Ana səhifə »  Müəlliflər »  Radikal ünsürlərin “trol” siyasəti necə ifşa olundu?
A+   Yenilə  A-
Radikal ünsürlərin “trol” siyasəti necə ifşa olundu?
Yazdı: Aqşin Şahinoğlu

Yaxud Azərbaycan gənclərinin sosial şəbəkələrdə fəallığı Əli Kərimli və onun dəstəsini niyə narahat edir?
Son günlər AXCP-nin sədri Əli Kərimli və qondarma “Milli şura”nın bəzi üzvləri özlərinin və radikal düşərgəyə xidmət edən media orqanlarının “facebook” səhifələrində Azərbaycan gənclərini hədəfə alıblar. Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və digərləri sosial şəbəkələrdə fəallıq göstərən, radikal müxalifət partiyalarının yarıtmaz fəaliyyətini tənqid edən, Azərbaycanın uğurları haqqında çoxsaylı şərh və statuslar paylaşan gəncləri “trol”lar adlandırır, onların ünvanına təhqirlər yağdırırlar. Gültəkin Hacıbəylinin “YAP, səhifələrimizə xoş gəldin”, “Azadlıq” qəzetinin “Əli Kərimlidən YAP trollarına öldürücü cavab” başlıqlı yazı və paylaşımlarında, Əli Kərimlinin özünün isə 3 statusunda bu mövzuda absurd fikirlər yer almaqla bərabər, həmin paylaşımların şərhlər bölməsində Kərimlinin nəzarətində olan “trol”lar tərəfindən Azərbaycanın sağlam gənclərinin ünvanına böhtan və təhqirlər ifadə olunub. Açıq şəkildə görünür ki, radikallar gənclərin sosial şəbəkələrdəki fəallığından çox dərin narahatlıq keçirirlər. Maraqlı bir sual ortaya çıxır? Uzun müddətdir ki, Azərbaycan gəncləri sosial şəbəkələrdə kifayət qədər fəal olduqları halda, bu, Kərimli və onun dəstəsini niyə məhz indi narahat etməyə başlayıb?
Kərimlinin günəmuzd “trol”ları onu tərk edir
Sirr deyil ki, AXCP sədri real siyasi müstəvidə ardıcıl məğlubiyyətə uğraması və ictimaiyyətin dəstəyindən məhrum olması səbəbindən bütün fəaliyyətini virtual məkana transfer edib. Ona görə də “trollar”ın xidmətlərindən faydalanaraq sosial şəbəkələrdə özünün “piar” kampaniyasını həyata keçirməyə çalışıb. AXCP-nin mətbəxinə bələd olan adamlar mətbuata açıqlamalarında bəyan ediblər ki, təkcə Əli Kərimli və onun müavinlərinin yüzlərlə “saxta profillər”i var. Məsələn, Ə. Kərimlinin sabiq müavini Razi Nurullayev hələ 2 il əvvəl deyirdi ki, AXCP-də partiya funksionerlərinə “facebook”da yüzlərlə saxta profil yaratmaq tapşırılıb: “Bəzilərinin 100-110 saxta profili var idi. “Facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var”. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da rəhbərlik etdiyi qəzetə qarşı AXCP və Əli Kərimli tərəfindən sosial şəbəkələrdə “qara piar” kampaniyası aparıldığını söyləmişdi. O, Əli Kərimlinin konkret bu tapşırığın icrası üçün kompakt bir qrup yaratdığını, həmin qrupun da “internet hücumları” həyata keçirdiyini açıqlamışdı. Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, “Milli şura”nın keçmiş üzvləri və digərləri də müxtəlif vaxtlarda bununla bağlı şikayətləri dilə gətiriblər. Beləliklə, bir fakt təsdiqini tapır ki, Kərimli və onun ətrafındakı azsaylı qrup həmişə “trol”ların və “saxta profillər”in vasitəsilə bəzən AXCP sədrinin guya ciddi fiqur olması yönündə rəy formalaşdırmağa çalışıb, bəzən də bu üsulla rəqiblərinə qarşı çirkli təbliğat aparmaq həvəsinə düşüb. Hazırda isə vaxtilə Kərimlinin “trol”luğunu edən azsaylı qrup da AXCP sədrinin yaralarına məlhəm olmur. Onlar verilən müxtəlif şirnikləndirici vədlərin, pafoslu bəyanatların real həyatda öz təsdiqini tapmadığını görüb, Kərimlidən üz döndərirlər. Əgər bir neçə ay əvvəl Kərimlinin günəmuzd “trol”larının sayı onlarla ifadə olunurdusa, artıq bu gün onların sayı barmaqla sayılacaq qədər azdır. Azərbaycan dövlətinin və xalqının maraqlarını qoruyan sağlam gənclər ordusunun sıraları isə gündən-günə genişlənir, antimilli ünsürlərin zərərli və zəhərli kampaniyalarına qarşı gənclərin müqaviməti artır. Gənclər Əli Kərimlinin, Gültəkin Hacıbəylinin, Cəmil Həsənlinin, “Azadlıq” qəzetinin, “Azadlıq” radiosunun və “Meydan TV”nin sosial şəbəkələrdəki səhifələrində yazdıqları şərhlərdə Azərbaycanda mövcud olan real inkişaf göstəricilərini, milli maraqlara xidmət edən informasiyaları təbliğ etməklə yanaşı, böhtan və təhrif olunmuş məlumatlara da faktlarla cavab verir, antimilli müxalifətin yarıtmaz fəaliyyətini ifşa edirlər. Bu da Əli Kərimlini, Gültəkin Hacıbəylini, Cəmil Həsənlini və anti-Azərbaycan dairələrin sifarişlərini icra edən digərlərini narahat edir.
Türkel Kərimli Saakyanın oğlu ilə Azərbaycana qarşı “qara - piar” kampaniyası aparanda vətənpərvər gənclər sosial şəbəkələrdə ölkəmizi təbliğ edirdilər
Dağıdıcı düşərgə üzvlərinin “troll” məsələsində irəli sürdükləri iddiaların çürük olduğunu sübut edən başqa bir fakt ondan ibarətdir ki, Kərimlinin dəstəsinin diqqətini indi çəkən gənclər, əslində, həmişə sosial şəbəkələrdə Azərbaycan dövlətinin və xalqının maraqlarını ləyaqətlə qoruyub, ölkəmizin uğurlarının təbliğində, tarix və mədəniyyətimizin tanıtımında fəal şəkildə iştirak edib, bu virtual meydandan məhz dövlətimizin müdafiəsi naminə uğurla faydalanıblar. Hələ ötən il keçirilən Avropa Oyunları ərəfəsində, həmçinin mühüm beynəlxalq forum və konfranslar, ölkəmiz üçün əhəmiyyət kəsb edən digər tədbirlər zamanı da bu gənclər ordusunun yüksək fəallığı sayəsində Azərbaycanın təbliğinə xidmət edən səhifələr, “həştəqlər” dünyada ən çox müraciət olunan və ən geniş təbliğ olunan səhifə və “həştəqlər” sırasında ilk onluqda qərarlaşıb. Azərbaycan gənclərinin Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paylaşımları beynəlxalq ictimaiyyətin də diqqətini çəkib. Gənclərimizin bu fəallığından Kərimlinin xəbərsiz olmasını, bunu cəmiyyətə yeni bir situasiya kimi təqdim etməyə çalışmasını da başa düşürük. Çünki Azərbaycan gəncləri məhz bu səmərəli fəaliyyətlə məşğul olduğu vaxtlarda AXCP sədrinin oğlu Türkel Kərimli ABŞ-da Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu ilə çiyin-çiyinə anti-Azərbaycan təbliğatı aparır, Kərimlinin xaricdəki manqurt gəncləri Avropanın müxtəlif şəhərlərində erməni diasporu üzvlərinin iştirakı və maliyyə dəstəyi ilə ölkəmizlə bağlı təxribat xarakterli tədbirlərdə “əziz qonaq” kimi iştirak edir, hədyanlar, şər-böhtanlar yağdırırdılar. Yəqin ki, Kərimlinin başı onda bu cür zərərli işləri koordinasiya etməyə qarışdığı üçün o, Azərbaycan gənclərinin sosial şəbəkələrdə nə ilə məşğul olduqlarını bilməyib ki, bu gün sözügedən sayıqlamaları ilə gündəmdə qalmağa çalışır.
Beləliklə, sadalananlar fonunda belə bir qənaət hasil olur ki, siyasi mübarizənin bütün platformalarında məğlub olan Əli Kərimli, onun faktiki nəzarətində olan “Milli şura” üzvləri və digər dağıdıcılar artıq sosial şəbəkələrdə də Azərbaycanın sağlam gəncləri qarşısında öz “dərslərini alırlar”. Xalqın imtina etdiyi, Azərbaycan siyasi palitrasının autsayderi hesab olunan bu dəstə sosial şəbəkələrdə də məğlub olurlar. Buna görə də gənclərin tənqidləri qarşısında dözümsüzlük nümayiş etdirərək şərhləri silir, şəbəkə istifadəçilərini bloklayırlar. Kərimli və ətrafındakılar artıq uduzan tərəf olmaqdan yorulub və fəal gənclərə qarşı hikkələrinin səbəblərindən biri də budur.

 
  • Oxunub:  11880  |  
  • Tarix:  19-11-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

17:57
21 Avqust
Mübariz Qurbanlı: Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib
17:56
21 Avqust
Bu il Azərbaycana 191 ölkədən 1,65 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
17:51
21 Avqust
Respublika Veteranlar Təşkilatında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı olub
17:33
21 Avqust
Sərəncam: Qusarın Köhnə Xudat–Həzrə avtomobil yolunun tikintisinə 4,1 milyon manat ayrılıb
17:30
21 Avqust
Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyatı şənbə və bazar günləri də aparılacaq
17:28
21 Avqust
Azərbaycanda ilk dəfə aşpazlarının birinci konqresi keçirilib
17:25
21 Avqust
Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib
17:13
21 Avqust
Bakıda piyada səkilərinin vəziyyəti təhlil edilir
17:10
21 Avqust
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
17:02
21 Avqust
Rüfət Məmmədov: İstehsalın və ixracın dəstəklənməsi məqsədilə kompleks və ardıcıl tədbirlər həyata keçirilir
16:52
21 Avqust
İslam İnkişaf Bankının nəşrində AIDA-nın Afrika ölkələrində həyata keçirilən kampaniyalarda iştirakından bəhs olunur
16:45
21 Avqust
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerləri üzrə müsabiqəyə sənəd qəbulu elan edir
16:45
21 Avqust
Aydın Hüseynov: Azərbaycan bütün qonşuları ilə qarşılıqlı faydalı əlaqələr qurub və münasibətlərin daha da dərinləşməsinə böyük töhfələr verir
16:32
21 Avqust
Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb
16:26
21 Avqust
Bilik Fondu öz fəaliyyətində maarifləndirmə tədbirlərinə geniş yer ayırır
16:24
21 Avqust
Flora Qasımova: Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə həyata keçirilib
16:14
21 Avqust
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək
15:46
21 Avqust
Tolerantlıq nümunəsi olan Azərbaycanda müqəddəs dini adət-ənənələr qorunub saxlanılır
15:42
21 Avqust
Payızlıq və yazlıq dənli bitkilərin əkin sahəsindən 3 milyon tonadək məhsul götürülüb
15:24
21 Avqust
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
14:57
21 Avqust
Metallurgiya sənayesində 14,3 faiz artım müşahidə olunub
14:53
21 Avqust
TAP-ın Albaniya hissəsinin tikintisi dəniz səviyyəsindən 2100 metr yüksəklikdə aparılır
14:07
21 Avqust
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin Belarusa səfəri başlayıb
13:42
21 Avqust
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatır
13:33
21 Avqust
Yeddi ayda ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib
13:29
21 Avqust
Bu il 248 nəfər astaralı məzun tələbə adını qazanıb
13:26
21 Avqust
Bakıda taksi dayanacaqlarının yerinin müəyyənləşdirilməsi davam edir
13:22
21 Avqust
Azərbaycan Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcək
12:08
21 Avqust
Sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib
12:05
21 Avqust
Payız-qış aylarında muxtar respublikanın avtomobil yollarında hərəkətin intensivliyi təmin olunacaq
12:00
21 Avqust
Mübariz Qurbanlı: Bütün bunlar milli dəyərlərimizin deformasiyaya uğramasına gətirib çıxara bilər
11:58
21 Avqust
Təhsil Nazirliyi Rumıniyaya dörd tələbə göndərir
11:54
21 Avqust
Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir
11:45
21 Avqust
Eldəniz Səlimov: Sənaye sektorunun inkişafının iqtisadi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür
10:50
21 Avqust
Zakir Həsənov: Azərbaycanın müdafiə qüdrəti qürurverici səviyyədə artıb
10:30
21 Avqust
Qurban bayramı münasibəti ilə sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub
10:11
21 Avqust
Qurbanlıq diri heyvan satışı aparılan yerlərdə dezinfeksiya işləri başa çatıb
09:50
21 Avqust
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
17:56
20 Avqust
İlin birinci yarısında Türkiyə Azərbaycandan 3,2 milyard kubmetrədək təbii qaz idxal edib
17:50
20 Avqust
Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
17:45
20 Avqust
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
16:59
20 Avqust
UEFA və AFFA əməkdaşlarının iştirakı ilə seminar keçirilib
16:56
20 Avqust
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü ilə bağlı tədbir keçirilib
16:22
20 Avqust
Cavid Osmanov: Azərbaycan tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir
16:02
20 Avqust
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
15:19
20 Avqust
Rauf Əliyev: Beynəlxalq hesabatlardakı məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir
15:16
20 Avqust
Tahir Rzayev: Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü dövlət dəstəyi göstərilir
15:03
20 Avqust
Yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının gələcək fəaliyyəti müzakirə edilib
14:43
20 Avqust
“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində...
14:20
20 Avqust
Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərləri təbliğ olunur
14:06
20 Avqust
Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:03
20 Avqust
Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
14:02
20 Avqust
Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
12:58
20 Avqust
Rusiya səfiri Mixail Boçarnikov: Bizim məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə dəstək verməkdir
12:40
20 Avqust
Bakıda keçirilən “MDB Start-ap platformu” layihəsi başa çatıb
12:23
20 Avqust
Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək
12:20
20 Avqust
Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
12:04
20 Avqust
Kənd təsərrüfatı naziri Şəmkirdə bölgə sakinləri ilə görüşəcək
11:54
20 Avqust
Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib
11:38
20 Avqust
Yarım ildə 64,7 min daimi iş yeri açılıb
10:31
20 Avqust
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
10:22
20 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 92 dəfə pozub
16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA