Ana səhifə »  Müəlliflər »  “11 sentyabr” rəzaləti sosial şəbəkələrdə: ictimaiyyət nümayəndələri Əli Kərimlinin muzdlu trollarına qarşı
A+   Yenilə  A-
“11 sentyabr” rəzaləti sosial şəbəkələrdə: ictimaiyyət nümayəndələri Əli Kərimlinin muzdlu trollarına qarşı
Yazdı: Aqşin Şahinoğlu

Yaxud, AXCP sədri və onun nəzarətində olan qondarma şura “Məhsul” stadionunda, onların “facebook” uzantıları isə sosial şəbəkələrdə məğlub oldu
Məlum olduğu kimi, avqustun 15-dən 30-dək siyasi palitramızın autsayderləri sayılan “Milli şura” təmsilçiləri bir sıra xarici ölkə səfirliklərinin qapısını yağır etmiş, mitinq keçirməklə bağlı tapşırıq və maddi dəstək vədi almış, sentyabrın ilk günlərindən isə mitinq hazırlıqlarına başlamışdı. Elə bu səbəbdən də radikal düşərgə üzvləri ötən həftəni mitinq mövzusunda müzakirələrlə keçirmiş, sosial şəbəkələrdə və AXCP sədri Əli Kərimlinin nəzarətində olan KİV-lərdə, o cümlədən bəzi xarici radiostansiyaların Azərbaycan redaksiyalarının internet saytlarında 11 sentyabrda keçirəcəkləri mitinqin təbliğatını aparmışdılar. Lakin ayın 11-də vaxt yetişəndə məlum oldu ki, “evdəki hesab bazara uymayıb”. On minlərlə adamın mitinq meydanına gələcəyini gözləyənlər, Qərb ölkələrinin səfirləri qarşısında “Məhsul” stadionunu “etirazçı kütlə” ilə doldurmağı vəd edənlər sözlərinə əməl edə bilmədilər. Bu da təbiidir. Çünki 11 sentyabr mitinqi Azərbaycan cəmiyyətinin tələbindən, günümüzün sosial-iqtisadi və siyasi şərtlərindən deyil, xarici maraq qruplarının, Qərb ölkələrinin səfirliklərinin tapşırığından irəli gələrək təşkil olunmuş zəif şou idi. Elə buna görədir ki, mitinq tapşırığı verənlər Əli Kərimlinin bu işin öhdəsindən gələ bilmədiyini söyləyərək onu məzəmmət edirlər. Sən demə, bu binəvalar sadəlövhcəsinə gözləyirmişlər ki, ayırdıqları pullar hədəfinə çatacaq və bir kolxoz sədri qədər də təşkilatçılıq imkanı olmayan, buna heç qabiliyyəti də çatmayan Ə.Kərimli on minlərlə insanı öz arxasınca apara biləcək. Amma bu “diplomatiya pərgarları”nın xəyalları puç oldu...
“Milli şura” və Əli Kərimlinin ətrafındakı azlıq virtual məkanda da “şər”i təmsil edir
Əlbəttə, ölkə mətbuatında rüsvayçı mitinq haqqında yetərincə yazılar dərc olunub, “Milli şura”nın fiaskosu maraqlı təhlillər və siyasətçilərin şərhləri ilə ictimaiyyətin diqqətinə çatdırılıb. Budəfəki yazımızda isə biz “Milli şura”nın “11 sentyabr” mitinqinə sosial şəbəkələrdə baxışı, internet istifadəçilərinin bu aksiyaya münasibətini təhlil etməyə çalışacağıq.
Müasir dövrdə sosial şəbəkələrin cəmiyyətlərin həyatında oynadığı rol danılmazdır. Bu şəbəkələrə insanların münasibəti, baxışları, ondan faydalanmaq formaları da fərqlidir. Bir çoxları buranı informasiya mübadiləsi üçün geniş imkanlara malik platforma hesab etdiyi halda, digərləri üçün bu, sadəcə olaraq, əyləncə məkanıdır. Azərbaycanda da sosial şəbəkələrdən istifadə geniş vüsət alıb. Bəzən baş verən ən xırda məişət xarakterli hadisə belə sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olur, ictimai müzakirələr çox böyük auditoriyanı əhatə edir. Amma və lakin...
Sosial şəbəkələrdən cılız məqsədlər üçün istifadə edən azsaylı qrup da mövcuddur. Belələri hesab edirlər ki, sosial şəbəkələr hər cür əxlaq və mənəviyyat baryerini aşaraq insanları təhqir etmək, gündəlik həyatlarındakı uğursuzluqdan doğan hikkələrini tanımadıqları insanların üstünə tökmək, onlara qarşı virtual terror həyata keçirmək üçün təyin olunmuş “dünyadır”. Burada da, real həyatda olduğu kimi, ağla qaranın fərqi o qədər aydın sezilir ki, ötəri bir nəzərlə belə bunu müəyyənləşdirmək mümkündür. Xüsusilə siyasi polemikalarda, konkret siyasi hadisə ilə əlaqədar diskussiyalarda rəng ayırımı çox dəqiq sərhədlərlə ifadə olunur. Bu baxımdan 11 sentyabr mitinqi zamanı “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının “facebook” səhifəsində təşkil olunan canlı yayımın şərhlər bölməsinə yazılan fikir və rəylər xüsusilə xarakterikdir.
Mitinq yayımı başlamazdan əvvəl ta sona qədər bu səhifələrdə yayılan informasiyaları və ora yazılan şərhləri izlədim. 3 saatdan artıq müddəti əhatə edən müşahidələrim bir şeyi dəqiq deməyə imkan verir ki, “Milli şura” və Əli Kərimlinin ətrafındakı azlıq real ictimai münasibətlərdə olduğu kimi, virtual məkanda da məşhur “şər”i təmsil edir. Təsəvvür edin ki, insanın mənəviyyatı, əxlaqı nəyi etməyə imkan vermirsə, bu başıpozuq qrup onu etməyə ikiəlli girişir.
Sevindirici haldır ki, qaragüruhun hədəfinə çevrilsə də, bildiyi həqiqətləri ifadə edən, ölkə reallıqlarını müdafiə edən gənclərin və fəalların sayı qat-qat çoxdur. Bu insanların “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının “facebook” səhifəsində təşkil olunan canlı yayımın şərhlər bölməsində yazdıqları fikirlərdə də həm “Milli şura”nın antimilli fəaliyyətinin tənqid olunması, həm də 11 sentyabr mitinqinin uğursuzluğu ilə bağlı çoxlu maraqlı fikirlər yer alır.
Məsələn, Vüqar Məmmədov adlı şəxs yazır: “Bu, mitinqdir? Ay balam, bu biabırçılığa son qoyun. Müxalifəti niyə bu günə qoydunuz?...”
Ruslan Babayevin münasibəti isə bu şəkildədir: “Bunlar 900 nəfəri idarə edə bilmir, 9 milyon nəfəri idarə etmək niyyətindədirlər”.
İradə Şakirqızı isə “Milli şura”nın cəmiyyətdə heç bir nüfuzu olmadığını yazır: “Vallah, “Milli şura” nüfuzu olmayan, çoxunun tanımadığı qrupdur. Düşüblər küçələrə, anlamırlar ki, 90-cı illər - hərc-mərclik dövrü bitdi, insanlar artıq sizlərə inanmırlar”.
Sevda Əlizadənin də rəyi təxminən oxşardır: “Milli şura”nı tanıyan varmı? Bir qurum tanınmırsa, necə mitinq iddiasına düşür? Mitinq əvəzinə iş görsələr, yaxşıdır. Amma ona bacarıqları çatmır”.
“Seyrəlin, adam çox görünsün”
Sosial şəbəkə istifadəçilərinin yazdıqları rəylərdə ən çox diqqət çəkən mövzulardan biri mitinqə toplaşan insanların sayının azlığı ilə bağlıdır. Doğrudur, “Milli şura” təmsilçiləri rəqəmləri fantastik həddə şişirdərək guya ətraflarında on minlərlə adamın olması görüntüsünü yaratmağa cəhd edirlər. Amma real faktlar başqa mənzərəni ortaya qoyur. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, mitinqdə 2500 nəfər adam iştirak edib. “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının “facebook” səhifəsindən canlı yayımlanan mitinqin isə 2802 nəfər izləyicisi olub. İkisinin birgə cəmi 5300 nəfər deməkdir ki, bu da Azərbaycan seçicilərinin ümumi sayının heç mində biri də deyil. Belə olan halda, “Milli şura” və AXCP hansı siyasi çəkidən danışır?
Digər tərəfdən, Kərimli və tərəfdarları mitinq uğursuzluqlarını ört-basdır etmək üçün müxtəlif bəhanələrə əl atır, guya mitinqə gəlmək istəyən kimlərəsə təzyiqlərdən danışırlar. İddia edirlər ki, guya təzyiq olmasaydı, gələnlərin sayı on minlərlə ifadə edilərdi. Onda başqa bir sual meydana çıxır ki, məgər internetdə yayımlanan mitinqi izləməmələri üçün də kimlərəsə təzyiq göstərilib? Bəs necə olur ki, bu yayımı cəmi 2800 nəfər izləyib ki, onların da heç də hamısı “Milli şura”ya rəğbət bəslədikləri üçün bu addımı atmayıblar. Boş vaxtını burada göstərilən tamaşanı seyr edib əylənməklə keçirən, bizim kimi işi gərəyi bu teatr səhnəsinə tamaşa edənlər də yetəri qədər idi. Nəzərə alsaq ki, bu gün Azərbaycanda ölkə üzrə internet istifadəçilərinin sayı 2 milyondur və internet tam azaddır, onda 2800 nəfər izləyici gülməli bir göstəricidir. Elə “Azadlıq” radiosunun “facebook”dakı səhifəsinə yazılan şərhlərdə də bununla bağlı maraqlı və ironik yanaşmalar var.
Məsələn, Lamiyə Məcidova adlı sosial şəbəkə istifadəçisi yazır: “Bu mitinqdə əsas iş fotoqraflara düşür. Yazıqlar əllərindən gələni etməlidir ki, şəkildə kütlə göstərə bilsinlər”.
Namiq Murad adlı şəxs isə mitinqdə kütləviliklə bağlı iddialara belə münasibət bildirib: “Nəsə gələnlərin sayı çox azdır. Bəs deyirdilər millət axışır? Daha çox ağsaqqallar yığıncağına oxşayır bu mitinq”.
Baba Əliyev yazır: “Metronun şəklini çəkib deyirlər ki, mitinqə gələn çoxdur. İnşaatçılar metrosunda adi gündə bundan çox adam olur”.
Həsən Əliyev: “Seyrəlin, adam çox görünsün”.
Şərhlər sırasında “Toydadırlar?”, “Bu nədir?”, “Buna mitinq deyirlər?”, “Diskodur, yoxsa mitinq?”, “Özfəaliyyət dərnəyiniz elə bundan ibarətdir?”, “Başqa mahnı yoxdurmu?” və s. bu qəbildən olan kinayələr, amma eyni dərəcədə situasiyaya uyğun suallar kifayət qədər çox səslənib. Amma Kərimlinin muzdlu “söyüş briqadası”nın üzvləri bu suallara cavab vermək əvəzinə ya bütün səhifəni məntiqsiz çağırışlarla doldurur, ya da sual müəlliflərinə təhqirlər yağdırırdılar.
11 sentyabr: “pazl” tamamlandı
11 sentyabr dünyada beynəlxalq terrorizmə qarşı mübarizənin başlanması tarixi kimi xarakterizə olunur. 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin binasının “Əl-Qaidə” terror təşkilatının hücumuna məruz qalmasından sonra ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya terrorizmə qarşı daha effektiv mübarizəyə start verdi. Ötən illər ərzində ölkəmiz də koalisiyanın üzvü kimi İraq, Əfqanıstan və Kosovoda terrorizmə qarşı mübarizəyə əhəmiyyətli töhfələr verib. Amma təəssüf ki, Azərbaycanın siyasi palitrasındakı bəzi radikal müxalifət partiyaları bütün mütərrəqqi dünyanın bir nömrəli düşmən elan etdiyi terrorizmin yanında yer almağa davam edir. Əli Kərimli və onun təmsil olunduğu təşkilatların terrora və terrorçuya münasibətdə ortaya qoyduğu mövqe bu fikri daha da qüvvətləndirir. Bu günə qədər Kərimlinin ətrafındakıların terrora dəstək vermələri, məqsədə çatmaq üçün hətta ondan bəhrələnməyin məqbul olması haqqında açıqlamaları ilə bağlı mətbuatda kifayət qədər məlumatlar yer alıb. Bu “pazl”ın sonuncu hissəsi isə “Məhsul” stadionunda tamamlandı. Dünyanın terroru və terrorçuları lənətlədiyi bir tarixdə Əli Kərimli və digərləri terrorçulara açıq mətnlə dəstək nümayiş etdirdilər. Azərbaycanda terror törətməyə cəhd göstərməsi hüquq-mühafizə orqanları tərəfindən faktiki sübuta yetirilmiş Taleh Bağırzadə və onun dəstəsini müdafiə etməsi, mitinq meydanını onun tərəfdarları hesabına doldurmağa çalışması bir daha Ə.Kərimlinin və tərəfdarlarının terrorçu xislətinin nümayişi idi. Heç də təsadüfi deyil ki, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının canlı yayımı zamanı şərhlər bölməsində də bununla bağlı kifayət qədər fikirlər yer alırdı. Onlardan biri Cəmil Rəhimov adlı gəncə məxsusdur: “Biabırçılıqdır, Əli Kərimli radikal ekstremistləri salamlayır. Bədbəxt mitinqdə dindarları yığıb”.
Marağa səbəb olan digər şərhlər isə mitinqin sifarişçiləri ilə bağlı yazılan rəylər idi. Məsələn, Natiq Əzim adlı sosial şəbəkə istifadəçisi yazır ki, bəzi Qərb ölkələrinin səfirlikləri müxalifətin mitinqinə açıq dəstək veriblər, onlara belə bir mitinqi keçirmək üçün böyük məbləğdə yardım sözü veriblər: “Milli şura” üzvlərinin avqustun 15-dən 30-na qədər ABŞ, Almaniya, Fransa və digər Qərb ölkələrinin səfirliklərinin qapısında yatması da deyilənləri təsdiq edir. Hətta mətbuat yazıb ki, bəzi səfirliklər bu mitinqin təşkilati və təbliğati işlərini öz üzərlərinə götürüblər. Belə ki, səfirlik əməkdaşları bəzi siyasətçilərə və QHT rəhbərlərinə gizli-emaillər yazaraq onları mitinqə dəstək verməyə çağırıblar. Ona görə də, müxalifətin həmişə 300-400 nəfər olan mitinq iştirakçılarının sayı bu dəfə 2000 nəfərə çatdı. “Müsavat”ın əvvəlcə mitinqdə iştirak etməyəcəyini açıqlamasından sonra qərarını dəyişərək öz üzvlərini bu mitinqə göndərməsi də bu ianə ilə bağlıdır”.
Xan Bəkirli də bu mitinq təşəbbüsünün başqa mərkəzlərdən gəldiyini vurğulayır: “Səfirlikləri bir-bir gəzdilər, pul yığdılar, indi də milləti küçələrə tökmək istəyirlər. Maraqlıdır ki, bəs Əli Kərimlinin oğlu haradadır? Niyə o iştirak etmir?” O, başqa bir şərhində isə yazır: “Əli Kərimli pulunu alıb qoyub cibinə, bunlar isə ac yalavac gəliblər mitinqə”.
Toğrul Rzayev: “Əli Kərimli bayrağın göy rəngindən yaman yapışıb. Amma əminəm ki, səbəbi türkçülük deyil”.
Jale Tofiqqizi: “Yaşasın Azərbaycan deyirsənsə, başqalarının bayrağı başın üstə niyə dalğalanır? Bu mitinq adı xalq üçün, hesabatı AB üçündür”.
“Milli şura” siyasi riyakarlıq məktəbi, flügerlik kursudur
“Milli şura”nın Azərbaycanda siyasi riyakarlıq məktəbi, flügerlik kursu olmasını əlahəzrət zaman dəfələrlə sübuta yetirib. Orada cəm olanların tərcümeyi-halı, düşərgə yerdəyişməsindən doğan ikiüzlülük və bu kimi qeyri-optimal siyasi dəyərlərə sahib olmaları qondarma “şura”ya ictimai münasibəti şərtləndirən mühüm amillərdəndir. Dəfələrlə öz liderinə xəyanət etmiş, müxalifətdə yaradılmış birliklərin qısa müddətdə dağılmasına katalizator rolunu oynamış Əli Kərimlinin, vaxtilə parlamentdə təmsil olunmaq üçün öz partiyasının qərarına qarşı çıxan və Milli Məclisə keçirilən seçkilərdə məğlub olduqdan sonra isə yenidən müxalifətçi qiyafəsinə bürünən Cəmil Həsənlinin, millət vəkili olduğu illər ərzində hakimiyyəti ən çox təbliğ və müdafiə edən, deputatlığı əldən gedəndən sonra isə “Milli şura”ya sığınan Gültəkin Hacıbəylinin, ideoloji olaraq bir-birindən kəskin fərqlənən, hətta bəzən bir-birinə düşmən olan müxtəlif partiyalarda vəzifə tutan Nurəddin Məmmədlinin və digərlərinin timsalında riyakarlıq adi hala çevrilib. Elə son mitinq zamanı sosial şəbəkə istifadəçilərinin şərhlərində rast gəldiyimiz məqamlardan biri də bu idi. Onların yalanları, işyarıtmazlığı, flügerliyi, həmçinin mitinqdə səsləndirilən məntiqsiz fikirləri ilə bağlı çoxlu sayda rəylərə rast gəldik:
Tural Nəcəf: “Bu həmin müxalifətdir ki, hakimiyyətdə olanda dövlət büdcəsini taladı, indi də “talana son” adlı mitinq keçirir. Gülməlidir”.
Lamiyə Qədimova: “Bu Gültəkinə durub bu dəqiqə vəzifə versələr valı çevirəcək. Əmin olun!”
Səbuhi Mübarizoğlu Abbasov: “Gültəkin Hacıbəyli aforizmləri səhv saldı, köhnə vaxtları yadına düşüb”.
Eldar Quliyev: “Gültəkinə deyən lazım, neçə üzün var?”.
Sərdar Aksoy: “Talış separatçısı, İranın agenti Eldəniz Quliyev məsləhət verir. Ağası gülüm olanın başına külüm olar”.
Təəssüf ki, sadəcə mətbuatda yer almış və ümumi ictimaiyyət üçün açıq olan məlumatlara istinadən yazılan bu kimi şərhlər Əli Kərimlinin “söyüş dəstəsi” tərəfindən “süngü ilə” qarşılanıb. Əlbəttə, istənilən halda hər kəs məxsus olduğu düşərgənin dəyərlərini nümayiş etdirir. Ə.Kərimlinin başına topladığı əxlaq və mənəviyyat yoxsulu olan qaragüruhçular da “Milli şura”, AXCP-də hansı formada ünsiyyətin, bir-birilərinə münasibətin şahidi olurlarsa, onları da öz davranışlarında əks etdirirlər. Ona görə də, kərimli kimiləri örnək alan “manqurt”lardan bundan artıq nəsə gözləmək sadəlövhlükdür.
“Azadlıq” radiosu “Milli şura”nın ruporudur?
Son olaraq, bu proseslərdə “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının tutduğu mövqeyə də toxunmaq istərdim. Azərbaycan cəmiyyətinin “Azadlıq” radiosunun fəaliyyətinə mənfi münasibət göstərməsi, bununla əlaqədar irad və narazılıqları bir çox səbəblərlə şərtlənir. Bu, ilk növbədə redaksiyanın əksər məsələlərdə Azərbaycan dövlətinə qarşı mövqe ortaya qoyması ilə bağlıdır. Eyni zamanda, bu KİV özünün başlıca fəaliyyət prinsipləri kimi elan etdiyi (radionun rəsmi saytında bununla bağlı məlumat yerləşdirilib - A.Ş.) dəqiqlik, obyektivlik, qərəzsizlik, ictimaiyyətə dolğun informasiyanın ötürülməsi kimi prioritetləri heçə sayır, xüsusilə siyasi proseslərdə tərəf kimi çıxış edir. Bu günə qədər “Azadlıq” radiosunun ölkədaxili proseslərə müdaxilə etmək cəhdini dəfələrlə müşahidə etmişik. Belə bir haqlı ictimai rəy formalaşıb ki, ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosu Birləşmiş Ştatların vergiverənlərinin ödədiyi vergilər hesabına Azərbaycanda radikal müxalifət dairələrinin fikirlərini, daha dəqiq desək, onların hakimiyyət əleyhinə çağırışlarını yaymaqla məşğuldur. Qondarma “Milli şura”nın 11 sentyabr mitinqində yaşananlar da bu qənaəti yaradır. Radionun Azərbaycan redaksiyası konkret olaraq mitinq təşkilatçılarının ruporu rolunu öz üzərinə götürdü və bu vəzifəni sevə-sevə yerinə yetirməyə çalışdı. Əlbəttə, bu davranış heç bir KİV təmsilçisinə başucalığı gətirmədiyi kimi, onun təmsil etdiyi ölkə ilə bağlı da cəmiyyətimizdə heç də pozitiv fikirlərin yaranmasına səbəb olmur.
Beləliklə, sadalananlar bir daha göstərir ki, “Milli şura”nın mitinqi fiasko ilə nəticələndi. Sadəcə ona görə yox ki, insanlar bu radikal ünsürlərin heç bir tədbirinə maraq göstərmir və bu kimi aksiyalarda iştirak etmirlər. Həm də ona görə ki, artıq informasiya və kommunikasiya texnologiyalarını kifayət qədər mənimsəmiş, internetin yaratdığı imkanlardan geniş bəhrələnən Azərbaycan ictimaiyyəti “Milli şura”nın başbilənlərinin sosial şəbəkə fırıldaqlarına da layiqli cavab verir. Bu səbəbdən də 11 sentyabrda “Milli şura” “Məhsul” stadionunda, onların virtual “trolları” isə sosial şəbəkələrdə məğlub oldu.

 
  • Oxunub:  16050  |  
  • Tarix:  16-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA