Ana səhifə »  Müəlliflər »  Ştetina və uşaqlarının “klassik çayxana söhbətləri”
A+   Yenilə  A-
Ştetina və uşaqlarının “klassik çayxana söhbətləri”
Yazdı: Aqşin Şahinoğlu

Yaxud “5-ci kolon”un qrantyeyənləri ilə Çexiyadan olan ermənipərəst parlamentarini nə bağlayır?
Məlum olduğu kimi, fevralın 6-da Avropa Parlamentinin qərargahında “Azərbaycandakı vəziyyətə dair” adlı “tədbir” keçirilib. Elə “5-ci kolon” nümayəndələri arasında növbəti qovğa da bundan sonra başlayıb. Hazırda xüsusilə sosial şəbəkələrdə “qrantyeyənlər”i üz-üzə qoyan “kimdir ermənipərəst?” sualına cavab axtarışlarıdır.
Yaromir Ştetina kimdir?
Etiraf edək ki, xaricdəki bəlli ermənipərəst dairələrin Azərbaycanla bağlı müxtəlif vaxtlarda tədbirlər keçirməsinə artıq bir növ adətkar olmuşuq. Rübdə bir dəfə, yaxud ildə bir neçə dəfə belə teatral olayların şahidinə çevrilirik. Brüsseldə keçirilən və konkret məqsədlərə xidmət edən sonuncu məzhəkədə isə Avropa “bazar”ında lövbər salmış, çörəyi erməni diasporu və onların dəstəkçilərindən çıxan “5-ci kolon” təmsilçiləri iş başında idilər. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri ərəfəsində anti-azərbaycançı mərkəzlərin və Avropa Parlamentinin Çexiyadan olan üzvü Yaromir Ştetinanın dəstəyi ilə keçirilən “tədbir”də “Meydan TV”nin rəhbəri Emin Milli və jurnalist Xədicə İsmayıl çıxış ediblər. Bu çıxışların məğzinə keçməzdən əvvəl tədbirin əsas dəstəkçisinin kimliyinə qısa bir aydınlıq gətirək ki, nəyin baş verdiyi daha aydın görünsün. 
Az-çox gündəmi izləyən hər kəs Ştetinanın ermənilərin məşhur təbliğatçısı və qondarma “DQR”in tanınması üçün ən azı erməni diasporu qədər fəallıq göstərən keçmiş jurnalist, hazırda isə siyasətlə məşğul olan birisi olduğunu bilir. O, müxtəlif dövrlərdə Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni səfərlər edib, qatıldığı tədbirlərdə “erməni soyqırımı” və qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi ilə bağlı “parlaq” çıxışlarına görə erməni diasporunun dərin rəğbətini qazanıb. Y.Ştetina hətta tədbirlərin birində həyasızcasına “Xocalı faciəsini də azərbaycanlılar törədiblər” kimi yalana imza atıb. Çexiyada yaşayan, Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidi fikirlər səsləndirən Zamiq Məmmədli adlı şəxs özünün “facebook” səhifəsində Ştetinanı bu sözlərlə təqdim edir: “Avropa Parlamentinin Çexiyadan olan üzvü Yaromir Ştetina ömrünü “DQR”in müstəqilliyinin tanınmasına və Azərbaycanı hər yerdə aqressor və “başkəsən” kimi təqdim etməyə həsr edən bir şəxsdir”.
“Maska”ya deyil, möhürə baxın!
Deməli, aydın olur ki, E.Milli və X.İsmayıl erməni nökərlərinin çaldığı havaya süzüblər. Onların çıxışlarının böyük hissəsi ənənəvi mövzulara həsr olunub: Emin Milli iftira və böhtanlarını sıralayıb, X.İsmayıl isə əlinə düşən fürsətdən özünün 119 nəfərlik “siyasi məhbus” siyahısına müştəri axtarmaq üçün faydalanmağa çalışıb. Əsl komediya çıxışların bu hissəsindən sonra başlayıb. Belə ki, “5-ci kolon”un əsas simalarından olan Emin Milli və Xədicə İsmayıl nədənsə birdən-birə “vətənpərvər” olmağa qərar verərək, çıxışlarının böyük bir bölümünü ermənipərəst olmadıqlarını sübut etməyə həsr ediblər. Serj Sarkisyan və Dağlıq Qarabağın işğalı ilə bağlı səsləndirdikləri müəyyən tənqidi fikirlər də məhz bu niyyəti ortaya qoyub. Görünür, bu yolla onlar xüsusilə daxili auditoriya üçün özləri haqqında “dinsizin imana gəlməsi” təəssüratı yarada biləcəklərini düşünüblər. Amma çifayda. Çünki insanlar vətənpərvərlik maskası altında gizlədilmiş bu simaların kimlərə məxsus olduğunu yaxşı anlayırlar. Bütün fəaliyyətlərini antimilli mərkəzlərin və ermənipərəst dairələrin təlimatları əsasında quran, mayaları xəyanətdən yoğrulmuş Xədicə İsmayıl, Emin Milli kimilərinin Dağlıq Qarabağ məsələsində bu cür mövqe ortaya qoymaları paradoksaldır. Nə rəhbərlik etdiyi “Meydan TV”də qondarma “erməni soyqırımı”nı təbliğ edən və onun tanınması istiqamətində aparılan kampaniyaya dəstək verən Emin Millinin, nə də Azərbaycan nümayəndələrinin beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi və erməni vandalizmi ilə bağlı çıxışlarına arxasını çevirərək, bəzən də fit çalaraq təpki göstərən Xədicənin Dağlıq Qarabağ məsələsində “prinsipial mövqeyi” səmimi ola bilər. Ona görə də harada olmalarından, nə danışmalarından asılı olmayaraq, bu adamların möhürləri üzərlərindədir. Məgər Y.Ştetinanın dostları olmaları bu saxta vətənpərvərlərin əsl mahiyyətini ortaya qoymağa yetərli deyilmi?
Xədicə və Emin ermənipərəst PİN təşkilatından hansı məqsədlə qrant alıblar?
Sosial şəbəkələrdə də bununla bağlı diqqətçəkən paylaşımlar edilib. Məsələn, Zamiq Məmmədli yazır: “Avropa Parlamentindəki məlum tədbirin iç üzünü ifşa etməyimiz Xədicə İsmayıl və Emin Milli cütlüyünün sonradan sırf azərbaycandilli auditoriyaya ayırdıqları çıxışlarında Qarabağ və “Sarkisyan” mövzularına toxunmağa, çıxışlarına tələm-tələsik düzəlişlər və əlavələr etmələrinə səbəb oldu (hər kəsin bildiyi, klassik “çayxana” söhbətləri). Bu teatral ritorika faktı dəyişmir. Fakt isə ondan ibarətdir ki: 1. “MeydanTV” erməni soyqırımı”nı tanıyan bəyanat verib, Azərbaycanı antierməni təbliğatı aparmaqda günahlandırıb və bu bəyanat hələ də “Meydan TV”nin saytındadır; 2. “Milli” ləqəbli Emin Abdullayevə sponsorluq edən erməni lobbisinin AP-dəki təmsilçisi Yaromir Ştetinadır... Nöqtə!”.
Praqada yaşayan başqa bir azərbaycanlı, vaxtilə Leyla Yunusla bir ofisdə oturmuş və birgə layihələr həyata keçirmiş Mətanət Əzizova da özünün sosial şəbəkələrdəki səhifəsində belə bir paylaşım edib: “... İctimai sektorun aktivistləri, dəvəti qəbul edərkən və ya kiminləsə əməkdaşlıq etməyi nəzərdə tutursunuzsa, bir sağınıza, solunuza baxın, kiminlə bir masada oturmusunuz. Baxmayanda “erməni dəyirmanı” söhbəti gündəmdə olacaq. Və haqlı olacaq”.
Xədicə İsmayıl özünə yönələn tənqidləri qarşı tərəfin “ermənipərəst” olması yönündə iddialarla cavablandırmağa çalışıb. Daha da konkretləşdirsək, Xədicə belə düşünür ki, ona qarşı “erməni dəyənəyi” ittihamı irəli sürənlərin özləri vaxtilə ermənilərlə işbirliyində olublar: “Ermənilərlə təmaslara gəlincə, Mətanətdən bu barədə irad eşitmək çox gülüncdü. Uzun illər onlarla əməkdaşlıq layihələrində mən yox, o olub”. X.İsmayıl özü haqqında sosial şəbəkələrdə tənqid yazanları “hakimiyyətin trolları” adlandırıb. Amma bu qədər adamın ünvanına əsassız fikirlər səsləndirən X.İsmayıl və əqidədaşları ermənipərəst “People İn Need” (PİN) təşkilatı ilə əməkdaşlıqları haqqında susmağa üstünlük veriblər. Nə X.İsmayıl, nə də E.Milli 2014-2015-ci illərdə erməni diasporu və müxtəlif anti-Azərbaycan mərkəzlərdən 6 milyon dollardan artıq pul alan PİN-lə əməkdaşlıqlarının səbəblərini, bu təşkilatdan hansı məqsədlə qrant aldıqlarını da açıqlamayıblar. Amma pafosla “ermənipərəst” olmadıqlarını deyirlər. Onda özlərini bir az əziyyətə salıb bu sualın da cavabını versinlər görək, bunların etdikləri ermənipərəstlik deyilsə, onda ermənipərəstlik necə olur?

 
  • Oxunub:  16080  |  
  • Tarix:  10-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

17:57
21 Avqust
Mübariz Qurbanlı: Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib
17:56
21 Avqust
Bu il Azərbaycana 191 ölkədən 1,65 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
17:51
21 Avqust
Respublika Veteranlar Təşkilatında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı olub
17:33
21 Avqust
Sərəncam: Qusarın Köhnə Xudat–Həzrə avtomobil yolunun tikintisinə 4,1 milyon manat ayrılıb
17:30
21 Avqust
Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyatı şənbə və bazar günləri də aparılacaq
17:28
21 Avqust
Azərbaycanda ilk dəfə aşpazlarının birinci konqresi keçirilib
17:25
21 Avqust
Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib
17:13
21 Avqust
Bakıda piyada səkilərinin vəziyyəti təhlil edilir
17:10
21 Avqust
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
17:02
21 Avqust
Rüfət Məmmədov: İstehsalın və ixracın dəstəklənməsi məqsədilə kompleks və ardıcıl tədbirlər həyata keçirilir
16:52
21 Avqust
İslam İnkişaf Bankının nəşrində AIDA-nın Afrika ölkələrində həyata keçirilən kampaniyalarda iştirakından bəhs olunur
16:45
21 Avqust
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerləri üzrə müsabiqəyə sənəd qəbulu elan edir
16:45
21 Avqust
Aydın Hüseynov: Azərbaycan bütün qonşuları ilə qarşılıqlı faydalı əlaqələr qurub və münasibətlərin daha da dərinləşməsinə böyük töhfələr verir
16:32
21 Avqust
Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb
16:26
21 Avqust
Bilik Fondu öz fəaliyyətində maarifləndirmə tədbirlərinə geniş yer ayırır
16:24
21 Avqust
Flora Qasımova: Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə həyata keçirilib
16:14
21 Avqust
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək
15:46
21 Avqust
Tolerantlıq nümunəsi olan Azərbaycanda müqəddəs dini adət-ənənələr qorunub saxlanılır
15:42
21 Avqust
Payızlıq və yazlıq dənli bitkilərin əkin sahəsindən 3 milyon tonadək məhsul götürülüb
15:24
21 Avqust
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
14:57
21 Avqust
Metallurgiya sənayesində 14,3 faiz artım müşahidə olunub
14:53
21 Avqust
TAP-ın Albaniya hissəsinin tikintisi dəniz səviyyəsindən 2100 metr yüksəklikdə aparılır
14:07
21 Avqust
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin Belarusa səfəri başlayıb
13:42
21 Avqust
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatır
13:33
21 Avqust
Yeddi ayda ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib
13:29
21 Avqust
Bu il 248 nəfər astaralı məzun tələbə adını qazanıb
13:26
21 Avqust
Bakıda taksi dayanacaqlarının yerinin müəyyənləşdirilməsi davam edir
13:22
21 Avqust
Azərbaycan Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcək
12:08
21 Avqust
Sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib
12:05
21 Avqust
Payız-qış aylarında muxtar respublikanın avtomobil yollarında hərəkətin intensivliyi təmin olunacaq
12:00
21 Avqust
Mübariz Qurbanlı: Bütün bunlar milli dəyərlərimizin deformasiyaya uğramasına gətirib çıxara bilər
11:58
21 Avqust
Təhsil Nazirliyi Rumıniyaya dörd tələbə göndərir
11:54
21 Avqust
Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir
11:45
21 Avqust
Eldəniz Səlimov: Sənaye sektorunun inkişafının iqtisadi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür
10:50
21 Avqust
Zakir Həsənov: Azərbaycanın müdafiə qüdrəti qürurverici səviyyədə artıb
10:30
21 Avqust
Qurban bayramı münasibəti ilə sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub
10:11
21 Avqust
Qurbanlıq diri heyvan satışı aparılan yerlərdə dezinfeksiya işləri başa çatıb
09:50
21 Avqust
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
17:56
20 Avqust
İlin birinci yarısında Türkiyə Azərbaycandan 3,2 milyard kubmetrədək təbii qaz idxal edib
17:50
20 Avqust
Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
17:45
20 Avqust
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
16:59
20 Avqust
UEFA və AFFA əməkdaşlarının iştirakı ilə seminar keçirilib
16:56
20 Avqust
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü ilə bağlı tədbir keçirilib
16:22
20 Avqust
Cavid Osmanov: Azərbaycan tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir
16:02
20 Avqust
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
15:19
20 Avqust
Rauf Əliyev: Beynəlxalq hesabatlardakı məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir
15:16
20 Avqust
Tahir Rzayev: Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü dövlət dəstəyi göstərilir
15:03
20 Avqust
Yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının gələcək fəaliyyəti müzakirə edilib
14:43
20 Avqust
“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində...
14:20
20 Avqust
Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərləri təbliğ olunur
14:06
20 Avqust
Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:03
20 Avqust
Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
14:02
20 Avqust
Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
12:58
20 Avqust
Rusiya səfiri Mixail Boçarnikov: Bizim məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə dəstək verməkdir
12:40
20 Avqust
Bakıda keçirilən “MDB Start-ap platformu” layihəsi başa çatıb
12:23
20 Avqust
Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək
12:20
20 Avqust
Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
12:04
20 Avqust
Kənd təsərrüfatı naziri Şəmkirdə bölgə sakinləri ilə görüşəcək
11:54
20 Avqust
Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib
11:38
20 Avqust
Yarım ildə 64,7 min daimi iş yeri açılıb
10:31
20 Avqust
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
10:22
20 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 92 dəfə pozub
16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA