərbaycan tərəfdaşlıq və əməkaşlıq məkanıdır. Tərəfdaşlıq və əməkdaşlığın ən gözəl nümunələrindən biri iyulun 12-də Brüsseldə müşahidə edildi. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin əsaslarını müəyyənləşdirəcək prioritetlər gündəmə gətirildi və paraflandı. Məlum olduğu kimi, Avropa İttifaqı ilə Azərbaycanın tərəfdaşlığının uzun tarixi var, “Avropa qonşuluq siyasəti”, “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində bu qurum ilə Azərbaycanın münasibətləri çox yaxşı idi. Lakin bu münasibətlər tarixində iki mərhələ xüsusi olaraq önə çıxır: biri 2011-ci il, digəri isə 2015-ci ili əhatə edir. 2011-ci ildə Avropa İttifaqının qəbul etdiyi qətnamədə Gürcüstanın və Moldovanın ərazi bütövlüyü dəstəkləndiyi halda, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı heç nə deyilmirdi. Bu proses 2015-ci ilə qədər davam etdi. 2015-ci ildə keçirilən “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində baş tutan Avropa İttifaqının Riqa Sammitində yenə Azərbaycanın ərazi bütövlüyündən söhbət getmədi. Ona görə də Azərbaycan tərəfi Riqa Sammitində yüksək səviyyədə təmsil olunmadı. Yəni cənab Prezident Riqa Sammitinə getmədi, orada iştirakdan imtina etdi. Çünki Azərbaycanın xarici siyasətinin əsas prioriteti ərazi bütövlüyünün bərpa edilməsidir. Yəni Avropa ölkələri ilə tərəfdaşlıq edilirsə, enerji təhlükəsizliyinin təmin edilməsi üçün alternativ enerji yolları yaradılırsa, yeni nəqliyyat-kommunikasiya xəttləri çəkilirsə, niyə Avropa İttifaqının sənədlərində Azərbaycanın ərazi bütövlüyündən söhbət getməməlidir? Ona görə də Azərbaycanın sonrakı mərhələdə həyata keçirdiyi hücum diplomatiyası siyasəti sayəsində Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.
Bu mənada, Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanan sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələsi qeyd edildi. Əslində, bu, məsələnin hələ yalnız bir tərəfi, amma çox vacib tərəfidir. Digər vacib məqam ondan ibarətdir ki, insan hüquqlarından, iqtisadi sferadan başlamış mədəni inteqrasiya, demokratik təsisatlarla əməkdaşlıq və qeyri-hökumət təşkilatlarına qədər bütün sahələrdə bir sıra məsələlər Azərbaycan və Avropa İttifaqı arasında imzalanan sənədlərdə öz əksini tapıb. Bu isə Azərbaycanın maraqları çərçivəsindədir. Çünki Azərbaycan öz dəyərlərinə sadiq qalmaqla Qərbə inteqrasiyanın tərəfdarıdır.
Azərbaycan diplomatiyasının növbəti mühüm uğuru
Bu sənədin daha bir əhəmiyyəti də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təsbit edildiyi sənədi Avropa İttifaqına üzv olan 28 dövlət konsensus əsasında qəbul edib. Yəni Avropa İttifaqına üzv olan ölkələrdən biri səs verməsə, bu sənəd qəbul edilmir. Bu ölkələrdən biri ATƏT-in Minsk qrupunun həmsədri olan Fransadır. İkinci incə məqam isə ondan ibarətdir ki, indiyə qədər ermənilər beynəlxalq hüquqla manipulyasiya edirdilər. Belə ki, onlar xüsusilə Helsinki Yekun Aktını önə çəkməklə dövlətlərin ərazi bütövlüyü ilə yanaşı, xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edirdilər. Bu sənədin paraflanması ilə bu mübahisəyə, ümumiyyətlə, son qoyuldu. Çünki bu sənəddə Helsinki Yekun Aktına istinad edilərək ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı imperativ kimi müəyyənləşdirildi. Əslində, burada heç bir mübahisə yox idi. Cənab Prezident də əvvəllər demişdi ki, xalqların öz müqəddəratını təyin etməsi yalnız ərazi bütövlüyü prinsipi çərçivəsində mümkündür. Cənab Prezidentin səsləndirdiyi bu fikir paraflanan “Tərəfdaşlıq proiritetləri” sənədində öz əksini tapdı. Nəticə etibarilə, bu hadisəni Azərbaycanın xarici siyasətində mühüm uğur kimi qiymətləndirmək olar.
Azərbaycan öz qətiyyətli və ardıcıl mövqeyi ilə Ermənistanı danışıqlar masasına qayıtmağa məcbur etdi
Brüsseldə baş verən mühüm hadisələrdən biri də Azərbaycanın və ABŞ-ın müdafiə və xarici işlər nazirlərinin görüşü idi. Bu görüş çox əhəmiyyətli idi. Azərbaycan-ABŞ münasibətləri tarixində bu formatda keçirilən ilk görüş idi. Heç şübhəsiz ki, bu görüşdə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Qətiyyətli Dəstək missiyası çərçivəsində Əfqanıstanın təchizatı məsələləri barədə söhbət aparılıb və ərazi bütövlüyü məsələsinə toxunulub. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü isə indiyə qədər Ermənistanın yeni avantürist hakimiyyətinin görüşlərdə iştirak etməmək cəhdlərinin və siyasətinin iflasa uğraması ilə əhəmiyyətli idi. Ona görə də Ermənistanın baş naziri N.Paşinyan Brüsseldən qayıdarkən erməni jurnalistlərinin “bu görüş sonrakı mərhələ üçün nə vəd edir” sualları qarşısında pis vəziyyətdə qaldı. Sadəcə gələcəkdə prezidentlərin görüşünün planlaşdırılmasından söhbət getmədiyini deyə bildi. Yəni, əslində, Azərbaycan öz qətiyyətli və ardıcıl mövqeyi ilə Ermənistanı danışıqlar masasına qayıtmağa məcbur etdi. Amma heç kim düşünməsin ki, Azərbaycan bu cür danışıqların keçirilməsində maraqlıdır və sona qədər də belə danışıqların həyata keçirilməsinə tərəfdardır. Danışıqlar bir vasitədir. Özü də müəyyən mərhələdə olan bir vasitədir. Azərbaycan vaxtı çatanda, daha doğrusu, geostrateji şərtlər uyğun olan kimi öz ərazi bütövlüyünü danışıqlarsız - güc hesabına bərpa edəcək. Keçirilən paradla və son əməliyyatlarla da biz bunu sübut etmişik.
Bu sınaqdan müvəffəqiyyətlə çıxmağımız Azərbaycan xalqı ilə onun legitim əsaslarda formalaşdırdığı hakimiyyətin birliyi sayəsində mümkün oldu. Bu birlik həm də ərazi bütövlüyümüzü təmin edəcək gücün əsasını təşkil edir
Nəhayət, son günlər ölkə daxilində baş verən hadisələri, beynəlxalq münasibətlərdə və xarici siyasətimizdə əldə edilən uğurlu nəticələri detalları ilə bir yerə toplayaraq bütövlükdə vahid geostrateji tablonu yaratmağa çalışsaq, görərik ki, Azərbaycan üçün belə mühüm görüşlərin keçirilməsi və sənədlərin imzalanması ərəfəsində ölkə daxilində terror törədənlər və onların havadarları Azərbaycana düşmən olan qüvvələrdir. Bunlara baxmayaraq, Azərbaycan bu görüşləri keçirdi, bu sənədləri imzaladı, Azərbaycanın ərazi bütövlüyü bir daha təsbit edildi, daxildə baş qaldıran təxribatçılar və terrorçular isə layiqli şəkildə cəzalandırıldı. Bu sınaqdan müvəffəqiyyətlə çıxmağımız isə Azərbaycan xalqı ilə onun legitim əsaslarda formalaşdırdığı hakimiyyətin birliyi sayəsində mümkün oldu. Bu birlik həm də ərazi bütövlüyümüzü təmin edəcək gücün əsasını təşkil edir.

 
  • Oxunub:  4020  |  
  • Tarix:  14-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

17:57
21 Avqust
Mübariz Qurbanlı: Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib
17:56
21 Avqust
Bu il Azərbaycana 191 ölkədən 1,65 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
17:51
21 Avqust
Respublika Veteranlar Təşkilatında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı olub
17:33
21 Avqust
Sərəncam: Qusarın Köhnə Xudat–Həzrə avtomobil yolunun tikintisinə 4,1 milyon manat ayrılıb
17:30
21 Avqust
Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyatı şənbə və bazar günləri də aparılacaq
17:28
21 Avqust
Azərbaycanda ilk dəfə aşpazlarının birinci konqresi keçirilib
17:25
21 Avqust
Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib
17:13
21 Avqust
Bakıda piyada səkilərinin vəziyyəti təhlil edilir
17:10
21 Avqust
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
17:02
21 Avqust
Rüfət Məmmədov: İstehsalın və ixracın dəstəklənməsi məqsədilə kompleks və ardıcıl tədbirlər həyata keçirilir
16:52
21 Avqust
İslam İnkişaf Bankının nəşrində AIDA-nın Afrika ölkələrində həyata keçirilən kampaniyalarda iştirakından bəhs olunur
16:45
21 Avqust
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerləri üzrə müsabiqəyə sənəd qəbulu elan edir
16:45
21 Avqust
Aydın Hüseynov: Azərbaycan bütün qonşuları ilə qarşılıqlı faydalı əlaqələr qurub və münasibətlərin daha da dərinləşməsinə böyük töhfələr verir
16:32
21 Avqust
Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb
16:26
21 Avqust
Bilik Fondu öz fəaliyyətində maarifləndirmə tədbirlərinə geniş yer ayırır
16:24
21 Avqust
Flora Qasımova: Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə həyata keçirilib
16:14
21 Avqust
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək
15:46
21 Avqust
Tolerantlıq nümunəsi olan Azərbaycanda müqəddəs dini adət-ənənələr qorunub saxlanılır
15:42
21 Avqust
Payızlıq və yazlıq dənli bitkilərin əkin sahəsindən 3 milyon tonadək məhsul götürülüb
15:24
21 Avqust
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
14:57
21 Avqust
Metallurgiya sənayesində 14,3 faiz artım müşahidə olunub
14:53
21 Avqust
TAP-ın Albaniya hissəsinin tikintisi dəniz səviyyəsindən 2100 metr yüksəklikdə aparılır
14:07
21 Avqust
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin Belarusa səfəri başlayıb
13:42
21 Avqust
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatır
13:33
21 Avqust
Yeddi ayda ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib
13:29
21 Avqust
Bu il 248 nəfər astaralı məzun tələbə adını qazanıb
13:26
21 Avqust
Bakıda taksi dayanacaqlarının yerinin müəyyənləşdirilməsi davam edir
13:22
21 Avqust
Azərbaycan Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcək
12:08
21 Avqust
Sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib
12:05
21 Avqust
Payız-qış aylarında muxtar respublikanın avtomobil yollarında hərəkətin intensivliyi təmin olunacaq
12:00
21 Avqust
Mübariz Qurbanlı: Bütün bunlar milli dəyərlərimizin deformasiyaya uğramasına gətirib çıxara bilər
11:58
21 Avqust
Təhsil Nazirliyi Rumıniyaya dörd tələbə göndərir
11:54
21 Avqust
Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir
11:45
21 Avqust
Eldəniz Səlimov: Sənaye sektorunun inkişafının iqtisadi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür
10:50
21 Avqust
Zakir Həsənov: Azərbaycanın müdafiə qüdrəti qürurverici səviyyədə artıb
10:30
21 Avqust
Qurban bayramı münasibəti ilə sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub
10:11
21 Avqust
Qurbanlıq diri heyvan satışı aparılan yerlərdə dezinfeksiya işləri başa çatıb
09:50
21 Avqust
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
17:56
20 Avqust
İlin birinci yarısında Türkiyə Azərbaycandan 3,2 milyard kubmetrədək təbii qaz idxal edib
17:50
20 Avqust
Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
17:45
20 Avqust
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
16:59
20 Avqust
UEFA və AFFA əməkdaşlarının iştirakı ilə seminar keçirilib
16:56
20 Avqust
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü ilə bağlı tədbir keçirilib
16:22
20 Avqust
Cavid Osmanov: Azərbaycan tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir
16:02
20 Avqust
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
15:19
20 Avqust
Rauf Əliyev: Beynəlxalq hesabatlardakı məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir
15:16
20 Avqust
Tahir Rzayev: Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü dövlət dəstəyi göstərilir
15:03
20 Avqust
Yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının gələcək fəaliyyəti müzakirə edilib
14:43
20 Avqust
“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində...
14:20
20 Avqust
Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərləri təbliğ olunur
14:06
20 Avqust
Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:03
20 Avqust
Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
14:02
20 Avqust
Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
12:58
20 Avqust
Rusiya səfiri Mixail Boçarnikov: Bizim məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə dəstək verməkdir
12:40
20 Avqust
Bakıda keçirilən “MDB Start-ap platformu” layihəsi başa çatıb
12:23
20 Avqust
Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək
12:20
20 Avqust
Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
12:04
20 Avqust
Kənd təsərrüfatı naziri Şəmkirdə bölgə sakinləri ilə görüşəcək
11:54
20 Avqust
Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib
11:38
20 Avqust
Yarım ildə 64,7 min daimi iş yeri açılıb
10:31
20 Avqust
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
10:22
20 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 92 dəfə pozub
16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA