Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “İP”+“Milli şura”+AXCP+“Müsavat”+“El” hərəkatı=0

“İP”+“Milli şura”+AXCP+“Müsavat”+“El” hərəkatı=0

04.06.2013 [00:39]

Nadir Azəri

Və ya nə qədər toplansalar da cəm artmır ki, artmır
Məlum olduğu kimi, oktyabrda Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçiriləcək. Və istər iqtidar, istərsə də müxalifət düşərgəsi bu seçkilərə hazırlaşır. Amma tamamilə fərqli şəkildə. Belə ki, Yeni Azərbaycan Partiyası bundan əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də seçkilərə vahid namizəd və vahid platforma ilə gedir. Lakin müxalifət haqqında bunu demək qeyri-mümkündür. Çünki bu düşərgə, xüsusilə, düşərgənin radikal qanadı “ənənəsinə” sadiq qalaraq bu dəfə də seçkiyə “birləşirik” adı altında daha da parçalanaraq qatılır.
Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, radikal düşərgənin öndə gedənləri uzun illərdir bir-biriləri ilə mübarizə aparmaqla məşğuldurlar. AXCP sədri Əli Kərimli və “Müsavat” başqanı İsa Qəmbər arasında gedən savaş isə bu mübarizənin nüvəsini təşkil edir, desək, heç də yanılmarıq. Çünki artıq bir neçə seçkidir ki, radikal düşərgə təmsilçiləri məhz bu “mehriban düşmənlər”in ab-havasına uyğun olaraq “birləşib-parçalanma” şoularının iştirakçısına çevrilirlər. Düzdür, bu dəfə həmin şou öz rəngarəngliyi ilə bir qədər fərqlənir. Buna səbəb isə reneqat Eldar Namazovla ermənipərəst Rüstəm İbrahimbəyovun da budəfəki şouda yer almalarıdır. Təsadüfi deyil ki, məhz Namazov-İbrahimbəyov cütlüyünün xarici anti-azərbaycançı dairələrin sifarişi ilə radikal düşərgədəki oyunlara qoşulması oradakı parçalanma, bir-birinə qurşaqdanaşağı zərbə vurma proseslərini daha da şiddətləndirib. Bu məqamda xatırlatmaq yerinə düşər ki, düşərgə daxilində birinci olmaq savaşının növbəti mərhələsinin əsası hələ “İctimai palata” adlanan qondarma qurum elan olunan ilk gündən qoyulmuşdu. Belə ki, bu qurumu bəh-bəhlə elan edən radikallar “İP”i düşərgənin daha geniş koalisiyası kimi gözə soxmağa çalışırdılar. Lakin həmin vaxt “Yeni Azərbaycan” qəzeti olaraq biz radikalların bu qurumunun da sadəcə birlik görüntüsü naminə yaradıldığını bildirmişdik. Səbəbi isə aydındır - “İctimai palata”da təmsil olunan radikal düşərgənin liderləri arasındakı münasibətlər heç də səmimi və möhkəm deyil. Həm onların arasındakı düşərgə daxilində birinci olmaq savaşı, həm də ümumilikdə radikal düşərgənin xalq arasında heç bir nüfuzunun olmaması “İctimai palata”nı da arxivə gömməkdədir.
Bunun ardınca reneqat Eldar Namazovun “El” hərəkatı böyük təmtəraqla elan olundu. Həmin vaxt radikal düşərgə “El”i sanki müxalifətin geniş birlik mərkəzi kimi təqdim edirdi. Lakin cəmi bir neçə gündən sonra “El” hərəkatı ətrafında yaradılan süni ajiotajın da sabun köpüyü xarakterli olduğu üzə çıxdı. Bu da gözlənilən idi. Əvvəla ona görə ki, həmin qondarma qurumu elan edənlərin xalqa deyil, hansısa xarici qərəzli dairələrə yaxın olmaları cəmiyyətdə hər kəsə bəlli idi. Digər tərəfdən, cəmiyyətdə heç bir nüfuzu olmayan bu kəslərin ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul edilməmələri də inkarolunmaz gerçəklikdir.
Radikalların uğursuzluq dizisinin növbəti bölümü isə Rüstəm İbrahimbəyovun “Milli şurası” ilə bağlıdır. Məlum olduğu kimi, ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovun Rusiyadakı bəzi anti-azərbaycançı dairələrin sifarişi ilə gündəmə gətirdiyi “Milli şura” da radikalların digər “birlikləri” kimi ölü doğulmuş uşaq timsalında qəbul edilir. Çünki göbəyi soyuq ölkələrdə kəsilən bu qondarma qurumun milliliyə, xalqa, dövlətə zərrə qədər də dəxli yoxdur. Bu antimilli şuranın Rusiyadakı bəzi anti-azərbaycançı dairələrin sifarişi əsasında yarandığını artıq müxalifət düşərgəsinin təmsilçiləri də etiraf edirlər. Məsələn, “Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin rəhbəri Ərəstun Oruclu “Milli şura” oyunbazlığı ilə məşğul olanları sərt şəkildə ittiham edib: “Bir neçə ay əvvəl biz yeni “A13” hərəkatını yaratmağa başlayanda məhz bu düşərgənin təmsilçiləri və ona yaxın media tərəfindən hücumlara məruz qaldıq. Bizə olmazın böhtanlar yağdırdılar, hərçənd ki, yalnız eyhamlarla. Kişi kimi ad çəkməyə isə birinin də cəsarəti çatmadı. Sözümüzü seçkilər bitən kimi deyəcəyik. Hər şeyə görə cavablarını verəcəyik: Həmin o natəmiz qara piara görə də, Rusiyanın əl-ayağına düşüb dəstək dilənmələrinə görə də, bəzi ölkələrin 5-ci kolonyası olaraq oyunbazlıqlarına görə də”.
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə “Publika.az”-a açıqlamasında “Təsisçilər bizim “Milli şura”ya dəvət edilməməyimizlə bağlı heç nə deməyiblər. Mənə elə gəlir ki, şurada kimlərin iştirak edib etməməsi Moskvada Rüstəm İbrahimbəyov tərəfindən müəyyən edilib. Bunu onlar bilərlər” deyib. S.Cəlaloğlu onu da bildirib ki, “Milli şura”da Azərbaycanın dövlət maraqlarına, müstəqilliyinə, suverenliyinə zidd meyillər olacaqsa və bizim xalqın tarixi seçimi olan Avropaya inteqrasiya seçiminə zidd bir seçim ortalığa qoyulacaqsa, hər kəs bununla mübarizə aparmalıdır.
Ədalət Partiyası sədrinin ideoloji məsələlər üzrə müavini Heydər Oğuz da bu qondarma qurumu dəstəkləmədiyini deyib: “Məsələn, mən “Milli şura”nı dəstəkləmirəm, onu xarici qüvvələrin ölkəmizin başında qurduğu bir oyun kimi qiymətləndirirəm”.
Beləliklə, hər şey gün kimi aydındır. Cəmiyyətdən təcrid olunan, bütün dəyərləri ayaqlar altına atan bir neçə kəsin elan etdiyi “Milli şura”da radikalların növbəti uğursuz birliyi kimi yadda qalacaq. Bu da gözlənilən idi. Çünki bu kəslərin milli maraqları deyil, daima şəxsi maraqları öndə tutmaları cəmiyyət arasında onların nüfuzunun sıfıra bərabər olması ilə nəticələnir. Lakin sıfıra bərabər olan təkcə onların şəxsi nüfuzları deyil. Eyni zamanda, yaratdıqları təşkilatların cəmidir. Daha dəqiq desək, bu gün “İP”i, “Milli şura”nı, AXCP-ni, Müsavat Partiyasını və “El” hərəkatını üst-üstə toplayanda cəm sıfıra bərabər olur.

Paylaş:
Baxılıb: 1058 dəfə

Müəllifin digər məqalələri:

QARA rəngin "sevdalıları"

Yaxud dövlətə və xalqa qarşı...

11.07.2018 [18:05]

Üçüncü ölkədə yaşamaq üçün Vətənini satanlar

Yaxud, Cavid Orucovun düşmənə...

04.02.2014 [09:03]

“Milli şura”da dava düşdü

Əli Kərimlini təhqir edən...

20.08.2013 [08:57]

Amerikadan və Rusiyadan əliboş qayıdanlar...

Avropada dilənməyə...

25.07.2013 [09:35]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30