Ana səhifə »  Müəlliflər »  “İslam Həmrəyliyi İli” dinlərarası dialoq və əməkdaşlıq üçün keyfiyyətcə yeni mərhələ yaradır
A+   Yenilə  A-
“İslam Həmrəyliyi İli” dinlərarası dialoq və əməkdaşlıq üçün keyfiyyətcə yeni mərhələ yaradır
Yazdı: Hikmət BABAOĞLU

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı beynəlxalq konfransda Prezident İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsü həm də dinlərarası həmrəyliyə çağırış kimi qiymətləndirildi
Hazırda dünyada dini və etnik zəmində ciddi kataklizmlərin yaşandığı, xaos və anarxiya mühitinin hökm sürdüyü bir şəraitdə sivilizasiyalararası dialoqun təmin olunması, multikultural dəyərlərin, tolerantlığın təbliğ və təşviq edilməsi strateji zərurət kimi çıxış edir. Xüsusilə də, İslamın terror dini kimi xarakterizə edildiyi və islamofobiyanın gücləndiyi şəraitdə İslam həmrəyliyinin yaradılması, bu kontekstdə ardıcıl fəaliyyətin davam etdirilməsi mühüm əhəmiyyətə malikdir. Çünki İslam həmrəyliyi təkcə müsəlman ölkələrində sabitliyin yaradılmasına yox, həm də regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Yüksək təşkilatçılıq və təmsilçilik effektiv dialoq mühiti yaradır
Təqdirəlayiq haldır ki, Azərbaycan bu istiqamətdə mühüm təşəbbüslər irəli sürür, davamlı tədbirlər həyata keçirir. Bu kontekstdə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması böyük əhəmiyyətə malikdir. Bu həm ölkəmizin daxili auditoriyasına, həm də dünya ictimaiyyətinə ciddi bir çağırışdır. Bu gün Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda keçirilən tədbirlər sayəsində İslam həmrəyliyi ideyası beynəlxalq müstəvidə dinlərarası dialoq platformasına çevrilib. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirlər beynəlxalq aləmdə, həmçinin ayrı-ayrı Avropa ölkələrində böyük rezonans doğurub. Belə tədbirlərdən biri İspaniyanın paytaxtı Madrid şəhərində baş tutdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində noyabrın 6-da İspaniyanın paytaxtı Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi, Azərbaycanın İspaniyadakı səfirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransdan əvvəl yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün mətbuat konfransı oldu. Jurnalistlərin suallarını cavablandıran şeyxülislam Allahşükür Paşazadə dünyada nə dinlər, nə də dindarlar arasında münaqişələrin olmadığını diqqətə çatdırdı. O qeyd etdi ki, belə konfransların keçirilməsində əsas məram da dinlərin birgə fəaliyyəti, əməkdaşlığı ilə din adından məkrli, siyasi məqsədlər üçün sui-istifadənin, dünyadakı terrorların, müharibələrin qarşısının alınmasına yardım etməkdir.
Konfransı açan “Evsen Group”un rəhbəri Əli Evsen tədbirin əhəmiyyətindən danışdı. İspaniyanın ədliyyə naziri Rafael Katala Polo isə bu tədbiri sülhə inamın artmasına daha bir addım kimi qiymətləndirdi. O diqqətə çatdırdı ki, sülhü bərqərar etmək təkcə hakimiyyətin və dövlətin işi deyil, sivil cəmiyyətlər də bunun üçün çalışmalıdırlar. İspaniya qanunvericiliyi bütün dinlərin işbirliyində olmasını təbliğ edir. Bu ölkədə daim xristianlar, müsəlmanlar və yəhudilər mehriban şəraitdə yaşayıblar. Təəssüf ki, bəzən mənfi hallarla rastlaşırıq, lakin bu, ümumi mənzərəyə zərər vurmur.
Bütün səmavi dinlərin təmsilçiləri dini sülh, humanizm və əmin-amanlıq vasitəsi hesab edirlər
İsrailin sosial bərabərlik naziri Gila Gamliel insanları birləşdirən ümumi dəyərlərdən bəhs etdi. O vurğuladı ki, İsrail hökuməti Suriyadakı müharibədən əziyyət çəkənlərə 1 milyon dollar məbləğində yardım edib.
Madrid arxiyepiskopu Antonio Mariya Rouko Varela isə çıxışında din xadimlərinin dünyada sülhün bərqərar olunmasındakı rolundan danışaraq bu işin əslində hansı məsuliyyətləri daşıdığını qeyd etdi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin çıxışında sülh, dialoq və Qarabağ vurğusu
Mötəbər tədbirdə müxtəlif dini konfessiyaları təmsil edən dəyərli şəxsiyyətlərlə birlikdə olmağın, fikir mübadiləsi aparmağın çox xoş olduğunu deyən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə son zamanlar dünyada baş verən faciəvi hadisələrin dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verdiyindən təəssüfləndiyini vurğuladı. Şeyxülislam bildirdi ki, törədilən silsilə terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir. Yaşanan böhranlara baxmayaraq, hələ də dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlərin mövcud olduğunu qeyd edən Şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illərinin ümumi, bəşəri məramlara xidmət etdiyini xatırlatdı. Bu, tarix boyu Şərq ilə Qərb arasında körpü olmuş Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir: “Dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin nadir nümunəsinə malik Azərbaycan mədəniyyətlər, dinlərarası dialoqa dair qlobal beynəlxalq tədbirlərin ənənəvi ünvanı kimi tanınır. İslamla digər səmavi dinlər arasında dialoq və əməkdaşlığı, harmoniyanı ehtiva edən “İslam Həmrəyliyi İli” bu baxımdan gözəl fürsət kimi dəyərləndirilməlidir. Dünyanın aparıcı dini mərkəzlərinin liderlərinin ünsiyyətləri də bu mərama xidmət edir. İstər dünya katoliklərinin lideri Zati-müqəddəsləri Roma Papası Fransiskin, istər Moskva və Ümumrusiya Patriarxı Kirill həzrətlərinin Azərbaycanı ziyarətləri, burada kilsə və məsciddə keçirdikləri görüşlər dinlərarası dialoq prosesinə verdikləri önəmin bariz nümunəsidir”.
Bütün problemlərin fövqündə duran sülhün qorunması işində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığının vacib olduğunu vurğulayan Şeyxülislam Allahşükür Paşazadə uzun illər davam edən, regionumuzda və dünyada sülhə təhdid olan bütün mövcud münaqişələrin ədalətli sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırmasını zəruri hesab etdiyini dedi. Şeyxülislam bildirdi ki, separatizmdən uzun illər əziyyət çəkən xalq olaraq biz dünyanın müxtəlif nöqtələrində zühur edən separatizm kabusunun bütün formalarını qətiyyətlə pisləyirik. Azərbaycan dünyada bütün dövlətlərin, o cümlədən İspaniyanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşır. Ölkəmizin 20 faiz ərazisinin Ermənistanın işğalı altında olması nəticəsində xalqımız soyqırımına məruz qalmış, milyondan artıq soydaşımız məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş, məscid, kilsə, sinaqoq və qəbiristanlıqlarımız məhv edilmişdir. Təbii ki, Allah evlərinə, müqəddəs dəyərlərə belə münasibət sərgiləyənlərə heç bir bəraət ola bilməz. Bununla belə, Azərbaycan xalqı uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında ədalətli sülh yolu ilə həllini istəyir. Bu əsnada, bu yaxınlarda erməni katalikosu II Qareginlə üçtərəfli görüşün təşkilatçısı olan Rus Pravoslav Kilsəsinin münaqişənin sülh yolu ilə həlli yönündə vasitəçilik missiyası yüksək dəyərləndirilib.
İsrailin baş sefard ravvini Şlome Moşe Amar isə terrorla mübarizə üçün dini konfessiyaların birliyinin əhəmiyyətini vurğuladı.
Mübariz Qurbanlı İslam həmrəyliyi təşəbbüsünü dinlərarası dialoq və tərəfdaşlıq üçün unikal model adlandırdı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında İslam həmrəyliyi ideyasını günün aktual ideyası adlandırmaqla yanaşı, bunun heç bir halda başqa mədəniyyətlərə qarşı yönəlmədiyini vurğuladı. Burada əsas məqsəd müsəlman ölkələrində daxili sabitlik zəminində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsidir ki, bu da təkcə İslam dünyasında deyil, bütün dünyada sülhün və rifahın təmin olunmasına böyük töhfə verə bilər.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının bütün fakültələrində multikulturalizm fənninin tədris edildiyini diqqətə çatdırdı. Abel Məhərrəmov vurğuladı ki, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi var və burada dünyanın bütün dinləri ilə bağlı dərslər keçirilir. Bundan başqa, universitetdə İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzi fəaliyyət göstərir, İslam dini ilə yanaşı, digər dinlərlə bağlı maraqlı tədqiqatlar aparılır.
Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov isə çıxışında Madriddə keçirilən tədbirin əhəmiyyətini bir daha vurğuladı, insani dəyərlərin vacibliyini önə çəkdi.
Konfransda Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsi rəhbərinin müavini Arximandrit Filaret, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Milli Məclisin deputatı Rafael Hüseynov, İspaniyanın keçmiş daxili işlər naziri Xorxe Fernandez Diaz, İspaniya Müsəlmanları Cəmiyyətinin sədri Riay Tatari Baki çıxış etdilər.
Tədbir çərçivəsində mövzuya uyğun rəsm əsərinin təqdimatı oldu. Konfrans iştirakçılarına Evsen Fondunun prezidenti Əli Evsenin müəllifi olduğu “İnsanlıq tarixi” kitabı, həmçinin ötən il Madriddə “Multikulturalizm İli” ilə bağlı keçirilmiş birgə beynəlxalq konfransın materiallarını əks etdirən nəşr paylanıldı. Konfransda dinlərarası ortaq Memorandum imzalandı.
İspaniya dinlərarası dialoq və əməkdaşlıq üçün ən münasib Avropa ölkəsi kimi
İspaniya tarixən Avropa ölkələri içərisində İslam dininə ən yaxın olan və müsəlmanların dini ilə daha çox tanış olan ölkələrdən biridir. İspaniyanın cənub bölgələrində vaxtilə İslam xilafəti, bir neçə kiçik İslam dövləti qurulub. Əndəlus adlanan ərazidə, İspaniyanın cənub-qərbində İslam mədəniyyəti ilə çox dərin tanışlıq var. İkinci tendensiya isə ondan ibarət olub ki, təqribən 700 ilə yaxın müddətdə burada İslam dini və mədəniyyəti mövcud olub. Şərq və İslam mədəniyyətini, elmini və təbabətini bir növ Avropaya daşıyıb. İspaniya elmin, təhsilin inkişafında körpü rolunu oynayıb. Eyni zamanda, kənd təsərrüfatı kulturalarının, yəni mədəni bitkilərinin orada əkilməsi kimi məsələlər İspaniyadan başlayır. Ona görə də İspaniya İslam dinini ən yaxından tanıyan ölkələrdən biridir. Nəzərə almaq lazımdır ki, bu gün İspaniya, eyni zamanda, 5 böyük Avropa ölkəsindən biri kimi Avropa siyasətini müəyyənləşdirən dövlətlərdəndir. Bir sözlə, İspaniyanın seçilməsi təsadüfi deyildi.
Məlumdur ki, Avropa siyasətini müəyyənləşdirən ölkələr müəyyən mənada həm də dünya siyasətinə ciddi təsir etmək imkanlarına sahib olan dövlətlərdir. Azərbaycanın məqsədi təkcə dinlərarası dialoqu təşviq etmək və İslam mədəniyyətini dünyaya çatdırmaq deyil. Eyni zamanda, ölkəmizin milli maraqları müstəvisində bu ölkələrlə sıx dialoq yaratmaqdır. Bu baxımdan, İspaniyada keçirilən tədbir böyük əhəmiyyətə və aktuallığa malikdir. Bu ölkədə tədbirə maraq həddindən artıq böyük idi. Təqribən 600 nəfərin iştirakı nəzərdə tutulmuşdu, amma daha çox insan gəlmişdi. Bu insanlar sadə insanlar deyildilər, onların hər biri yerli dini və etnik icmaların nümayəndələri idilər. Hər biri ətrafdakı insanlara təsir etmək nüfuzu və iqtidarında olan insanlar idi.
İspaniya hazırda ən müasir tarixinin çox da sadə olmayan bir dövrünü yaşayır. Biz bilirik ki, Kataloniyada separatizm hadisələri baş verir. Buna bənzər bir neçə avtonom vilayət var. Bu vilayətlərin hər birində bənzər problemlər ola bilər. Belə bir mürəkkəb mərhələdə İspaniya hökumətinin bu tədbirə böyük diqqətinin şahidi olduq. Çünki tədbirə qatılanlar içərisində İspaniyanın ədliyyə naziri Rafael Katala Polo da var idi. Əyalətlərlə mərkəzi hakimiyyət arasında dialoqa ehtiyac olduğu bir vaxtda ədliyyə nazirinin bu tədbirdə iştirakı böyük əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, mərkəzi hakimiyyətlə əyalətlər arasında hüquqi koordinasiya əksər hallarda Ədliyyə Nazirliyi vasitəsilə yaradılır. Çünki İspaniyada Ədliyyə Nazirliyi Azərbaycandakından daha geniş səlahiyyətlərə malikdir. Orada hüquqi və bütövlükdə konstitusiya hüququ ilə bağlı məsələlər də Ədliyyə Nazirliyi vasitəsilə həll olunur. Ona görə də ədliyyə nazirinin şəxsən tədbirdə iştirak etməsi mühüm əhəmiyyətə malik idi.
İspan mətbuatının mürəkkəb sualına Şeyxülislam Allahşükür Paşazadənin sadə məntiqə söykənən sərrast cavabı
İspaniya mətbuatının da tədbirə çox ciddi marağı var idi. Mətbuat konfransında suallardan biri və ona verilən cavab bu tədbirin əsas loqosuna çevrildi və tədbirə damğa vurdu. Sual sadə olduğu qədər, həm də mürəkkəb idi. Çox təəssüf ki, bu gün dünyada baş verən mürəkkəb proseslər dinlərin qarşıdurması üzərindən şərh edilir və dinlərin qarşıdurması ilk növbədə xristian-müsəlman konfrantasiyası kimi təqdim olunur. Yaxın Şərqdə baş verən proseslər, Avropada miqrantlara qarşı münasibət məhz dinlərin fərqliliyi üzərindən şərh edilir. Sualda ümumi Avropa ictimai düşüncəsini, o cümlədən jurnalistlərin də ümumi düşüncələrini əks etdirən bir məqam səsləndi: “Sizcə, dinlər arasında niyə bu qədər qarşıdurma var?” Bu sual Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlandı. Şeyx həzrətləri cavabında dedi ki, dinlər arasında heç bir qarşıdurma yoxdur, olmayıb və ola da bilməz. Çünki hər 3 səmavi din insanlığı sülhə, barışa, əməkdaşlığa, humanizmə və dialoqa çağırır. Problem dindən siyasi vasitə kimi istifadə edən ayrı-ayrı siyasətçilərdədir. Bu cavab, sözün əsl mənasında, “soyuq duş” effekti yaratdı. Bu qədər böyük auditoriyada yeni və həqiqi məntiqə söykənən cavabın verilməsi çox böyük maraqla qarşılandı.
Azərbaycanın dini sivilizasiyalararası həmrəylik vasitəsinə çevirmək təşəbbüsü yüksək qiymətləndirilir
Doğrudan da, hər bir siyasətçinin dinə olan münasibəti fərqli ola bilər. Hər bir siyasətçi dindən fərqli məqsədlər üçün istifadə edə bilər. Azərbaycan Prezidentinin dinə olan münasibətinə diqqət yetirsək, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini, İslam həmrəyliyinə xidmət edən tədbirlər və konfransların keçirilməsi təşəbbüsünün irəli sürülməsini, din-dövlət münasibətlərinin yüksək səviyyədə tənzimlənməsini, dini ayrı-seçkiliyə yol verilməməsini və digər pozitiv məqamları xüsusi vurğulamalıyıq. Görünən odur ki, istənilən zaman siyasətçilər dini əməkdaşlıq və tərəfdaşlıq platformasına çevirə bilərlər. Bəşəriyyətin xilasını məhz bu əməkdaşlıq vasitəsilə mümkün etmək olar.
Mətbuat konfransı zamanı həmçinin Azərbaycanda dini həyat, mədəniyyət və tarix ilə bağlı reallıqlar böyük maraqla qarşılandı. Bəlli olduğu kimi, İspaniya Avropanın etnik və dini baxımından ən zəngin ölkələrindən biridir. İslam mədəniyyəti İspaniyada təqribən 700 il hegemon olub və oradan da Portuqaliyaya və şimala doğru irəliləyib. Bu dövr həm də İspaniyada yəhudi icmasının çiçəklənən və inkişaf edən dövrüdür. Təsadüfi deyil ki, bu gün İspaniyada çoxlu sayda yəhudi icması yaşayır. Onlar da tədbirə çox maraq göstərirdilər. Xristian, yəhudi və İslam dinlərinin dialoqu həmişə bu və ya digər səviyyədə müzakirə mövzusu olub. Sanki bizim orada tədbir keçirməyimiz bir növ katalizator rolunu oynamaqla onları - bu tarixi icmaları yenidən bir araya topladı. İspaniyada həm də çox böyük müsəlman icmaları var. Tədbirdə onların da nümayəndələri iştirak edirdilər.
Avropada sadə insanlar qarşıdurmadan beziblər
Hazırda elə mürəkkəb bir mərhələdə yaşayırıq ki, insanlar qarşıdurmadan, dini müstəvidə ziddiyyətlərin və konfrantasiyaların yaradılmasından o qədər əziyyət çəkirlər ki, sözün əsl mənasında, belə bir dialoq platformasına ehtiyac var idi. Azərbaycan Prezidentinin bu çağırışı yerində olan bir çağırışdır və bu, çox ciddi maraqla qarşılanır. Məsələ ondadır ki, bu gün Avropa siyasətçiləri də bunu dəstəkləyirlər. İspaniya hökumətinin bu konfransa münasibətində biz bunu yaxından hiss etdik. Digər tərəfdən, qeyd etdiyimiz kimi, İsrailin keçmiş baş naziri, hazırkı sosial bərabərlik naziri Gila Gamliel, o cümlədən yerli yəhudi icmalarının ayrı-ayrı nümayəndələri də tədbirdə iştirak edirdilər. Eyni zamanda, Azərbaycandakı rus, həmçinin katolik icmasının nümayəndələri də iştirak edirdilər. Rusiyadan mötəbər qonaqlarımız da var idi. Moskva Patriarxatının Xarici kilsə əlaqələri şöbəsinin sədrinin müavini Arximandrit Filaret qeyd etdi ki, tarixi nöqteyi-nəzərdən terrorizm məhz xristian dünyasında yaranıb. Terror fransız mənşəli bir kəlmədir. Doğrudan da, terror Avropada yaranıb. Bu fikri bir qədər də inkişaf etdirmək mümkündür. Radikal sözü nədir? Nə Azərbaycan, nə türk, nə də ərəb mənşəli sözdür. Bəs separatizm, ksenofobiya nədir? Bu sözlərin etimoloji mənasının kök etibarilə Avropadan gəldiyini görürük. Avropadan gəlirsə, deməli, orada yaranıb. Necə ki bu gün müasir texnikalar Avropadan gəlir və onların adı Avropa dillərində olur, eləcə də dövrünün ideoloji məhsulu hesab olunan bu kəlmələr də Avropada yaranıb. Terrorizm sözü ilə İslam məfhumu eyniləşdirilir, halbuki İslam sülh deməkdir. Görünən odur ki, belə bir tədbirin keçirilməsinə mənəvi ehtiyac var idi.
İlahələrlə bərabər oxunan “Sarı gəlin” mahnısı
Xristian dini və fəlsəfəsini, eyni zamanda, İslam təsəvvüf fəlsəfəsini auditoriyaya çatdırmaq üçün təşkilatçılar maraqlı bir format da seçmişdilər. Həm xristian, həm də müsəlman dini ilahələrindən ibarət xor çıxış etdi. Bu konfransda həmçinin səsləndirilən “Sarı gəlin” mahnısı insanların ruhunu oxşadı. Beləliklə, biz eyni tədbirdə həm Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunması faktını, həm dinin dialoq üçün nə qədər əhəmiyyətli olduğunu, həm də milli musiqimizi nəzərə çatdıra bildik. Ermənilər tərəfindən oğurlanan “Sarı gəlin” mahnısının bizim olduğunu bir daha diqqətə çatdırdıq.
Nəticə etibarilə, bu mühüm konfrans yuxarıda qeyd olunanlar baxımından böyük əhəmiyyətə malikdir. Multikulturalizmin və dinlərarası dialoqun təşviqinə xidmət edən, İslam həmrəyliyi təşəbbüsünə mühüm töhfələr verən bu səfərdən böyük təəssüratlarla qayıtdıq!
Hikmət BABAOĞLU
Bakı-Madrid-Bakı

 
  • Oxunub:  23970  |  
  • Tarix:  14-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir

21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:17
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
21 Noyabr 14:01
Firmin Eduard Matoko: Azərbaycan Milli Komissiyası ilə UNESKO arasında əməkdaşlıq yüksək səviyyədədir
21 Noyabr 13:58
Korrupsiyaya yol vermiş vəzifəli şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir
21 Noyabr 13:40
GUAM Xarici İşlər nazirləri Bratislavada görüşəcəklər
21 Noyabr 13:29
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə kurslar başa çatıb
21 Noyabr 12:58
“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
21 Noyabr 12:55
“Bulla-dəniz” yatağındakı qazma işləri ilə tanışlıq olub
21 Noyabr 12:51
Muxtar respublikada suvarma kanalları lildən təmizlənib, yeni xətlər çəkilib
21 Noyabr 12:47
İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır
21 Noyabr 12:45
Azərbaycanda ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi qorunur
21 Noyabr 12:15
Naxçıvanda Ümumdünya Uşaq Günü qeyd olunub
21 Noyabr 12:07
Azərbaycanlı uşaqlar BMT sessiyasında iştirak ediblər
21 Noyabr 12:05
Bakıda keçirilən beynəlxalq biennaledə xarici ölkələrdən 40-dan çox rəssam iştirakı edir
21 Noyabr 12:01
Milli Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş kitab təqdim ediləcək
21 Noyabr 11:48
AZAL “Dubai Air Show 2019” sərgisində bir sıra önəmli razılaşmalara imza atıb
21 Noyabr 11:42
Sədaqət Vəliyeva: Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib
21 Noyabr 11:32
Siyavuş Novruzov: Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin, YAP-ın siyasətini dəstəkləyir və Partiya ilə birgədir (VİDEO)
21 Noyabr 11:30
Madriddə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
21 Noyabr 11:29
Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb
21 Noyabr 11:23
Bakıda “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda konfrans işə başlayıb
21 Noyabr 11:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin doqquz aylıq fəaliyyəti müzakirə olunub
21 Noyabr 11:10
Kamilə Əliyeva: YAP xalqın böyük əksəriyyətinin etimadını qazanmaqla avanqard siyasi qüvvəyə çevrilib
21 Noyabr 11:08
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
21 Noyabr 10:30
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
21 Noyabr 10:25
Tur-aksiya: 9 rayondan olan 360 məktəbli şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıb
21 Noyabr 10:13
Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib
21 Noyabr 10:09
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir
21 Noyabr 09:57
YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:55
YAP Gədəbəy rayon təşkilatı partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə “dəyirmi masa” keçirib
21 Noyabr 09:54
Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd edilib
21 Noyabr 09:52
Samuxda YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:48
Rasim Quliyev: YAP tarixi zərurət, sosial sifariş əsasında yaranıb
21 Noyabr 09:46
Britaniyalı mütəxəssislər: Bakıdakı layihə uğurla həyata keçirilir
21 Noyabr 09:44
AzerTelecom şirkətinin iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə Qazaxıstanda işlərin başlanmasına dair tədbir keçirilib
21 Noyabr 09:40
Azərbaycanın regionlarında yeni müəssisələr işə salınır
20 Noyabr 21:04
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi münasibətilə konfrans keçirilib
20 Noyabr 20:56
Səfir: AZƏRTAC və Hindistanın xəbər agentlikləri arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq
20 Noyabr 20:54
Kiyevdə Azərbaycanın GUAM-a sədrliyi dövründəki prioritetləri müzakirə edilib
20 Noyabr 20:39
UNESKO-nun komissiya iclasında “Böyük İpək Yolu” proqramında Azərbaycanın rolundan danışılıb
20 Noyabr 20:18
Azərbaycan Texniki Universitetində YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub
20 Noyabr 20:11
Qarabağ müharibəsi veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20 Noyabr 20:06
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib
20 Noyabr 20:02
UEFA “Avro-2020”nin püşkatma səbətlərinin tərkibini təsdiq edib
20 Noyabr 19:57
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib
20 Noyabr 17:55
Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibəti ilə Pirallahı rayonunda tədbir keçirilib
20 Noyabr 17:35
AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir
20 Noyabr 17:31
QMİ sədri: Erməni dini liderləri razılaşmalara əməl etmir
20 Noyabr 17:04
Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibəti ilə YAP Hacıqabul rayon təşkilatında tədbir keçirildi
20 Noyabr 17:00
Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi ilə bağlı YAP Laçın rayon təşkilatı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində tədbir keçirmişdir
20 Noyabr 16:58
YAP Yevlax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ci ildönümünə həsr edilmiş tədbir keçirib
20 Noyabr 16:55
Naqif Həmzəyev: 27 ildə YAP-ın uğurları, qələbələri hər kəsin gözü önündə olub
20 Noyabr 16:53
Ülvi Mehdiyev: ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi hazırlanıb və təsisçi ölkələrə göndərilib
20 Noyabr 16:48
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibəti ilə YAP Qaradağ rayon təşkilatı tədbir keçirib
20 Noyabr 16:45
Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü ilə bağlı Saatlı rayonunda tədbir keçirildi
20 Noyabr 16:32
Vətəndaşlar 24 saat ərzində istədiyi şəxslərə avtomobil idarə edilməsinə dair etibarnamə verə biləcək
20 Noyabr 16:27
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir
20 Noyabr 16:23
Məhəbbət İbrahimova: Yeni Azərbaycan Partiyası siyasi palitramızın ən güclü təşkilatıdır
20 Noyabr 16:22
Malik Həsənov: Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq miyasda yüksək qiymətləndirilir
20 Noyabr 16:14
Sabunçuda yolların, su təchizatı və kanalizasiya sistemlərinin qurulması üçün vəsait ayrılıb
20 Noyabr 16:12
Eldəniz Səlimov: Yeni Azərbaycan Partiyası ötən 27 ildə böyük inkişaf yolu keçmiş partiyadır
20 Noyabr 16:10
Eldar İbrahimov: Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur
20 Noyabr 15:57
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidentinin fəaliyyəti barədə ictimai rəyi araşdırıb
20 Noyabr 15:39
Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib
20 Noyabr 15:37
Azərbaycanla Çinin nümayəndə heyətlərinin danışıqlarının yekunlarına dair Protokol imzalanıb
20 Noyabr 15:30
İqtisadi fəal əhalinin sayı 5 milyon 196,9 min nəfər olub
20 Noyabr 15:24
Azərbaycan Milli Elmlər Akademiyası İctimai və Humanitar Elmlər Bölməsinın Mətbuat xidmətinin məlumatı
20 Noyabr 15:09
Doqquz ayda ölkədə 20,2 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatı olub
20 Noyabr 14:51
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
20 Noyabr 14:49
Elçin Əhmədov: Ermənistanın faşist ideologiyası, etnik təmizləmə və dövlət terrorizmi siyasəti

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6