Ana səhifə »  Müəlliflər »  AŞPA-nın qərəzli və qeyri-obyektiv “korrupsiya hesabatı” nəyin ifadəsidir?
A+   Yenilə  A-
AŞPA-nın qərəzli və qeyri-obyektiv “korrupsiya hesabatı” nəyin ifadəsidir?
Yazdı: Nurlan Qələndərli

Yaxud qurumun təzyiq və “qara piar” kampaniyasına xidmət edən “hesabat”ı tamamilə ayrı-ayrı deputatların qondarma iddialarından və subyektiv mülahizələrindən ibarətdir
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır. Əldə edilən çoxsaylı nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.
Eyni zamanda, müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ölkəmizdə davamlı islahatlar həyata keçirilir və mövcud reallıqlar onu göstərir ki, Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir. Bununla yanaşı, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.
Qərbdəki anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların növbəti oyunu...
Bütün bunlara baxmayaraq, bəzi dairələr Azərbaycanın müstəqil xarici siyasətini narahatlıqla qarşılayır, bu kontekstdə öz məhdud maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Həmin dairələr ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışır və “qara piar” kampaniyası aparırlar. Bu baxımdan, Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən qondarma “korrupsiya hesabatı”nın qəbul olunması da Qərbdəki bəzi anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların ölkəmizə qarşı növbəti oyunu kimi qiymətləndirilir. Əlbəttə, mövcud reallıqlara və “hesabatın” mahiyyətinə nəzər saldıqda əminliklə söyləmək olur ki, AŞPA-nın “korrupsiya hesabatı” tamamilə ayrı-ayrı deputatların qondarma iddialarından və subyektiv mülahizələrindən ibarətdir. Bu isə hesabatın qərəzli və qeyri-obyektiv olduğunu göstərir.
AŞPA-da Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğası...
Əslində, bu cür qərəzli və qeyri-obyektiv yanaşmalar təəccüblü deyil və təsadüfi xarakter daşımır. Məlumdur ki, belə təşkilatlar vaxtaşırı olaraq təqdim etdikləri “hesabat” və ya bəyanatlarda müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər. AŞPA-nın monitorinqləri də müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil dövlətlərə təzyiq məqsədi güdür. Sonuncu qondarma “hesabat” isə AŞPA-da Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir.
Qondarma “hesabat”da yer alan məqamlar ziddiyyətli və absurddur
Qurumun qondarma “hesabat”ı həmçinin çoxsaylı ziddiyyətli məqamlarla doludur. Azərbaycana qarşı irəli sürülən ittihamlar absurd olmaqla yanaşı, qeyri-ciddi, obyektivlikdən uzaq yanaşma nümunəsidir. Məsələn, qonaqpərvərliyin korrupsiya kimi dəyərləndirilməsi cəfəngiyatdan başqa bir şey deyil. Əgər bu qondarma “hesabat”a inansaq, onda xarici neft şirkətlərinin tam leqal bonusları, Avropa ölkələrinə səfər edən nümayəndə heyətlərinə verilən qonaqlıqlar, pulsuz hotel, təyyarə və s. bu kimi məsələlər də korrupsiya əlaməti hesab edilməlidir. Görünən odur ki, Qərbdəki bəzi dairələr öz eybəcərliklərini Azərbaycan nümunəsində qabartmağa və ölkəmizi növbəti dəfə ittiham hədəfinə çevirməyə çalışırlar.
Əlbəttə, bütün bunlar AŞPA-nın konkret olaraq siyasi təzyiq vasitəsinə çevrildiyini, öz fəaliyyətini korporativ maraqlar üzərində qurduğunu göstərir. Müxtəlif dövrlərdə Andreas Qross, Andres Herkel, Kristofer Ştrasser və digər bu kimi xüsusi maraqlara xidmət edən məruzəçilərin anti-Azərbaycan fəaliyyəti, apardıqları qərəzli monitorinqlər, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nümayiş etdirilən ikili standartlar siyasəti, laqeydlik və digər faktlar bunun bariz nümunələridir.
Azərbaycan AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir
Bütün bu reallıqlar isə 17 illik üzvlük dövründə AŞPA-nın Azərbaycana heç nə vermədiyini göstərir. Qərbə inteqrasiya Azərbaycan üçün davamlı təzyiqlər, ikili standartlar, “qara piar” kampaniyası və qərəzli, qeyri-obyektiv yanaşmalarla yadda qalıb. Eyni zamanda, beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından obyektivlik və pozitiv yanaşma gözləmək olmaz. Buna görə də ekspertlər əminliklə qeyd edirlər ki, Azərbaycan AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Çünki Azərbaycan ictimaiyyəti Avropa təsisatlarının ölkəmizə qarşı qeyri-obyektiv, ədalətsiz və qərəzli yanaşmasını qəbul etmir və etməyəcək!

 
  • Oxunub:  7260  |  
  • Tarix:  01-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü

20:37
16 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb
20:35
16 Yanvar
Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib
20:32
16 Yanvar
ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək
20:30
16 Yanvar
“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
20:28
16 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
20:17
16 Yanvar
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
14:54
16 Yanvar
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
14:48
16 Yanvar
Güclü külək əsəcək, sulu qar, qar yağacaq
14:31
16 Yanvar
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub
14:24
16 Yanvar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
14:18
16 Yanvar
BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
14:12
16 Yanvar
Təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir
14:08
16 Yanvar
Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
14:02
16 Yanvar
Əl-Mənsuri: Bütün fəaliyyət növlərinin “Azərbaycan Ticarət Evi”ndə birləşdirilməsi əla konsepsiyadır
14:01
16 Yanvar
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb
12:49
16 Yanvar
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
12:31
16 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
12:26
16 Yanvar
Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12:13
16 Yanvar
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib
11:49
16 Yanvar
Beynəlxalq Əmək Təşkilatı “Əməyin gələcəyi” mövzusunda qlobal hesabatını ilk dəfə Bakıda təqdim edəcək
11:29
16 Yanvar
Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir
11:23
16 Yanvar
Keçən ilin 11 ayında 1,5 milyard dollardan çox qeyri-neft məhsulları ixrac edilib
11:12
16 Yanvar
Formula 1 Azərbaycan Qran-Prisi sessiyalarının vaxtı açıqlanıb
10:52
16 Yanvar
Avropa Qaz Konfransında Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılacaq
10:40
16 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:20
16 Yanvar
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
10:19
16 Yanvar
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
10:18
16 Yanvar
Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib
10:15
16 Yanvar
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb
20:35
15 Yanvar
Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir
20:33
15 Yanvar
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
20:31
15 Yanvar
Balakəndə skautlar arasında intellektual yarış keçirilib
20:29
15 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb
20:27
15 Yanvar
Dubayda Azərbaycan Ticarət Evi açılıb
20:19
15 Yanvar
Nizami Cəfərov: 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına böyük ehtiramdır
20:18
15 Yanvar
İsa Həbibbəyli: 2019-cu ilin "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir
20:16
15 Yanvar
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
17:54
15 Yanvar
Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:45
15 Yanvar
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
17:44
15 Yanvar
Çingiz Qənizadə: Struktur islahatları nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq
17:40
15 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olunub
17:38
15 Yanvar
Ekspert: İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır
17:04
15 Yanvar
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
17:02
15 Yanvar
Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub
16:38
15 Yanvar
Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək
16:16
15 Yanvar
YAP Nəsimi rayon təşkilatında 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib
15:47
15 Yanvar
Türkiyə Prezidentinin köməkçisi: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək
15:05
15 Yanvar
Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib
14:57
15 Yanvar
Musa Quliyev: 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb
14:55
15 Yanvar
Yorqos Statakis: TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA