Ana səhifə »  Müəlliflər »  Üç qitə arasında körpü, yaxud İslam dünyasının mənəvi mərkəzi Səudiyyə Ərəbistanı
A+   Yenilə  A-
Üç qitə arasında körpü, yaxud İslam dünyasının mənəvi mərkəzi Səudiyyə Ərəbistanı
Yazdı: Hikmət BABAOĞLU

Məkkə və Mədinə şəhərləri İslam tarixinin, mədəniyyətinin və mənəviyyatının beşiyidir

 

II YAZI
Səudiyyə Ərəbistanına səfərimiz çərçivəsində yeddi günlük zəngin proqram və çoxsaylı görüşlərdən sonra, nəhayət, Ciddə şəhərinə və oradan müqəddəs Məkkə və Mədinə şəhərlərinə yola düşməli olduq. Əslində bu yerlərə getmək vaxtı yaxınlaşdıqda insanda qəribə bir həyəcan başlayır. Sanki çoxdandır görmədiyin sevdiyin biri ilə görüşə gedəcəksən, sanki illərdir görmədiyin, ruhunun dünyaya göz açdığı doğma kəndinə gedəcəksən. Belə səmimi hiss və həyəcanla da Ciddə şəhərinə yola düşdük. Sosialogiya insanın sosial münasibətlər prosesində əldə etdiyi keyfiyyətləri onun şəxsiyyəti kimi xarakterizə edir. Başqa sözlə, şəxsiyyət fərdin sosial münasibətlər nəticəsində əldə etdiyi davranışların, vərdişlərin, dərketmə və izahetmə keyfiyyətlərinin məcmusudur. Bu mühüm prosesdə əsaslı keyfiyyət fərqi yarada biləcək faktorlardan biri də din faktorudur. Din bizim düşüncələrimizə, dünyagörüşümüzə, alacağımız bu və ya digər qərarlarımıza, ictimai mühitdə davranışlarımıza, əxlaqi keyfiyyətlərimizə, bir sözlə, həyatımızın bütün sahələrinə təsir edən mühüm mənəvi vasitədir.

 

Dini kimliyimiz sosial kimliyimizdə əsaslı keyfiyyət dəyişikliyi yaradır
Məsələ ondadır ki, biz hələ erkən yaşlarımızdan dini kimliyimizi dərk etməyə başlayırıq. Bu ənənə bizə ailə böyüklərimiz vasitəsilə ötürülür. Azərbaycan ailə modelinin ən əsas səciyyəvi xüsusiyyətlərindən bir də odur ki, bu modeldə üç nəsil, baba-nənə, ata-ana və yeni nəsil, yəni uşaqlar bir yerdə yaşayır. Dinlə erkən tanışolma səbəbimiz də elə bununla bağlıdır. Çünki ətraf mühiti dərk etməyə başlayarkən ilk diqqətimizi çəkən, yaxud ilk müşahidə etdiyimiz məsələlərdən bir də nənələrimizin pıçıltı ilə söylədikləri dualardır. Bu maraqlı hadisə əvvəlcə bizi ovsunlayır, sonra qəribə bir maraq yaradır, daha sonra onu təqlid etməyə, ən sonda isə onu dərk etməyə çalışırıq. Bax dinlə aramızdakı gerçək ünsiyyət də elə buradan başlayır və ömrü boyu davam edir. Biz böyüdükcə bu ünsiyyət də böyüyür. Beləliklə dünyanı və özümüzü dərketmə prosesində din mühüm bir vasitəyə çevrilir. Obyektiv gerçəkliyi hər nə qədər idraki əsaslarda dərk etdiyimizi düşünsək də, amma burada mütləq dinin də rolu olur. Əgər bir qədər daha cəsarətlə ifadə etmək istəsək, obyektiv gerçəkliyi dinin eynəyi vasitəsilə gördüyümüz həqiqətini ifadə etməyimiz lazım gəlir, amma biz bunu etiraf etmirik. Çünki bunu özümüzə isbat etməkdə çətinlik çəkirik. Bu fəlsəfi analizi daha da dərinləşdirmədən ümumiləşdirmə aparsaq, söyləməliyik ki, hər bir müsəlmanın dünyagörüşünün formalaşmasında biz istəsək də, istəməsək də, mütləq dini mənsubiyyətimiz müəyyən qədər rol oynayır. Əlbəttə, başqa dinlərin daşıyıcıları üçün də mütləq mənsub olduqları din bu rolu oynayır. Dini mərkəzlərimizi, xüsusilə müqəddəs məkanlarımız olan Məkkə və Mədinəni ziyarət etmək arzumuzun əsasında da elə bu məsələlər dayanır. Məkkəyə getmək üçün ilk öncə Ər-Riyaddan cənuba doğru təyyarə ilə iki saatlıq məsafəni qət etmək lazımdır. Bundan sonra isə Məkkə yolçuluğuna təqribən bir saat avtobusla davam etmək lazım gəlir. Amma əgər Ümrə ziyarəti niyyətinizi Ciddədə etmisinizsə, bu, keçərlidir. Yox əgər Riyadda niyyət edib Ciddəyə gəlmisinizsə, bu zaman başqa məsələlər ortaya çıxır. Bu barədə bir az sonra...

 

Adəmlə Həvvanın qovuşduğu şəhər, yaxud mühüm mədəniyyət və tranzit mərkəzi
Ciddə şəhəri Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəridir. Bu şəhər özünün müasir infrastrukturu, Qırmızı dənizə açılan limanları, Məkkə və Mədinəyə gələn çoxsaylı zəvvarların mühüm tranzit məntəqəsi olmaqla bərabər, həm də böyük ticarət mərkəzidir. Ər-Riyaddan havalanan təyyarəmiz təqribən iki saatdan sonra Ciddə hava limanına eniş etdi. Bu tarixi şəhərdə yüksək qonaqpərvərliklə qarşılandıq və ən müasir tipdə inşa edilmiş hotelə yerləşdirildik. Səhər erkən Mədəniyyət və İnformasiya Nazirliyinin təmin etdiyi ehram adlandırılan xüsusi geyimimizi qurşanıb Məkkəyə yola düşəcəkdik. Bu zaman nazirliyin bizi müşahidə edəcək iki əməkdaşı arasında bir anlaşılmazlığın olduğu ortaya çıxdı. Sən demə, məsələ belə imiş. Riyaddan Ümrə ziyarəti üçün niyyət edib gələn zəvvarlar təqribən 150 km əks istiqamətdə olan bir məsciddə namaz qılıb sonra Məkkəyə getməli imiş ki, bu, doğrusu imiş. Ancaq bəzi zəvvarlar yol qısa olsun deyə elə Ciddədən birbaşa Məkkəyə yola düşürlərmiş. Əməkdaşlar da bunu bizə deyib deməməklə bağlı tərəddüd içində imişlər. Nəhayət, belə qərara gəlirlər ki, bu vacib şərti bizə bildirsinlər və qərarı biz verək. Əks təqdirdə bu işin babalı onlara aid olacaqmış. Doğrusu, müsəlman qardaşlarımızın bu dürüstlüyü bizi ürəkdən sevindirdi və biz heç düşünmədən əvvəlcə həmin məscidə gedib namaz qılmağa, yalnız bundan sonra Məkkəyə getməyə qərar verdik. Beləliklə Ümrə ziyarətimiz başlamış oldu. Bütün zəvvarlar kimi Məkkədə olmaq, Məscudil-haramda namaz qılmaq, müqəddəs Kəbəni tavab etmək, Səfa və Mərvə dağları arasında yeddi dəfə yürüş etmək xoşbəxtliyi bizə də nəsib oldu. Dövlətimizin, millətimizin rifahı, əminamanlığı, Qarabağımızın azad olunması üçün dualar etdik. Bütün müsəlman dünyasına sabitliyin və sülhün gəlməsini dilədik.
Məkkə şəhəri olduqca mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşir. Bu şəhərin cəmisi üç yüz min əhalisi var. Şəhərin genişlənmə perspektivi, demək olar ki, yoxdur. Həcc ziyarəti zamanı bəzən sıxıntıların da yaşanması, görünür, bununla əlaqədardır. Ancaq buna baxmayaraq, çoxsaylı zəvvarları qarşılamaq üçün bu dar ərazidə hər cür şərait yaradılıb. Ziyarətin rahat keçməsi üçün mükəmməl infrastruktur formalaşdırılıb, yüksək səviyyəli hotellər inşa edilib. Səliqə-sahmana, nizam-intizama söz ola bilməz. Təmizliyə və gigiyenik məsələlərə xüsusi diqqət yetirilir. Bir sözlə, ibadət etmək, Həcc ziyarətini layiqincə yerinə yetirmək üçün bütün məsələlər nəzərə alınıb.

 

Yolumuz Mədinəyədir
Doğrusu, doqquz günlük səfərdən sonra Mədinəyə gedib-getməmək məsələsində bəzi tərəddüdlərimiz yaranmışdı. Çünki bir gün ərzində təqribən 450 km yol qət edərək Mədinəyə getməli, cəmisi bir neçə saatdan sonra da eyni məsafəni geri qayıtmalı idik ki, Ciddə-İstanbul təyyarəsinə geçikməyək. Ancaq bir də belə fürsətin ələ düşməyə biləcəyi həqiqətini bir daha bir-birimizə izah etdikdən sonra bütün qrup qəti qərarla Mədinəyə doğru yola düşdü.
Nazirlik çox rahat nəqliyyatla bizi təmin etmişdi. Mədinə şəhəri nisbətən düzənlik ərazidə yerləşir deyə bilərik, amma bu da tam olaraq belə deyil. Mədinənin ətrafını da dağlar sarıb, ancaq dağ deyəndə, bizim təsəvvürümüzdə olan dağları düşünmək lazım deyil. Bu dağlar, əslində çılpaq qayalıqlardan ibarət təpəciklərdir. Heç bir yaşıllıq olmadığına görə olduqca cansıxıcı görünürlər. Ancaq, əlbəttə, bütün bunlar Mədinəni görmək, Peyğəmbərimizin məzarını ziyarət etmək həyəcanını heç bir zərrə qədər də azaltmır. Ancaq, sadəcə, Peyğəmbərimizin məzarını ziyarət etmək niyyətilə Mədinəyə getmək dinə caiz deyildir. Çünki İslam Peyğəmbəri gələcəkdə bütpərəstliyə çevrilməsin deyə məzarının ziyarət edilməsini əsla istəməyib. Ona görə də Mədinəni ilkin İslamın yayıldığı, Peyğəmbərimizin hicrət etdiyi şəhər kimi ziyarət edirlər. Bizim də niyyətimiz elə bu idi.

 

İldə on iki milyon nüsxə Qurani-Kərim nəşr edərək onu müsəlman ölkələrinə pulsuz çatdıran nəhəng mətbəə
Mədinə şəhərində bizi ilk olaraq bu müəssisəyə apardılar. Nəşriyyatın direktoru bizi olduqca səmimi qarşıladı və bu nəhəng istehsal müəssisəsinin işi ilə həvəslə tanış etdi. Bəlli oldu ki, burada Qurani-Kərim 63 dildə nəşr edilir. Onların içərisində Azərbaycan dili də var. Nəşriyyatın bütün xərcləri Kral tərəfindən ödənilir. Müqəddəs kitaba hörmət əlaməti olaraq səhifələr xəttatlar tərəfindən əlyazması ilə yazılır və daha sonra plyonkaya köçürülür. Bundan sonra heç bir səhvə yol verilməsin deyə bir çox ölkədə olan hafizlərə rəy üçün göndərilir. Yalnız müsbət rəy gəldikdən sonra kütləvi nəşrə icazə verilir.
Oxucularımız üçün maraqlı ola biləcəyini nəzərə alaraq bu müəssisənin rəhbəri ilə aramızda olan iki söhbəti də yazıma əlavə etmək istəyirəm. Dostlarımızın birinin əlində təsbeh görən bu müdrik adam bizə bildirdi ki, bir zaman Londonda təhsil alarkən onun da əlində bir təsbeh olub. Bir ingilisin müsəlmanlar üçün təsbehin nəyi ifadə etdiyi sualına cavab axtararkən məlum olub ki, sən demə təsbeh çəkmək müsəlmanlar üçün əsla caiz deyilmiş. Çünki İslam Peyğəmbəri təsbeh çəkməyib. Tam əksinə, o dövrdə təsbehi xristiyanlar və yəhudilər çəkərlərmiş. Peyğəmbərimiz də deyibmiş ki, bir gün gələcək mənim ümmətim də təsbeh çəkəcək, xristiyanların bütün etdiklərini təkrar etməyə çalışacaqlar. Doğrusu, bu, mənim çox xoşuma gəldi və dərhal soruşdum ki, madam ki belədir, bəs nəyə görə müqəddəs Məkkənin hər yerində, lap elə Məscidil-haramın yanı-başında hamı təsbeh satır?.. Adam müdrikcəsinə gülümsəyib, bu xətadır deməklə kifayətləndi. Əlbəttə, uzaqdan gələn qonaqlarına bunun bir biznes olduğunu söyləyə bilməzdi. Bu müdrik adamın ikinci maraqlı söhbəti isə daha fəlsəfi idi. O dedi ki, mən ərəb olmayıb müsəlman olanlara, İslamı könüllü qəbul edən qeyri-ərəblərə həsəd aparıram və onların Cənnətə gedəcəyinə inanıram. Səbəbini soruşanda isə izah etdi ki, ərəb olub İslamı qəbul etmək o dövrün bir zərurəti idi. Çünki din bu coğrafiyada yaranmışdı və burada baş verən tarixi hadisələrin fonunda İslamı qəbul etmək bir növ məcburiyyətə çevrilmişdi. Ancaq sizlər isə bunu etməyə də bilərdiniz, lakin etmisiniz. Ona görə də bu, sizin üçün Allahın daha böyük bir lütfüdür. Əlbəttə, bu fikirləri qəbul etmək də olar, onunla mübahisə də etmək olar. Amma hər halda bu fikrin içərisində bir həqiqət payının olduğunu da inkar etmək olmaz. Elə bu söhbətin və bizə hədiyyə edilən müqəddəs kitabın yaratdığı xoş təəssüratla da bu gözəl nəşriyyat evindən ayrıldıq.

 

Uhud dağı və Uhud döyüşünün qəhrəmanları
Uhud döyüşü İslam tarixinin ən maraqlı səhifələrindən biridir. Bu döyüşdə İslam Peyğəmbəri şəxsən iştirak edib. Burada İslam mücahidləri məğlub olub, İslam Peyğəmbərinin əmisi Həmzə şəhid düşüb. Elə ziyarət etdiyimiz məkanlardan biri də başda həzrəti Həmzə olmaqla onun şəhid düşmüş silahdaşlarının dəfn edildiyi yerlər idi. Bu tarixi hadisənin baş verdiyi ərazinin yanında ziyarətçilərin ticarət etməsi üçün xüsusi bazar qurulub. Məşhur Mədinə xurmasının istənilən növünü burada tapmaq mümkündür. Amma məsələ ondadır ki, bu ölkədə xurmanın bir ümumi adı yoxdur. Çünki bu dadlı və doyumlu meyvə yeni yetişəndə bir adla, bir az dəyəndə başqa bir adla, tam yetişəndə yenə fərqli adla, qurudulanda tamamilə ayrı adla, hər növü fərqli bir adla adlandırıldığı üçün ümumiləşdirici bir ad yoxdur. Görünür, bu ölkədə alma, armud, nar, gilas, üzüm və s. meyvələr olmadığı üçün ad yaradıcılığı məharətlərini elə xurmanın üstündə sınayıblar. Amma ədalət naminə deyək ki, hər halda bu gözəl meyvəyə nə qədər ad qoysanız, buna dəyər. Ümumiyyətlə, baxmayaraq ki, ərəb dili samitlər dilidir, ancaq bu dilin sözyaratma qabiliyyəti həddindən artıq yüksəkdir. Bu dili çox yaxşı bilən səfirliyimizin əməkdaşlarından biri dedi ki, ərəb dili iki milyon söz yaratmaq potensialına malik dildir. Doğrusu, buna heyrətlənməmək mümkün deyil.

 

Məscidi-əl-Nəbi dünyanın ən böyük və ən gözəl məscididir
Başqa bir adı ilə Peyğəmbər Məscidi kimi tanıdığımız bu məscid sözün həqiqi mənasında heyrətedici dərəcədə böyükdür. Məscid Hicrətdən sonra Peyğəmbərimizin inşa etdiyi məsciddir. Elə İslam Peyğəmbərinin və onun çox yaxın silahdaşları həzrəti Əbubəkr və həzrəti Ömərin də məzarları bu məscidin içərisində yerləşir. Bu müqəddəs məkan böyük havalandırıcı qurğular və nəhəng çətirlərlə təchiz edilib. Gigiyena və təmizlik üçün hər cür şərait yaradılıb. Burada ibadət etmək bir ayrı məmnuniyyətdir. Ətrafda ən müasir hotellər mövcuddur. Mədinə əhli olduqca qonaqpərvərdir. Sizi əliaçıqlıqla və həvəslə xurma ilə ərəb qəhvəsinə qonaq edirlər. Amma dərhal da Mədinə qəhvəsinin daha yaxşı olduğunu söyləyirlər. Biz də bildirdik ki, doğrudan da ərəb qəhvəsi çox yaxşıdır, amma Mədinə qəhvəsi bir ayrı qəhvədir.

 

Diplomatlarımız əsl peşəkarlardır
Səudiyyə Ərəbistanında Azərbaycanın çox da böyük olmayan səfirliyi fəaliyyət göstərir. Amma buna baxmayaraq, hamısı əsl peşəkarlardır. Diplomat olmaq olduqca çətin və şərəfli bir işdir. Bu məsləkdə sizin səhv etmək haqqınız yoxdur. Çünki bir tək səhv dövlətlərarası münasibətlərə ciddi ziyan vura bilər. Başda hörmətli cənab səfirimiz Rasim Rzayev olmaqla elə bil ki, bu səfirliyin əməkdaşları xüsusi istedadlı səxslərdən ibarətdir. Rasim müəllim uzun illərdir diplomatik fəaliyyətlə məşğuldur və ərəb ölkələrində xüsusi iş təcrübəsi var. Ona görə də səfirliyimizin bu ölkədəki işi çox yüksək səviyyədə təşkil olunub. Müasir İnformasiya texnologiyalarının imkanlarından olduqca səmərəli istifadə edilir. Səudiyyə Ərəbistanında yaşayan azsaylı Azərbaycan diasporu ilə də iş çox diqqətlə koordinasiya edilir. Oradakı bütün azərbaycanlılar səfirliyimizin əməkdaşları ilə internet resurslarında yaradılmış ortaq dostluq qrupu üzərindən əlaqə saxlayırlar. Əgər xoşagəlməz bir hadisə baş verərsə, dərhal xəbərləşmə imkanına sahibdirlər. Elə Livan mənşəli bir erməninin Riyadda Ermənistanı təbliğ etmək cəhdinin qarşısı da həmyerlilərimizin və səfirliyimizin birgə səyi nəticəsində bərtərəf edilib. Doğrusu, diplomatlarımızdan bu qədər istiqanlılıq, bu qədər diqqət və qayğı, bu qədər səmimiyyət gözləmirdik. Onların peşəkarlıqları, dövlətimizi təmsil etmə səviyyələri, vətənpərvərlik və intellektual keyfiyyətləri hər birimizdə qürur hissi yaratdı. Səfərimizin bu qədər maraqlı, bu qədər dolğun və bu qədər səmərəli təşkil olunmasında səfirliyimizin çox böyük rolu oldu. Yazımın sonunda səfirliyimizin bütün əməkdaşlarına qrupumuz adından öz səmimi minnətdarlığımı çatdırıram. Sizləri tanımaq, Azərbaycan diplomatları ilə bu qədər yaxından tanış olmaq, onların yüksək intellekt və zəhmət tələb edən fəaliyyətini izləmək maraqlı və qürurverici idi.
Yazıma burada nöqtə qoyur, bir daha bu gözəl səfəri təşkil edənlərə ürəkdən minnətdarlığımı ifadə edirəm.
Hikmət Babaoğlu
Bakı–Ər-Riyad–Ciddə–Bakı

 
  • Oxunub:  18690  |  
  • Tarix:  18-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə məlumatlandırılıb

10:01
22 May
Prezident İlham Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında iştirak edib
09:52
22 May
Şəhidlərin xatirəsinə ehtiram
09:48
22 May
Serbiya Prezidenti Aleksandr Vuçiç ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
09:36
22 May
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18:00
21 May
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə məlumatlandırılıb
17:55
21 May
Tahir Rzayev: Qeyri-neft sənayesinin inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir
17:51
21 May
Azərbaycan Prezidenti: Gələn günlər ərzində “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik
17:42
21 May
Azərbaycan Aİ ilə energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyasını müzakirə edib
17:18
21 May
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatları Helsinki Komissiyasının qərəzli dinləmələri ilə bağlı etiraz bəyanatları yayıblar
17:16
21 May
Ağstafalı şəhid son mənzilə yola salınıb
16:59
21 May
Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2018”in planlaşdırma konfransında iştirak edir
16:46
21 May
Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib
16:35
21 May
Müdafiə Nazirliyi: Ermənistan ordusunun keçirdiyi təlimlərdə taktiki və ordu aviasiyasından istifadə ilə bağlı xəbərlər şişirdilib
16:08
21 May
Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
15:59
21 May
Təhsil naziri Xızı şəhərində vətəndaşları qəbul edib
15:53
21 May
Əmək və əhalinin sosial müdafiəsi naziri Gəncədə yaradılan Regional Peşə Tədrisi Mərkəzində olub
15:50
21 May
Türkiyə Prezident Administrasiyası: Bakı və Ankara Avropanın enerji təhlükəsizliyini təmin edir
15:37
21 May
Azərbaycan və Rusiya sahibkarlar qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb
15:36
21 May
Bolqarıstanın energetika naziri Azərbaycana səfər edəcək
15:34
21 May
“İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Ordusunda bir sıra tədbirlər keçirilir
15:30
21 May
Hikmət Babaoğlu: "Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir"
15:14
21 May
Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub
15:09
21 May
Azərbaycan səfiri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsini icra edən Vəliəhdlə görüşdə iştirak edib
14:55
21 May
Azərbaycanın Baş naziri Novruz Məmmədov və Serbiya Prezidenti Aleksandr Vuçiç birgə işçi nahar ediblər
14:50
21 May
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
14:48
21 May
Çinin İxrac Kredit Sığorta Korporasiyası SOCAR-la əməkdaşlıqda maraqlıdır
14:29
21 May
Azərbaycan-Serbiya sənədləri imzalanıb
14:16
21 May
Bakıda qərarların qəbulu prosesində vətəndaş iştirakçılığı mövzusunda konfrans keçirilib
14:15
21 May
Baku Shopping Festival zamanı banklar gücləndirilmiş iş rejimində çalışır
14:08
21 May
Allahşükür Paşazadə: Cümhuriyyət din-dövlət münasibətlərinin tənzimlənməsi üçün əlindən gələni edib
14:06
21 May
Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü
13:20
21 May
Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilir
12:57
21 May
Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü
12:54
21 May
Flora Qasımova: İşğalçılıq siyasəti nəticəsində Ermənistan bölgənin ən zəif dövlətinə çevrilib
12:45
21 May
Serbiya Prezidenti Aleksandr Vuçiçin rəsmi qarşılanma mərasimi olub
12:38
21 May
Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu: “Azərbaycan Xalq Cümhuriyyəti-100: tarixi irs və müasirlik”
12:33
21 May
Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
12:19
21 May
ATƏT PA-nın vitse-prezidenti: AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə bağlı qərarı ziddiyyətlərlə doludur
12:07
21 May
Akademik Abel Məhərrəmov: Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır
12:00
21 May
“Star” neft emalı zavodu üçün ilk neft yükü Azərbaycandan göndəriləcək
11:47
21 May
Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib
11:46
21 May
Güləş üzrə 33-cü dünya çempionatında uğurla çıxış edərək 11 medal qazanan MOİK-in idmançıları Vətənə qayıdıblar
11:23
21 May
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının başlamasına iki həftə qalıb
11:11
21 May
Əli Əhmədov: "Hər il Azərbaycanda 100 mindən az olmayan yeni iş yeri yaradılmalıdır"
11:07
21 May
Konsorsium: 2020-ci ildən Azərbaycan qazının Bolqarıstana tədarükünə başlamağa hazırıq
11:05
21 May
Azərbaycan və Türkiyə aqrar sahədə birgə layihələr həyata keçirə bilər
11:03
21 May
Əli Əhmədov: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda məşğulluğun təmin olunmasında ciddi problemlər yaradır
11:01
21 May
Azərbaycan ilə Türkmənistan arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş hazırlanır
10:42
21 May
Qazaxda turizmin inkişafı məqsədilə təlimlərə başlanılıb
10:39
21 May
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Kiyevdə rəsmi qəbul keçirilib
10:26
21 May
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 97 dəfə pozub
10:16
21 May
Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
10:13
21 May
Azərbaycan nümayəndə heyəti Kaliforniya siyasi xadimləri ilə görüşlər keçirib
09:55
21 May
Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun iclası mayın 21-24-də Astanada keçiriləcək
09:34
21 May
ABŞ Konqresi və “Heritage” fondunda Trans-Xəzər regionu müzakirə olunub
08:59
21 May
MN: Dövlət sərhədində mühəndis işlərinə dair Yerevanın bəyanatı məsuliyyətsiz və əsassızdır
08:56
21 May
Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb
15:47
19 May
Əmək və əhalinin sosial müdafiəsi naziri bərpa-müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb
14:18
19 May
Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:10
19 May
Əhliman Əmiraslanov: Təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir
13:51
19 May
İsa Həbibbəyli: “Təhsil haqqında” qanuna edilən dəyişikliklər əhəmiyyətlidir
13:49
19 May
Nurlana Əliyeva: Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır
13:43
19 May
MM-in komitə sədri: Qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını tənzimləyir
13:04
19 May
Rusiyanın Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:23
19 May
Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir
12:18
19 May
Bakıda dördüncü beynəlxalq “Big Data Day” Baku 2018” forumu keçirilib
11:11
19 May
Stepan Kubiv: Yaxın günlərdə Ukraynada Azərbaycan Ticarət Evinin açılışı olacaq
11:05
19 May
Vaşinqtonda Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
10:23
19 May
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub
09:38
19 May
Cənubi Karolina ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+27 +32
gecə+17 +19