Ana səhifə »  Müəlliflər »  Referendum dərsləri: radikal müxalifət partiyaları və onların media yandaşları sinifdə qaldılar
A+   Yenilə  A-
Referendum dərsləri: radikal müxalifət partiyaları və onların media yandaşları sinifdə qaldılar
Yazdı: Aqşin Şahinoğlu

Yaxud, “Facebook” anarxistlərinin “qara piar bombası” yenə öz qucaqlarında partladı
Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) baş tutdu. Seçicilərin təxminən 70 faizi səsvermə prosesində iştirak edərək dəyişikliklərə “HƏ” dedilər. Referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi - 33 ölkənin vətəndaşları izləyib. Yerli müşahidəçilərin sayı isə 53 min 531 olub. Ümumxalq səsverməsinin gedişini həm yerli, həm də xarici KİV nümayəndələri ətraflı işıqlandırıblar.
Yekun rəy belədir ki, referendum beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun, azad, şəffaf, seçicilərin fəallığı şəraitində keçirilib. Referendumun nəticələri Azərbaycan xalqının iradəsini tamamilə əks etdirir.
“Bir səs bir güllədən güclüdür”
Təəssüf ki, Azərbaycan siyasi palitrasının autsayderləri adlandırılan radikal müxalifət partiyaları və onların “5-ci kolon” yandaşları referendum tarixi elan olunandan səsvermə gününə qədər bu prosesə qara yaxmağa, Azərbaycanın imicinə ləkə vurmağa çalışdılar. Xalqımızın sentyabrın 26-da səsvermə məntəqələrinə gələrək öz münasibətini ifadə etməsi və Konstitusiyaya təklif olunan dəyişiklikləri dəstəkləməsi isə nəticədə radikal müxalifətin apardığı çirkin təbliğatın sabun köpüyü kimi dağılmasını şərtləndirdi. Tanınmış dövlət xadimi Abraham Linkoln demokratik sistemlərdə partiyaların seçki marafonunda iştirakını “bir səs bir güllədən güclüdür” deyə şərh edirdi. Məsələyə bu məntiqlə yanaşsaq, 26 sentyabrı radikal müxalifət liderlərinə xalqın verdiyi bir dərs kimi də qəbul edə bilərik.
Əslində, istər təşviqat kampaniyası ərzində müşahidə olunan ictimai əhval-ruhiyyə, istərsə də referendum günü cəmiyyətin birmənalı mövqeyi bu dəyişikliklərin Azərbaycan xalqı tərəfindən dəstəkləndiyini göstərirdi. Xüsusilə, səsvermə günü sosial şəbəkələrdə prosesin gedişi ilə bağlı fəallıq kifayət qədər yüksək idi. Sosial şəbəkə istifadəçilərinin mütləq əksəriyyəti səsvermənin şəffaf və ədalətli keçirildiyini, heç bir qanun pozuntusuna rast gəlmədiyini, seçicilərin fəallıq göstərdiklərini vurğulayırdı. Bununla yanaşı, on minlərlə seçici səsvermə prosesindən özlərinin və yaxın ətraflarının fotolarını paylaşırdı. Bu fəallığı biz anti-referendum təbliğatı aparan, prosesə kölgə salmaq üçün guya hansısa pozuntuların olmasını iddia edən “media orqanları”nın internet və sosial şəbəkələrdəki səhifələrində də izlədik. Minlərlə fəal “Meydan” TV-nin, “Azadlıq” radiosunun, “Azadlıq” qəzetinin, “Hamamtimes”ın, “Sancağ”ın, “NİDA”nın “Facebook” səhifələrində yayılmış təxribat xarakterli dezinformasiyalara etirazını bildirir, ümumxalq səsverməsinin tam demokratik norma və standartlara uyğun keçirildiyini qeyd edirdi. Həmin şərhlərdə kifayət qədər maraqlı nüanslar, bu “media orqanları”nın, o cümlədən, radikal müxalifət partiyaları təmsilçilərinin əsl məqsədlərini ifşa edən fikirlər var. 
Məsələn, İradə Şakirqızı adlı sosial şəbəkə istifadəçisi yazır: “Kukla teatrının nümayəndələri, indi nə deyəcəksiniz? Referendum baş tutmuş sayılır. İndi necə olacaq halınız? Con dayılarınıza nə cavab verəcəksiniz? Deməyəcəklərmi o qədər pul verdik mitinq keçirdiniz, bir qələt edə bilmədiniz? Əslində, referendumda xalqın mövqeyi bir daha sizin kimilərə öz yerini göstərdi. Xalq dövlətinə sahib çıxdı. Bütün cəhdlərinizə baxmayaraq, xalq dövlətinin, onun başçısının yanında yer aldı və Onun siyasətinə sadiq olduğunu, Azərbaycanın bütövlüyünə, əmin-amanlığına sadiq olduğunu göstərdi. Siz isə növbəti dəfə fiaskoya uğramış yazıq durumda qaldınız. Unutmayın, saxta dəlillərlə, saxta mütəxəssislərlə ictimai rəyə təsir etmək olmur. Axşama doğru xalq şər qüvvələr üzərində növbəti zəfərini qutlayacaq. AZƏRBAYCAN!!!”
Səsvermə yalanları və ya radikalların buqələmun instinkti
Türkiyənin keçmiş baş nazirlərindən olan Ərdal İnönü “Gerçəklərin mütləq gün üzünə çıxmaq kimi pis bir xüsusiyyəti var” deyirdi. Amma Azərbaycanın müxalifət partiyalarının mənfur ünsürlərinin referendum sınağı həqiqətin ortaya çıxması, yalanların ifşa olunması üçün münbit zamanın özünü elə də çox gözlətmədiyni təsdiq etdi. Belə ki, səsvermənin ilk saatlarında radikal müxalifət partiyalarının sədrləri guya prosesə insanların maraq göstərməməsi, səsvermə məntəqələrində seçicilərin ya azlıq təşkil etməsi, ya da ümumiyyətlə olmaması yönündə absurd iddialar ortaya atdılar. Qısa bir müddət sonra isə həm yerli, həm də xarici KİV-lərdə seçici fəallığı ilə bağlı informasiyaların, canlı görüntülərin yer alması müxalifət liderlərini elə pəjmürdəyə saldı ki, onlar dərhal buqələmun instinkti ilə “metodlarına” dəyişiklik edərək bu dəfə hansısa “saxtakarlıq”dan, “qanun pozuntsu”ndan, karusel əməliyyatından dəm vurmağa başladılar. Çərənə təfsir olmadığı kimi, onların bu yalanları da yerimədi. Sosial şəbəkə istifadəçilərinin ciddi arqumentləri və faktoloji şərhləri bu yalanlar qarşısında sədd çəkdi. Elə təqdim edəcəyimiz şərhlərdə də bu yöndə kifayət qədər fikirlər yer alıb. Məsələn, Elvin Məmmədzadə adlı şəxs yazır: “Hal-hazırda Azərbaycan xalqı seçkilərə gedərək öz azad fikrini orada bildirir. Bunu xəyanətkar insanlar, dövlətini sevməyənlər, özü bir iş bacarmayanlar ləkələmək istəyir. Amma onlara elə boş-boş danışmaq qalacaq”.
Ulya Cəlilin şərhi də xarakterikdir: “Seçkiyə ləkə yaxmağa çalışmaqdan başqa heç bir fəaliyyətiniz yoxdur. Şərhlərdən də görünür ki, yalan ayaq açar, amma yeriməz”. 
Çingiz İbrahimov isə prosesin gedişini müşahidələri əsasında belə qiymətləndirir: “Tam şəffaf, ədalətli seçki gedir. Hər birimiz referendumdakı dəyişiklik və əlavələrə “HƏ” deməklə Azərbaycanın uğurlarının artmasına, təhlükəsizliyimizin daha da möhkəmlənməsinə, bir sözlə, xoşbəxt gələcəyimizə HƏ deyirik”.
“Fikir plüralizmi fanatlarının” əsl mahiyyəti bir daha ortaya çıxdı
Referendum sınağından üzüqara çıxan, ictimaiyyətdən töhmətini alan təkcə radikal müxalifət ünsürləri deyil. Bir də anti-Azərbaycan dairələrinin maddi, mənəvi dəstəyi və tezisləri ilə fəaliyyət göstərən KİV töküntüləri var. Özlərinə “tənqidçi media orqanları” deyən, əslində isə jurnalistika fəaliyyəti ilə yaxından - uzaqdan əlaqəsi olmayan, konkret maraqlı dairələrin siyasi ruporu vəzifəsini icra edən “Azadlıq” radiosunun Bakı redaksiyasının, “Meydan” TV-nin, “Azadlıq” qəzetinin yeganə məqsədinin Azərbaycan dövlətçiliyinə qarşı kampaniya aparmaq olması heç kəsdə şübhə doğurmur. Təsadüfi deyil ki, son zamanlar bir qrup islamofob və imperialist mərkəzlərin ölkəmizə qarşı beynəlxalq aləmdə apardığı kampaniyanın yerli media qanadını da məhz sadalanan KİV-lər təşkil edir. Referendum üzrə təşviqat kampaniyası ərəfəsində və səsvermə günü isə bu fərasətsiz təbliğatçılar daha da fəallaşdılar. 
Əlbəttə, sözügedən media orqanlarının sosial şəbəkələrdəki səhifələrində insanların ədalətli, faktlara söykənən və həqiqətlərini tərənnüm edən fikirlərinə qarşı, yumşaq desək, dözümsüz münasibət qətiyyən başadüşülən deyil. Çünki əgər məqsəd normal polemika mühiti yaratmaqdırsa, onda gərək sosial şəbəkə istifadəçilərinin fikirlərinə hörmətlə yanaşılsın. Amma səsvermə günü bu “demokratların”, “fikir plüralizmi fanatlarının” “söz azadlığı” deyə təsnif etdikləri nəsnənin mahiyyəti bir daha aydın ortaya çıxdı. Sözügedən səhifələrin idarəediciləri öz amplualarına sadiq qalaraq maraqlarına uyğun olmayan, uydurduqları yalanları ifşa edən fikirləri dərhal silməyə, bu şərhlərin sahiblərini isə “blok”lamağa başladılar. Belə ki, bir çox “facebook” istifadəçiləri şərhlərində əks fikrə qarşı belə aqressiv münasibətin qəbuledilməz olmasını yazır, bu addımın həmin media qurumlarının özlərinə ziyan vurduğunu bildirirdilər. Məsələn, Təhminə Əliyeva adlı xanım yazır: “Demokratiya carçıları” olan “Azadlıq” radiosu və “Meydan” TV facebook səhifələrinə şərh yazanları bloklayır. Bu isə onların ən böyük saxtakarlığıdır”.
Təhminə Əliyeva xaricdən idarə olunan bu media qurumlarının bloklandığı yeganə istifadəçi deyil. Həmin səhifədə sözügedən şikayətlə müraciət edən xeyli sayda sosial şəbəkə istifadəçisi var. Onların bəzilərinin şərhlərini təqdim edirik:
Camal Ağarzayev: “Azadlıq” radiosu, “Azadlıq” qəzeti, “Meydan” TV, “Hamam Times”, “Sancaq Production” və “Nida” Vətəndaş Hərəkatının facebook səhifələrinə dəfələrlə öz real adım olan profilimdən şərhlər yazdım. Ancaq məni təhqir edib, söyüş yazıb blok elədilər. Şərhimi sildilər. Mənə qarşı söyüş yazanların şərhi isə hələ də həmin səhifələrdə qalır. Əslində, bu, çox gülüncdür. Çünki kənardan elə görsənir ki, bunlar özləri özlərini söyürlər. Bundan əlavə, facebooklarında xəbərə baxanda 70 şərh görünür. Ancaq xəbəri açıb şərhləri saysaz, cəmi 30 şərh olacaqdır. Bu isə o deməkdir ki, 40 şərh silinib. Ancaq ümumi şərhlərin sayı xəbərin altında görsənir. Öz səhifələrində, həqiqətən, seçkini müşahidə edən, heç bir qanun pozuntusuna rast gəlməyən mənim kimi yüzlərlə insanın şərhlərini pozub blok ediblər. Bu da onların “demokratiyası”.
Namiq Murad Sulduz: “Son bir neçə gündə, əslində, “Meydan” TV və “Azadlıq” radiosunun yalnız sözdə demokratiya, azad söz anlayışına sahib olduqlarının sübutunu bariz şəkildə gördük”.
Emin Məhərrəmli: “Meydan” TV facebook səhifəsi seçkinin şəffaf keçirilməsi ilə yazılan bütün şərhləri silir. Şərhlərin ümumi sayına baxdıqdan sonra şərhləri sayanda şərhlərin azlığı onların silinməsinin sübutudur”.
Söyüş, təhqir bu ünsürlərin mənəviyyatına hopub
Qeyd etmək yerinə düşər ki, bu səhifələrin idarəçiləri şərhləri silməklə, bloklamaqla kifayətlənməyib, birbaşa radikal müxalifət başçılarına və onların əlaltılarına məxsus olduğu şübhə doğurmayan saxta profillərlə səsvermənin gedişi haqqında müsbət fikir bildirən sosial şəbəkə istifadəçilərini təhqir də ediblər. 
Əlbəttə, istənilən halda hər bir fərd öz davranışı, cəmiyyətə münasibəti və mövqeyi ilə daşıdığı dəyərləri, öz mənini nümayiş etdirir. Bu media orqanlarının “troll şəbəkəsi”nin üzvləri də məhz öz əxlaqi keyfiyyətlərini ortaya qoyaraq insanları təhqir etməkdən belə çəkinmirlər. Belə çıxır ki, bunlar ailələrində, yaşadıqları mühitdə hansı tərz və üslubda davranırlarsa, bir-birlərinə münasibətdə hansı fraza və ifadələrdən istifadə edirlərsə, belə ritorikanı sosial şəbəkələrə də daşıyırlar. Bu isə sözügedən trolların da, onları yönləndirən “başbilənlər”in də mənəviyyat və əxlaq baxımından nə qədər kasad, aciz durumda olduqlarını göstərir.
Beləliklə, referendumun nəticələri bir çox həqiqətləri ifadə edir. Şübhə yoxdur ki, yaxın zamanlarda bununla bağlı obyektiv, reallığı ifadə edən təhlillər aparılacaq, qarşıdakı dövrlərdə Azərbaycan vətəndaşları ümumxalq səsverməsində qəbul olunmuş dəyişikliklərin müsbət nəticələrini öz həyatlarında hiss edəcəklər. Referendumun ortaya qoyduğu daha bir gerçəklik isə xaricdən idarə olunan, ölkənin və xalqın maraqlarına zidd fəaliyyət göstərən antimilli ünsürlərin həzin sonluğa məhkum olmasıdır.

 
  • Oxunub:  19110  |  
  • Tarix:  29-09-2016  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

20 Yanvar 18:09
Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
20 Yanvar 18:02
VI çağırış Milli Məclisə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Qafarov Kamaləddin Nəsrəddin oğlu (VİDEO)
20 Yanvar 17:56
Təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 17:53
Tbilisidə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib
20 Yanvar 17:47
Çavuşoğlu: Azərbaycanın azadlığı uğrunda canlarını qurban verən 20 Yanvar şəhidlərini rəhmətlə anıram
20 Yanvar 17:44
32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Afət Həsənovanın seçiciləri ilə növbəti görüşü keçirildi
20 Yanvar 17:39
Yeni Azərbaycan Partiyasından 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Hücran Hüseynovanın seçicilər ilə görüşü keçirilmişdir
20 Yanvar 17:36
VI çağırış Milli Məclisə seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Məmmədov Hikmət Baba oğlu (VİDEO)
20 Yanvar 17:33
Parlament seçkiləri ilə bağlı YAP Bərdə rayon təşkilatı tərəfindən təbliğat kampaniyası çərçivəsində növbəti görüşlər keçirilmişdir
20 Yanvar 17:29
Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar 17:27
“Fitch” Azərbaycanın kredit reytinqini təsdiqləyib
20 Yanvar 17:18
Mübariz Qurbanlı: 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik mübarizəsinin rəmzidir
20 Yanvar 17:16
67 saylı Cəlilabad şəhər seçki dairəsində məntəqələr bütün lazımi avadanlıqlarla təchiz olunub
20 Yanvar 17:12
VI çağırış Milli Məclisə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İbrahimqızı Məlahət İbrahim qızı (VİDEO)
20 Yanvar 17:09
32 saylı Suraxanı III seçki dairəsində seçkiləri izləmək üçün 103 nəfər qeydiyyatdan keçib
20 Yanvar 17:08
Partiyamız hər zaman olduğu kimi gənclərə etimad göstərir və bu etimadı doğrultmaq üçün gənclər bütün qüvvələrini səfərbər etməlidir
20 Yanvar 17:05
Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib
20 Yanvar 17:02
“Azərbaycanda vətəndaşların seçki hüququnun həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb”
20 Yanvar 16:59
MSK üzvü: “Seçkilərdə müşahidəçilərin iştirakı əhatəli şəkildə təmin olunacaq”
20 Yanvar 15:00
20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin təsdiqi idi
20 Yanvar 13:05
Siyavuş Novruzov: YAP-ın bütün namizədlərinə yerlərdə bərabər şərait yaradılıb
20 Yanvar 13:03
Yevgeni Mixaylov: "Yeni seçiləcək deputatlar xalqın etimadını doğrultmalıdır"
20 Yanvar 13:00
Əli Əhmədov: Xalqın qəlbindəki məhəbbət şəhidlərə ən böyük mükafatdır
20 Yanvar 12:08
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
20 Yanvar 12:05
Sükut dəqiqəsi
20 Yanvar 11:55
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
20 Yanvar 11:39
Türkiyə səfirliyində bayraq yarıya endirilib
20 Yanvar 11:29
MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisədə xeyli azdır
20 Yanvar 11:24
Milli Məclisə seçkilərlə bağlı bir sıra proseslər bu gün başa çatır
20 Yanvar 11:12
Namizədlərin ikinci ilkin maliyyə hesabatının təqdim edilməsinə başlanılır
20 Yanvar 11:05
Ekspert: “Azərbaycanda seçki öncəsi mühit normaldır”
20 Yanvar 11:01
Misir ictimaiyyəti 20 Yanvar faciəsi barədə məlumatlandırılıb
20 Yanvar 10:52
Prezident İlham Əliyevin sosial şəbəkə profillərində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı videoçarx yerləşdirilib
20 Yanvar 10:39
Elçin Əhmədov: 20 Yanvar Azərbaycan tarixinə müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsi kimi yazıldı
20 Yanvar 09:35
Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub
19 Yanvar 20:11
Mərkəzi Seçki Komissiyasının sədri MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb
19 Yanvar 16:34
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 12:06
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
19 Yanvar 10:27
20 Yanvar faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb
18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+2 +4