Ana səhifə »  Müəlliflər »  “Siyasi məhbus” alverçilərinin “oyuncaq davası”...
A+   Yenilə  A-
“Siyasi məhbus” alverçilərinin “oyuncaq davası”...
Yazdı: Aqşin Şahinoğlu

Xədicə İsmayıl və Əli Kərimlinin “facebook” dəstəsi sosial şəbəkələrdə yenidən qarşı-qarşıya gəliblər
Radikal müxalifət düşərgəsində lövbər salmış azsaylı qrupun gündəmi yenə də daxili çəkişmələrə, bir-birini hədəf alan qarşılıqlı atışmalara həsr olunub. Xüsusən ötən ilin oktyabrında “siyasi məhbus” siyahısı məsələsində yaranmış narazılıqlar radikallar arasında “arı pətəyinə çomaq soxmaq” effekti yaradıb. Aradan keçən 4 aydan artıq vaxt isə dağıdıcı düşərgənin problemlərini nəinki həll edib, əksinə, gərginlikləri kulminasiya nöqtəsinə çatdırıb.
Ə.Kərimli Xədicənin çağırışını qulaqardına vurur: medianın və hüquq müdafiəçilərinin işinə qarışmaq həvəsi ötəri deyil...
Radikallar arasında “siyasi məhbus” qovğası hələ yenicə gün işığına çıxanda Xədicə İsmayıl AXCP sədri Əli Kərimli və onun yedək təşkilatı olan qondarma “Milli Şura”nın sədri Cəmil Həsənli haqqında “Ambisiyaları var, ağılları yoxdur” deməklə bu savaşda sona qədər mübarizə aparacağına işarə vurmuşdu. Ardınca isə Kərimliyə xitabən ifadə etdiyi “Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı. İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər” fikri AXCP sədrinin kefinə soğan doğramağa yetmişdi. Amma son zamanlar baş verənlər göstərir ki, Ə.Kərimli heç də keçmiş müttəfiqinin çağırışına qulaq asıb “medianın və hüquq müdafiəçilərinin işinə qarışmaq” mərəzindən əl çəkmək niyyətində deyil. Əksinə, AXCP sədri və ətrafındakı azsaylı dəstə var gücü ilə onların “siyasi məhbus” biznesinə əl uzadan Xədicə İsmayıl və onun başçılıq etdiyi qrupu hədəf taxtasına qoyub. Mübarizə meydanı kimi yenə də sosial şəbəkələr seçilib.
Xədicə İsmayıl da vaxtını boş keçirmək və qarşı cəbhənin ittihamlarını sükutla qarşılamaq fikrindən uzaqdır. O da ən müxtəlif məsələlərdə Ə.Kərimlinin bostanını daşlamaqla məşğuldur. Özünün sosial şəbəkələrdə etdiyi sonuncu paylaşımları da bu məqsədi ortaya qoyur. “Dəli şeytan deyir, partiyasını və liderini tərifləyənlərin hamısını dostluqdan çıxar ki, gözün bu biabırçılığı görməsin. YAP-çılar yoxdur dostluğumda... İndi, bəlkə, qarşı tərəfi də söndürüm? Dostlar, o mahnıda deyildiyi kimi, bir balaca eşqinizi aşağı salın”, paylaşımının altına yazdığı şərhdə bu “status”un konkret hədəfinin hansı şəxslər olduğunu da açıqlayıb. Xədicə İsmayıl “siyasi məhbus” biznesində öz “çörəyinə” şərik çıxan Əli Kərimlini hədəfə alıb: “Bu arada onu da deyim ki, cəbhəçilərin üslubu son vaxtlar xüsusilə aztv-ləşib. Əvvəllər belə deyildilər. Mən həbsdə olanda cəbhədə təbliğat şöbəsinin müdirini dəyişiblər?”
Dəyişən kimdir, X.İsmayıl, ya “cəbhəçilər”?
Təbii ki, Əli Kərimlinin sosial şəbəkələrdəki muzdlu dəstəsi qarşı tərəfdən açılan yaylım atəşini cavabsız qoymayıb və Xədicə İsmayılın bu açıqlamaları “cəbhəçi”lərin “qurşaqdan aşağı” zərbələri ilə qarşılanıb. Özünü “demokrat” adlandıran Ə.Kərimli ən xırda tənqidə belə tab gətirməyərək “facebook” briqadasını Xədicənin üstünə göndərib. “Kərimliçilər” Xədicəni “əmək itirən” kimi qələmə verir, vaxtilə olunan yaxşılıqları danmaqda günahlandırırlar. Məsələn, Elmira Muradalieva adlı Kərimli tərəfdarı bunları yazıb: “Siz son zamanlar öyrətməyə meyillisiniz. Hər kəs yaxşı olar ki, öz bacardığını etsin, bostansız, daşsız, filansız”. Burada yazılan şərhlər daha çox Xədicənin son dövrlər böyük “dəyişim yaşaması” ilə bağlıdır. Hər halda “cəbhəçi”lər bu fikirdədirlər. Onlar belə düşünürlər ki, Xədicə İsmayıl həbsdən çıxdıqdan sonra çox dəyişib. Fuad Mastaliyev adlı şəxsin yazdığı şərh də bu mənada xarakterikdir: “AXCP-də hər şey əvvəlki kimidir. Yəqin sizin baxış bucağınız “azacıq” dəyişib. Umid edirəm ki, bu yanaşmanız müvəqqəti olacaq. Əks halda təəssüflənməkdən başqa yol qalmayacaq”. Dəyanət Babayevin də Xədicənin qarşı tərəfin ünvanına “dəyişmisiniz” ittihamına cavabı elə onun ritorikasına uyğun olub: “Həyatdır, elə siz də həbs olunmamışdan əvvəlki Xədicə xanım deyilsiz, yəni bu dəyişiklik sizdə də hiss olunur”.
Xədicə İsmayıl isə bu kimi şərhlərə cavabında Kərimli tərəfdarlarını qeyri-səmimilikdə ittiham edib, “cəbhəçi”lərin Kərimli sevgisini saxta adlandıraraq burada nəsə başqa təmənnaların olduğuna işarə edib: “Sevgi subyektiv, hörmət isə obyektiv hissdir. Siyasi liderləri seçməliyik. Sevgi isə seçimə kömək eləmir. Onlar bizim hörmətimizi qazanmalıdırlar”.
Burada yazılan başqa bir şərhdə isə hədəf yenə də Ə.Kərimlidir. Serdar Hazar adlı şəxs bu paylaşımının altına yazdığı şərhdə bildirib: “Xədicə xanım, lider deməyək, quldar deyək, məncə. Legitimliyi çox böyük şübhə altında olan birisinə lider desək, ona dəstək vermiş kimi çıxırıq”.
Zəfər Əhmədov isə belə yazıb: “Yenə oyuncaq üstə dava salmayın. Xədicə xanımın dediyi hamımıza aiddi, qeybəti çayxanaya saxlayın”.
İndi belə bir sual kifayət qədər maraqlıdır. Kim haqlıdır, yaxud kim dəyişib - vaxtilə Kərimlinin yanında yer alan, ortaq “bizneslərinə” hiylə qarışdıqdan sonra isə bütün arsenalını ona qarşı yönəldən Xədicə İsmayıl, yoxsa keçmiş “jurnalist dostu”na “siyahı” məsələsində badalaq gələrək Leyla Yunusla birləşən Kərimli və onun muzdlu “facebook” mirzələrimi? Bəlkə, elə ikisi də haqsızdır: ətrafda dəyişən hər şeyə rəğmən, bunlar heç buğda dənəsi boyda da dəyişməyiblər. Və belə olduğu müddətcə hələ bir-biriləri üçün qarın ağrısı olmağa çox davam edəcəklər...

 
  • Oxunub:  22110  |  
  • Tarix:  01-03-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA