Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin qara zolağı: trollar yenə məğlub oldular
A+   Yenilə  A-
Əli Kərimlinin qara zolağı: trollar yenə məğlub oldular
Yazdı: Aqşin Şahinoğlu

Yaxud bir daha “HamamTimes”ın “sorğusu” haqqında...
Azərbaycanın radikal müxalifət partiyalarının ölkənin siyasi həyatında heç bir rola malik olmadıqları günümüzün inkarolunmaz reallığıdır. İndiyə qədər qatıldıqları bütün seçki marafonlarından boynubükük ayrılan, siyasi sistemin təkmilləşdirilməsi, islahatlar həyata keçirilməsi və ölkənin inkişafı ilə bağlı hər hansı təşəbbüs irəli sürməyən, yalnız xarici maraq qruplarından aldıqları maddi dəstək və qeyri-real vədlər qarşılığında partiyaçılıq oynayan radikal ünsürlərin Azərbaycan xalqının iradəsi ilə heç bir əlaqəsi yoxdur. Faktiki olaraq, ictimai faydalı işlə məşğul olmayan, siyasi sistemimizin “qarınaltı yükü”nə çevrilmiş bu azsaylı qrupun fəaliyyəti real müstəvidən virtual aləmə transfer olmaqdadır. Və bu keçid siyasi leksikonumuza yeni ifadə daxil edib: “facebook müxalifəti”.
Şübhəsiz ki, müasir şəraitdə sosial şəbəkələr istənilən təşkilat üçün həm kifayət qədər imkanlar vəd edən təşviqat, həm də geniş kütlələrə müraciət platformasıdır. Di gəl ki, bu platformanın hər kəs tərəfindən qəbul olunan əhəmiyyəti heç bir siyasi təşkilata yalnız sosial şəbəkələrdə gün keçirmək üçün əsas vermir. Azərbaycanın “facebook müxalifəti” isə özünün mövcudluğunu yalnız sosial şəbəkələrdə fəaliyyət göstərməklə qorumağa çalışır. AXCP sədri Əli Kərimlinin fəaliyyəti bu mənada xarakterikdir.
“Like”, yoxsa “Wow”?
“Facebook” sosial şəbəkəsindəki “HamamTimes” səhifəsində ötən həftənin sonlarında “Əli Kərimli, yoxsa İlqar Məmmədov?” başlıqlı sorğu təşkil olunub. İlk sorğu günündə səhifə adminləri İlqar Məmmədovun lehinə səs vermək üçün “Like” (bəyənmə), Əli Kərimliyə səs verənlər üçün təəccüb anlamını verən “Wow” düyməsini müəyyənləşdirmişdilər. Lakin Əli Kərimli tərəfdarları dərhal cığallığa keçdilər. Onlar belə bir iddia irəli sürdülər ki, insanlar daha çox “Like” işarəsini bilir, həmçinin “Wow” işarəsini tapmaq üçün də əvvəlcə “Like”ı sıxmaq lazımdır. Ona görə də bu sorğunun ədalətli olmayacağını bildirən kərimliçilər işarələrin yerini dəyişdirməyi tələb etdilər. Səhifə idarəçiləri də onların tələblərini nəzərə alaraq bu dəfə Kərimli üçün “Like”, İ.Məmmədov üçün “Wow” düyməsi təyin etdilər. 
Sosial şəbəkələrdə tez-tez bu kimi sorğuların şahidi oluruq. Nəzərə alsaq ki, sistemə bu və ya başqa şəkildə müdaxilə mümkündür, həmçinin trollar və “saxta profillər” üzərindən həyata keçirilən mexanizmlər də nəticəyə əsaslı təsir edir, onda bu sorğuların nəticələrinin əksər hallarda reallığı ifadə etmədiyini söyləyə bilərik. Elə sonuncunun nəticələrinə münasibətdə də hər iki tərəfin öz yanaşması var. Məqsədimiz heç də bu iki şəxsdən hansının sosial şəbəkə istifadəçiləri arasında daha populyar olduğunu müəyyənləşdirmək deyil. Heç Ə.Kərimlinin 1498, İ.Məmmədovun 3306 dəstək almasının da, zənnimizcə, elə bir xəbər yükü yoxdur. İnsafən, Kərimlinin “trol”ları bu dəfə də qara zolaqdan çıxa bilmədilər və onların saxta profillər üzərindən “Like” canfəşanlığı fiasko ilə tamamlandı. Amma bizim üçün əsas diqqətçəkən məqam həmin sorğuya yazılan şərhlərlə bağlıdır. Çünki bu “müzakirə”lər bir çox mətləblərdən xəbər verir. 
Əvvəla, bu “Like” yarışmasında siyasi palitramızın autsayderi sayılan təşkilatların təmsilçilərinin mənəvi cəhətdən nə qədər ciddi aşınmaya məruz qaldıqları növbəti dəfə ortaya çıxdı. Ona görə də sosial şəbəkələrdə nüfuzları yoxlanılan bu iki şəxsin tərəfdarlarının sorğunun “baş rol oyunçuları” haqqında yazdıqları şərhlərin üzərində dayanmağa ehtiyac var.
Əli Kərimli öz adının yanında digər bir müxalifətçinin adının keçməsindən depressiyaya düşür
Bu günə qədər Əli Kərimlinin sosial şəbəkələrdə saxladığı muzdlu “trol” və “saxta profil” dəstəsi haqqında dəfələrlə yazılıb, hətta ona yaxın adamlar mətbuata açıqlamalarında bununla bağlı maraqlı məlumatlar veriblər. Bu profillərdən Kərimlinin guya böyük ictimai nüfuza və güclü dəstəyə malik siyasətçi olması haqqında rəy yaratmaq üçün istifadə olunur. Sözügedən sorğuda Kərimli tərəfdarlarının yazdıqları şərhlərdə də bu fikir əsas tezis kimi ortaya çıxır. 
Təbii ki, həm sosial şəbəkələrin, həm də xəbər saytlarının şərhlər bölməsində “saxta profil”lərin Əli Kərimlinin ünvanına yazdıqları təriflərlə onun əsl xislətini gizlətmək mümkün deyil. Ən azından radikal düşərgədə “lövbər” salanların özləri Əli Kərimlinin hansı yolu keçdiyini, hansı oyunlardan çıxaraq AXCP-də hakimi-mütləqə çevrildiyini, qondarma “Milli şura”nı hansı manevrlərlə özününküləşdirdiyini yaxşı bilirlər. AXCP sədrinin bütün “karyerası” boyu müxalifətdəki rəqiblərinə badalaq gələrək onları sıradan çıxarmaq üçün hansı “tədbirləri gördüyü” də yaddaşlarda təzədir. Və bütün bunların səbəbi çox sadədir: Əli Kərimli despot, antidemokrat mahiyyətlidir, çevrəsində özünə rəqib ola biləcək kiminsə olmasını istəmir. O, təkcə AXCP-də deyil, bütövlükdə radikal düşərgədə yetənə yetir, yetməyənə də bir daş atır. Sözügedən sorğuda “cəbhəçi” trolların canfəşanlığını da bu səbəblə izah etmək mümkündür. Bəyəm, vaxtilə özünə lider hesab etdiyi mərhum Əbülfəz Elçibəyə qarşı mətbuata kompromat ötürən, yaxud onun ölümündən sonra müxalifətdə “bığ çıxaran” hər kəsin üstünə “qılınc çəkən”, təmsil olunduğu düşərgədə “dedovşina”nın çiçəklənməsini təmin edən Ə.Kərimli deyildimi? AXCP sədrinin “muzdluları”nın təhqirlərinə məruz qalan onlarla müxalifətçinin adını birnəfəsə söyləmək mümkündür. Ə.Kərimli bu gün də müxalif düşərgənin “çirkin mülkədar”ı olmaq missiyasını davam etdirir. Ona görə də hətta sosial şəbəkədə təşkil olunan bir sorğuda belə adının yanında kimlərinsə adının yazılmasından depressiyaya düşür, buna dözməyə belə taqəti çatmır. İ.Məmmədov burada şərti subyektdir, problem Ə.Kərimlinin sadistliyində, tirançı mahiyyətində, yarış və rəqabət anlayışlarına qüsurlu yanaşmasındadır. Bu səbədən də AXCP sədrinin “söyüş maşını” istənilən məkanda istənilən adamı hədəf seçə bilər, subyektin adının nə olmasının elə bir fərqi yoxdur. “HamamTimes”ın sorğusunda Kərimlinin “kisəçiləri”ni əl-ayağa salan da bax elə budur. Üstəlik, bu prosesə Kərimli ən etibarlı adamlarını - köhnə qvardiyaçıları qoşub: Alı Rza, Aqil Əli Məhərrəm, Ruslan Nəsirli, Nurəddin Məmmədli, Vüqar Niftiyev Kərimlinin artıq xeyli təcrübəli hesab olunan “like”çıları və “linç briqadası”nın üzvləridir. Onların yazdıqları şərhlərdə İlqar Məmmədova qarşı aşağılayıcı münasibət hər addımda özünü göstərir, onun hətta ciddi bir siyasi fiqur kimi qəbul olunmamasına eyham vurulur. Məsələn, AXCP-nin Ali Məclisinin Rəyasət Heyəti üzvü Aqil Əli Məhərrəm yazır: “Bu qədər insan İlqar Məmmədovu real olaraq dəstəkləyir, niyə təkan verib REAL-ı partiya edib, prosesin önündə aparmırlar? Bu qədər dəstək realdırsa, nədən REAL bu qədər insanla işləməkdə maraqlı deyil? İki həbslə kampaniyanı dayandıranda bu qədər insan nədən demədi ki, dayandırmayın, biz o iki nəfəri əvəz edərik? Ölkənin taleyi kütləvi mitinqlərdən keçir. Burada olan trol şəbəkəsi ilə mitinq etmək olmur. Real insanlar, ölkənin taleyi üçün çalışanlar meydanda olan insanlardır”.
Yeri gəlmişkən, bir məqam da diqqətimizdən qaçmadı. Əli Kərimlinin virtual “savaşçıları”nın siyasi təşkilatın gücü ilə bağlı ölçü meyarları mitinqlərdir. Onlar hesab edirlər ki, əgər kimsə mitinq keçirirsə, bu, artıq onun güclü olmasından xəbər verir. Mitinq keçirmirsə, deməli, o, ümumiyyətlə, siyasətlə məşğul olmur. AXCP Gənclər komitəsinin sədri İlham Hüseynin yazdığından da bu nəticə hasil olur: “HamamTimes” səhifəsinin bu formada sorğu keçirməsi növbəti saxtakarlıq kimi qiymətləndirilməlidir. Bu səhifənin hamam suyu ilə özünə dost tutmaq istəməsini başa düşmək olar, amma bunu ədalətli şəkildə etmək olardı. Bu ölkədə real gücün kimliyi hər addımda sübut olunur, ən əsası da meydanlarda. Ədalətli olun, cənablar, kiminsə tərəfini tutarkən çalışın öz imicinizin bir tərəfini korlamayın”.
Alı Rza isə belə yazır: “Belə foto-illüstrasiya ilə camaatı yönəltməkdənsə, açıq yazardınız ki, İlqar Məmmədovu virtual aləmin prezidentliyə namizədi eləmək istəyirsiniz, elə “cəbhəçi”lər də basıb sizə kömək edərdi də, daha bu düşüklük nəyə lazım idi?”
Əlbəttə, şərhləri seçərkən maksimum diqqətli davranmağa çalışdıq. Çünki xüsusilə Kərimli tərəfdarlarının yazdıqları əksər şərhlərdə bütün etik baryerlər aşılmış, qarşı tərəfin ünvanına ən ağır söyüş və təhqirlər yağdırılmışdır. Biz, təbii olaraq, etika naminə o şərhləri burada təqdim edə bilmirik. Amma onların sözügedən səhifədə hələ qaldığını da qeyd edirik.
Ə.Kərimlini tənqid edən hər kəs “trol”dur?
Əli Kərimli və ətrafındakı azlığın ən çox istinad etdiyi digər “tezis” bundan ibarətdir ki, bu antimilli ünsürlərin fəaliyyəti haqqında sosial şəbəkələrdə yer alan tənqidi fikirlərin müəllifləri ya “saxta profil” sahibləri, ya da “trol”lardır. Hərçənd ki, sosial şəbəkələrdə bu qəbildən olan fikir və rəylər əsas etibarilə cəmiyyətimizdəki əhval-ruhiyyəni ifadə etməklə yanaşı, AXCP sədrinə ictimai münasibətlə eyniyyət təşkil edir. Belə olduğu halda, Kərimlinin özünə qarşı tənqidi fikirləri bu cür bəhanələrlə neytrallaşdırmağa çalışması ciddi qəbul olunmur. 
Məsələn, kərimliçilərin mövqeyini dəstəkləyən Sabir Hüseynov adlı profil sahibi REAL tərəfdarlarını trolluqda ittiham edərək yazır: “İlqar Məmmədovu “like” edənlərin sayı qədər heç REAL-ın üzvləri yoxdur”.
Prinsipcə, doğrudur və burada etiraz olunası heç bir səbəb yoxdur. Amma məsələ burasındadır ki, qarşı tərəfin də bununla bağlı iradları kifayət qədər əsaslıdır. Nərgiz İsmayılova adlı sosial şəbəkə istifadəçisi yazıb: “Mən də həmişə onu demişəm ki, Əli Kərimlinin səhifəsini bəyənənlərin sayı 200 mini keçir, ancaq mitinqlərə heç 3000 adam toplanmır. Demək ki, Əli Kərimlinin səhifəsini bəyənənlərin 90 faizdən çoxu “trol”dur. Mitinqlər bunun əyani sübutudur”.
Yaxud vaxtilə “Azadlıq” qəzetinin əməkdaşı olmuş Zöhrab İsmayıl, AXCP-nin mətbəxinə yaxından bələd olan şəxs kimi, Əli Kərimlinin facebook-dakı səhifəsini 100 mindən çox profilin bəyəndiyinə işarə vuraraq kinayə ilə yazır: “100 minin 5%-ni səfərbər edin “like” düyməsinə bassınlar, nə problem var ki? 100% orda (AXCP-də - müəllif) 1 nömrəli hazırlıq vəziyyətidir”.
Doğrudanmı, bu dəccallar özlərini bu qədər əhəmiyyətli hesab edirlər?
Burada, sadəcə, 6 şərhi misal gətirdik. Əslində, bir-birlərinin ünvanına “trol” yarlığının yapışdırıldığı onlarla belə şərhlər var, hətta AXCP-çilər masştabı genişləndirərək üçüncü tərəfin də tapşırıqlarını yerinə yetirən “trol” axtarışına çıxırlar. Çox maraqlı bir situasiya yaranıb: bir şəxs nə qədər özündənrazı, nə qədər müştəbeh, eqoist ola bilər ki, hər kəsin onu sevdiyini düşünsün. Hətta müqəddəslər belə bu iddiaya düşmədiyi halda, Kərimlinin, əstəğfürullah, bu “allahlıq” arzusu haradan yaranıb? İnsan yalnız çox ağır depressiya içərisində olanda sərsəmləmə zamanlarında bütün həqiqətlərin onun beynində və vücudunda cəmləndiyini düşünə bilər. Görünür, Əli Kərimli də belə bir problemlə üz-üzə qalıb. Sanki hamı bunlardan icazə almalıdır? Nəyi yazmaq lazımdır, nəyi olmaz, nə layihə keçirmək mümkündür, nə deyil, hamısının lisenziyası şəxsən Əli Kərimlidən alınmalıdır?! Doğrudanmı, bu dəccallar özlərini bu qədər əhəmiyyətli hesab edirlər? Əgər belədirsə, onda Allah şəfa versin!
P.S. Son zamanlar Ə.Kərimlinin virtual “trol” siyasəti də iflasa uğrayıb. Artıq neçənci dəfədir ki, AXCP sədri böyük əhəmiyyət verdiyi məsələlərin sosial şəbəkələrdə təbliğində fiaskoya uğrayır. “HamamTimes” “yarışması” bu sırada növbəti həlqəni təşkil edir. İndiyə qədər o və muzdlu “facebook dəstəsi” əsas etibarilə vətənpərvər, dövlətini düşünən gənclər qarşısında aciz durumda qalırdısa, bu dəfə ictimaiyyət arasında heç bir nüfuzu olmayan, siyasətçi kimi özünü təsdiqləməyi bacarmamış İlqar Məmmədovun azsaylı dəstəkçiləri qarşısında rəzil məğlubiyyətlə üzləşib. Məncə, bu, artıq Əli Kərimli üçün “SOS” deməkdir. Ya papağını önünə qoyub düşünməli və düşdüyü böhrandan ağıllı bir çıxış yolu tapmalı, ya da zamanın ağır zirehləri altında birdəfəlik məhv olmalıdır.

 
  • Oxunub:  13110  |  
  • Tarix:  20-10-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir

19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir
18 İyul 16:51
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
18 İyul 16:46
Azərbaycanlı gənclər Çində təhsil almaq hüququ qazanıblar
18 İyul 16:34
Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır
18 İyul 16:29
Dövlət Miqrasiya Xidmətinə 50-yə yaxın şəxs qulluğa qəbul edilib
18 İyul 16:27
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək güləş komandalarının heyəti açıqlanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+22 +25