Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimlini bu dəfə öz övladı ifşa etdi

Əli Kərimlini bu dəfə öz övladı ifşa etdi

10.03.2018 [00:54]

Nardar Bayramlı

AXCP sədri nəinki siyasətdə, hətta öz övladının tərbiyəsində belə uğur qazanmayıb
Azərbaycanda radikal müxalifətin xarici anti-azərbaycançı dairələrin əlində alət olması cəmiyyətimizə məlumdur. Radikallar zaman-zaman ölkəmizə qarşı olan xarici ermənipərəst dairələrin maliyyə dəstəyi ilə ictimai-siyasi sabitliyi pozmağa, cəmiyyətdə qarşıdurma yaratmağa cəhdlər göstəriblər. Düzdür, Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi sayəsində “beşinci kolon” nümayəndələrinin bu cəhdləri puç olub. Lakin xarici anti-azərbaycançı dairələrdən maliyyə dəstəyi almaq üçün dəridən-qabıqdan çıxan radikallar öz əməllərindən əl çəkmirlər və bu zaman əl atdıqları metodlar, etdikləri kobud səhvlər, həmçinin savadsızlıqları dağıdıcı düşərgə təmsilçilərini gülünc duruma salır.
Bu mənada AXCP və onun sədri Əli Kərimli xüsusilə “fərqlənir”. Ə.Kərimlinin xaricdəki anti-azərbaycançı qüvvələr tərəfindən idarə olunduğu və onların maliyyəsi ilə təmin edildiyi cəmiyyətimiz üçün yeni fakt deyil. Ə.Kərimli yalnız həmin xarici dairələrin sifarişi ilə danışır, ölkəmizin imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxır. Amma bu “demokratiya aşiqi” unutmamalıdır ki, onun rəhbərliyi dövründə AXCP parçalanaraq kiçik bir dərnək səviyyəsinə enib. Təbii ki, partiyanın bu hala düşməsinə səbəb Ə.Kərimlinin yaratdığı despot idarəçilik, yarıtmaz fəaliyyətdir. Onun rəhbərlik etdiyi partiyada fərqli fikir söyləyənlər ya təzyiqlərə, zorakılığa tuş gəlir, ya da istefa vermək məcburiyyətində qalırlar. Bu səbəbdən də AXCP-nin sıravi üzvlərindən tutmuş rəhbər şəxslərinədək bir çox insan zaman-zaman bu partiyanın sıralarını tərk ediblər. Həmçinin Ə.Kərimlinin antimilli fəaliyyəti də onun siyasi meydanda 3-5 “yarımçıq siyasətçi”nin ümidinə qalmasına səbəb olub.
Əlbəttə, siyasətçi siyasi əxlaqa sahib olmaqla yanaşı, öz ailəsinin əxlaq və tərbiyəsinə xüsusi diqqət yetirməlidir. Çünki ictimai personalar olan bu adamların siyasi fəaliyyətləri ilə yanaşı, şəxsi-ailə həyatları da cəmiyyətin diqqətində olur. Və bu amil onların siyasi karyeralarının formalaşmasında vacib rol oynayır. Nə yazıq ki, bu baxımdan da Ə.Kərimlinin bəxti gətirməyib. AXCP sədrinin oğlunun xaricdəki eyş-işrət həyatı onun hansı tərbiyəyə “sahib olduğunu göstərir. Belə ki, bu yaxınlarda “Virtualaz.org” saytında dərc olunmuş məqalədə onun oğlunun Böyük Britaniyada keçirdiyi həyat tərzi haqqında bir sıra məqamlara aydınlıq gətirilib. Xatırladaq ki, Ə.Kərimlinin oğlu Türkel Kərimli ictimaiyyətimizə ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasının Azərbaycanla bağlı dinləmələrindən tanışdır. Belə ki, 2016-cı ilin sentyabrında olan həmin tədbirdə T.Kərimli işğalçı Ermənistanın təmsilçisi, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanla isti münasibəti ilə gündəmə gəlmişdi. Bu isə Azərbaycan cəmiyyətində Türkel Kərimli haqda milli satqın “imic”ini formalaşdırıb. “Virtualaz.org” saytında dərc olunmuş məqaləyə gəlincə, burada Ə.Kərimlinin hansı tərbiyəyə, əxlaqa sahib olduğu əksini tapır. Məqalədə Türkelin Böyük Britaniyanın paytaxtı Londonda anormal həyat sürdüyü yazılır. Əslində, onun Londonda təhsil almaq üçün yaşadığı iddia edilsə də, saytın yaydığı şəkillərdən heç də elə görünmür. Digər tərəfdən, bu şəkilləri həmin sayta göndərən Filimonov soyadlı tələbənin dediklərindən belə aydın olur ki, T.Kərimli orada təhsildən başqa hər şeylə maraqlanır. Görünən budur ki, oğul Kərimli dünyanın ən bahalı paytaxtlarından biri sayılan Londonda külli miqdarda pul xərcləməsi, “kef məclisləri qurması”, qeyri-əxlaqi hərəkətləri ilə məşhurdur. Onun Londonun ən bahalı barlarından sayılan “The American bar”da çıxardığı oyunlar isə heç bir tərbiyəyə, əxlaqa yaraşmır. Bu məlumatları verən Filimonovun söylədiklərindən o da aydın olur ki, Türkel Kərimli bu bahalı barın daimi sakininə çevrilib.
Beləliklə, AXCP sədri Ə.Kərimli bir daha əsl simasını cəmiyyətə təqdim edir. Öz övladının tərbiyəsi ilə məşğul olmayan birinin başqalarına dərs keçmək iddiasına düşməsi, insanlara ağıl öyrətməsi, özünü “lider” hesab etməsi ən azı heç bir məntiqə sığmır.

Paylaş:
Baxılıb: 828 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30