Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli bu dəfə də koordinatorluq eşqinə düşüb

Əli Kərimli bu dəfə də koordinatorluq eşqinə düşüb

29.08.2017 [10:18]

Pərviz Sadayoğlu

Qondarma “Milli şura”nın çətiri altında planlar quran AXCP sədri yeni şəriklər axtarışına çıxıb
Ermənipərəst mərkəzlərin əlaltısına çevrilmiş radikal müxalifət düşərgəsi Azərbaycanın milli maraqlarına qarşı düşmən münasibət bəsləməkdədir. Zaman-zaman atdıqları addımlarla hansı məqsədlərə xidmət göstərdiklərini bəlli edən dağıdıcı ünsürlər ölkəmizin əldə etdiyi uğurlara qısqanc münasibət bəsləməklə özlərini ifşa etmiş oldular.
Qeyd edilməlidir ki, maliyyə qarşılığında maraqlı xarici dairələrin əlində alətə çevrilən dağıdıcı düşərgə təmsilçiləri öz siyasi bitkinliklərini həzm edə bilmədikləri üçün uğursuzluqlarını Azərbaycan dövlətinə qarşı hazırlanan planlarda yer almaqla kompensasiya etmək niyyətindədirlər. Partiyaları dağılan, ətrafında yalnız barmaqla sayıla biləcək insanların qaldığı halda hələ də özünü “radikal düşərgə rəhbəri” adlandırmağa çalışan, bu yolla yalnız maddiyyatı təmin etmək niyyətində olan düşərgə rəhbərləri antimilli layihələrində yer almaq, onların verdiyi maliyyəni öz “ciblərinə” yönəltmək üçün bütün variantlardan istifadə edirlər. Bu işdə AXCP sədri Əli Kərimli “xüsusi fəallığı” ilə seçilir.
Yeri gəlmişkən, partiyasının sonuncu parçalanmasının ardından sosial şəbəkələrə “transfer” olunan Ə.Kərimli burada da öz ampluasından əl çəkmədi. Lakin sosial şəbəkələrdə özünün və tərəfdarlarının apardıqları erməni təlbiğatı Ə.Kərimlinin növbəti dəfə ifşasına yol açdı. Beləliklə, bütün ümidləri puça çıxmış Ə.Kərimli artıq anti-azərbaycançı mərkəzlərdən pul ala bilməyəcəyini anladığı üçün başqa yollara əl atmaq məcburiyyətində qalıb.
Qeyd etmək lazımdır ki, Ə.Kərimli 2013-cü ildən sonrakı dövrdə faktiki olaraq fəaliyyətinə xitam verilmiş, heç bir üzvü qalmamış qondarma “Milli şura”nı “yaşadaraq” özünün yedəyinə çevirmişdi. Məhz qondarma şuranın çətiri altında anti-azərbaycançı dairələrdən ianələr dilənən Ə.Kərimli özünü bu “qurumun” faktiki lideri qismində təqdim edirdi. Çünki AXCP-nin heç bir gücə, qüvvəyə malik olmaması, onun sədrinin isə dəstəklənmədiyi adıçəkilən anti-azərbaycançı mərkəzlərə də bəlli idi. Ə.Kərimli hazırlamağa çalışdığı yeni planlarını da məhz qondarma şuranın üzərindən həyata keçirməyə niyyətlənib. 2013-cü ildə maliyyə tamahı ilə qondarma şura layihəsinə qoşulan, sonradan isə ondan üz çevirən şəriklərin yeri yeniləri ilə doldurulur. Daha doğrusu, bunu Əli Kərimli belə arzulayır. Çünki Ə.Kərimlinin bitkin, “siyasi ölü” olduğunu dərk edən keçmiş müttəfiqləri onunla yenidən eyni ittifaqa girmək niyyətində deyillər. Bu baxımdan Ə.Kərimli “Milli şura”nı yeni formatda “yığmaq” niyyətindədir.
AXCP sədrinin planları isə 2018-ci il üçün “hesablanıb”. Anti-azərbaycançı mərkəzlərdən yenidən maddiyyat təmin etmək üçün koordinator olmaq eşqinə düşmüş Ə.Kərimli bəzi “eks”lərlə əlaqə qurmaq istəyindədir. Xəyanətkar planların önündə yer almağa adət etmiş AXCP sədri bu dəfə öz şəriki Cəmil Həsənov ilə birlikdə kimləri həmin şuraya cəlb edə bilmə imkanlarını araşdırır. Maraqlıdır ki, həmin şəxslərin əksəriyyəti vaxtilə Ə.Kərimlinin düşmən adlandırdığı şəxslərdir. Bu gün vaxtilə düşmən adlandırdığı insanların təbliği ilə məşğul olan, ətrafındakı trol dəstəsini həmin şəxslərin yenidən “dirildilməsi” üçün təlimatlandıran Ə.Kərimli bununla bir daha hansı “simaya” malik olduğunu üzə çıxardı.

Paylaş:
Baxılıb: 805 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30