Ana səhifə »  Müəlliflər »  Mədəniyyətə də, dinə də daima qayğı olub. Yetər ki, onu qiymətləndirməyə mədəniyyətin, doğru şərh etməyə isə imanın olsun
A+   Yenilə  A-
Mədəniyyətə də, dinə də daima qayğı olub. Yetər ki, onu qiymətləndirməyə mədəniyyətin, doğru şərh etməyə isə imanın olsun
Yazdı: Hikmət BABAOĞLU

Mədəniyyət xalqların tarixi inkişaf prosesində əldə etdikləri maddi və mənəvi dəyərlərin məcmusu kimi nəzərdən keçirilən bir hadisədir. Bu, ümumi yanaşmadır. Ancaq humanitar elmlər inkişaf etdikcə biz mədəniyyət hadisəsini daha geniş prizmadan şərh edə bilirik. Məsələn, idman mədəniyyəti, ictimai mədəniyyət, dil mədəniyyəti və s. Ancaq bu şaxələndirmədə qarşımıza çıxan mühüm bir istiqamət var ki, biz ona siyasi mədəniyyət deyirik. Siyasi mədəniyyət o qədər mühümdür ki, fransız sosioloqları bəzən onu milli mədəniyyətlə eyniləşdirirlər. Elmi arqumentlərinin əsas paradiqmalarından biri isə budur ki, bəlkə, nə vaxtsa siyasət elmi yox idi, amma hər bir cəmiyyətdə siyasi münasibətlər var idi. İnsanlar siyasi elmi digər ictimai-siyasi elmlərdən son 150 ildə ayırıblar deyə biz ondan əvvəlki cəmiyyətlərdə siyasətin və siyasi mədəniyyətin olmadığını deyə bilmərik. Ona görə də əgər mədəniyyəti inkişaf prosesinin fəal münasibətlər sistemi kontekstində nəzərdən keçiririksə, deməli, elə milli mədəniyyət həm də siyasi mədəniyyətin əsasında formalaşan hadisədir. Məncə, mübahisə etməyə dəyməz. Ona görə də bu qısa polemikaya ən yaxşı aşağıdakı mübahisəsiz bir fikirlə son qoymaq olar: Mədəniyyət hər bir xalqın avtobioqrafiyasıdır, tərcümeyi-halıdır. Eyni zamanda, həm də siyasi tərcümeyi-halıdır. Bu mənada Azərbaycan xalqı da istisna deyil.

Heydər Əliyev Azərbaycan mədəniyyətinin və mənəviyyatının böyük hamisi idi

Bizim xalqımızın da siyasi mədəniyyəti onun milli mədəniyyətinin əsas komponentlərindən biri, ən yeni siyasi tariximizin mühüm mədəni proseslərinin formalaşmasına möhür vuran tarixi şəxsiyyət isə böyük dövlət xadimi Heydər Əliyevdir. Əgər biz bu möhürü siyasi mədəniyyət üzərindən şərh etməyə çalışsaq, şübhəsiz ki, Heydər Əliyev 40 illik tariximizdə birinci parlaq nümunədir. Ancaq bununla belə, bu böyük şəxsiyyət həm də Azərbaycan mədəniyyətinin böyük hamisi və qayğıkeşi idi. Mədəni-siyasi, həm də ideoloji baxımdan fərqli sistemlərdə Azərbaycana rəhbərlik etməsinə baxmayaraq, Onun fəaliyyətinin cazibə mərkəzi həmişə Azərbaycan dövlətçiliyi, Azərbaycan mədəniyyəti və Azərbaycan mənəviyyatı olub ki, sonuncuya münasibət elə həm də dinə münasibət deməkdir. Ancaq bu prosesdə uzaqgörən siyasətçi, realist və praqmatik düşünməyi bacaran Heydər Əliyev həmişə dövrün müxtəlif şərtlərini nəzərə alaraq rasional davranıb. Belə edib ki, nəticədə milli maraqlar qorunmuş olsun. Əgər açıq danışmaq lazımdırsa, bəzən O, şərtləri zorlayaraq Öz həyatını və siyasi karyerasını riskə də atıb. Amma heç vaxt bunun millətimizin əleyhinə işləyəcək qədər təhlükəli həddə çatmasına icazə verməyib. Verə də bilməzdi. Çünki Heydər Əliyevin missiyası dağıdıcılıq deyildi, quruculuq idi! Bu missiyanı tarix özü Ona həvalə etmişdi. Bəhs etdiyimiz məsələlər isə daha çox böyük dövlət xadiminin Sovet dövründəki fəaliyyətinə aiddir. Çünki həmin vaxt Azərbaycan müttəfiq respublikalardan biri kimi, SSRİ-yə daxil idi. Sovet imperiyası isə dünyanın ən ideoloji və ən totalitar imperiyalarından biri, lap elə birincisi idi. Ona görə də həmin dövrdə milli mədəniyyəti himayə etmək, qorumaq nə qədər çətin idisə, dini və dini mədəniyyəti qoruyub mühafizə etmək ondan da çətin idi. Çünki Sovet İttifaqı hər nə qədər ideoloji mənbə etibarilə kommunizmdən gəlirdisə, ən azı bir o qədər də ateizmdən gəlirdi. Belə olan halda, dini açıq şəkildə müdafiə etməyə qalxmaq ən yaxşı halda siyasi Don-Kixotluq olardı. Heydər Əliyev isə bütün ideoloji-siyasi sistemin fövqündə duran bir şəxsiyyət, bir siyasətçi kimi bütün bunların yaxşıca fərqində idi. Amma buna baxmayaraq, Azərbaycan mədəniyyətini və mənəviyyatını qorumaq üçün elə böyük işlərə imza atırdı ki, bunu həm də dövrün siyasi-totalitar sistemi, həm də elə sıradan insanlar çox sonralar fərq edə bilirdilər. Doğrudan da, geniş ictimai auditoriya Heydər Əliyevin Sovet dövründə xalqımız üçün nələr etdiyini və nə üçün etdiyini yalnız müstəqillik əldə etdikdən sonra aydın görə bildi.

Sovet dövrü siyasəti və mədəniyyətini bugünkü tarixi şərtlər üzərindən şərh etmək nə etik baxımdan, nə siyasi əxlaq baxımından doğru deyil

Bax burada Heydər Əliyevin milli mədəniyyət və mənəviyyatımız üçün hələ Sovet dövründə nələr etdiyini sadalamağın yeridir. Amma təəssüflə etiraf edirəm ki, birinci, buna mənim gücüm çatmaz. Çünki bu, xüsusi bir institutun illər ərzində görə biləcəyi, tədqiq edib ortaya çıxara biləcəyi bir işdir. İkinci, bir fərd olaraq mənim yaddaşımda olan şeyləri belə bir məqaləyə sığışdırmaq olmaz. Yəni görülən işlər bu qədər geniş, bu qədər miqyaslı və dərindir. Ancaq bəzi insanlar tariximizi təhrif etməyi, ya da ən azından onu bilərəkdən yanlış şərh etməyi üstün tuturlar. Bu yaxınlarda Cəmil Həsənli özünün “Facebook” səhifəsində böyük dövlət xadimi Heydər Əliyevin “mədəniyyət və dinə qayğı” yalanını “ifşa” edib (Mən Cəmil Həsənli ad-soyadını böyük dövlət xadimi Heydər Əliyev ad-soyadı ilə bir cümlədə çəkdiyim üçün Heydər Əliyev sevənlərdən və Azərbaycan xalqından üzr istəyirəm-H.B.). Bu “ifşa” o qədər faktlarla “zənginləşdirilib” ki, hamısı bir yerdə yarım səhifə etmir. Üstəlik də, bu faktlar kontekstdən çıxarılaraq, hətta mövcud tarixi reallıqdan çıxarılaraq bu günün şərtləri ilə şərh edilib, təhrif edilib. Ancaq Heydər Əliyevin Azərbaycan mədəniyyəti və mənəviyyatı üçün etdikləri cild-cild əsərlərə sığmayacaq qədər böyükdür. Ona görə də gərək mədəniyyəti qiymətləndirməyə mədəniyyətin, mənəviyyatı qiymətləndirməyə mənəviyyatın, tarixi doğru şərh etməyə isə obyektiv tarixi yaddaşın, dini məsələlərlə bağlı nəyi isə şərh etməyə isə imanın olsun. Əks təqdirdə isə qınaq obyektinə çevrilərsən.

Cəmil Həsənli fikir və özünüifadə azadlığına qarşı çıxaraq ölkənin yaradıcılıq birliklərini və ruhanilərini niyə hədəfə alır...

Hər şeydən əvvəl, Cəmil Həsənlinin seçki kampaniyasında Prezident İlham Əliyevi dəstəkləmək niyyətində olan yaradıcılıq birliklərini, ruhaniləri, din xadimlərini qınaması nə demokratiya baxımından, nə də mənəvi-siyasi nöqteyi-nəzərdən doğru deyil. Bu, dini-mənəvi nöqteyi-nəzərdən başqasının haqqına girmək, hüquqi-siyasi nöqteyi-nəzərdən isə antidemokratik və başqalarının özünüifadə azadlıqlarını məhdudlaşdırmaq cəhdidir. Ona görə də özünü demokrat və insan hüquqlarına hörmət edən şəxs kimi cəmiyyətə təqdim etmək istəyən insan belə şeylərə diqqət etsə, yaxşı olar. Çünki ictimai rəy nə dediyinizlə bərabər, nəyi necə dediyinizi də analiz edən bir siyasi laboratoriyadır. Demokratiyadan elə danışmaq lazımdır ki, heç olmasa daxilən ən böyük antidemokrat olduğunuzu ictimaiyyətə sezdirməyəsiniz. Ancaq Cəmil Həsənli bircə dəfəyə ölkənin bütün yaradıcılıq birliklərinin, ruhani idarəsinin mövqeyini rədd etməklə daxili mahiyyətini, dözümsüzlüyünü ortaya qoyur. İsterik vəziyyətdə onlarla daxili dialoqa girərək (açıq şəkildə bunu etməyə mənəvi haqqı olmadığı üçün) özü özünə ehtimal etdiyi mümkün sualı verir. Qeyd edir ki, ona təxmini belə bir sual verilə bilər, “... bir il hakimiyyətdə oldunuz. Azərbaycan mədəniyyəti üçün nə etdiniz, ziyalılara hansı diqqəti göstərdiniz?” Bu ritorik sualdan sonra isə guya ki, ciddi arqumentlərlə cavab verməyə başlayır.

Özü özünü təkzib etmək xətadır, başqalarının adından danışmaq isə yolverilməzdir

Birincisi, Cəmil Həsənli, siz heç vaxt hakimiyyətdə olmamısınız...! Olmayacaqsınız da!!! Hansı birillik hakimiyyətdən danışırsınız və kimin əvəzindən danışırsınız? Siz xalq hərəkatı dövründə də, onların hakimiyyəti işğal etdiyi birillik dövrdə də elə eyni yerdə işləmisiniz. Yəni Xalq Cəbhəsi hakimiyyəti dövründə heç bir qərarın qəbul edilməsi prosesində iştirakçı olmamısınız. Kim bilir, bəlkə də, bu, sizin siyasi avtobioqrafiyanızın ən “dolğun” və “şanslı” səhifəsidir ki, o dövrdə alınan qərarlardan kənarda qalmısınız. Ondan sonrakı mərhələdə isə, yaxşı mənada, ən yaddaqalan fəaliyyətiniz Heydər Əliyev haqqında, indiki hakimiyyət haqqında obyektiv fikirlər söyləməniz olub. “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920)” adlı kitabınızda qeyd edirsiniz ki, 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncamda deyilirdi: “Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi qulluq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir...”
Göründüyü kimi, bu kitabınızda böyük dövlət xadimi Heydər Əliyevi Ümummilli lider kimi səciyyələndirirsiniz. Ondan iqtibas gətirirsiniz, təqdir edirsiniz... və əlbəttə, doğru edirsiniz. Ancaq şəxsi maraqlarınız təmin olunmayanda dərhal əks cəbhəyə keçir, eyni şəxsiyyəti ittiham edir, tənqid edirsiniz. Siz həm də bunu eyni siyasi sistemdə fərqli cəbhələrə keçməklə edirsiniz. Ancaq bir başqasının fərqli siyasi sistemdə həmin siyasi sistemin ideoloji tələblərinə uyğun olaraq fərqli fikir səsləndirə bilməsini qəbul etmirsiniz. Tutaq ki, o dövrdə nəyi isə bir qədər başqa formada deməyə sistem birini məcbur edirdi. Bəs sizi nə məcbur edir, Cəmil Həsənli?! Əgər elədirsə, bu məsələdə sizi qınayanlara cavabınızı hansı arqumentlərlə əsaslandıra bilərsiniz? Birinci halda eyni məsələyə fərqli münasibəti siyasi sistem məcbur edir. İkinci halda, yəni sizin vəziyyətinizdə belə məcburiyyət yoxdur. Bəs onda niyə eyni tarixi şəxsiyyəti əvvəlcə Ümummilli lider adlandırır, sonra isə Onu qəbul etmirsiniz? Deməli, ən azı siz səmimi adam deyilsiniz. Ya da bunu sifarişlə edirsiniz... İndi də Xalq Cəbhəsi hakimiyyətindən danışanda həmin hakimiyyət dönəmində qərar qəbul edənlərin əvəzindən danışırsınız. Bu isə nə həqiqi Elçibəyçilərin, nə də həqiqi müsavatçıların təqdir edəcəyi bir şey deyil. Ona görə də bu gün siyasi səf etibarilə nə Xalq Cəbhəsinin, nə də “Müsavat”ın sıralarında deyil, anti-azərbaycançı “birdəfəlik” layihə olan “Milli şura”dasınız (oxu antimilli şura-H.B). 
Özü ilə dialoqda isə öz qoyduğu haqlı və əsaslı suala Cəmil Həsənlinin həqiqi mənada obyektiv cavabı var. Bu cavabı həm də mədəniyyət və din sahəsində AXC hakimiyyətinin bir iş görmədiyinin etirafı kimi də qəbul edə bilərik. Obyektivlik ondadır ki, doğrudan da, xəzinə boş idi və müharibə vəziyyətində idik. Etiraf isə odur ki, bu şərtlər içərisində, doğrudan da, Xalq Cəbhəsi hakimiyyəti vaxtında din və mədəniyyətə heç bir qayğı göstərilməyib. Yaxşı olardı ki, Cəmil Həsənlinin cavabı elə bununla da yekunlaşa idi. Ancaq, təəssüf ki, bundan sonra qarayaxma, təhrif və tarixin qərəzli şərhi başlayır.

Milli, dini və mənəvi dəyərlərimizin simvolu olan üçrəngli bayrağımızı ilk dəfə rəsmi bayraq kimi Naxçıvan Ali Məclisində Heydər Əliyev dalğalandırdı

Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, bəhs etdiyimiz dövrdə Naxçıvan Muxtar Respublikasında da həm maliyyə, həm də hərbi vəziyyət baxımından vəziyyət Azərbaycandan qat-qat pis olmasına baxmayaraq, Heydər Əliyev elə “həmin boş xəzinə” və müharibə şəraitində həm Naxçıvanı qoruyur, həm də milli-mənəvi dəyərlərimizə sahib çıxır, tarixi yaddaşı və dövlətçilik şüurumuzun bərpa edilməsi üçün mühüm qərarlar qəbul edirdi. Bunlardan biri Sovet qoşunlarının Azərbaycan ərazilərindən ilk dəfə Naxçıvandan çıxarılması, ikincisi, İran, Türkiyə və Ermənistanla sərhədlərimizin milli ordu tərəfindən nəzarətə götürülməsi və üçüncüsü, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi ilk dəfə Naxçıvan Ali Məclisində dalğalandırılması və bunun rəsmi qərarla edilməsi idi. Bu bayrağımızın üç rəngində həm dinə, həm azadlığa, həm də milli köklərimizə münasibət öz əksini tapır. Sizin mədəniyyətə və dinə qayğı göstərməyə imkan tapmadığınız dövrdə Heydər Əliyev bunun hamısını tək bircə addımla etdi. Tarixi fakt istəyirsinizsə, buyurun, bu da tarixi fakt. Heydər Əliyevin Sovet dövründə Azərbaycan mədəniyyətinə qayğısına gəldikdə isə, bu barədə, görünür, xüsusi çoxcildliyin tərtib edilməsinə ehtiyac var. Əminəm ki, bu sahədə çox böyük tədqiqat əsərləri yazılıb, yazılır və yazılacaq. Mənbələrlə işləmək təcrübəsi olan adam kimi bilirsiniz ki, Sovet dövrünün mənbələrində bunları tapmaq o qədər də çətin deyil. Çünki Sovet İttifaqında ən şəffaf siyasi karyeraya sahib olan biri kimi, Heydər Əliyevin fəaliyyəti çox zəngin və açıq idi. Eyni zamanda, dövrün siyasi tarixi üçün maraqlı və diqqət çəkən olduğu üçün daima arxivləşdirilirdi. Elə ona görə də siz asanlıqla siyasi sənədlər arxivindən məlumatlar əldə edə bilirsiniz. Ancaq, təəssüf ki, onları kontekstdən çıxararaq yanlış şərh edirsiniz. Çünki xaricdən tapşırıq belə gəlir.

Milli dəyərləri gözdən salmaq, tarixi yanlış şərh etmək milli maraqlarımıza zərbədir

Milli dəyərləri və mənəviyyatı gözdən salmaq, dövlət adamlarına şər-böhtan atmaq imperialist mərkəzlərin “lidersizləşdirmək və dövlətsizləşdirmək” siyasətinin tərkib hissəsidir. Və siz də ya bilərəkdən, ya da bilməyərəkdən yaşınızın bu vaxtında buna alət olmusunuz. Ancaq unudursunuz ki, siyasətçi olmaq üçün ilk növbədə siyasi sistem olmalıdır. Siyasi sistemin olması üçün isə dövlət olmalıdır. Siz anti-Azərbaycan mərkəzlərin dövlətsizləşdirmə siyasətinə qulluq edirsiniz. Ancaq unudursunuz ki, dövlət olmasa, siyasət də yoxdur. Əgər Sovet dövründə böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısından bəhs etmək lazımdırsa, o zaman elə ilk növbədə qeyd etdiyimiz “ensiklopediya”dan danışmaq lazımdır. Ancaq unutmaq lazım deyil ki, bu kitab “Azərbaycan Sovet ensiklopediyası” idi. Elə üstünə də “ACE” yazılırdı. Bu zəngin kitabın tərtib edilməsində milli mövqeyi və cəsarəti ilə tanınan Rəsul Rzanın da baş redaktor kimi Heydər Əliyevlə 6 il bərabər işləməsi də təsadüfi deyil. Bu, Heydər Əliyevin qərarı idi. Təsadüfi deyil ki, Rəsul Rza 1980-ci ildə Heydər Əliyevin qərarı ilə əməkdə fərqlənməyə görə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunmuşdu. Bununla yanaşı, Heydər Əliyevin təşəbbüsü ilə ictimai-mədəni həyatın, kənd təsərrüfatı və sənayenin inkişafında xidmətləri olan onlarla şəxsə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi ki, bu da Azərbaycanı bütün İttifaqda ən ön cərgələrə çıxarmışdı. Həmin ensiklopediyada bu gün belə sizin kimi bəzi tarixçilərin cəsarət edib yaza bilmədikləri tarixi hadisələr, Azərbaycanın tarixi xəritələri öz əksini tapıb.

Dünən “mərkəzi hakimiyyət”ə “donos” yazmaq da, bu gün xarici qüvvələrə xidmət etmək də doğru yol deyil

Ararat dağını Ağrı dağı kimi vermək, milli burjuaziyaya yer ayırmaq da, Ermənistan və Gürcüstan ərazisində olan toponimlərimizin Azərbaycan dilində verilməsi də Heydər Əliyevin təşəbbüsü idi. Ancaq, təəssüf ki, o dövrdə də sizin indi Qərb imperializminə xidmət göstərdiyiniz kimi, Sovet imperiyasının mərkəzi hakimiyyətinə, yəni Moskvaya işləyən insanlar var idi. Elə onlar da ensiklopediya haqqında Moskvaya şikayətlər yazırdılar. Siz indi Avropa institutlarına donos yazdığınız kimi, bunların nəticəsi olaraq da, məsələn, Mərkəzi Komitənin bürosunda müzakirə etmək zərurəti yaranırdı. Ancaq sizin kimilərin belə cəhdlərinə baxmayaraq, Heydər Əliyev böyük siyasətçi kimi həm mərkəzi hakimiyyəti razı salmaq üçün bəzi tədbirlər görür, həm də milli maraqlarımızı qoruyurdu. Elə 1978-ci il Konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi qəbul etdirməklə, elə Bakı şəhərini kosmopolit Bakıdan milli Bakıya çevirməklə, elə Azərbaycanı aqrar ölkədən sənaye ölkəsi səviyyəsinə çatdırmaqla Bakını, Sumqayıtı, Mingəçeviri, Əli Bayramlını Sovet sənayesinin mərkəzlərinə çevirməklə, Azərbaycan mədəniyyət xadimlərinə, şairlərinə yüksək adlar almaqla, Azərbaycan kəndlərinin simasını dəyişməklə və s. Öz Heydər Əliyev erasını yaradırdı. Bütün bunlar Azərbaycan mədəniyyəti qarşısında elə böyük xidmətlərdir ki, onu idrak etməyə əql, etiraf etməyə isə ürək lazımdır. Nə yaxşı ki, Azərbaycan xalqı bütün bunları həm idrak edir, həm etiraf edir, həm də yüksək qiymətləndirir. Bəzi cızma-qaralarsa cılız insanların cılız siyasi ambisiyalarından başqa heç nə ilə yadda qalmır.

Bakıda milli fikir öndərlərimizə heykəl qoyulması, milli düşüncənin təntənəsi Heydər Əliyevin xidməti idi

Heykəl məsələsinə gəldikdə isə... Hər iki fərqli sistemdə hakimiyyətdə olduğu dövrlərdə xalqının maraqlarını, mənafeyini qoruduğu, milli mənlik şüurunu, özünüdərki və ən əsası, özünütanımanı təmin etdiyi üçün Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin heykəlini qəlbində ucaldıb. Heydər Əliyevin Bakı şəhərində ucaltdığı heykəllərin mühüm əksəriyyəti isə elə xalqımızın, millətimizin özünüdərkinə xidmət göstərirdi. Buna paytaxtımızın küçələri, parkları, prospektləri şahidlik edir. Həmin dövrdə şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün bir sıra parklar, xiyabanlar salınırdı. Bu, o dövr idi ki, qeyd etdiyimiz kimi, “internasional Bakı”dan “milli Bakı”ya keçid başlamışdı və xalqımızın milli-mənəvi dəyərləri hesab edilən şəxslərin tanıdılması prosesi həyata keçirilirdi. Elə həmin dövrdə şəhərin mərkəzində böyük şair Nəsiminin heykəli ucaldıldı. Şəhərin ən baxımlı ərazilərindən olan Tbilisi prospekti ilə indiki Bakıxanov küçəsinin kəsişməsində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, Cəfər Cabbarlının və digərlərinin abidələri qoyuldu. Stepan Şaumyana paytaxtda ayrıca heykəl qoymaq məsələsinə gəldikdə isə, Cəmil Həsənli unudur ki, bu qərar o dövrdəki mövcud siyasi-ideoloji sistemin imperativ qərarı idi. Ancaq Ulu öndər Heydər Əliyev bunun əvəzində Bakının ən görkəmli yerində böyük Nəriman Nərimanova möhtəşəm abidə ucaltdı. Yenə “donosyazanlar” Moskvaya şikayət yazdılar ki, N.Nərimanovun heykəlinin hətta S.M.Kirovun heykəlindən yüksək olması yolverilməzdir. Ona görə də təzyiq altında N. Nərimanovun heykəlinin alt hissəsi məcburən bir qədər kiçildildi. Yalnız Heydər Əliyev siyasi iradəsi cəsarət edib Sovet imperiyasının rəhbərliyi tərəfindən zəhərlənərək öldürülmüş N.Nərimanova Azərbaycan SSR-in rəhbəri olmuş S.M.Kirovdan yüksək heykəl qoya bilərdi. Bu, tarixin unutmayacağı gerçəklikdir.

Tarixi təhrif etmək əsla tarixi həqiqəti dəyişmir

İslam dini haqqında bəzi məsələlərə gəldikdə isə, Sovet dövründə dinə münasibəti bu günün siyasi mövzusuna çevirmək siyasi acizlik, kim bilir, bəlkə də, elə siyasi əxlaqsızlıqdır. Çünki biz dini ideologiyası dinsizlik olan, ateizm olan bir totalitar sistemdən bəhs edirik. Ancaq buna baxmayaraq, Azərbaycanda dinə qarşı münasibət Heydər Əliyevin rəhbərliyi dövründə heç vaxt sərt olumayıb. Tam əksinə, bəzi ənənəvi dindar bölgələrimizdə dini ritualların yerinə yetirilməsində, hətta 70-ci illərə qədər müxtəlif təsərrüfat məqsədləri üçün istifadə edilən dini abidələrimizin istismardan azad edilməsində bir yumşalma mərhələsi başlandı. Novruz bayramı az qala dövlət bayramı səviyyəsinə qaldırıldı. Dini təhsil almaq üçün imkanlar yaradıldı ki, xeyli sayda insanlarımız SSRİ-də yeganə dini məktəb olan Buxara mədrəsəsində təhsil ala biliblər. Beləliklə də, Sovet dövründə Azərbaycanda dinə münasibətdə yeni mərhələ başladı. Elə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də, Hacı Salman Musayev, Hacı Sabir Həsənli və s. kimi bu gün olduqca məşhur olan din xadimlərimiz məhz həmin illərdə dini təhsil ala bildilər. Sonrakı mərhələdə isə Azərbaycanda ilk legitim Prezident kimi konstitusiyamızla bərabər, Qurani-Kərimə and içərək Prezident fəaliyyətinə başlayan yenə Heydər Əliyev oldu. Ölkəmizdə məscidlərin, ibadətxanaların təmir edilməsi, xalqa qaytarılması yenə Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə müqəddəs həcc ziyarətinə gedən Prezident də elə Heydər Əliyev olub. Heydər Əliyevin dinə münasibəti budur. Əgər Sovet dövründə Heydər Əliyevin dini baxışlarına diqqət yetirmək lazımdırsa, elə Cəmil Həsənlinin istinad etdiyi mənbəyə istinadən həmin fikirləri diqqətə təqdim etməkdə fayda var. Çünki Heydər Əliyev həmin çıxışında dini məsələləri də milli mütəfəkkirlərimizin fikirləri ilə şərh edərək bir daha milli düşüncəyə nə qədər mühüm yer verdiyini sübut edir: “Xalqımızın ictimai fikrinin, mədəniyyətinin ən yaxşı nümayəndələrindən Nəsimi, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə, Cəfər Cabbarlı və bir çox başqaları cəhalətə, fanatizmə qarşı, geri qalmış, mürtəce adət-ənənələrə qarşı ehtirasla çıxış edir, fikir azadlığını təbliğ edir, kütlələrin mənəvi azadlığına tərəfdar olur, bilik məşəlini yüksəklərə qaldırırlar”. Nə qədər doğru, nə qədər əsaslı yanaşmadır. Düşünürəm ki, Sovet dövründə deyilməsinə baxmayaraq, bu çağırışlar elə bu gün də aktualdır. Fikir azadlığı, mənəvi azadlıq elm və bilik öyrənmək dünənin, bu günün və sabahın çağırışıdır. Elə bu keyfiyyətlərinə görə də Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev bütövlüyü zamanın fövqündə idi. Ona görə də Cəmil Həsənli imzası və nə yazması nə bu tarixi gerçəkliyi, nə də ictimai rəyi əsla dəyişmir və dəyişə də bilməz. Amma dəyişən yenə Cəmil Həsənli ola bilər. Əgər bir gün Cəmil Həsənli əsərində “Ümummilli lider kimi səciyyələndirdiyi böyük dövlət xadimi Heydər Əliyev irsinin tədqiqatçısı” olarsa, mən buna əsla təəccüblənmərəm.
Hikmət BABAOĞLU

 
  • Oxunub:  11250  |  
  • Tarix:  21-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı

16:37
15 Dekabr
Prezident Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşını təltif edib
16:33
15 Dekabr
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq
16:31
15 Dekabr
Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib
16:28
15 Dekabr
AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər
16:26
15 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əsgərlər üçün bayram şənliyi təşkil edilib
16:19
15 Dekabr
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
16:17
15 Dekabr
“China Daily”: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müasir ölkəyə çevrilib
15:55
15 Dekabr
Baş nazir Novruz Məmmədov Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
14:32
15 Dekabr
Məlahət İbrahimqızı: Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib
14:00
15 Dekabr
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib
13:50
15 Dekabr
Zahid Oruc: Bu görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
13:40
15 Dekabr
Politoloq: Ermənistanda bütün hakimiyyət siyasi korrupsiya ilə məşğuldur
13:15
15 Dekabr
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti: “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə”
13:09
15 Dekabr
Kamilə Əliyeva: Təhsil infrastrukturunun yenilənməsi davamlı xarakter daşıyır
13:08
15 Dekabr
Baş prokuror Xızı rayonunda vətəndaşları qəbul edib
13:00
15 Dekabr
Birinci Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçiriləcək
12:57
15 Dekabr
ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilir
12:55
15 Dekabr
Dekabrın 19-da ASK-nın V qurultayı keçiriləcək
12:45
15 Dekabr
BMT Baş Assambleyası humanitar təşkilatların əməkdaşlarına hücumları pisləyən qətnamə qəbul edib
12:32
15 Dekabr
“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 12 il ötür
12:28
15 Dekabr
“Veçerni Nyu-York” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
11:42
15 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
11:37
15 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
11:04
15 Dekabr
Teodor Meleşkanu: Rumıniya-Azərbaycan əməkdaşlığının mövcud regional imkanlar vasitəsilə möhkəmləndirilməsi vacibdir
11:00
15 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı davam edir
20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib
18:19
14 Dekabr
AIDA Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərib
18:14
14 Dekabr
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib
18:11
14 Dekabr
Nazir: TANAP Türkiyənin təbii qaza olan tələbatının problemsiz təminatına kömək edəcək
18:04
14 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır
18:01
14 Dekabr
Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub
17:53
14 Dekabr
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
17:51
14 Dekabr
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb
17:50
14 Dekabr
Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
17:43
14 Dekabr
İmişlinin Qızılkənd kəndi qazlaşdırılıb
17:40
14 Dekabr
Rusiya XİN Sergey Lavrovun Bakıya səfəri barədə KİV üçün məlumat yayıb
17:31
14 Dekabr
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
17:28
14 Dekabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
17:23
14 Dekabr
YAP Gənclər Birliyinin ofis rəhbəri Ho Şi Min adına Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüşüb
17:20
14 Dekabr
Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur
17:19
14 Dekabr
Fərid Cəfərov: Azərbaycan gənclərə yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir
17:17
14 Dekabr
Ağacan Abiyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır
16:29
14 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
16:27
14 Dekabr
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir
16:24
14 Dekabr
Müdafiə Nazirliyinin baş idarələrinin birində komanda idarəetmə məntəqəsi istifadəyə verilib
16:10
14 Dekabr
Müqəddəs Taxt-Tacın apostol nunsisi: Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir
16:07
14 Dekabr
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
16:04
14 Dekabr
UEFA Avropa Liqasının final matçı ilə əlaqədar könüllülərin cəlb olunması prosesinə start verilib
15:58
14 Dekabr
ASK Özbəkistanda Beynəlxalq Əmək Təşkilatının tədbirlərində iştirak edib
15:51
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
15:48
14 Dekabr
Azad Rəhimov: Son 10 il ərzində ölkəmizdə 41 gənclər mərkəzi yaradılıb
15:47
14 Dekabr
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib
15:41
14 Dekabr
Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək
15:38
14 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Biləsuvarda vətəndaşlarla görüşüb
15:36
14 Dekabr
Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub
15:26
14 Dekabr
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14:59
14 Dekabr
Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb
14:39
14 Dekabr
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14:29
14 Dekabr
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
14:27
14 Dekabr
Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm
14:24
14 Dekabr
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
14:19
14 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA