Ana səhifə »  Müəlliflər »  Boqota gerçəkləri: MHŞT oyununda kim qalib, kim məğlub oldu?
A+   Yenilə  A-
Boqota gerçəkləri: MHŞT oyununda kim qalib, kim məğlub oldu?
Yazdı: Aqşin Şahinoğlu

Yaxud Azərbaycan hökuməti həm Qubad İbadoğlu və onun dəstəsini, həm də milli maraqlara qarşı çıxış edən digər “5-ci kolon” təmsilçilərini necə məyus etdi?
Ötən həftənin ən çox müzakirə olunan mövzularından biri Azərbaycanın Mədən Hasilatında Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxması oldu. Bunu şərtləndirən amillər, vətəndaş cəmiyyətinin müxtəlif qruplarının prosesdəki rolu və təbii ki, Azərbaycanın belə bir qərarı qəbul etməsinin səbəbləri barədə geniş diskussiyalar aparıldı. Martın 8-9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən MHŞT Beynəlxalq İdarə Heyətinin 36-cı iclası ərəfəsində baş verənlər Azərbaycan siyasi palitrasında və vətəndaş cəmiyyəti institutları arasında dövlətçilik maraqlarına münasibətdə kimlərin hansı mövqedə dayandığını bir daha ortaya qoydu. 
Satqınlar dəstəsi yenə bir arada...
Martın 4-də yerli QHT-lərdən ibarət Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) üzrə Koalisiyanın 171-ci Şura iclası keçirildi. Şuranın MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müraciətində Azərbaycana qarşı sanksiyaların tətbiq olunması və ölkəmizin qurumdakı üzvlüyünün dayandırılması ilə bağlı çağırış yer aldı. Dərhal da Şura üzvlərindən Qubad İbadoğlu (koordinator - red.), Oktay Gülalıyev, Akif Qurbanov və digərləri bu yöndə təbliğat kampaniyasına start verdilər. Onlar, xüsusən MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvü olan Q.İbadoğlu bu işdə yüksək canfəşanlıq nümayiş etdirdi. Paralel olaraq Azərbaycandakı “beşinci kolon” təmsilçilərinin prosesə qoşulması “qara piar” kampaniyasını daha da genişləndirdi. Xədicə İsmayıl, qondarma “Milli şura” üzvləri, həmçinin Leyla Yunus və digərləri MHŞT-nin Azərbaycana qarşı qəbul edəcəyi hər hansı qərarın məsuliyyətini hakimiyyətin ayağına yazmaq üçün “qollarını çirmələyib” işə girişdilər.
Bir neçə gün sonra isə Beynəlxalq İdarə Heyətinə ünvanlanan daha bir sənəd - MSŞA üzrə QHT Koalisiyasının 94 üzvünün müraciəti yayıldı. Vətəndaş cəmiyyəti institutları rəhbərlərinin imzaladıqları bu müraciətdə MHŞT-nin 15 aprel 2015-ci il tarixli iclasında Azərbaycan üçün təsdiq edilmiş Tədbirlər Planı və Astana toplantısında irəli sürülmüş təkliflərin icra olunmasından sonra vəziyyətin müsbətə doğru dəyişdiyi, hökumət tərəfindən bir sıra əhəmiyyətli addımlar atıldığı və Azərbaycanın MHŞT-də fəaliyyətini davam etdirməsinin yerli vətəndaş cəmiyyəti üçün çox mühüm bir məsələ olduğu qeyd edilirdi. Əslində, elə bu müraciətin gündəmə gəlməsindən sonra ümumi proses ətrafında baş verənlərin alt qatında yatan səbəblər daha aydın üzə çıxmağa başladı. Artıq hər kəs öz tərəfini bəlli etməkdən və nə məqsədlə bu işə qol qoyduğunu göstərməkdən çəkinmədi. Beləliklə də, prosesin ikinci mərhələsi start götürdü.
“Koalisiya Şurasının “facebook” qoçuları olmazın tərbiyəsizlik nümayiş etdirdilər”
Bu mərhələdə sosial şəbəkələrdə qarşılıqlı ittihamların irəli sürülməsi ilə müşahidə olunan söz dueli diqqət çəkdi. “Qadınların Siyasi Mədəniyyət Mərkəzi” İctimai Birliyinin rəhbəri Mehriban Vəzir Qubad İbadoğlunun başçılıq etdiyi qrupun 94 nəfərə qarşı çirkin kampaniya aparması barədə bunları yazdı: “Koalisiya Şurasının “facebook” qoçuları olmazın tərbiyəsizlik nümayiş etdirdilər. Vəziyyəti təhrif edib 94 nəfəri hər cür ifadələrlə təhqir etdilər. Bu, bir daha isbat etdi ki, Koalisiyanın Şurası siyasi çevrələrin əlindədir və onlar öz məlum təcrübələri ilə, məlum əmrləri ilə, aşırı gücləri ilə rəqiblərinə qarşı kütləvi linçetmə tətbiq etməyə belə qadirdirlər”.
İndi isə Mehriban Vəzirin “linç kampaniyası” adlandırdığı prosesin detallarına diqqət yetirək.
Əvvəlcə Xədicə İsmayıl sükutu pozdu və özünün facebook səhifəsində yazdığı “status”da müraciətə imza atanları hədəfə aldı: “Belə baxıram, orda olan QHT-lərin bir qismi yaxşı imkan tapıblar. Aradabir bayrağın yönünü dəyişməklə hökumətlə bazarlığa girirlər. Biri qeydiyyat problemini həll edir, biri QHT Şurasından qrantlarını, o biri başqa problemini. Hələ masaların altında baş verənlərdən xəbərimiz yoxdur... Məsələ təkcə onda deyil ki, bu adamlar yalançıdırlar - imzalarını yalan məlumatın altına qoyublar. Məsələ həm də ondadır ki, onların yalanı ziyansız deyil”.
Xədicə növbəti şərhlərində isə konkret olaraq Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının artıq müstəqil olmadığını, müxalifətçilikdən imtina edərək mövqeyini dəyişdiyini yazıb.
Oktay Gülalıyev də qarşı tərəfi günahlandırmaq üçün fürsəti əldən verməyib. O, facebook səhifəsində etdiyi paylaşımda sənədə imza atan 94 nəfəri satılmaqda ittiham edib.
Koalisiyanın Şura üzvü Akif Qurbanovun hədəfində də eyni insanlardır: “Sağ olsun QHT-lərə Dövlət Dəstəyi Şurasını, bizi çox gözlətmədi, qrant müsabiqəsinin “qaliblər”ini elan edib. Yəqin, tələsiblər ki, müraciəti imzalayanların mürəkkəbi qurumasın... Telefon zəngində Koalisiya üzvlərinə müraciəti imzalamağın müqabilində nəyin “vəd” olunduğu çox açıq ortadadır. Görünən odur ki, bu dəfə qrant məbləğlərini aşağı salıblar ki, daha geniş çevrənin loyallığı təmin olunsun”.
Həmçinin Natiq Cavadlı, Rəsul Cəfərov, Emin Hüseynov, Nürəddin Məmmədli, Eldəniz Quliyev və digərləri də “linç kampaniyası”nda üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışıblar.
“Hesabatlılığım təşkilat qarşısındadır, sizin yox”
Təqdim olunan paylaşımlardan da göründüyü kimi, Azərbaycanın MHŞT-də fəaliyyətinin dayandırılması istiqamətində səfərbər olunmuş qrup, - bura həm Q.İbadoğlunun başçılıq etdiyi “QHT təmsilçiləri”, həm də Əli Kərimlinin rəhbərlik etdiyi siyasi qanad daxildir, - müraciətə imza atan 94 nəfərin “satqın” olması yönündə ictimai rəy formalaşdırmağı hədəfləyib. Lakin onların bu arzusuna çatdığını söyləmək doğru olmazdı. Çünki vətəndaş cəmiyyəti təmsilçiləri “beşinci kolon” nümayəndələrinin bu paylaşımları altında yazdıqları şərhlərdə həm maraqlı nüanslara aydınlıq gətiriblər, həm də qarşı tərəfin cavabını eyni ritorika ilə verməyə çalışıblar. Bu isə müzakirələrdə həqiqətin üzə çıxmasında müəyyən rol oynayır.
Mirvari Qəhrəmanlı paylaşımında Xədicə İsmayılı hədəf alıb: “Sosial şəbəkələrdə sahədən anlamı olmayan bir qrup (başda “el anası” olmaqla) EİTİ beynəlxalq idarə heyətinə edilən müraciətə qol çəkənləri, o cümlədən məni ittiham edir. Hərənin bir marağı var. Kiminsə siyasi, maddi, qrup maraqları və s. və i. var. Mən hansısa sənədə qol çəkəndə təşkilatla məsləhətləşirəm. Hesabatlılığım da təşkilat qarşısındadır, Sizin yox”.
QHT təmsilçisi İlqar Qasımovun Oktay Gülalıyevin səhifəsində yazdığı şərh də maraqlı məqamları ilə diqqəti cəlb edir: “Belə anlaşılır ki, 94 QHT müstəqil deyil, Sizin müraciəti imzalayanlar müstəqildirlər? Qəribə məntiqdir. Ona qalsa, Kür daşqınları ilə əlaqədar Siz də şuradan maliyyə almışdınız. Bu kriteriyalar düzgün deyil”.
“Qubad İbadoğlunun dəstəsində yer alanlar satılmaqla bağlı böyük təcrübəyə malikdirlər”
Anar Kərimov adlı sosial şəbəkə istifadəçisinin yazdığı şərhdə qarşı tərəfin arqumentlərinin çürük olması ilə bağlı iddia var: “Belə çıxır ki, bu hakimiyyətin tərəfini tutmaq, onun əleyhinə olmamaq satqınlıqdır? Kim verib bu ixtiyarı sizlərə ki, insanlara belə ləkələr vurasınız?”
Humanitar Araşdırmalar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov belə yazıb: “Azərbaycan QHT-ləri arasında ən çox korrupsiya və mənimsəmədə ittiham olunan, fəaliyyəti hər zaman şübhə doğuran bu “QHT” təmsilçiləri (Leyla Yunus və s. nəzərdə tutulur-red.) EİTİ İdarə Heyətinə müraciətə imza atan öz kolleqaları haqqında görün nə deyir. Dedikləri ilə işim yoxdur, tənqid etmək hər kəsin haqqıdır. Amma əvvəl bir özünə bax, gör sən kimsən, sonra başqalarına vicdansız de...”.
Çexiyada yaşayan azərbaycanlı Mətanət Əzizova isə özünün “facebook” səhifəsindəki paylaşımında “saxta profillər”dən özünün və ailə üzvlərinin ünvanına təhqirlərlə dolu mesajlar yazıldığını, “troll” dəstəsinin virtual hücumuna məruz qaldığını bildirib. Başqa bir paylaşımında isə o, Xədicə İsmayılın 94 nəfər haqqında “satılmışlar” fikrinə belə cavab verib: “Xədicə İsmayılın sağa-sola “hökumətyonlü” QHT damğası vurmasından, sadəcə, heyrətə gəlirəm. Bu kəs insan hüquqları hərəkatına heç bir aidiyyəti olmadan, hətta hüquq müdafiə haqda heç bir anlayışı olmadan durub Azərbaycanda kimin hökumətyönlu olub-olmamasını müəyyən edir... Bilirsiz, ən böyük “ləzzət” ondadır ki, adamlar da ona təzim edirlər. Bu, heç də ona olan hörmətdən irəli gəlmir, əksinə, qorxudandır. Onun “qara siyahısı”na düşmək, işsiz qalmaq deməkdir. Yəni pulsuz-parasız. Bu heç də mənim təxəyyülüm deyil, bunu onlar özləri söyləyirlər. Hətta ömürlərinin bir çox illərini KİV və QHT-yə həsr etmiş insanlar belə ondan çəkinirlər. Qorxurlar ona görə ki, vətəndaş cəmiyyəti camiyəsində “qara siyahı”ya düşmək istəmirlər”. 
Yeri gəlmişkən, xatırlatmaq yerinə düşər ki, M.Əzizova Xədicə İsmayılın jurnalist həmkarlarına və QHT sektorunda çalışanlara təzyiq etməsi ilə bağlı fikir söyləyən ilk şəxs deyil. Bu günə qədər müxtəlif insanlar, o cümlədən keçmiş sevgilisi Tural Mustafayev də Xədicənin onu işdən çıxartdırdığını, daha sonra isə digər vasitələrlə təzyiqlər etdiyini bildirmişdi.
Obyektivlik naminə qeyd etmək lazımdır ki, bu cəbhədə yer alanların da qarşı tərəfin ünvanına söylədikləri fikirlərin ana xəttini “satqınlıq” mövzusu təşkil edir. Səhifələrdə Qubad İbadoğlunun dəstəsində yer alanların, habelə X.İsmayıl, L.Yunus və digərlərinin satılmaqla bağlı böyük təcrübəyə malik olduqları, bu işləri həmişə “yüksək ustalıqla” həyata keçirdikləri, ona görə də bu gün başqalarının ünvanına belə ittihamları asanlıqla səsləndirdikləri haqda çoxlu sayda fikirlərə rast gəlinir.
Qubad İbadoğlu və dəstəsinin “bazarlıq” imkanı tükəndi
Martın 9-na qədər məhz bu motivlər əsasında davam edən “facebook” savaşı MHŞT-nin beynəlxalq İdarə Heyətinin ölkəmizlə bağlı qərarından sonra yeni fazaya qədəm qoydu. İdarə Heyətinin ölkəmizin fəaliyyətinin dayandırılması ilə bağlı ədalətsiz qərarından dərhal sonra Azərbaycan hökuməti MHŞT-dən çıxdığını bəyan etdi. Dövlət Neft Fondunun İcraçı direktoru, MHŞT üzrə Hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov bununla bağlı bəyanatında deyib ki, 2003-cü ildə Azərbaycan hökuməti maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulub və hər zaman yaxşı idarəetmə, hasilat sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinə yüksək səviyyədə əməl edib: “Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm”.
Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etməsinin ardınca Qubad İbadoğlunun koordinatorluğu ilə fəaliyyət göstərən MSŞA üzrə QHT Koalisiyasının bir qrup üzvü, gözlənildiyi kimi, hakimiyyətə qarşı “qara piar” kampaniyasına start verdi. Koalisiya üzvləri və onların media yandaşları, həmçinin siyasi uzantıları yaranmış situasiyanın məsuliyyətini Azərbaycan hökumətinin üzərinə qoymaq üçün yalan danışmağa, absurd fikirlər irəli sürməyə başladılar. 
Aynur Babayeva adlı “facebook” istifadəçisi Oktay Gülalıyevin səhifəsində yazdığı şərhdə vurğulayıb ki, Azərbaycanın MHŞT-dən çıxmasından ən çox üzülənlər Oktay Gülalıyev, Qubad İbadoğlu və digər dəllallar olub: “Siz MHŞT sayəsində hökumətlə yaxşı bazarlıq edib güzəştlər alırdınız. Məsələn: QHT-niz qeydiyyatdan keçdi, oğlunuzun problemi həll olundu, xaricə çıxış maneəsi aradan qalxdı. Hökumət MHŞT-dən çıxmaq barədə qərar qəbul edəndən sonra, yəqin ki, bir daha nə Sizinlə, nə Qubad İbadoğlu ilə, nə də ətrafınızdakı şantaj ustaları ilə sövdələşməyə getməyəcək”.
Bəli, tamamilə haqlı mövqedir. Bu günə qədər MHŞT məsələsini faktiki olaraq sövdələşmə predmetinə çevirən, bu məsələdə gah Azərbaycan hökuməti, gah da MHŞT üzrə Beynəlxalq İdarə Heyəti ilə bazarlıq edib müəyyən dividendlər əldə edən Qubad İbadoğlu, Oktay Gülalıyev, Akif Qurbanov və başqaları artıq o kartı itirdilər. Xaricdəki bəlli mərkəzlərin dəstəyi və ətrafına topladığı azsaylı uğursuz siyasətçilərin iştirakı ilə MHŞT məsələsində ictimai rəyi manipulyasiya etməyə çalışan Q.İbadoğlu niyyətinə nail ola bilmədi. Azərbaycan hökuməti həlledici məqamda etdiyi gedişlə həm Q.İbadoğlu və onun arxasındakı qrupu, həm də bu prosesdə milli maraqlara qarşı çıxan yerli satqınlar komandasını məyus etdi... Necə deyərlər, “Şah və mat!”

 
  • Oxunub:  26730  |  
  • Tarix:  17-03-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir

25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
25 Fevral 11:20
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb
25 Fevral 11:11
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib
25 Fevral 11:00
Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
25 Fevral 10:22
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
25 Fevral 09:22
YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib
25 Fevral 09:03
Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir
24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7