Ana səhifə »  Müəlliflər »  “Qafqaz üçlüyü”, yoxsa Balayan, Əylisli və İbrahimbəyov “trio”su?!
A+   Yenilə  A-
“Qafqaz üçlüyü”, yoxsa Balayan, Əylisli və İbrahimbəyov “trio”su?!
Yazdı: Hikmət BABAOĞLU

Firdovsi "Şahnamə"də özünün yaratdığı Rüstəm obrazı haqqında sonralar deyib ki, “Ke Rostem yeli bud der Sistan, meneş kerdemes Rosteme bastan” yəni Rüstəm küçədə sirk açan adi bir adam idi, mənsə onu Rüstəm bastana çevirdim. Düz min il bundan əvvəl türkə qarşı düşmənçilik edən Rüstəmin ənənəsini bu gün başqa bir Rüstəm davam etdirir. O Rüstəmi Firdovsi qəhrəman etdiyi kimi, səviyyə etibarilə elə küçə oyunbazından yüksək olmayan bu Rüstəmi də ermənipərəst mərkəzlər qəhrəman etməyə çalışır. Ancaq yalançı qəhrəmanlığın ömrü çox da uzun olmur. Sonradan onu yaradanlar həmin qəhrəmanın küçə oyunbazı olduğunu etiraf edir. Ali baş komandanımız İlham Əliyevin rəhbərliyi altında Şuşada, Xankəndidə bayrağımız dalğalananda ermənilər etiraf edəcəklər ki, Rüstəm əslində elə küçə oyunbazıdır.

Hikmət Babaoğlu
Milli Məclisin deputatı, Əməkdar jurnalist

* * *

Mənəvi terrorçu, yarımçıq ssenarist-dramaturq, əxlaqsız siyasətçi və s. Rüstəm İbrahimbəyov haqqında danışanda sadaladığımız bu məzmunlu fikirləri bir qədər daha uzatmaq olardı. Amma onun kimliyini izah etmək üçün elə bu qədər də yetərlidir.
Azərbaycan xalqı uzun illərdir ki, müharibə vəziyyətində yaşayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi, siyasi tərəfləri ilə yanaşı, mənəvi aspektləri də var. Kimliyindən, statusundan, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq bütün azərbaycanlıların Dağlıq Qarabağ məsələsində mövqeyi eynidir, çünki bu, bizim milli davamızdır. Təəssüf ki, məkrli düşmən həmişə bu məsələdə Azərbaycana qarşı ən əxlaqsız və mənəviyyatsız müharibə metodlarından istifadə edib. Erməni işğalçıları azərbaycanlılara qarşı faşizmin belə törətmədiyi qəddarlıqları törədib. Bu gün də bu siyasət davam edir və xalqımızın yaraları sağalmayıb, torpaqlarımızın 20 faizi işğal altındadır. Belə olan halda, hər bir Azərbaycan ziyalısının başlıca borcu milli davaya sahib çıxmaqdır. Lakin bu da sirr deyil ki, Rüstəm İbrahimbəyov Azərbaycanın milli davasında öz cəbhəsini çoxdan müəyyənləşdirib. O, düşmən tərəfindədir və informasiya müharibəsində ermənilərin “uzaqvuran topu” qismində çıxış edir. Əslində, sual oluna bilər: əgər ermənilərin Zori Balayan, Silva Kaputikyan kimi “ziyalı”ları vardısa, R.İbrahimbəyov, Ə.Əylisli kimi “ziyalı”larının olmasını nə səbəbdən arzu etdilər? Bu sualın ən məqbul cavabı budur ki, birincisi, Z.Balayan və S.Kaputikyan Azərbaycan xalqına qarşı necə qəddar faşistdirsə, R.İbrahimbəyov və Ə.Əylisli də fiziki-bioloji fərqlərinə baxmayaraq, düşüncə etibarilə xalqımıza qarşı bir o qədər faşistdir. Onların xalqımıza qarşı fəaliyyətini ermənilər üçün cazibədar edən isə azərbaycanlı ad və soyadının daşıyıcıları olmalarıdır. İftiranın müəllifi azərbaycanlı soyadını daşıdıqda bu iftiraya başqalarının inanması daha asan olur. Ermənilərin məqsədi də elə buna hesablanıb: bizi öz əlimizlə vurmağa.
İnformasiya müharibəsi hazırkı postmodernist cəmiyyətlərdə olduqca mühüm bir cəbhədir. Bu müharibə təkcə informasiya resursları üzərindən deyil, həm də digər mənəvi istehsal vasitələri üzərindən həyata keçirilməklə hazırkı mərhələdə “yumşaq güc” kimi çıxış edir. Əksər hallarda bu cür vasitələrdən müharibədə bir-birinə qarşı mövqeyini müəyyənləşdirmiş millətlər istifadə edirlər. Ancaq əks cəbhədə olan millətin nümayəndəsini, üstəlik, vaxtilə ziyalı adı qazanmış şəxsi öz cəbhəsinə çəkərək ondan istifadə etmək imperializmin metodudur. Bunun çoxsaylı nümunələri olub və XXI əsrdə də biz belə nümunələrin şahidi olmuşuq. Bu gün R.İbrahimbəyovun tutduğu mövqe məhz bundan ibarətdir. 
Əslinə qaldıqda isə, Rüstəm İbrahimbəyov heç vaxt azərbaycanlı olmayıb. O, heç zaman azərbaycanlı mənəviyyatı və əxlaqının daşıyıcısı olmayıb. Hələ SSRİ dövründə Moskvada yaşayan bir azərbaycanlı kimi, onun ssenari müəllifi olduğu filmlər bütövlükdə Sovet ideoloji sisteminin məhsulu olaraq ortaya çıxsa da, burada hədəf yenə türk-müsəlman əxlaqı və mənəviyyatı olub. R.İbrahimbəyov “Səhranın bəyaz günəşi” filminin ssenarisində başqa bir ölkəyə imperialist niyyətlərlə daxil olan ölkənin işğalçı əsgərlərini “qəhrəman” kimi təqdim edir. Bu azmış kimi, Əfqanıstan xalqını əxlaqsız toplum kimi göstərməyə cəhd edir. Türk-müsəlman mədəniyyətinə nifrət İbrahimbəyov yaradıcılığında qırmızı xətt kimi keçir. Ona görə də İbrahimbəyovdan bu gün atdığı addımı gözləmək təəccüblü deyil. 
Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” adlı filmi çəkməklə Azərbaycan xalqına qarşı mənəvi terror törətmiş oldu. Terror hazırkı mərhələdə bir müharibə vasitəsidir, onu dövlətlər dəstəkləyirlər. Terror təkcə fiziki xarakter daşımır, onun həm də mənəvi tərəfləri var. Öz xalqının dəyərlərini, mənəviyyatını və humanizmini hədəfə almaq, onu qorxaq və qəddar xalq kimi göstərmək mənəvi terrorizmdir. Bu mənada, R.İbrahimbəyov elə terrorçudur və Azərbaycan xalqının milli davasına qarşı istifadə olunan yaramaz bir terror vasitəsidir. 
İbrahimbəyov mənəvi terrorçudur və Azərbaycan xalqının milli davasına qarşı istifadə olunan yaramaz bir terror vasitəsidir
Öz xalqının “ziyalı”sı adlandırılan Zori Balayan 5 yaşlı azərbaycanlı qızın dərisini soyarkən aldığı zövqü sonradan ayrı-ayrı tədbirlərdə böyük qürur və fəxarətlə ifadə etdi. Bu, terrorizmdir! Əkrəm Əylisli də “Daş yuxular” əsərində Azərbaycan xalqının dəyərlərini hədəfə alarkən - öz xalqını vəhşi, antihumanist adlandırarkən yenə mənəvi terrorçü kimi çıxış edir və bundan zövq alır. R.İbrahimbəyov öz xalqını aşağılayarkən, onu qorxaq kimi qələmə verərəkən, milli davamızı azərbaycanlıların ermənilərə nifrəti üzərindən şərh edərkən, Xocalı və Malıbəyli soyqırımını, Ağdaban faciəsini unudarkən və bundan zövq alarkən terrorçu olduğunu nümayiş etdirir. Ona görə də “Qafqaz üçlüyü” filmi Zori Balayan, Əkrəm Əylisli və Rüstəm İbrahimbəyov “trio”sudur. Bu “trio”ya daxil olanların bənzər və fərqli cəhətləri ola bilər, amma onların fəaliyyətində sinxronluq var. Birinci fiziki, digərləri isə mənəvi olaraq Azərbaycan xalqına qarşı terrorçu mövqeyindən çıxış edənlərdir. R.İbrahimbəyov bu filmi çəkməklə öz adını Azərbaycan xalqına qarşı terror törədən Sarkisyanlar, Şaumyanlar və Balayanlarla eyni sıraya yazdırdı. Milli davada düşmən cəbhəsinin ön sıralarında olan əsgərin adı öz xalqının və dövlətinin kitabında yazılmır. Bu addımı atmaqla Əkrəm Əylisli öz adını birdəfəlik Azərbaycan xalqının siyahısından sildi. Bu cür addımı atmaq üçün ilk növbədə özünü azərbaycanlı kimi hiss etməməlisən. Görünür ki, R.İbrahimbəyov hər nə qədər fiziki-bioloji göstəricilərinə, ad və soyadına görə azərbaycanlıdırsa, düşüncə və əxlaq etibarilə ermənidən daha çox ermənidir. O, çəkdiyi filmlə bunu sübut etdi.
Xalq ilə düşmənçiliyin sonu xalqın tarixindən silinməklə bitir!
Kim bilir, tarixdə, bəlkə, bu cür hadisələrin analogiyaları var, bəlkə də, heç yoxdur. Amma tarixdə bir məqam olduqca dəqiqdir: heç kəs - ən böyük sərkərdələr və terrorçular belə öz xalqına qalib gələ bilməyiblər. Xalqla düşmənçiliyin sonu biabırçı məğlubiyyətlə başa çatır. R.İbrahimbəyov öz fəaliyyətində həmişə Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyindən çıxış edib. Ona görə də onun yeri “tarixin zibilliyi”dir. 
R.İbrahimbəyov düşünə bilər ki, qulluq etdiyi - özünə ağa hesab etdiyi imperializm və Azərbaycan torpaqlarını işğal edənlər onu bu cür addımlarına görə alqışlayacaq və sevəcəklər. Bu, əsla belə deyil. Hamı bilir ki, öz xalqına iftira atan, onunla düşmənçilik edən, onu sevə bilməyən bir şəxs başqa xalqları əsla sevə bilməz. Ona görə də İbrahimbəyov hesab etməsin ki, onun bu addımı - çəkdiyi “film” ona qeyri-azərbaycanlıların və anti-azərbaycançıların sevgisini qazandıracaq. Onsuz da, bunlar R.İbrahimbəyova həm Azərbaycan xalqının düşməni gözü ilə, həm də öz xalqlarının potensial düşməni gözü ilə baxacaqlar. Bu mənada, R.İbrahimbəyov rəzil vəziyyətdədir və bu rəzalət onu ömür boyu təqib edəcək. Əgər hələ də İbrahimbəyovda vicdan deyilən mənəvi nəzarət mexanizmi varsa, bu, onu ağrıdacaqdır. Amma vicdanı olan adam belə addım ata bilməzdi. 
Yarımçıq ssenaristlikdən əxlaqsız siyasətçiliyə doğru
Hər bir insan həyatda və cəmiyyətdə öz potensialına, həyat təcrübəsinə görə müəyyən şeylərə iddia edə bilər. Bu, olduqca təbii və normal haldır. R.İbrahimbəyov dramaturq-ssenarist kimi film sahəsində Oskar mükafatına, yazıçı kimi isə Nobel mükafatına iddia etsəydi, bu, normal görünərdi. Hətta həsrətini çəkdiyi və həmişə müsahibələrində qeyd etdiyi kosmopolit Bakıdan köçən ermənilərlə şərab süfrələri düzəltmək üçün xüsusi şərab bağları və şərab istehsalı müəssisələrinin olmasını iddia etsəydi, bu da normal görünə bilərdi. Kim bilir, bəlkə, hətta sonuncunu əldə edə bilmişdi də. Ancaq R.İbrahimbəyov elə bir şeyə iddia etdi ki, onu realizə edəcək nə mənəvi, nə də əqli - intellektual resursu yox idi. 
Rüstəm İbrahimbəyov 2013-cü ildə keçirilən prezident seçkilərində yarımçıq ssenarist-dramaturq kimi siyasətə meyillənməklə, əslində, Azərbaycan siyasi sistemində bir əxlaqsız siyasətçi obrazını yaratdı. Natamam siyasətçi kimi siyasət meydadına kiminsə sifarişi ilə atılması onun yazıçı, ssenarist-dramaturq kimi intiharı idi. Çox təəssüf ki, İbrahimbəyov bunu dərk edə bilmədi. O, adı “Milli şura” olan, mahiyyət etibarilə antimilli xarakter daşıyan qondarma təşkilatın vahid namizədi kimi Azərbaycanda siyasətə qoşulmağa cəhd göstərdi və uğursuzluğa düçar oldu. Əgər Azərbaycan xalqı kifayət qədər intellektual və savadlı olmasaydı, kimin kim olduğunu, insan hüquqlarının, imperializmin, demokratiyanın nə olduğunu, kimlərin Azərbaycanı imperializmin vassalı etmək istədiyini bilməsəydi və İbrahimbəyova səs versəydi, o zaman Azərbaycanın halı görün necə olardı... Bu, Azərbaycan xalqının və cəmiyyətinin böyük üstünlüyüdür ki, o, öz düşmənini yaxşı tanıyır. Həmin dövrdən bir müddət sonra bu filmin çəkilməsi bir daha onu göstərdi ki, imperializmin layihəsi kimi Azərbaycan siyasi sisteminə sırınmağa çalışan R.İbrahimbəyov Azərbaycanda hakimiyyətə gəlsəydi, necə faciələr baş verərdi. Heç şübhəsiz, Qarabağ ermənilərə verilərdi, üstəlik, Bakı yenidən ermənilərin mənəvi terror poliqonuna çevrilərdi. Bakıda ermənilərdən ibarət süni elita yaradılardı. Əgər R.İbrahimbəyov siyasi uğursuzluğunda kimisə ittiham edirsə, yanılır. O, ilk növbədə, özünü ittiham etməlidir. 
Azərbaycan xalqı bəzən intellektual formada, bəzən də intuitiv olaraq kimin ona hansı bəlaları gətirə biləcəyini əvvəlcədən təxmin edə bilir. Belə olmasaydı, Azərbaycan dövlətçiliyinin yaşı 5 min il olmazdı. Müdrik Azərbaycan xalqı qondarma “Milli şura”nın vahid namizədi kimi R.İbrahimbəyovu ifşa etməklə isbat etdi ki, bu xalq mübarizə aparmağa və işğal edilmiş torpaqlarını azad etməyə qadirdir. Bu prosesdə öz xalqına düşmənçiliyini növbəti dəfə ortaya qoyan R.İbrahimbəyov bir daha mənəvi cəhətdən intihar etmiş oldu.
“Milli şura”nın antimilli mövqeyinin ifşası
Həmin proseslərdən sonra gözlənilirdi ki, ifşa olunan “Milli şura”nın Azərbaycana qarşı hucumları səngiyəcək. Lakin bu, belə olmadı. Qondarma “Milli şura” və onun həmsədrləri ən müxtəlif vasitələrlə yenidən Azərbaycan xalqına, onun milli davasına qarşı - Qarabağ məsələsinə yönəlik təxribatlar həyata keçirməyə başladılar. Bunun bir qismini qeyri-hökumət təşkilatları, digər qismini “siyasi məhbus”lar, bəzilərini isə Avropaya ixrac etdikləri “siyasi mühacir”lər vasitəsilə həyata keçirməyə cəhd etdilər. İctimai sifariş olmadan xalqı mitinqlərə çağıran “Milli şura” həqiqətən də millidirsə, məhz indi xalqı mitinqə dəvət edərək deməlidir ki, R.İbrahimbəyov “Qafqaz üçlüyü” filmi ilə Azərbaycan xalqını təhqir edib. Əgər onlar R.İbrahimbəyovla eyni ağanın qulları deyillərsə, bunu etməlidirlər. Əgər bunu etməyəcəklərsə, deməli, onlar R.İbrahimbəyovun mənəvi qardaşları və silahdaşlarıdır. Belə olduğunu hər bir azərbaycanlı bilir və biz də buna əminik.
Qüdrətli Azərbaycanın zəif rəqiblərinin qurşaqdan aşağı zərbə cəhdləri
Son dövrlərdə Azərbaycana qarşı anti-azərbaycançı mərkəzlərin fəallaşmasının və hətta azğınlaşmasının, təxribat törətməsinin, yeni mənəvi terror vasitələrinin - informasiya müharibəsi metodlarının axtarılıb tapılmasının bir səbəbi var. Ölkəmiz gündən-günə güclənir və Azərbaycan sonuncu Qarabağ döyüşünün qalibidir. Azərbaycan inkişaf edir və artıq hamı dərk edir ki, Qarabağın geri qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yaxın siyasi gələcəyin reallığı və aktuallığına çevrilib. Buna görə də Azərbaycana qarşı bu cür yeni informasiya müharibələri başladılır və məqsəd Azərbaycan xalqını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin təşəbbüskarı, onu yaradan antihumanist toplum kimi göstərməkdir. R.İbrahimbəyovun filmində də tam olaraq bu təsvir olunur. Amma qətiyyətlə deyə bilərik ki, bu vasitələrlə nə ölkəmizin inkişafının qarşısını almaq, nə Azərbaycanda xalq-iqtidar birliyinə zərbə vurmaq, nə də Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyi qətiyyətli siyasətin qarşısını almaq olar. İbrahimbəyovlar, Balayanlar, Əylislilər, Kərimlilər və Həsənlilər bunu dərk etdikləri üçün bu qədər azğınlaşıblar. 
İctimai qınaqdan çəkinməyən mənəviyyatsızlar hüquq qarşısında cavab verməlidirlər
Uzun illərdir, Azərbaycanda bu və ya digər məsələlərlə bağlı anti-azərbaycançı ünsürlərin zərərsizləşdirilməsi üçün ictimai qınaq metodundan istifadə edilir. Bu, çox effektiv nəticələr verir. Çox təəssüf ki, bəzi hallarda ictimai qınaqla hesablaşmayacaq qədər arsız olan bəzi mənəviyyatsız, əxlaqsız insanlarla rastlaşırıq. Onların adları Azərbaycan cəmiyyətinə bəllidir. Onların bir qismi Avropada “siyasi mühacir” adı ilə Qərb imperializminin struktur vahidi olan beynəlxalq təşkilatlarda çox sərbəst dolaşırlar. Halbuki həmin təşkilatların üzvü olan və səlahiyyətli nümayəndə kimi çıxış edən şəxslərin belə həmin qurumlara sərbəst giriş-çıxışı məhdud xarakter daşıyır. Bu antimilli ünsürlərin səsləri bəzən Avropa Şurasından, bəzən ABŞ Konqresindən gəlir. Sanki, öz məhəllələrində başıboş dolaşan “küçə canlıları” kimi istədikəri yerə girib-çıxırlar. Onların bu “azadlıq”larının bir səbəbi var ki, bu da məhz bu ünsürlərin Azərbaycan xalqına, milli maraqlarımıza qarşı təxribat törətmək üçün alətə çevrilmələridir. Əlbəttə ki, belələri Azərbaycanda ictimai rəyi və qınağı duymayacaq qədər kar, hiss etməyəcək qədər vicdansız və mənəviyyatsız insanlardır. Lakin buna paralel olaraq hüquq anlayışı və ya hüquqi mexanizmlər var. Əgər R.İbrahimbəyov hesab edirsə ki, Azərbaycanın ictimai rəyi onun üçün meyar deyil, o zaman o, Azərbaycan xalqını təhqir etdiyinə görə hüquq qarşısında cavab verməlidir. 
Rusiya Federasiyası Azərbaycanın böyük qonşusu və strateji müttəfiqidir. Orada çoxsaylı Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Azərbaycanı təmsil edən, öz xalqını sevən, Rusiyanın qanunlarını bilən çox böyük ziyalı və hüquqşünaslar ordusu var. Əminik ki, Rusiya Federasiyasında yaşayan, təəssübkeş və vətənpərvər azərbaycanlılar məhz R.İbrahimbəyovun Rusiya qanunları ilə cəzalandırılması üçün müvafiq hüquqi prosedur başladacaqlar. Balayanlar, Əylislilər, Kərimlilər, Həsənlilər əmin olsunlar ki, Azərbaycan xalqı öz milli davasından qalib çıxacaq, mütləq ərazi bütövlüyünü bərpa edəcək, erməni işğalına son qoyacaq. Bunun üçün Azərbaycanın kifayət qədər iqtisadi, maddi və mənəvi, hərbi-siyasi resursları var.

 
  • Oxunub:  7170  |  
  • Tarix:  25-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib

12:58
18 Yanvar
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib
12:54
18 Yanvar
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
12:42
18 Yanvar
Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb
12:13
18 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
11:52
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür
11:51
18 Yanvar
2019-cu ilin "Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür
11:42
18 Yanvar
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
11:03
18 Yanvar
İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik
11:02
18 Yanvar
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib
10:56
18 Yanvar
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
10:54
18 Yanvar
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir
10:12
18 Yanvar
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
10:05
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir
10:02
18 Yanvar
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Macarıstanda səfərdə olub
09:59
18 Yanvar
Şimali Kiprin dövlət televiziyası tamaşaçıları 20 Yanvar hadisələri barədə məlumatlandırıb
09:52
18 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:50
18 Yanvar
Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
09:48
18 Yanvar
Eldar İbrahimov: Azərbaycan dinamik inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir
09:45
18 Yanvar
2019-cu ildə mühüm infrastruktur və sosial layihələrin icrası davam etdiriləcək
09:44
18 Yanvar
Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur
09:43
18 Yanvar
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət və hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub
09:41
18 Yanvar
Hikmət Babaoğlu: Azərbaycanın yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər açır
09:39
18 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artıracaq
09:36
18 Yanvar
Səməd Seyidov: Azərbaycan-Aİ əlaqələrində əldə edilən uğurlar Avropa Parlamentində ölkəmizi istəməyən qüvvələri ciddi narahat edir
09:29
18 Yanvar
Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar
09:27
18 Yanvar
Nikol Paşinyanın “xaş siyasəti”
09:23
18 Yanvar
Misirin aparıcı KİV-ləri 20 Yanvar faciəsindən yazır
09:22
18 Yanvar
Azərbaycanın regionlarında sahibkarlığın inkişafına dəstək tədbirləri gücləndirilir
12:54
17 Yanvar
Keçən il ölkədən 65,6 milyon dollarlıq elektrik enerjisi ixrac olunub
12:46
17 Yanvar
Litva Prezidenti: Azərbaycan Avropanın mühüm tərəfdaşıdır
12:33
17 Yanvar
Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyada ilk iclası keçirilib
12:20
17 Yanvar
PA rəsmisi: Azərbaycanda din sahəsində stabil mühit mövcuddur
12:09
17 Yanvar
2018-ci ildə Azərbaycandan MDB ölkələrinə 1 milyard dollarlıq məhsul ixrac olunub
11:51
17 Yanvar
Azərbaycan ötən il 29,5 milyon tonadək neft və neft məhsulları ixrac edib
11:42
17 Yanvar
Ölkəmizə gələn turist sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir
11:26
17 Yanvar
Dəyişkən hava şəraitinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportu tam rejimdə fəaliyyət göstərir
11:17
17 Yanvar
“Üçüncü günün adamı” filmi “YARAT”da
10:58
17 Yanvar
Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
10:48
17 Yanvar
“Nəsimi ili” Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə böyük töhfədir
10:25
17 Yanvar
Cenevrədə insan hüquqları və 2030-cu il dayanıqlı inkişaf gündəliyi üzrə dialoq və əməkdaşlıq görüşü keçirilib
10:22
17 Yanvar
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimatı olub
10:20
17 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub
10:11
17 Yanvar
Qondarma “Milli şura”nın yanvarın 19-na planlaşdırdığı “mitinq şousu” fiaskoya məhkumdur
10:09
17 Yanvar
Regionlarda heyvandarlığın inkişafına hərtərəfli dəstək verilir
20:37
16 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb
20:35
16 Yanvar
Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib
20:32
16 Yanvar
ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək
20:30
16 Yanvar
“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
20:28
16 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
20:17
16 Yanvar
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+0 +2