Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimlinin xaricə yolladığı emissar mühacirlər erməni lobbisinə xidmət göstərirlər

Əli Kərimlinin xaricə yolladığı emissar mühacirlər erməni lobbisinə xidmət göstərirlər

18.08.2017 [09:47]

Pərviz Sadayoğlu

AXCP sədrindən təlimat alan bu şəxslər Azərbaycan barədə mənfi rəy formalaşdırmağa çalışırlar
Məlum olduğu kimi, həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, daha böyük bir coğrafiyanın əsas siyasi aktoruna çevrilib. Bu isə ölkəmizə qarşı məkrli planlar hazırlayan anti-azərbaycançı, ermənipərəst mərkəzləri ciddi şəkildə narahat edir. Və onlar Azərbaycanın uğurlarına kölgə salmaq üçün bütün variantlara baş vururlar. Adını “müxalifət” qoyan, amma adıçəkilən xarici mərkəzlərin sifarişlərini yerinə yetirmək üçün hazır olan ölkə daxilindəki xəyanətkar ünsürlər isə bu mənada erməni lobbisinin əsas “istinad nöqtəsi” sayılır. Çünki ermənipərəst mərkəzlər məhz maddi təminat qarşılığında həmin dağıdıcı ünsürlərdən ölkəmizə qarşı öz şər-böhtan təbliğatlarını gücləndirmək üçün istifadə edirlər. Xarici anti-azərbaycançı mərkəzlərin ölkəmizə qarşı məkrli planlarının reallaşdırılması istiqamətində Əli Kərimli və onun məhdud çevrəsi xüsusilə fərqlənir.
Məlum olduğu kimi, anti-azərbaycançı mərkəzlərə ən yaxın şəxs sayılan, onlardan gələn sifarişlərin əsas “icraçısı” kimi tanınan Əli Kərimli partiyasının dağılmasının ardından “sosial şəbəkə dəstəsi”nin başçısı kimi fəaliyyət göstərməkdədir. Belə ki, yalançı “trol”ların “sədri” olan Ə.Kərimli və onun rəhbərlik etdiyi dəstə anti-Azərbaycan təbliğatına öz “töhfəsini” vermək üçün bütün yalanlardan istifadə edir, dövlətimizə, xalqımıza qarşı düşmən mövqedə olduğunu açıq-aşkar ortaya qoyur.
Bir sözlə, artıq bütün mənalarda ifşa olunan, xarici anti-azərbaycançı dairələrin xidmətçisi olduğu cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul edilən Ə.Kərimlinin hansı məqsədlərə xidmət etdiyi ortadadır. Digər tərəfdən, onun yalan təbliğatının effektsizliyi, o cümlədən bacarıqsızlığı həmin xarici anti-azərbaycançı mərkəzlərin də “işini çətinə salır”. Bunun nəticəsidir ki, ermənipərəst mərkəzlər ölkəmizin daxilindəki dağıdıcı ünsürlər üzərindən yeni planlar qurur. Belə ki, artıq həmin xəyanətkar qruplaşmanın təmsilçilərinin xaricə “transferi” reallaşdırılır, “göz önündə” xidmət etmələri tələb olunur. Bunun nəticəsidir ki, özlərini müxtəlif adlar, dini, etnik və ya cinsi azlıq, siyasi təqibə məruz qalan biriləri kimi qələmə verərək Avropaya üz tutan bəzi “həmvətənlərimiz”in sığınacaq tapdıqları ölkələrdə erməni lobbisinin maraqlarına xidmət etmələrinə, Azərbaycan barədə mənfi rəy formalaşdırmağa çalışdıqlarına dair faktlara son vaxtlar daha tez-tez rast gəlinir. Bu mənfi tendensiya son illərdə daha çox Almaniyada özünü büruzə verir. Vaxtı ilə Əli Kərimlinin bu ölkəyə göndərdiyi emissarlarının xətti ilə Almaniyaya “siyasi mühacir” adı altında üz tutanlar çox keçmədən AXCP sədrinin oradakı adamından təlimat və erməni lobbisindən isə maddi dəstək alaraq Azərbaycana qarşı sanki səlib yürüşünə başlayıblar.
Göründüyü kimi, bu qarşılıqlı təlimatlar, diktələr Əli Kərimlinin və onun ətrafındakı dağıdıcı ünsürlərin həmin maraqlı xarici dairələrin apardığı anti-Azərbaycan təbliğatına dəstək verdiyini bir daha təsdiqləyir və dünyada bir sıra siyasi kataklizmlərin baş verdiyi, iqtisadi böhranın tüğyan etdiyi bir zamanda radikallar sabitlik adası kimi dəyərləndirilən Azərbaycan dövlətinə qarşı aparılan şər-böhtan kampaniyasının tərkib hissəsinə çevrilirlər. Bir sözlə, pul qarşılığında dövlətimizin, xalqımızın mənafeyini satan, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan xarici dairələrin dəstəkçisinə çevrilən Əli Kərimli kimilər bununla bir daha öz simalarını xalqa nümayiş etdirmiş olurlar.

Paylaş:
Baxılıb: 786 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30