Ana səhifə »  Müəlliflər »  Xədicə İsmayıl Əli Kərimli və Cəmil Həsənli haqqında: “Ambisiyaları var, ağılları yoxdur”
A+   Yenilə  A-
Xədicə İsmayıl Əli Kərimli və Cəmil Həsənli haqqında: “Ambisiyaları var, ağılları yoxdur”
Yazdı: Aqşin Şahinoğlu

Yaxud “siyasi məhbus” alverçiləri nəyi bölüşdürə bilmirlər?
Azərbaycanın radikal müxalifət düşərgəsi nə zaman mövzu sarıdan qıtlıq yaşayırsa, saman çöpündən yapışan kimi, dərhal “siyasi məhbus” məsələsinə üz tutur. Belə demək mümkünsə, bu mövzu artıq onların gündəlik həyatında nəfəslik rolunu oynamağa başlayıb. Ona görə də son 10 gündə radikal düşərgədə “siyasi məhbus” məsələsi ətrafında baş verənləri tamamilə təbii hesab etmək olar. Müzakirələrə və tərəflərin bir-birilərinə qarşı səsləndirdikləri ittihamlara diqqət yetirdikdə, radikalların yeni qovğasının əsas motivləri üzə çıxır. Söhbət heç də hansısa məhkumun hüquqlarını müdafiə etmək istəyindən getmir və bu məsələ “siyasi məhbus” alverçilərini zərrə qədər də maraqlandırmır. Bu qovğada yenə də Qərbdəki konkret donor təşkilatlarından külli miqdarda qrant almaq və varlanmaq ehtirası özünü açıq-aydın göstərir.
Əli Kərimli və “Milli şura” Xədicəgilin siyahısını “iqnor etdi”
Ümumiyyətlə, son illər “siyasi məhbus” biznesi bəzi maraq qrupları üçün gəlirli sahəyə çevrilib. Beynəlxalq hüquqda “siyasi məhbus” ifadəsi ilə bağlı fikir ayrılıqları mövcud olsa da, ümumi qəbul olunmuş anlayış bundan ibarətdir ki, əgər bir şəxsin azadlıqdan məhrum edilməsi tam olaraq siyasi səbəblərlə əlaqədardırsa, həmin şəxs “siyasi məhbus” hesab olunur. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycanda “siyasi məhbus” yox, konkret hansısa cinayət törətmiş və buna münasib də məhkum olunmuş insanlar var. Kimlərinsə siyasi fəaliyyətlə məşğul olmaları onları məsuliyyətdən azad etmir. Digər tərəfdən, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür. Bu həm də o deməkdir ki, biz Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) yuridiksiyasına daxilik və onun qəbul etdiyi qərarlar ölkəmizdə hüquqi qüvvəyə malikdir. Ona görə də əgər kimlərsə məhkəmələrin qəbul etdiyi qərarlardan narazıdırlarsa və bu qərarın ədalətliliyinə şübhə ilə yanaşırlarsa, pozulduğunu iddia etdikləri hüquqlarını AİHM-də müdafiə edə bilərlər. Bildiyimiz qədərilə, bu günədək ortaya çıxmış siyahılarda adları yer alan məhbusların mütləq əksəriyyəti bununla bağlı heç bir addım atmayıb. Belə olduğu halda, həmin siyahılar kimə və nə üçün lazımdır?
Oktyabrın 17-də Xədicə İsmayılın başçılıq etdiyi dəstənin hazırladığı siyahı təqdim olundu və bu, “vahid işçi qrupunun siyahısı” adlandırıldı. Cəmi bir gün sonra isə başqa bir “işçi qrupu” peyda oldu: oktyabrın 18-də Leyla Yunus, Oktay Gülalıyev və Elşən Həsənov tərəfindən hazırlandığı iddia olunan yeni “siyasi məhbus” siyahısı açıqlandı. İki siyahı arasında ciddi fərqlərin olması haqlı suallar meydana çıxardı. Amma narazılıq yaradan və sosial şəbəkələrdə geniş müzakirələrə, tənqid və qınaqlara əsas verən təkcə siyahıların birində 94, digərində isə 166 nəfərin adının olması deyil. Diqqət çəkən əsas məqamlardan biri bəzi radikal müxalifət funksionerlərinin iki siyahıya münasibətdə fərqli mövqe ortaya qoymasıdır. Belə ki, bəziləri neytral qalmağa çalışsa da, AXCP və “Milli şura” Leyla Yunusun siyahısına açıq dəstək verərək Xədicə İsmayılın dəstəsinə arxa çevirdi. Hətta 166 nəfərlik siyahının təqdimatında “Milli şura” rəhbərliyi iştirak edib Xədicəgilin ünvanına üstüörtülü ismarıclar da göndərdi. Cəmil Həsənli bu siyahının natamam olduğunu əsas gətirərək digərinin üstün cəhətlərini sadalamağa girişdi. Əli Kərimli isə özünün faktiki olaraq idarə etdiyi “Azadlıq” qəzetində L.Yunusun siyahısının geniş təbliğatını aparsa da, ikincilərin “siyasi məhbus” siyahısı ilə bağlı xəbərlərin işıqlandırılmasına “veto qoydu”. Bu da sosial şəbəkələrdə haqlı olaraq “Əli Kərimli Xədicə İsmayılın dəstəsinin “siyasi məhbus” siyahısını iqnor etdi” kimi dəyərləndirildi.
İttihamların hədəfində AXCP sədridir
Qarşı tərəfin cavabı da özünü çox gözlətmədi. Başda Xədicə İsmayıl olmaqla siyahının hazırlanmasında iştirak edən qrup üzvləri digər “siyahı”çıları qeyri-peşəkarlıqda və ikitirəlik salmaqda günahlandırdılar. Bu ittihamların əsas hədəflərindən biri AXCP sədri Əli Kərimli oldu.
Bəli, Əli Kərimli bu dəfə də ilanı Seyid Əhməd əli ilə tutmaq istədi. AXCP sədrinin bu biznesdə Oktay Gülalıyevi qabağa verməsi təsadüfi deyil. O, bununla həm radikal düşərgədəki digər boğaz ortaqlarını “tortun dilimlərindən” məhrum etməyi, həm də etibarlı bir şəxsin əli ilə prosesə nəzarət etməyi düşünürdü. Bu məsələdə O.Gülalıyev Kərimli üçün ideal seçimdir. Çünki bu, həmin Oktay Gülalıyevdir ki, Əbülfəz Elçibəyin dövründə AXCP Gənclər Komitəsinin və Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri olub, Elçibəyin vəfatından sonra partiya parçalandıqda isə əksəriyyətin xəyanətkar adlandırdığı Əli Kərimlinin deyil, Mirmahmud Mirəlioğlunun yanında yer alıb. Uzun müddət KXCP-də müxtəlif vəzifələr tutsa da, bu partiyanın hakimiyyətə gəlmə perspektivinin olmadığını anlayaraq sonralar Əli Kərimliyə meyillənməyə başlayıb, 2013-cü ildə “Milli şura” yarananda onun mətbuat katibi təyin edilib, bir qədər sonra isə KXCP ilə yollarını tam ayırıb. Yalnız siyasi partiyada fəaliyyət göstərməklə yaxşı pul qazanmağın mümkün olmayacağını anlayan bu zirək müxalifətçi 2012-ci ildən etibarən həm də hüquq müdafiəçiliyinə girişib. Əvvəl guya Kür daşqınlarından zərər çəkənlərin hüquqlarını müdafiə edib, sonra isə “siyasi məhbus” məsələsi üzrə ixtisaslaşmağa başlayıb. Beləliklə, 90-cı illərdə özünü “milli demokrat” kimi təqdim edən bu şəxs XXI əsrin ikinci onilliyində “5-ci kolon”un parlaq təmsilçilərindən birinə çevrilib. Gülalıyevin bu keyfiyyətlərini nəzərə alan Ə.Kərimli “siyasi məhbus” məsələsində ondan faydalanmaq istədi. Amma AXCP sədrinin sağ qulağını sol əli ilə qaşımaq həvəsi qursağında qaldı. Çünki qarşısındakılar onun öz mətbəxində dolaşan və hətta “yataq otağı” sirlərinə də bələd olan adamlardır: Xədicə İsmayıl, Rövşən Hacıbəyli, Şahvələd Çobanoğlu və digərlərinin yolları Əli Kərimli və onun başçılıq etdiyi dəstə ilə dəfələrlə kəsişib. Hətta mütəmadi olaraq Qərb institutlarından “şərikli çörək” alıb yedikləri də məlumdur. Ona görə də qarşı tərəfin öz ittihamlarını birbaşa Əli Kərimliyə ünvanlaması təəccüblü deyil. Hər halda, Xədicə İsmayılın “facebook” səhifəsində yazdığı “Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı. İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər” kimi qınağından ən çox nəticə çıxarmalı olan adam AXCP sədridir. Xədicənin təbirincə, Əli Kərimli və Cəmil Həsənli araqarışdıranlardır. O, növbəti şərhində fikrini bu sözlərlə ifadə edib: “Ambisiyaları var e, ağılları yoxdur. Sınıq barmağa tibbi yardım göstərməkləri yox, qoyasan elə ara qarışdırsınlar”.
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli öz “facebook” səhifəsində paylaşdığı statusda Ə.Kərimlinin adını çəkməsə də, sədrinə olan qınağını C.Həsənliyə xitabən ifadə edib: “Cəmil müəllim 94 nəfərlik siyasi məhbus siyahısına “natamam” deyib, tez-tələsik hazırlanan, sanki 94-ün qarşısına çıxarılan 166 nəfərlik siyahı da tam deyil axı. 94-ü hazırlayanlar siyahının niyə 94 olmasının açıqlamasını da vermişdilər, ikitirəlik salmaq heç də yaxşı hərəkət deyil, bunu bir az ayıb da saymaq olar...”
Zurnanı kim çalacaq?
“Siyasi məhbus” məsələsi kifayət qədər rentabelli “biznes” olduğuna görə, bu dəfə tərəflərin daha ağır qaydasız döyüşə girişdikləri bəllidir. İndi hər iki qütb üçün başlıca məqsəd qarşı tərəfi mümkün qədər çox ifşa etməkdir. “Kanal 13” internet televiziyasında yayımlanan “Sizin tribuna” adlı verilişdə Xədicə İsmayılın dəstəsinin üzvü Xalid Bağırov Oktay Gülalıyevlə apardığı müzakirələrdə maraqlı nüanslara aydınlıq gətirib. Məsələn, məlum olub ki, Leyla Yunusun 166 nəfərlik siyahısında bir adamın adının iki dəfə yazılması halları ilə yanaşı, artıq azadlıqda olan şəxslərin də “siyasi məhbus” kimi siyahıya daxil edilməsi faktları mövcuddur. Bu kimi halların kifayət qədər çox olduğunu qeyd edən Xalid Bağırov qarşı tərəfin siyahısının tamamilə qeyri-peşəkar hazırlandığını, əksər iddiaların konkret hüquqi sənədlərə söykənmədiyini vurğulayıb. Oktay Gülalıyev isə ünvanlarına səslənən ittihamlara eyni ritorika ilə cavab verərək, rəqiblərinin “faktları görməzlikdən gəldiklərini”, “cəsarətsiz davrandıqlarını” bildirib.
“İştah diş altındadır” deyiblər. Pul iyi gələndə radikal müxalifət düşərgəsinin ştatlı üzvlərinin iştahı daha da artır. Elə son günlər olduğu kimi. Qrant, pul ehtirasi vaxtilə müxalifətdəki digər partiyaları “zərərsizləşdirmək” üçün birgə fəaliyyət göstərən, bir-birilərinin hesabına xaricdən qrant alan, ortaq layihələr həyata keçirən Əli Kərimli və Xədicə İsmayılın ətrafındakı “QHT-şniklərin” düşmən olmaları üçün yetərlidir. Bu düşmənçiliyin, radikal müxalifət düşərgəsini toz-dumana bürüyən “siyasi məhbus” qasırğasının səs-sədası hələ sonra çıxacaq. Amma hazırda dəqiq olan budur ki, yeni marafon start götürüb və hərə əlində bir “siyasi məhbus” siyahısı ortalıqda gəzişməkdədir. Kim öz siyahısını “donorlara” sırıya bilsə, Molla Nəsrəddin demiş, “zurnanı da o çalacaq”.

 
  • Oxunub:  10500  |  
  • Tarix:  28-10-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

17:57
21 Avqust
Mübariz Qurbanlı: Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib
17:56
21 Avqust
Bu il Azərbaycana 191 ölkədən 1,65 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
17:51
21 Avqust
Respublika Veteranlar Təşkilatında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı olub
17:33
21 Avqust
Sərəncam: Qusarın Köhnə Xudat–Həzrə avtomobil yolunun tikintisinə 4,1 milyon manat ayrılıb
17:30
21 Avqust
Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyatı şənbə və bazar günləri də aparılacaq
17:28
21 Avqust
Azərbaycanda ilk dəfə aşpazlarının birinci konqresi keçirilib
17:25
21 Avqust
Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib
17:13
21 Avqust
Bakıda piyada səkilərinin vəziyyəti təhlil edilir
17:10
21 Avqust
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
17:02
21 Avqust
Rüfət Məmmədov: İstehsalın və ixracın dəstəklənməsi məqsədilə kompleks və ardıcıl tədbirlər həyata keçirilir
16:52
21 Avqust
İslam İnkişaf Bankının nəşrində AIDA-nın Afrika ölkələrində həyata keçirilən kampaniyalarda iştirakından bəhs olunur
16:45
21 Avqust
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerləri üzrə müsabiqəyə sənəd qəbulu elan edir
16:45
21 Avqust
Aydın Hüseynov: Azərbaycan bütün qonşuları ilə qarşılıqlı faydalı əlaqələr qurub və münasibətlərin daha da dərinləşməsinə böyük töhfələr verir
16:32
21 Avqust
Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb
16:26
21 Avqust
Bilik Fondu öz fəaliyyətində maarifləndirmə tədbirlərinə geniş yer ayırır
16:24
21 Avqust
Flora Qasımova: Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə həyata keçirilib
16:14
21 Avqust
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək
15:46
21 Avqust
Tolerantlıq nümunəsi olan Azərbaycanda müqəddəs dini adət-ənənələr qorunub saxlanılır
15:42
21 Avqust
Payızlıq və yazlıq dənli bitkilərin əkin sahəsindən 3 milyon tonadək məhsul götürülüb
15:24
21 Avqust
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
14:57
21 Avqust
Metallurgiya sənayesində 14,3 faiz artım müşahidə olunub
14:53
21 Avqust
TAP-ın Albaniya hissəsinin tikintisi dəniz səviyyəsindən 2100 metr yüksəklikdə aparılır
14:07
21 Avqust
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin Belarusa səfəri başlayıb
13:42
21 Avqust
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatır
13:33
21 Avqust
Yeddi ayda ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib
13:29
21 Avqust
Bu il 248 nəfər astaralı məzun tələbə adını qazanıb
13:26
21 Avqust
Bakıda taksi dayanacaqlarının yerinin müəyyənləşdirilməsi davam edir
13:22
21 Avqust
Azərbaycan Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcək
12:08
21 Avqust
Sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib
12:05
21 Avqust
Payız-qış aylarında muxtar respublikanın avtomobil yollarında hərəkətin intensivliyi təmin olunacaq
12:00
21 Avqust
Mübariz Qurbanlı: Bütün bunlar milli dəyərlərimizin deformasiyaya uğramasına gətirib çıxara bilər
11:58
21 Avqust
Təhsil Nazirliyi Rumıniyaya dörd tələbə göndərir
11:54
21 Avqust
Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir
11:45
21 Avqust
Eldəniz Səlimov: Sənaye sektorunun inkişafının iqtisadi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür
10:50
21 Avqust
Zakir Həsənov: Azərbaycanın müdafiə qüdrəti qürurverici səviyyədə artıb
10:30
21 Avqust
Qurban bayramı münasibəti ilə sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub
10:11
21 Avqust
Qurbanlıq diri heyvan satışı aparılan yerlərdə dezinfeksiya işləri başa çatıb
09:50
21 Avqust
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
17:56
20 Avqust
İlin birinci yarısında Türkiyə Azərbaycandan 3,2 milyard kubmetrədək təbii qaz idxal edib
17:50
20 Avqust
Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
17:45
20 Avqust
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
16:59
20 Avqust
UEFA və AFFA əməkdaşlarının iştirakı ilə seminar keçirilib
16:56
20 Avqust
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü ilə bağlı tədbir keçirilib
16:22
20 Avqust
Cavid Osmanov: Azərbaycan tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir
16:02
20 Avqust
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
15:19
20 Avqust
Rauf Əliyev: Beynəlxalq hesabatlardakı məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir
15:16
20 Avqust
Tahir Rzayev: Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü dövlət dəstəyi göstərilir
15:03
20 Avqust
Yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının gələcək fəaliyyəti müzakirə edilib
14:43
20 Avqust
“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində...
14:20
20 Avqust
Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərləri təbliğ olunur
14:06
20 Avqust
Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:03
20 Avqust
Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
14:02
20 Avqust
Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
12:58
20 Avqust
Rusiya səfiri Mixail Boçarnikov: Bizim məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə dəstək verməkdir
12:40
20 Avqust
Bakıda keçirilən “MDB Start-ap platformu” layihəsi başa çatıb
12:23
20 Avqust
Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək
12:20
20 Avqust
Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
12:04
20 Avqust
Kənd təsərrüfatı naziri Şəmkirdə bölgə sakinləri ilə görüşəcək
11:54
20 Avqust
Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib
11:38
20 Avqust
Yarım ildə 64,7 min daimi iş yeri açılıb
10:31
20 Avqust
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
10:22
20 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 92 dəfə pozub
16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA