Ana səhifə »  Müəlliflər »  Radikal müxalifət düşərgəsi satqınlar yuvasına çevrilib
A+   Yenilə  A-
Radikal müxalifət düşərgəsi satqınlar yuvasına çevrilib
Yazdı: Pərviz Sadayoğlu

Xəyanətkar Şahin Mirzəyevin “Milli şura”nın və Müsavat Partiyasının üzvü olması faktı növbəti dəfə dağıdıcı ünsürlərin mahiyyətini üzə çıxarır
Anti-azərbaycançı mərkəzlərin əlində oyuncağa çevrilmiş radikal müxalifət düşərgəsinə mənsub partiyaların, ən əsası isə AXCP, Müsavat Partiyası və qondarma “Milli şura”nın xalqımızın və dövlətimizin milli maraqlarına düşmən kəsilməsi kimsəyə sirr deyil. Erməni lobbisinin mənafeyinə xidmət göstərən dağıdıcı ünsürlər torpaqlarımızı işğal edən, Xocalı faciəsini törədən düşmənlərimizlə işbirlikləri qurur, eyni “zindana çəkic döyürlər”. Adıçəkilən partiya və təşkilatların rəhbərləri, funksionerləri, üzvləri Azərbaycan dövlətçiliyinə, suverenliyinə, xalqımıza qarşı cəbhə açdığını əməlləri ilə sübut etməkdədirlər. Elə son olaylar da deyilənləri bir daha təsdiqləyir.
Belə ki, Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, bu ölkənin hökuməti Müsavat Partiyasının və Rafiq Cəlilovun rəhbərlik etdiyi Talış Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü Şahin Mirzəyevin Ermənistanda “müvəqqəti sığınacaq” almaq istəyi ilə bağlı müraciətini müsbət qarşılayıb.
Məsələnin mahiyyətinə keçməmişdən öncə qeyd etmək yerinə düşər ki, Müsavat Partiyasının üzvü olmaqla yanaşı, həm də qondarma “Milli şura”da təmsil olunan, dolayısı ilə Əli Kərimli və Cəmil Həsənovun da xəyanətkar əməllərinin şəriki sayılan xain Şahin Mirzəyev vaxtilə Əlikram Hümbətov adlı satqının da yanında təmsil olunub. Yəni görünən odur ki, açıq şəkildə separatçı olduğunu etiraf edən, radikal düşərgə partiyalarında və təşkilatlarında təmsil olunduğu dövrdə belə bunu gizlətməyən Ş.Mirzəyevin xəyanəti həmin təşkilatların əsl mahiyyətini də bir daha üzə çıxarır.
“Müsavat bayrağı”na bürünərək “poz” verən Ş.Mirzəyev İsa Qəmbərin antimilli layihələrinin də əsas iştirakçılarından olub
Uzun müddət Müsavat Partiyasında təmsil olunan Şahin Mirzəyev istər keçmiş sədr İsa Qəmbərə, istərsə də yeni sədr Arif Hacılıya yaxınlığı ilə seçilən şəxs olub. Bu partiyanın keçirdiyi aksiyalarda “Müsavat bayrağı”na bürünərək “poz” verən Ş.Mirzəyev adıçəkilən şəxslərin antimilli layihələrinin də əsas iştirakçılarından olub.
Ümumiyyətlə, Azərbaycanın milli mənafeyini özünün korporativ maraqlarına satan “Müsavat” rəhbərləri bu təşkilatı şəxsi məqsədlərinə vasitə ediblər. Və bir zamanlar Avropa ölkələrinə sığınmaq istəyənlərin tramplini vəzifəsini yerinə yetirən bu partiya artıq Ermənistana “üz” tutanların kampına çevrilməkdədir. Bu da təsadüfi deyil. 2010-cu ildə Almaniyanın Potsdam şəhərində erməni partiyası ilə “qardaşlıq, əməkdaşlıq müqaviləsi” imzalayan İsa Qəmbərin partiyasında təmsil olunan birisinin düşmən qucağına sığınması bu mənada təəccüblu sayılmamalıdır. Çünki İ.Qəmbərin və onun ətrafındakıların hansısa bir məqamda ölkəmizə, xalqımıza qarşı satqınlıq edəcəyi gözləniləndir.
Qeyd edək ki, sosial şəbəkələrdə Ş.Mirzəyevin “müsavat”çı olması faktını təkzib etməyə çalışan “Müsavat”ın bəzi funksionerlərinin cəhdləri də uğursuz alındı. Gülağa Aslanlı bunu cavablandırmaqdan yayınsa da, digər funksionerlər faktı etiraf edirlər.
Əli Kərimli, Cəmil Həsənov kimilərindən “xəyanət peşəsi”nin sirlərini öyrənən Ş.Mirzəyev Vətəninə xain çıxanlardandır
Yuxarıda qeyd etdiyimiz kimi, xəyanətkar Ş.Mirzəyev həm də qondarma “Milli şura”nın üzvü olub. Əslində, burada təəccüblü bir şey yoxdur. O mənada ki, yarandığı dövrdən Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasına şübhə ilə yanaşan, ümummilli problemimizi özünün siyasi alver predmetinə çevirən qondarma şuranın rəhbərləri üçün xəyanət, satqınlıq peşəyə çevrilib. Hələ Rüstəm İbrahimbəyovun sədrliyi dövründə Azərbaycan xalqına qarşı təhqirlər yağdıran, xalqımızı bəyənməyən qondarma şura sonradan da öz “siyasi xətt”ində dəyişiklik etmədi. Cəmil Həsənovun həyata keçirdiyi “Avropa turneləri”ndə nəinki ölkəmizin maraqlarının qorunması istiqamətində bir cümlə belə dilə gətirilmədi, hətta ermənipərəst mövqeyi ilə tanınan şəxslərlə keçirilən görüşlərdə açıq şəkildə antimilli mövqe nümayiş etdirildi.
Bu mənada, “Milli şura”nın üzvü olan Şahin Mirzəyevin də eyni siyasi istiqamətə köklənməsi təəccüblü deyil. Satqınlıq dərsini birlikdə alan bu insanlar fürsət düşdükcə öz xəyanətkar missiyalarını yerinə yetirirlər. Yəni Əli Kərimli, Cəmil Həsənov kimilərindən “xəyanət peşəsi”nin sirlərini öyrənən Ş.Mirzəyev də düşmənin qucağına sığınıb öz Vətəninə, xalqına, torpağına xain çıxanlardandır. Əslində, onların ətrafında olanların böyük əksəriyyəti bu gün maddiyyat qarşılığında Azərbaycana xəyanət etmək arzusunda olanlardır. Bu da təbiidir. Taylı tayını tapdığı kimi, xəyanətkar da hər zaman xəyanətkarı tapar...
Sayıl Mirzəyev oğlundan imtina etdi
Bir faktı qeyd etmək lazımdır ki, ailəsi düşmənə sığınan xain Şahin Mirzəyevdən imtina edib. KİV-ə açıqlamasında onun atası, 92 yaşlı Sayil Niyaz oğlu Mirzəyev bildirib ki, oğlu ilə uzun müddətdir əlaqə saxlamır. S.Mirzəyev deyib ki, oğlunun xəstəlik adı ilə Gürcüstana getdiyini bilib: “Mən 65 il müəllim işləmişəm, Azərbaycan dövlətinə bağlı insanam. Biz Azərbaycanın çörəyi ilə böyümüşük. Mənim tələbələrim, şagirdlərim akademiyalarda, universitetlərdə çalışırlar. Biz Azərbaycan dövlətini dəstəkləyir və ölkəmizlə qürur duyuruq. Mən onun tutduğu yola nifrət edirəm. Bu səbəbdən Şahin Mirzəyevdən imtina etmişəm. Bunu özü də bilir. O, ailəsinə, dövlətinə qarşı nankorluq eləyib. Heç vaxt onu bağışlamayacağam. Biz hamımız azərbaycanlıyıq, ölkəmizdə firavan, heç bir problem olmadan yaşayırıq. Dövlətimizdən narazılığımız yoxdur, ola da bilməz. Mən Azərbaycandakı inkişafı, problemlərin həll edilməsini öz gözlərimlə görürəm. Ölkəmiz inkişaf edir, günü-gündən çiçəklənir”.
Xainlərin ifşası xalqımızın düşmənə qarşı daha da qətiyyətlə birləşməsini təmin edir
Bəli, ötən ilin aprel döyüşlərindən bu günə kimi yaşadığı fiaskonu, uğradığı məğlubiyyəti həzm edə bilməyən Ermənistan hakimiyyəti, erməni lobbisi bu kimi xəyanətkarlardan istifadə etməklə özünü düşdüyü acınacaqlı durumdan çıxarmağa çalışır. Ötən ilin sonlarında bir qrup ermənistanlı hüquq müdafiəçisinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, bir neçə beynəlxalq təşkilatın yenidən Ermənistanı işğalçı adlandırması, eləcə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində əldə olunan üstünlüklər erməniləri bu kimi yollara baş vurmağa vadar edir. Amma hər bir halda onların bütün cəhdləri uğursuzluqla nəticələnir. Xainlərin ifşası isə xalqımızın düşmənə qarşı daha da qətiyyətlə birləşməsini təmin edir...

 
  • Oxunub:  13410  |  
  • Tarix:  15-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib

08:59
21 May
MN: Dövlət sərhədində mühəndis işlərinə dair Yerevanın bəyanatı məsuliyyətsiz və əsassızdır
08:56
21 May
Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb
15:47
19 May
Əmək və əhalinin sosial müdafiəsi naziri bərpa-müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb
14:18
19 May
Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:10
19 May
Əhliman Əmiraslanov: Təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir
13:51
19 May
İsa Həbibbəyli: “Təhsil haqqında” qanuna edilən dəyişikliklər əhəmiyyətlidir
13:49
19 May
Nurlana Əliyeva: Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır
13:43
19 May
MM-in komitə sədri: Qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını tənzimləyir
13:04
19 May
Rusiyanın Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:23
19 May
Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir
12:18
19 May
Bakıda dördüncü beynəlxalq “Big Data Day” Baku 2018” forumu keçirilib
11:11
19 May
Stepan Kubiv: Yaxın günlərdə Ukraynada Azərbaycan Ticarət Evinin açılışı olacaq
11:05
19 May
Vaşinqtonda Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
10:23
19 May
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub
09:38
19 May
Cənubi Karolina ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb
09:36
19 May
Elmar Məmmədyarov: Azərbaycan Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır
09:30
19 May
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Sammiti keçirilib
20:52
18 May
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb
20:47
18 May
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib
19:03
18 May
Ağdamda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib
19:02
18 May
“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib
18:58
18 May
Cənubi Qafqazda yeni qaynar nöqtə yaranır
18:53
18 May
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKPA birgə layihələr reallaşdıracaq
18:42
18 May
Kənd təsərrüfatı nazirinin müavini: Rusiya bizim ənənəvi tərəfdaşımızdır
18:18
18 May
SOCAR: Heydər Əliyev adına yarımdalma qazma qurğusu hazırda “Abşeron” yatağında quyu qazır
18:07
18 May
“Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans keçirilib
17:46
18 May
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva İkinci Asiya-Avropa Siyasi Forumunda iştirak edir
17:44
18 May
Əbülfəs Qarayev Fransa səfiri ilə görüşüb
17:43
18 May
Dövlət Miqrasiya Xidmətinin rəisi yerli və xarici iş adamları ilə görüşüb
17:38
18 May
Hikmət Babaoğlu: Antiazərbaycan mərkəzlərdən qrant alan qruplar öz aralarında razılığa gələ bilmirlər
17:34
18 May
Laçının işğalının ildönümü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qeyd edilib
17:33
18 May
Türkiyədə Cümhuriyyətimizin yubileyi şərəfinə “İyirmi lirə” xatirə gümüş pul sikkəsi buraxılıb
17:25
18 May
Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşləri davam etdirir
17:22
18 May
Bakı Şopinq Festivalında alış-veriş edin, əylənin və qazanın!
17:12
18 May
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı açıqlama yayıb
17:06
18 May
Zakir Həsənov: “Azərbaycanın iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb”
17:01
18 May
Azərbaycana Birgə Yardım Təşkilatı ilə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16:54
18 May
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16:52
18 May
Əmək və əhalinin sosial müdafiəsi naziri Mingəçevir şəhərində vətəndaşları qəbul edib
16:34
18 May
Hikmət Hacıyev: Avropa Şurası və onun qurumları Azərbaycanın nümayəndələrinə münasibətdə davamlı olaraq qərəzli mövqe sərgiləyir
16:24
18 May
Milli Məclisin növbəti plenar iclası keçirilib
16:09
18 May
“Beynəlxalq Mahmud Kaşqari” mükafatı növbəti dəfə təqdim edilib
15:54
18 May
Dövlət Miqrasiya Xidmətində sahibkarların müraciətlərinə operativ baxılması üçün qaynar xətt yaradılıb
15:47
18 May
Konstitusiya Məhkəməsinin sədri Sankt-Peterburqda beynəlxalq konfransda iştirak edib
15:18
18 May
2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat vəsaitin bərpasına nail olunub
15:16
18 May
Bolqarıstan televiziyası Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkir
14:43
18 May
Bakı Dövlət Universitetində tanınmış alimin 80 illik yubileyi qeyd olunub
14:41
18 May
"Azerbaijan Fashion Week"də Fəxriyyə Xələfovanın möhtəşəm dəfiləsi: 100 ildə dəyişən Azərbaycan qadınının obrazı
14:34
18 May
Bişkekdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası keçirilib
14:27
18 May
Respublika Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
14:25
18 May
Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərində yoxlamalar aparacaq
14:19
18 May
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
14:05
18 May
Milli Məclisin sədri: AŞPA-nın qərarı ədalətsizdir
12:58
18 May
Siyavuş Novruzov: "AŞPA-da atılan addımlar Azərbaycana qarşı, ölkəmizin iqtisadi inkişafına qarşı yönəlib"
12:42
18 May
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin başçısı Təhlükəsizlik Şurasının iclasında çıxış edib
12:40
18 May
Əli Hüseynli: “Azərbaycan bundan sonra da AŞPA-da prinsipial fəaliyyətini davam etdirəcək”
12:36
18 May
Qida məhsulları "bir pəncərə" prinsipi ilə qeydiyyata alınacaq
12:20
18 May
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:15
18 May
San-Fransiskoda Azərbaycan tolerantlığına həsr olunmuş geniş tədbir keçirilib
12:06
18 May
Astanada "Global Challenges Summit" XI İqtisadi Forumu keçirilir
12:03
18 May
İran İslam Respublikasının nümayəndə heyəti muxtar respublikada səfərdə olub
11:53
18 May
“N” saylı hərbi hissədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
11:50
18 May
Ekologiya və təbii sərvətlər naziri ilə BP-nin regional prezidenti arasında görüş keçirilib
11:21
18 May
Bakıda I Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir
11:14
18 May
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İkinci Respublika İnnovasiya Müsabiqəsini elan edib
11:13
18 May
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının ildönümü ilə bağlı bəyanat yayıb
10:55
18 May
Əhalinin təhlükəli qida məhsulları haqqında maarifləndirilməsi üçün mobil vasitə təqdim olunacaq
10:54
18 May
Azexport XXIV Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edir
10:41
18 May
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
10:36
18 May
18 may-Beynəlxalq Muzeylər Günüdür

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA