Ana səhifə »  Müəlliflər »  “Milli şura”nın uğursuz “mitinq” imitasiyası, yaxud “siyasi mühacirət arayışı” paylayan fırıldaqçıların növbəti “reklam aksiyası”
A+   Yenilə  A-
“Milli şura”nın uğursuz “mitinq” imitasiyası, yaxud “siyasi mühacirət arayışı” paylayan fırıldaqçıların növbəti “reklam aksiyası”
Yazdı: Nadir Azəri

8 aprel “mitinq”indən sonra radikal düşərgə daxilində yeni savaş başlayıb
Xəbər verildiyi kimi, radikalların cəm olduğu “Milli şura” aprelin 8-də “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aksiyada “Milli şura”ya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500-dək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. 
Eyni koordinat, eyni sifariş...
Qeyd etmək yerinə düşər ki, “Milli şura”nın 8 aprel “mitinq”i də həmin qondarma qurumun, o cümlədən radikal müxalifətin hansı məqsədlər və prinsiplər əsasında çıxış etdiyini bir daha nümayiş etdirdi. Əvvəla, uzun müddət səssiz qalan radikalların məhz indi, yəni IV İslam Həmrəyliyi Oyunları ərəfəsində mitinq keçirmək “həvəsinə düşməsi” sifarişin yenə də xaricdən gəldiyindən xəbər verir.
Məlum olduğu kimi, may ayında ölkəmizdə mühüm kütləvi idman yarışlarından biri - IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Və Azərbaycanın qarşıdan gələn beynəlxalq idman bayramına uğurla ev sahibliyi edəcəyi haqda pozitiv proqnozlar dağıdıcı ünsürlərin, həmçinin onların xaricdəki sifarişçilərinin, xüsusilə də ermənipərəst dairələrin yuxusunu ərşə çəkib. Bu səbəbdəndir ki, qondarma şura və radikal düşərgə aprelin 8-də “kütləvi aksiya” keçirmək haqda göstəriş alıblar. Necə deyərlər, eyni koordinat, eyni sifariş. Xatırlatmaq yerinə düşər ki, onların bu “mitinq həvəsi” “Eurovision” mahnı yarışmasının final mərhələsinin ölkəmizdə keçirildiyi dövrdə də, birinci Avropa Oyunları öncəsində də baş qaldırmışdı.
Keçmiş silahdaşı Əli Kərimlini istefa verməyə çağırdı
Elə “mitinq”in gedişatı da radikalların bu aksiyanı, sadəcə, “quş qoymaq”, yaxud xaricdəki havadarlarına hesabat vermək üçün keçirdiklərini təsdiqlədi. Beləliklə, bütün bunların fonunda yenidən aksiya həvəsinə düşən radikalların, xüsusilə də Əli Kərimlinin növbəti mitinq şousu da acı sonluqla nəticələndi. Elə AXCP sədrliyinə keçmiş namizəd Sahib Kərimli də 8 aprel mitinqinin uğursuzluğuna görə keçmiş liderini suçlayıb. Özünün “Facebook”dakı səhifəsində vəziyyəti təhlil edən S.Kərimli cəmiyyətdən mitinqə dəstək gəlmədiyini, mitinqdə həmişəki adamların iştirak etdiyini, baş verənlərə görə AXCP-nin ciddi zədə aldığını yazıb: “Təşkilat (AXCP) və onun işi zəifdir. Liderin (Əli Kərimli) reytinqi aşağıdır, insanlar güvənmirlər. AXCP strukturları tamamən zəifləyib, təcrübəli adamlar yanlış idarəetmə nəticəsində partiyadan ya uzaqlaşıb, ya da uzaqlaşdırılıblar. Əli Kərimli illərdir uğursuz fəaliyyət göstərir, heç kim onun nə zamansa nəticə əldə edəcəyinə inanmır. Cəmiyyəti inandırmaq üçün ən əvvəl yaxın çevrəni inandırmalısan”.
Sözügedən paylaşımında S.Kərimli nə orta məktəb, nə əsgərlik, nə də tələbə yoldaşlarının Əli Kərimli haqqında müsbət fikirlərinə rast gəlmədiyini də qeyd edib: “Əli Kərimli orta məktəbdə oxuyub, onun sinif yoldaşlarının bir xoş xatirəsinə rast gəlibsizmi? Və ya Mebel fabrikində işlədiyi müddətdə onun seçkin birisi olduğu haqqında bir iş yoldaşı sonralar nəsə deyibmi? Hərbi xidmətdə olan Əli Kərimlinin əsgər yoldaşını tanıyan varmı? Tələbə Əli Kərimlinin hərəkat yoldaşlarının hamısı ondan üz döndərib, təşkilatda qalan varmı?”
Sahib Kərimli sonda “AXCP kimi təşkilata rəhbərlik edən şəxsin keçmişdən bu günə dostu və ya ona sayğı göstərən bir həmkəndlisi, sinif yoldaşı, iş yoldaşı, tələbə yoldaşı olmayıbsa, hərəkat yoldaşının qalmamasında təəccüblü heç nə yoxdur. Əli bəy, istefa verin!”, - deyə Əli Kərimlini istefa verməyə çağırıb.
Radikalların 8 aprel “mitinq”i sosial şəbəkələrdə məsxərə obyektinə çevrilib
Yeri gəlmişkən, “mitinqöncəsi”, “mitinq” zamanı və sonra baş verənlər sosial şəbəkələrdə məsxərə obyektinə çevrilib. Eyni zamanda, bu “mitinq”dən sonra radikal düşərgə daxilində yeni savaş başlayıb. Məsələn, Aslan İsmayılov yazıb ki, mitinqdən sonra Müsavat, AXCP üzvlərinin bir-birlərinə yönəlik yazıları ikrah hissi doğururdu: “Guya məqsədləri eyni olanlar bir-birlərinin uğursuzluqlarını toy-bayram kimi qeyd edirdilər. Özünə hörmət edən şəxs mitinqdə iştirak etməyənləri təhqir etməz. REAL-çıların iştirak etməmələrinin səbəbi də mənim üçün çox maraqlı idi. Bu gün təsadüfən “Milli şura”nın üzvü, kinorejissor, Ziyalılar Cəmiyyətinin sədri Eldəniz Quliyevin “İlqar Məmmədov tezliklə azad edilməsə... REAL-ın əksər funksionerləri oriental rəqs ustasına çevriləcəklər... Hörmətlə!” məzmunda statusunu oxuduqdan sonra mitinqlə bağlı ətraflı fikir bildirməyi özümə borc bildim”. 
Daha sonra Aslan İsmayılov müxalifət liderlərinin uğursuzluqlarının səbəblərinə də işıq salıb: “Bu yolda xəyanət, haqsızlıq, təhqir görənlər birinci səbəbi öz etdiklərində axtarsınlar. Hamı bilməlidir ki, intriqalarla, başqalarının uğursuzluqlarında, böhtan atmaqla, oyunbazlıqla bu günə qədər heç kim uğur qazanmayıb. Əminəm ki, bundan sonra da qazanmayacaq”.
Aslan İsmayılov müxalifət daxilində heç bir dəyişikliyin, heç bir yeniliyin baş vermədiyini də yazıb: “Müxalifətdə partiya sədrinin müavini, sədrin sözçüsü, gənclər təşkilatının sədri və digər adlarda oğulları da tanıyırıq. Azərbaycan balaca yerdir, nə baş verir hamı bilir və görür... Siz mənə deyin, hansı müxalifət liderinin yanında parlaq bir sima var?! Bu illər ərzində hansı müxalif partiyada lideri dəyişib. Heç birində. Formal olaraq dəyişmələri də görürük”.
A.İsmayılov qeyd edib ki, son 25 il ərzində müxalifətin öz aralarında olan mübarizə hakimiyyətə qarşı olan mübarizədən daha kəskin olub: “AXCP, Müsavat, AMİP, ADP-nin öz aralarında olanı kənara qoysaq da, yeni yaranan siyasi təşkilatlara hücumları kimlər görmədi. REAL, NİDA təşkilatlarına “ya bizimlə olacaqsınız, ya da atdığımız çirkablarda boğulacaqsınız” prinsipini kimlər görmədi?!.... Birdən onlar da irəli düşərlər qənaətinə görə onların hamısını ictimai həyatdan uzaqlaşdırdılar. Söhbət etdiyim, ictimai həyatda aktiv olmalarını istədiyim ziyalıların hamısı bunu deyib”.
Yalan, yalan, hamısı yalan...
Bəli, Aslan İsmayılovun da qeyd etdiyi kimi, xalq müxalifətə inanmır, bundan sonra da inanmayacaq: “Ona görə ki, hamısı bu xalqı aldadıb, onun səmimiliyini öz şəxsi maraqları, ambisiyalarına qurban verib. Kimisi siyasi partiyaya, kimisi paketə, kimisi obyektə, kimisi parlament mandatına satıb”. 
Əslində dağıdıcıların özləri də bu həqiqəti yaxşı bilirlər. Onlar bilirlər ki, xalq dağıdıcı düşərgənin yalanlarından, xəyanətlərindən təngə gəlib və bu düşərgəni birmənalı olarq qəbul etmir. Elə buna görə də radikal düşərgə təmsilçiləri xalqımızın və dövlətimizin maraqlarına düşmən kəsilməklə yanaşı, sosial şəbəkələrdə xalqımızın, həmçinin mitinqə qatılmayan digər müxalif partiyaların təmsilçilərinin ünvanına təhqirlər yağdırırlar. Məsələn, Seyid Mirfeyzulla (AXCP fəalı) yazır: “Əziz dostlar, 8 aprel ümumxalq mitinqinə qoşulmayan partiya və onun rəhbərlərinə xalqdan danışmaqlarına haqq qazandırmaq olarmı? Əlbəttə ki, yox! Bunlara kim nə ad qoyur qoysun, mən belələrinə hakimiyyətin cilovunu başına keçirmiş “Noxtalanmış müxalifət” deyərdim”. 
Bu isə sosial şəbəkə istifadəçilərinin haqlı etirazları ilə qarşılanıb. Məsələn, Elşən Həsənov adlı “Facebook” fəalı, (Azərbaycan Sosialist Partiyasının sədri) başqa partiya, qurum və sadə vətəndaşları təhqir edənləri nəzərdə tutaraq “Bu, nə deməkdir? İnsanlar mitinqə gəlməyiblərsə, bunun üçün xalqı təhqir edərlərmi?” yazaraq onlara sərt xəbərdarlıq edib.
Qabil Aliyev adlı “Facebook” fəalı isə yazıb ki, məhz bu cür davranışlarına görə radikallar mitinqlərə qohum-əqrəbalarından başqa heç kimi cəlb edə bilmirlər: “Xalqın mitinqə gəlməmə səbəbini araşdırıb çözüm ürətməkdənsə, səviyyələrini ifşa edirlər. Xalqı aşağılayanların eqoları onlara xalqın söz sahibi çoxluq olduğunu anlamaqlarına imkan vermir. Sonuc isə fiaskodan başqa bir şey deyil”.
Radikalların ümid yeri - sem dayı, seyid ağa, dyadya vasya
Yuxarıda da qeyd etdiyimiz kimi, radikallar bu mitinqin də sifarişini ölkəmizin uğurlarına qısqanclıqla yanaşan və müxtəlif qütbləri təmsil edən xarici anti-azərbaycançı dairələrdən alıblar. Yəni Əli Kərimli, Cəmil Həsənli və radikal düşərgənin digər təmsilçiləri maddiyyat qarşılığında bütün xarici anti-azərbaycançı mərkəzlərə ümid yeri kimi baxırlar. Əgər belə olmasaydı, Avropa Birliyinin bayrağının dalğalandırıldığı mitinqdə ön sıralarda radikal islamçılar dayanmazdılar. Lakin xalqın dəstəyindən məhrum olan dağıdıcıların hansı xarici mərkəzə üz tutmasının heç bir əhəmiyyəti yoxdur. Yeri gəlmişkən, Aslan İsmayılov öz statusunda bu məqama da toxunub: “Yekun olaraq onu da bildirim ki, bu işdə heç bir sem dayı, seyid ağa, dyadya vasya bizə kömək olan deyil”.
Digər tərəfdən, görünən odur ki, 8 aprel “mitinq”i həm də dağıdıcı ünsürlərə sifariş verən xarici mərkəzlərin maraqlarının toqquşduğu aksiya kimi yadda qalacaq. Hər halda aksiyaya qatılan və qatılmayan düşərgə təmsilçilərinin öz statuslarında qarşı tərəfin bostanına sətiraltı ifadələrlə daş atmaları da belə deməyə əsas verir.
Məsələn, sonuncu mitinqə qatılmadığını ironik şəkildə bildirən Samir Kazımlı adlı istifadəçi yazıb: “Ayın 7-də axşam qara qüvvələrin - ABŞ-ın, Avropanın adamları mənə zəng vuraraq içməyə dəvət etdilər və mən də gedib içdim. İçəndən sonra bildim ki, ayın 8-i mitinqdir... Artıq gec idi, sonra gəlib evdə içməyə davam etdim. Və içdiyimə görə də mitinqə getmədim, günaha batmaq istəmədim, axirətdəki məhkəmədən qorxdum.
Günahın hamısı ABŞ-la Avropadadır”.
Göründüyü kimi, “içki içdiyi” və “axirətdəki məhkəmədən qorxduğu” üçün mitinqə qatılmadığını yazan bu istifadəçinin ironiyalı fikirləri məhz mitinqə qatılan radikal islamçılara ünvanlanıb. Radikal islamçılardan söz düşmüşkən, deyəsən, bu məsələ dağıdıcı düşərgədə yeni qarşıdurmalara səbəb olacaq. 
Belə ki, KİV-də gedən məlumatlara görə, “mitinq”dən öncə Xədicə İsmayıl şərt qoyubmuş ki, İranın təsirində olan Eldəniz Quliyev mitinqin təşkilat komitəsinə salınmasın. Əli Kərimli də Xədicə İsmayılın tələbinə görə Eldəniz Quliyevi nəinki mitinqin təşkilat komitəsinə, heç tribunaya da yaxın qoymadı. Amma E.Quliyev təşkilat komitəsində təmsil olunmasa da, mitinqin əsas iştirakçıları yenə də radikal islamçılar olub. Bu isə Kərimli-İsmayılova arasında yeni qalmaqala səbəb olacaq.
Bu, azmış kimi, Eldəniz Quliyevin də Əli Kərimlidən küsdüyü aşkar görünür. Əgər belə olmasaydı, o, mitinqlə bağlı təbliğat statuslarını sonradan silməzdi. Hər halda Saday Hacılı (“Müsavat” fəalı) öz səhifəsində ona belə bir sual ünvanlayıb: “Eldəniz Quliyev, mitinqlə bağlı təbliğat statuslarını silməkdə məqsədiniz nə olub?”
“Siyasi mühacir” biznesi üçün yeni mərhələ
Nəhayət, radikalların “mitinq”lərinin Əli Kərimli və digərləri üçün sərfəli gəlir mənbəyi, necə deyərlər, reklam rolunu oynaması da kimsəyə sirr deyil. Yəni KİV-də yayılan məlumatlardan, həmçinin müxalifət düşərgəsinin təmsilçilərinin zaman-zaman verdikləri açıqlamalardan da bəlli olduğu kimi, Əli Kərimli partiyasına üzv olmayanlara pul müqabilində saxta üzvlük sənədi verərək Avropaya mühacirət etməsinə şərait yaradır. Bir sözlə, bu “mitinqlər” Əli Kərimliyə maddiyyat müqabilində müəyyən şəxslərə “siyasi mühacirət arayışı”nın verilməsində bir vasitə rolunu oynayır. Öz növbəsində KİV-ə açıqlamasında bu məqama toxunan Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Bu adam ən eybəcər korrupsiya ilə məşğuldur. Onu da deyim ki, artıq bunu hüquq-mühafizə orqanları araşdırır. Avropadan da bununla bağlı münasibət bildirilib, oradakı strukturlar məsələ ilə məşğuldur. Bunun qarşısı artıq alınmaqdadır. Çünki ora mühacir adı altında gedənlər həmin dövlətdən maliyyə almalı olurlar, o dövlət müəyyən müddət ora gedənin minimum yaşayış həddini təmin etməyə məcbur olur. İndi siyasətlə yox, dəllallıqla məşğul olanlar mitinq keçirməyə cəhd edərək qanunsuzluqdan dəm vurur” deyib.
Siyavuş Novruzov bildirib ki, bunlardan hətta bəziləri bu yolla gedib Avropada öz kiçik biznesini qurur və oradan əldə etdikləri vəsaitlərdən Əli Kərimliyə yönəldirlər. 
Bəli, bütün bunlar onu deməyə əsas verir ki, “Milli şura”nın “mitinq” imitasiyası, əslində, “siyasi mühacirət arayışı” paylayan fırıldaqçıların növbəti “reklam aksiyası” idi. 

 
  • Oxunub:  7620  |  
  • Tarix:  11-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclası keçirilib

17:52
22 İyun
Səhiyyə naziri “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” Əmr imzalayıb
17:27
22 İyun
YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb
17:18
22 İyun
“Dəniz kuboku-2017” yarışlarının planlaşdırılması ilə əlaqədar İran nümayəndə heyəti Bakıda olub
17:05
22 İyun
Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib
16:57
22 İyun
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edib
16:52
22 İyun
2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə olunub
16:40
22 İyun
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
16:32
22 İyun
Brüsseldə “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgi açılıb
16:17
22 İyun
Gövhər Baxşəliyeva: Ölkəmizin təşəbbüsləri müsəlman dünyası tərəfindən təqdir olunur
16:15
22 İyun
“Red Bull” komandasının pilotları: Bakı treki mövsümün ən sürətli trasıdır
16:06
22 İyun
İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir
15:56
22 İyun
Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək velosipedçilər müəyyənləşib
15:45
22 İyun
ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin kəskinləşməsindən narahatdır
15:39
22 İyun
Milli Məclisdə Azərbaycan-Moldova əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
15:35
22 İyun
Birləşmiş Ərəb Əmirliklərinin “Əl İttehad” qəzetində Azərbaycanda Ramazan ənənələri barədə məqalə dərc olunub
15:26
22 İyun
“Formula 1” pilotları Bakıda klassik avtomobillərlə yürüş ediblər
15:08
22 İyun
Bəxtiyar Sadıqov: Ordunun modernləşdirilməsi, yeni silahların alınması, keçirilən təlimlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir
15:05
22 İyun
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 9 məsələyə baxılıb
14:41
22 İyun
Prezident: "Azərbaycan və Moldova arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində yaxşı potensial var"
14:34
22 İyun
Moldova prezident: “Azərbaycan prezidenti ilə çox böyük məsələlər blokunu müzakirə etdik”
14:27
22 İyun
Heydər Əliyev Mərkəzi uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün silsilə tədbirlər keçirir
14:11
22 İyun
Moldova Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
13:58
22 İyun
Mədəniyyət və turizm naziri Gəncədə vətəndaşlarla görüşüb
13:53
22 İyun
YAP Ağstafa rayon təşkilatının VIII konfransı keçirilib
13:45
22 İyun
Kamilə Əliyeva: IV İslam Həmrəyliyi həmrəylik və dostluq bayramı kimi tarixə düşdü
13:38
22 İyun
Komitə sədri Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edib
12:54
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNICEF arasında gələcək fəaliyyət istiqamətləri müzakirə olunub
12:29
22 İyun
“Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq forum keçirilib
12:17
22 İyun
Ali qonağın şərəfinə
12:13
22 İyun
XİN sözçüsü: "Həmsədrlər Azərbaycandakı ictimai etirazdan nəticə çıxarmalıdırlar"
11:59
22 İyun
Azərbaycan və Moldova prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
11:55
22 İyun
Prezident İlham Əliyevin və Prezident İqor Dodonun təkbətək görüşü
11:52
22 İyun
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib
11:49
22 İyun
Azərbaycanın iştirakı ilə məşğulluq statusuna dair beynəlxalq təsnifatın təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır
11:42
22 İyun
YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sıralarında 21 mindən çox gənc birləşib
11:40
22 İyun
Çində Dünya İqtisadi Forumunun Asiya sammiti keçiriləcək
11:31
22 İyun
Prezident İlham Əliyevin və Prezident İqor Dodonun geniş tərkibdə görüşü olub
11:28
22 İyun
Bakıda beşinci "CEO Lunch" keçiriləcək
11:22
22 İyun
Əli Əhmədov: Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün işlər həyata keçirilib
11:19
22 İyun
Esteban Okon: Bakı Formula-1 yürüşlərinin keçirilməsi üçün əla yerdir
11:04
22 İyun
Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək
11:00
22 İyun
Dövlət Sosial Müdafiə Fondunda pensiya təminatı sahəsindəki yeni dəyişikliklərlə bağlı seminar-müşavirə keçirilib
10:52
22 İyun
Moldova Prezidenti İqor Dodonun rəsmi qarşılanma mərasimi olub
10:42
22 İyun
Dünya birjalarında neftin qiyməti
10:28
22 İyun
Ermənistana məxsus PUA məhv edilib
10:24
22 İyun
Ermənistan silahlı bölmələri 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə atəşkəs rejimini 140 dəfə pozub
10:08
22 İyun
Fransa Senatında azərbaycanlı qaçqın və məcburi köçkünlərə həsr edilən konfrans keçirilib
10:04
22 İyun
Moldova Prezidenti İqor Dodon Azərbaycana rəsmi səfərə gəlib
18:03
21 İyun
Azərbaycan Prezidenti bir qrup dövlət qulluqçusunu təltif edib
17:53
21 İyun
Məlahət İbrahimqızı: Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsində mühüm rol oynayır
17:41
21 İyun
Bakıda keçiriləcək Formula-2 yarışı da avtoidman həvəskarlarına xoş anlar yaşadacaq
17:16
21 İyun
“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
17:14
21 İyun
Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına namizədlərin sırasında
17:08
21 İyun
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17:03
21 İyun
Formula-1 Azərbaycan Qran-Prisi dünya mətbuatının diqqət mərkəzində
16:58
21 İyun
Seymur Orucov: Bakı Avropa Qran-prisi öz unikallığı ilə seçilir
16:24
21 İyun
Müdafiə Nazirliyi düşmənin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün görüntülərini yayıb
15:54
21 İyun
“İctimai İnternet” layihəsinin əhatə dairəsi genişləndirilib
15:51
21 İyun
İmamverdi İsmayılov: Məcburi köçkünlər həyat şəraitinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir
15:46
21 İyun
Bakıda “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 16: nəticələr və perspektivlər” mövzusunda konfrans keçirilib
15:40
21 İyun
Azərbaycanda bayram namazının vaxtı açıqlanıb
15:35
21 İyun
Azərbaycanın İtaliyadakı səfiri Ermənistanın xarici işlər nazirinə cavab verib: “Yalanlar yetər”
15:32
21 İyun
Ədliyyə naziri yanında İctimai Komitənin yekun hesabat toplantısı keçirilib
15:22
21 İyun
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Pekində forum işə başlayıb
15:20
21 İyun
Moldova Prezidenti İqor Dodon: “Moldova Azərbaycan ilə ticari və mədəni əlaqələri fəallaşdırmaqda maraqlıdır”
15:13
21 İyun
“Neft Daşları”nda yeni quyu qazılır
14:34
21 İyun
Tahir Rzayev: Ölkəmizin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır
14:30
21 İyun
Yaponiyalı bloqqerin adı Azərbaycan XİN-in “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb
14:16
21 İyun
“L’Opinione”: “Jerusalem Post” Azərbaycandakı multikulturalizmdən və Ermənistandakı antisemitizmdən yazır
14:13
21 İyun
Brüsseldə azərbaycanlı köçkünlərə həsr olunan sərgi və müzakirələr keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA