Ana səhifə »  Müəlliflər »  Qondarma “Milli şura”nın payız fiaskosu
A+   Yenilə  A-
Qondarma “Milli şura”nın payız fiaskosu
Yazdı: Aqşin Şahinoğlu

Bu aksiya cəhdi radikal müxalifətin xalq tərəfindən qəbul edilmədiyini, insanların “Milli şura” ideoloqlarının iddialarına qeyri-ciddi yanaşdıqlarını növbəti dəfə təsdiqlədi
“Milli şura”nın bir neçə gün öncə təşkil etdiyi mitinq də fiasko ilə nəticələndi. Günlərdir bu qondarma qurumun funksionerlərinin istər AXCP sədri Əli Kərimlinin nəzarətində olan media orqanlarında, istər bir sıra Qərb kütləvi informasiya vasitələrinin Bakıdakı redaksiyalarının internet saytlarında, istərsə də sosial şəbəkələrdə apardıqları təbliğat bir nəticə vermədi. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, mitinqdə qondarma “Milli şura”ya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Bu isə Kərimlinin on minlərlə adamın mitinqə toplaşacağı ilə bağlı pafoslu proqnozlarının nə qədər həqiqətdən uzaq olduğunu bir daha ortaya çıxardı.
“Milli şura” yenə də bəzi Qərb ölkələrinin səfirliklərinin etimadını doğrultmadı
Məlum olduğu kimi, “Milli şura”nın müxtəlif təmsilçilərinin, o cümlədən Əli Kərimli və Cəmil Həsənlinin avqustun 15-dən 30-na qədər bir sıra Qərb dövlətlərinin Bakıdakı səfirliklərində keçirdikləri görüşlər və müzakirə olunan məsələlər ilə bağlı ölkə mətbuatında kifayət qədər əhatəli informasiyalar işıq üzü görüb. Məlumatlara görə, bu görüşlərdə Kərimli və Cəmil Həsənli Qərb dairələrindən mitinq keçirməklə bağlı tapşırıq alıblar. “Milli şura” üzvləri isə bu mitinqə on minlərlə adam çıxaracaqları ilə bağlı vəd veriblər. Lakin onların Qərbin etimadını doğrultmayaraq heç aksiyanın təyin edildiyi yerin yarısını belə doldurmağa gücləri çatmadı. Təsadüfi deyil ki, mitinq zamanı Əli Kərimli, Nurəddin Məmmədli və digər çıxışçılar aksiyaya az adam qoşulmasından məyusluqlarını gizlədə bilmədilər. Hətta mitinq boyunca oradakı azsaylı adamlara bir yerə toplaşmaq və pərakəndə durmamaq haqqında çağırışlar edilirdi ki, foto və videoçəkilişlərdə guya mitinqə gələn adamların çox olması görüntüsü yarada bilsinlər. Amma bu gedişləri də bir nəticə vermədi. Əksinə, aksiya başlayandan 10-15 dəqiqə sonra mitinq iştirakçıları ərazini tərk etməyə başladılar. Əli Kərimlinin çıxışı zamanı bu, daha intensiv xarakter aldı. Əli Kərimli mitinqə biganəliyi prosesin başlanğıc mərhələdə olması ilə əlaqələndirsə də, əslində həqiqətin nədən ibarət olduğunu o özü də yaxşı bilir - sadəcə olaraq Azərbaycan xalqı “Milli şura”nın timsalında radikal müxalifət partiyalarına “yox” deyir. Ona görə də, bu radikal ünsürlərin hər hansı bir tədbiri cəmiyyətimiz üçün heç bir əhəmiyyət və maraq kəsb etmir. İctimaiyyətin sözügedən mitinqə də laqeyd münasibəti təşkilatçıları o qədər pəjmürdə salıb ki, onların cəmiyyətə qarşı açıq aqressiyası mitinq zamanı özünü bir daha göstərdi. N.Məmmədli mitinqə biganə qalanları cəhənnəmlə hədələdiyi halda, tədbirin aparıcısı İlham Hüseyn mitinqi rədd edən ziyalıları təhqir etdi. Əslində isə onlar ağı qaradan, yaxşını pisdən seçməyi bacaran, dövlətçiliyə sədaqət nümayiş etdirən, dağıdıcı, milli maraqlarımıza qarşı fəaliyyəti özlərinin başlıca məqsədi elan etmiş qüvvələrə qarşı sanballı cavab verən Azərbaycan xalqına minnətdarlıq etməlidirlər.
Cəmil Həsənli sədri olduğu şuranın mitinqini “iqnor” etdi
Mitinqdə diqqət çəkən başqa bir məqam isə qondarma şuranın sədri Cəmil Həsənlinin bu toplantıda iştirakdan imtina etməsi idi. Əlbəttə, C.Həsənlinin sədri olduğu təşkilatın mitinqini “iqnor” etməsi Ə.Kərimli və tərəfdarları tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bununla bağlı bəzi müzakirələrin və “Milli şura” sədrinin ünvanına səslənən sərt ifadələrin də şahidi olduq. Onun bu addımının səbəbləri ilə bağlı müxtəlif fikirlər irəli sürülsə də, məlumata görə, C.Həsənlinin mitinqdə iştirakdan imtinası Əli Kərimli ilə arasında yaranmış ziddiyyətlə bağlıdır. Mitinq ərəfəsində AXCP sədri bu haqda məlumatların mediada yer almaması və mümkün qədər gizlədilməsinə çalışsa da, o, cidanı çuvalda saxlamağı bacarmadı.
“Milli şura”çılar Taleh Bağırzadənin terrorçu tərəfdarlarının ümidinə qalıb
Təəssüf ki, xalqın haqlı və adekvat münasibətindən nəticə çıxarıb öz fəaliyyətlərinə çəki-düzən vermək əvəzinə, uğursuzluqlarını ört-basdır etmək yolunu tutan, bunun üçün isə min bir hiylə-fəsada əl atan “Milli şura”çılar mitinqdə də öz amplualarına sadiq qaldılar. Belə ki, mitinqin təşkilatçıları boş qalmış meydanı Taleh Bağırzadənin terrorçu tərəfdarlarını, islamçıları aksiyaya cəlb etməklə doldurmağa çalışdılar. Eyni zamanda, mitinqdə çıxış edən hər kəs sözə terrorçu dəstə başçısı Taleh Bağırzadəyə və onun tərəfdarlarına “salam göndərməklə”, onlara açıq şəkildə dəstək ifadə etməklə başladı. Hətta Əli Kərimli mitinqin sonundakı çıxışında dəfələrlə bu terrorçu dəstənin başçısının və üzvlərinin ünvanına xoş sözlər səsləndirdi. Əslində, AXCP sədrinin terrorçulara açıq şəkildə dəstək ifadə etməsi yenilik deyil. Bu günə qədər onun və yaxın ətrafının terrorçulara məhəbbəti ilə bağlı mediada çoxlu sayda məlumatlar yer alıb. Bəhs edilən mitinqdə isə Ə.Kərimli bu mərəzini təkrarladı. Bu isə həm də onu göstərir ki, siyasi cəhətdən tükənmiş, faktiki olaraq heç bir ictimai nüfuzu olmayan Əli Kərimli və onun təmsil olunduğu siyasi birliklər terrorçuların ümidinə qalıb.
Mitinqə ayrılmış vəsaitin əsaslı hissəsi AXCP sədri Ə.Kərimli tərəfindən mənimsənilib
Üzərində durulmalı olan başqa bir fakt isə mitinqə ayrılmış vəsaitin, daha doğrusu, Qərbdəki bəzi dairələrin bu mitinqin təşkil olunması üçün ayırdıqları maliyyənin xərclənməsi ilə bağlıdır. Bilirik ki, Əli Kərimli və ətrafının bu mitinq cəhdindən yeganə məqsədləri Qərbdəki bəzi dairələrə yarınmaq, onlardan aldıqları pulun “haqqını vermək” idi. Qeyd etdiyimiz kimi, onlar bu etimadı doğrultmadılar və indi bu pulların hesabını verməlidirlər. Amma əldə olunan məlumatlar göstərir ki, Kərimli heç də hesablaşmaq niyyətində deyil. Çünki o, mitinqə ayrılmış vəsaitin əsaslı hissəsini mənimsəyib. Hətta mitinqə adam cəlb etmək üçün bölgələrə ayrılan vəsait ünvanına çatmayıb. Buna görədir ki, AXCP sədri heç mitinq başa çatmamış növbəti bir mitinq keçirmək “arzusunu” dilə gətirdi. Yəqin ki, o, pul verənlərə demək istəyir ki, bu dəfə alınmadısa da, şansını növbəti dəfə sınamağa ona icazə versinlər. Bu arada da Ə.Kərimli vaxt qazanaraq yeni bəhanələr istehsalı ilə məşğul olsun...
Bu mitinq cəhdi radikalların iddialarını alt-üst etdi
Beləliklə, “Milli şura”nın mitinqi radikal siyasi qrupların növbəti iflası ilə yekunlaşdı. Bu mitinq müxalifətin “xalqın müxalifəti dəstəkləməsi”, “hakimiyyəti istəməməsi” və s. kimi iddialarını alt-üst etdi. Bu aksiya cəhdi həmçinin radikal müxalifətin xalq tərəfindən qəbul edilmədiyini, insanların “Milli şura” ideoloqlarının iddialarına qeyri-ciddi yanaşdıqlarını açıq göstərdi. Əgər “Milli şura”da təmsil olunanlar özlərinə hörmət hissini azacıq da olsa, qoruyub saxlayırlarsa bir də belə cəhdlərlə gündəmə gəlməyə çalışmazlar. Yox, əgər onlar Qərbdəki konkret dairələrdən yenə də pul qoparmaq üçün bu addımı atmaq sevdasına düşəcəklərsə, onda aqibətləri bir neçə gün əvvəlkindən fərqlənməyəcək.

 
  • Oxunub:  14430  |  
  • Tarix:  15-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA