Ana səhifə »  Müəlliflər »  Kristofer Smitin rəhbərliyi ilə keçirilən “dinləmə” şousu ermənilərin sifarişi əsasında hazırlanıb
A+   Yenilə  A-
Kristofer Smitin rəhbərliyi ilə keçirilən “dinləmə” şousu ermənilərin sifarişi əsasında hazırlanıb
Yazdı: Pərviz Sadayoğlu

Ekspertlərin fikrincə, ermənipərəst Helsinki Komissiyasının Azərbaycan əleyhinə dinləmələrində iştirak etmək, Ermənistanla, Xocalı soyqırımının təşkilatçıları və icraçıları ilə eyni səngərdə dayanmaq deməkdir
Xəbər verildiyi kimi, bir müddət öncə ermənipərəst mövqeyi ilə tanınan, hər zaman Azərbaycana qarşı “xüsusi marağı” ilə seçilən, davamlı olaraq ölkəmizə qarşı çirkin kampaniyalar həyata keçirməyə çalışan konqresmen Kristofer Smitin rəhbərlik etdiyi ABŞ Helsinki Komissiyası növbəti “dinləmələrini” keçirib. Əslində, K.Smitin Azərbaycana qarşı olan münasibətini nəzərə alaraq həmin dinləmələrin hansı məqsədlərlə həyata keçirildiyini anlamaq olar. Görünən budur ki, ölkəmizin demokratik inkişafı, beynəlxalq nüfuzunun artması və mövqelərinin möhkəmlənməsi Azərbaycana qarşı düşmən mövqe tutan və islamofobiya mərəzinə tutulmuş, ən əsası isə, “ermənilərdən daha çox ermənilik etməyə çalışan” K.Smiti yenidən narahat edir.
Vurğulanmalıdır ki, həmin “dinləmə”lərə xaricdə yaşayan bəzi “siyasi fəal” adı altında erməni dəyirmanına su tökən “sapı özümüzdən olan balta”lar da qoşulub. Azərbaycana qarşı hazırlanan mənfur layihələrin iştirakçısı qismində çıxış edən xəyanətkar ünsürlərin bu addımı isə bir daha onların hansı məqsədlərə xidmət etdiyinin üstünə işıq salır. Ermənipərəst mərkəzlərin ianələri hesabına özünə informasiya resursu yaradan, eləcə də özünü “siyasi fəal” kimi cəmiyyətə sırımağa çalışan belələri bu addımları ilə bir daha xəyanətkar simalarını ifşa edirlər. Erməni maraqlarının müdafiəçisi qismində çıxış edənlər hətta ölkəmizə qarşı sanksiyalar məsələsini gündəmə gətirməyə çalışırlar. Bu faktın özü bir daha həmin şəxslərin Azərbaycana qarşı münasibətdə məhz Smit kimiləri ilə eyni cərgədə dayandığını sübuta yetirir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Kristofer Smit Azərbaycan cəmiyyətinə yaxından tanışdır. Onun ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biri olması sirr deyil. Millət vəkili bildirib ki, K.Smit Azərbaycana qarşı məşhur “907-ci düzəliş”in həmmüəllifidir: “Kristofer Smit açıq şəkildə ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın Azərbaycandan birdəfəlik ayrılması ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Təbii ki, onun bu cür “dinləmələr” keçirmək təşəbbüsü birinci hal deyil və bu şəxs dəfələrlə Azərbaycana qarşı kampaniyalarda iştirakçı olub. Bu gün Azərbaycan dövlətinin gücü, regionda oynadığı rol ermənipərəstlər tərəfindən dərk edilir və bu səbəbdən də Smit kimiləri Ermənistanı düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün belə manipulyasiyalara əl atırlar. Təbii ki, ermənilərin sevimlisi olan bir şəxsin yalan və böhtan üzərindən Azərbaycana qarşı “hücum etməsi” bir daha bu reallığı ortaya çıxarır ki, Azərbaycan dövlətinin apardığı hücum diplomatiyası siyasəti, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyəti erməniləri və havadarlarını təşvişə salıb. Onlar hər vəchlə ölkəmizə qarşı “qara-piar” kampaniyası həyata keçirir. Bu “dinləmə” də sözügedən məqsədə xidmət edir”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, son 14 il ərzində Helsinki Komissiyası Azərbaycan əleyhinə 15-dən çox dinləmə keçirib. Onun sözlərinə görə, bu dinləmələrin əsas təşəbbüskarları Kristofer Smit və onunla birlikdə erməni diaspor təşkilatları, o cümlədən Amerika Erməniləri Milli Komitəsi ilə yaxından əməkdaşlıq edən konqresmenlər olublar: “Qondarma “erməni soyqırımı”nın tanıdılması prosesinin ən fəal təmsilçilərindən biri, erməni diaspor təşkilatları ilə yaxından əməkdaşlıq edən Kristofer Smitin rəhbərlik etdiyi komissiyanın Azərbaycan əleyhinə dinləmələrində iştirak etmək Ermənistanla, erməni diasporu ilə, Azərbaycana qarşı etnik təmizləmə siyasəti yürüdənlərlə, Xocalı soyqırımının təşkilatçıları və icraçıları ilə eyni cəbhədə, eyni səngərdə dayanmaq deməkdir. Kristofer Smit özünü ermənilərin “böyük dostu” adlandırır və bunu sübuta yetirmək üçün Azərbaycana qarşı həyata keçirilən bütün böhtan və qarayaxma kampaniyalarının ön cərgəsində yer alır. Xaricdə yaşayan və bu prosesdə yer alan bəzi azərbaycanlıların ermənilərlə eyni platformada dayanması təəssüfləndiricidir. Təbii ki, bütün bu canfəşanlıq, müxtəlif ölkələrdə keçirilən tədbirlər, bir ölkədən digərinə və hətta bir qitədən başqasına edilən səfərlər sırf şəxsi təşəbbüs deyil. Bu proses ciddi şəkildə maliyyələşdirilir”.
Elçin Mirzəbəyli hesab edir ki, bu adamların Azərbaycana qarşı apardıqları kampaniyanın ardıcıllığı və bir çox hallarda ölkəmizdə həyata keçirilən islahatlarla eyni vaxta təsadüf etməsi prosesdə bu və ya digər yollarla böyük vəsaitlərə sahiblənmiş bəzi azərbaycanlıların da iştirak etdiyinə, xaricdəki məlum ünsürlərin mütəmadi olaraq təlimatlandırıldığına şübhə yeri qoymur: “Bu qüvvələrin uzantıları, hansı informasiya və maliyyə mənbələrinə çıxdıqları ciddi şəkildə araşdırılmalı, təhlil olunmalı və adekvat tədbirlər görülməlidir”.

 
  • Oxunub:  12540  |  
  • Tarix:  15-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA