Ana səhifə »  Müəlliflər »  Xarici radiostansiyaların Azərbaycan redaksiyalarının “demokratiya” imitasiyası
A+   Yenilə  A-
Xarici radiostansiyaların Azərbaycan redaksiyalarının “demokratiya” imitasiyası
Yazdı: Aqşin Şahinoğlu

Yaxud “Azadlıq”, “Amerikanın səsi” radiolarının və “BBC-Azərbaycanca”nın internet resurslarının və sosial şəbəkələrdəki səhifələrinin qapıları dövlətin maraqlarını müdafiə edən şərhlərin üzünə niyə bağlanıb?
Söz və məlumat azadlığı, fikir plüralizmi müasir cəmiyyətlərin inkişafının əsas parametrlərindən birini təşkil edir. Azərbaycan da demokratik norma və prinsipləri mənimsəmiş bir dövlət olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını konstitusion norma olaraq təmin edir. Ölkəmizdə bütün kütləvi informasiya vasitələri, o cümlədən mətbuat üzərində dövlət senzurası qadağan olunub. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycanda kifayət qədər rəngarəng media mühiti formalaşıb, müxtəlif siyasi təmayüllü mətbuat orqanları fəaliyyət göstərir, internet tam azaddır. Amma çox təəssüf ki, bəzi kütləvi informasiya vasitələri yaradılan bu şəraitdən sui-istifadə edir. Onlar qərəzsiz və dolğun informasiya ötürülməsi, ictimai rəyin düzgün əsaslarda formalaşdırılması kimi vəzifələri bir kənara qoyaraq Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı birtərəfli və çirkin əks-təbliğat aparırlar. Bir sıra beynəlxalq media qurumlarının Azərbaycan redaksiyaları bu işdə xüsusilə fərqlənirlər.
“Azadlıq”, “Amerikanın səsi” radioları və “BBC-Azərbaycanca” dövlətimizi hədəf alan “qara piar”la məşğuldur
“Azadlıq”, “Amerikanın səsi” radioları, “BBC” kimi beynəlxalq media qurumlarının Azərbaycan redaksiyalarının fəaliyyəti ilə bağlı ictimaiyyətdə ciddi narazılıqların olduğu heç kəsə sirr deyil. Bu qurumlar birmənalı olaraq Azərbaycan dövlətinə qarşı təbliğatda əsas informasiya ruporu rolunu oynayırlar. Hər fürsətdə demokratiyadan, ifadə azadlığından, fərqli fikrə dözümlü münasibətdən dəm vuran sözügedən KİV-lər özləri bu prinsiplərlə daban-dabana zidd fəaliyyət sərgiləyirlər. Belə ki, “Azadlıq” radiosu, “Amerikanın səsi” və “BBC” bir tərəfdən Qərb dəyərlərini dillərində əzbər edib guya demokratik norma və prinsiplərə söykənən fəaliyyətlə məşğul olduqlarını iddia edir, digər tərəfdən isə qərəzli və birtərəfli yayımla, Azərbaycan dövlətini və hakimiyyətini hədəf alan “qara piar”la məşğul olurlar. Təbii ki, xalqın gözü tərəzidir və cəmiyyətimiz bu media qurumlarının riyakarlığının fərqindədir. Ona görə də ictimaiyyətin bir çox nümayəndələri müxtəlif platformalarda sözügedən KİV-lərə qarşı öz etirazlarını bildirirlər. Amma onlar nəinki ictimai qınaqdan nəticə çıxarmırlar, əksinə, ölkənin sağlam, dövlətini və xalqını sevən gənclərinin bu media qurumlarına çıxış imkanlarını, öz fikirlərini ifadə etmələrini müxtəlif vasitələrlə məhdudlaşdırırlar. Bunu onların internet saytlarına və sosial şəbəkələrdəki səhifələrinə qısa bir nəzər yetirməklə də görmək mümkündür. Hətta artıq iş o yerə çatıb ki, bu media qrupları özlərinin ideoloji tezisləri ilə uyğunlaşmayan ən kiçik fikri belə filtrdən ötürmürlər. Şəxsən mən özüm bir neçə dəfə hər hansı xəbərlə bağlı “Azadlıq”, “Amerikanın səsi” radiolarının Azərbaycan redaksiyalarının və “BBC-Azərbaycanca”nın sosial şəbəkələrdəki səhifələrində şərh yazmaq istəmişəm. Amma yazdığım şərh dərhal silinib, profilim isə əbədi “bloklanıb”...
Ötən həftənin sonlarında özümün “facebook” sosial şəbəkəsindəki səhifəmdə sözügedən məsələ ilə bağlı şərh yazıb orada şikayətimi ifadə etmişəm (https://www.facebook.com/aqshin.shahinoglu/posts/1075844885786256?comment_id=1075928352444576&notif_t=feed_comment&notif_id=1472212850571685) (şəkil 1).
Aradan keçən müddətdə sözügedən “status”un altına yazılan çoxsaylı şərhlərdən aydın görünür ki, bu KİV-lərin “bloklama” siyasətinin, fərqli fikrə qarşı aqressiv münasibətinin yeganə “qurban”ı mən olmamışam, yüzlərlə insan onların antidemokratik fəaliyyətilə üzləşib. Bütün bunlar isə bir daha göstərir ki, bu media qurumları üçün demokratik norma və prinsiplər, fikir plüralizmi, söz azadlığı kimi dəyərlər, sadəcə, fəaliyyət proqramında yer alan söz toplusundan başqa bir şey deyil. İş görməyə gələndə isə onlar hətta ən ümdə prinsipləri belə tapdalamağa qadirdirlər.
“Azadlıq” radiosunda xalqı və hakimiyyəti təhqir etmək azaddır?
Yazı hazırlanarkən obyektivlik naminə qarşı tərəfin də qeyd olunanlara münasibətini öyrənməyə çalışdıq. Bəri başdan deyək ki, həftə boyu “Azadlıq” radiosundan başqa digər iki radionun Azərbaycan redaksiyalarından məsələyə münasibət öyrənmək mümkün olmadı. Əvvəlcə suallarımızı yazılı təqdim etdikdən sonra cavab verəcəklərini desələr də, onlardan bir səs çıxmadı. Yazılı ünvanladığımız suallar hələ də cavabsız qalır. Əslində, bu sualların cavabları bizə yaxşı məlumdur. Onlar özləri də dəqiq bilirlər ki, sosial şəbəkələrdəki səhifələrində və internet saytlarında dövlətin və xalqımızın maraqlarını müdafiə edən istənilən post və şərh silinir, şərh müəllifləri isə “bloklanır”. “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının İlkin Məmmədovun imzası ilə bizə göndərdiyi bir səhifəlik cavabda isə həm etiraf, həm də məsələləri sapdırmağa cəhd var. Biz də radionun cavab məktubundakı fikirləri heç bir redaktə etmədən, nöqtə-vergülünə toxunmadan təqdim edirik. Radionun əməkdaşı yazır: “Bizim “facebook” və ya başqa sosial media səhiməzələrimizdə şərhlərlə bağlı moderasiyamız post-faktum həyata keçirir. Mətnində açıq və ya qapalı mətnlə təhqir, qızışdırıcılıq, çağırış, pornoqrafik içərik, dini-irqi-milli və ya hər hansı başqa zəmində ayrıseçkilik, qanunsuz materialların yerləşdirilməsinə imkan vermirik. Şərhlərdə linklərin içəriyindəki contentin yerləşdirildiyi zaman bir, sonra isə dəyişdirilərək başqa bir contentlə əvəzlənməsi ehtimalını nəzərə alaraq hər hansı kənar resurlara aparan linkləri də çap etmirik”.
Əlbəttə, çox istərdik ki, radionun bizim sualımıza cavabında qeyd etdikləri reallıqda da əksini tapsın. Amma müşahidələrimiz və ortada olan faktlar tamam başqa şey deyir. Reallıq ondan ibarətdir ki, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının saytında və sosial şəbəkələrdəki səhifələrində Azərbaycan dövlətini və hakimiyyətini müdafiə edən şərhlər yazıldıqda radionun əməkdaşları dərhal onları silir, həmin istifadəçini isə “bloklayırlar”. Dövlətin və xalqın ünvanına açıq mətnlə təhqirlər yağdıran şərhlər isə “göz bəbəyi” kimi qorunur. Sadaladığımız məqamlarla bağlı kifayət qədər şərhlər mövcuddur və etika naminə onları bu yazıda yerləşdirmək istəmirik. Amma radionun əməkdaşları əksini iddia etsələr, bununla bağlı müvafiq “skreenshot”ları təqdim edə bilərik. Deməli, belə çıxır ki, “Azadlıq” radiosunun səhifələrində hakimiyyəti təhqir etmək azad və sərbəst, onu müdafiə etmək isə qadağandır.
Radionun “Əsas problem yaradan adətən trollardır ki, eyni anda 100-lərlə təhqirli mesaj və ya şərh yazaraq görüntü kirliliyinə nail olmaq istəkləri ilə də texniki olaraq ancaq “ban” etməklə mübarizə apara bilirik” cavabı da həqiqətdən uzaq və qeyri-səmimidir. Çünki yazıda təqdim edəcəyimiz faktlardan da görünür ki, saytın “troll” kimi təqdim etməyə çalışdığı profillər, əslində, real profillərdir və onların məqsədi heç də “görüntü kirliliyi yaratmaq” deyil. Silinən şərhlərdə yalnız vətəndaş mövqeyi əksini tapıb. Əsl trollar isə nə “ban” olunur, nə də onların şərhləri silinir. Əksinə, Qərbdəki bəzi dairələrin və onların Azərbaycandakı əlaltılarının maraqlarına xidmət edən trollar radionun əziz qonaqları kimi başda yer alırlar. Hətta ehtimal ki, bu trolların sırasında radiodan əməkhaqqı, qonorar alanlar da var...
Onlarla şikayət və bir sual - budurmu söz azadlığı, demokratiya?
İndi isə “Azadlıq” radiosunun “troll” adlandırdığı, guya “görüntü kirliliyi yaratdıqlarını” iddia etdiyi şərh və “status”lara, real profillərə nəzər salaq. Bəri başdan deyək ki, bununla bağlı müraciət edənlər o qədər çoxdur ki, onların hamısını bir yazıda yerləşdirmək faktiki olaraq mümkün deyil. Ona görə də bu şərhlər içərisindən, sadəcə, bir neçəsini seçib təqdim edirik ki, ümumi mənzərə aydın görünsün.
Məsələn, jurnalist Fidan Afər yazır: “Bu özlərini medianın demokratik kapitanları hesab edən saytların facebook səhifəsinə düşündüyüm fikri yazmışam. Və inan ki, elə anında şərhimi silib və məni blok ediblər. Özüm təəccübləndim ki, ay balam, axşama kimi demokratiyadan dəm vuran bunlar deyilmi?! İndi mən nə yazdım ki, məni blok edirlər? Deməli, sonra anladım ki, bunlar ancaq tərifə açıqdır. Tənqid və ya başqa fikir bunların xəyallarını puç edir. Heç olmasa, onda demokratiyanı əlinizdə bayraq etməyin də. Axı sizin demokratiyanın heç “d”sindən də xəbəriniz yoxdur” (şəkil 2).
Fəal gənc Elmar Məmmədovun da şikayəti təxminən eynidir. Yeri gəlmişkən, E.Məmmədov fikrini təsdiq etmək üçün bizə fakt olaraq “skreenshot” da təqdim edir: “Bu cür halla mən də rastlaşmışam, bu da sübutu, bu xəbərə şərh yazmışdım, həm saytda, həm də “facebook” səhifəsində. Saytında şərhim yayımlanmayıb, səhifəsində isə, gördüyünüz kimi, “blok” olunmuşam. Budurmu söz azadlığı, demokratiya?!” (şəkil 3).
Həsən Hüseynzadə də bu media qurumlarının “blokladığı” gənclərdən biridir: “Mən də bu kimi hallarla dəfələrlə rastlaşmışam. Birbaşa xarici dairələrdən maliyyələşən və ən başlıca məqsədləri Azərbaycanın son dövrlərdə qazandığı saysız-hesabsız uğurlara qara yaxmaq olan bu kimi saytlar və səhifələrdə onların iç üzünü açaraq sübutlarla çıxış edən kimi şərhləri silir və blok edirlər. Real insanlarla müzakirələrdən qorxan bu kimi səhifələr özlərinə ən rahat yolu (blok etməyi) seçiblər” (şəkil 4).
Abbas Pənahov isə yazır: “Mənim şərhlərimə çox layk gəldiyi və onların fikirlərinə kontr-arqumentlər olduğu üçün hər üç saytda şərh yeri dondurulub” (şəkil 5).
Namiq Murad adlı sosial şəbəkə istifadəçisi də sözügedən “status”a yazdığı şərhdə eyni aqibətlə üzləşdiyini bildirir: “Bu cür hallarla mən çox rastlaşmışam. Demokratiya, söz azadlığından danışanlar blok etmək, yazılan fikirləri silməklə, əslində, öz simalarını bir daha ortaya çıxarırlar” (şəkil 6).
Abbas Əliyev adlı vətəndaş isə 1 ildən çoxdur bütün bu qəbildən olan səhifələrdə bloklandığını yazıb: “Artıq 1 ildən çoxdur ki, bütün müxalifət səhifələri məni bloklayır... Bunların da demokratiya anlayışı bu olsa gərək”... (şəkil 7).
Zeynəb Nağıyevanın məsələyə yanaşması bir qədər fərqlidir. O, özünün bloklanmasını belə izah edir: “Əli Kərimlinin reklamı ilə məşğul olan “Amerikanın səsi” sadə vətəndaşların şərhindən qorxur. Öz ölkəsindən öyrənib də “demokratiya” prinsiplərini. Məni də blok ediblər” (şəkil 8).
“Görəsən, Əli Kərimlinin söyüş, təhqir yazanlarının şərhləri niyə silinmir?”
Aydan Abdulbağıyeva adlı sosial şəbəkə istifadəçisi “BBC-Azərbaycanca”nın “facebook”dakı səhifəsinə Əli Kərimli ilə bağlı xəbərə yazdığı şərhə görə “blok”a məruz qaldığını deyir: “BBC Azərbaycanca-BBC Azeri” “facebook” səhifəsində hal-hazırda blokdayam. Səbəb isə Əli Kərimlinin müsahibəsinə yazdığım şərhdir. Şərhdə nə təhqir, nə də söyüşdən istifadə etmədiyim halda şərhim silinir. Niyə? Görəsən, Əli Kərimlinin həmin statusa söyüş, təhqir yazanlarının şərhləri niyə silinmir? Bütün bu səhifələr hamısı eyni yerdən idarə olunub maliyyələşdiyi üçün tapşırığı da eyni alırlar” (şəkil 9).
Camal Ağarzayev də yazır: “Mənim real profillərimi dəfələrlə “Amerikanın səsi”, “Azadlıq” radiosu, “BBC-Azərbaycanca” “facebook” səhifələri blok edib” (şəkil 10).
Tural Nəcəfov adlı istifadəçi isə şərhində “Azadlığ”ın Azərbaycan redaksiyasının təmsilçisi ilə yazışmasını və radionun cavabını yerləşdirib. Bu cavabda da şərhlərin silinməsinin səbəbləri öz əksini tapmayıb, müxtəlif manevrlərlə suallardan yayınmağa çalışılıb (şəkil 11).
Sadalananlardan başqa, Cəmilə Şirinova, Seymur Həsənov, Rza Umud, Cavad Əliyev, Xaqan Bəkirov, Alik Nərimanov, Eldarxan Quluzadə, Kəmalə Məmmədli, Loğman Əliyev, Gülgün Natiq, Elvin Mənsimov, Baba Əliyev, Lamiyə Məcidova, Rüstəm Sadiq və digər profil sahibləri də bu media qurumlarının ifadə azadlığına, fikir plüralizminə münasibətinin canlı şahidləridir.
Belə primitiv metod və üsullarla Azərbaycanda ictimai rəyi çaşdırmaq mümkün deyil
Beləliklə, yuxarıda təqdim etdiyimiz şərhlərdən də aydın göründüyü kimi, sözügedən radioların Azərbaycan redaksiyalarının bu antidemokratik davranışlarına bəraət qazandırmaq üçün irəli sürdükləri arqumentlər bəri başdan çürükdür. Onların “troll”, “fake profil” adlandırdığı “facebook” istifadəçilərinin hamısı, əslində, müxtəlif sahələrdə çalışan və siyasi proseslərdən məlumatlı olan ölkə vətəndaşlarıdır. Bu KİV təmsilçilərini qane etməyən məsələ həmin şəxslərin ayıq-sayıqlığı, proseslərə düzgün yanaşmaları, xarici media qruplarının apardıqları zərərli təbliğatın təsiri altına düşməmələridir. Bu isə adıçəkilən qurumların və onların fəaliyyətini yönləndirən mərkəzlərin maraqlarına cavab vermədiyindən, onlar ən qəbulolunmaz üsullara belə baş vururlar. Nəticədə itirən yenə də özləri olurlar. Çünki belə primitiv metod və üsullarla Azərbaycanda ictimai rəyi çaşdırmaq mümkün deyil. Cəmiyyətin bunlardan yeganə gözləntisi doğru, düzgün, qərəzsiz informasiya fəaliyyəti ilə məşğul olmalarıdır. Bu, hər kəsdən əvvəl elə onların özlərinə lazım olmalıdır.
Kim kimə müəllimlik edir?
Ötən yazılarımızda AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Azadlıq” qəzetinin şərh bölməsinin bağlanması, həmin qəzetin və Kərimlinin özünün sosial şəbəkələrdəki səhifələrində isə şərhlərin silinməsi, profillərin “bloklanması” haqqında məlumat vermişdik. “Azadlıq” qəzeti yazıdakı faktları etiraf etsə də, bu addımı nə üçün atdığını ciddi arqumentlərlə əsaslandıra bilməmiş, irəli sürdüyü absurd iddialarla özünü ifşa etmişdi. Aradan xeyli vaxt keçsə də, nə qəzetin, nə də AXCP sədrinin sosial şəbəkələrdəki səhifələrində “filtrləmə” ilə bağlı vəziyyət nəinki yaxşılığa doğru dəyişib, əksinə, bu səhifələr Kərimlinin “troll”larının təhqir və söyüş meydanına çevrilib. Hazırda isə AXCP sədrinin yolunu onun faktiki rəhbərlik etdiyi qondarma “Milli şura”nın üzvləri davam etdirirlər. Son zamanlar yazdığı “status” və “post”larda nəinki iqtidarı, həm də Azərbaycan xalqını təhqir etməyə verdiş etmiş Gültəkin Hacıbəyli liderinin yerişini yeriməyə çalışır. O da Əli Kərimli kimi sosial şəbəkələrdəki səhifələrində özünə qarşı ünvanlanan qınaq və tənqidləri, xalqı təhqir etməsinə görə iradları dərhal silir, öz fikirlərinə əks münasibət göstərən profilləri isə bloklayır. Eyni mənzərə son günlər “Milli şura”nın formal sədri Cəmil Həsənlinin səhifəsində də müşahidə olunur. C.Həsənli özünün yalan və böhtan dolu “status”larına əks fikirlər səsləndirən profilləri birdəfəlik “bloklama” yolunu tutub.
İndi isə maraqlı bir sual meydana çıxır: fərqli fikrə, ifadə azadlığına qarşı bu cür aqressiv münasibəti xarici radiostansiyaların Azərbaycan redaksiyaları Əli Kərimli və onun başının dəstəsindən öyrənib, ya əksinə? Yoxsa hamısının müəllimi eynidir?

 
  • Oxunub:  16110  |  
  • Tarix:  06-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

21 Oktyabr 21:12
Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21 Oktyabr 20:41
Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21 Oktyabr 20:22
Dövlət Miqrasiya Xidmətində “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi” təliminin açılışı olub
21 Oktyabr 20:19
Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah
21 Oktyabr 20:06
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Braziliyada ağacəkmə mərasimi keçirilib
21 Oktyabr 20:03
Şahin Mustafayev: Bu il sənaye məhəllələrində 650-dən çox iş yeri açılıb
21 Oktyabr 19:59
Hüseynbala Mirələmov: Ölkədə qarşıdurma yaratmaq istəyən qaragüruha çirkin niyyətlərini reallaşdırmağa əsla imkan verilməyəcək
21 Oktyabr 19:55
Səfir: Azərbaycan Türkiyə Ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarını hər zaman dəstəkləyib
21 Oktyabr 19:53
YAP-ın Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə N saylı hərbi hissəsində 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib
21 Oktyabr 19:48
Vüqar Rəhimzadə: Anti-Azərbaycan dairələrin əlində alətə çevrilən «Milli Şura»nın və AXCP-nin əsas məqsədi dövlət müstəqilliyimizə xələl gətirməkdir
21 Oktyabr 17:28
Bakı Metropoliteni daha 60 yeni nəsil vaqonları alacaq
21 Oktyabr 17:19
“Azərbaycan energetikası” filmi və kitabının təqdimatı olub
21 Oktyabr 17:15
Avropa ölkələrində mitinq iştirakçılarına qarşı polis tərəfindən tətbiq olunan şiddət nümunələri – FOTO
21 Oktyabr 16:47
NATO kontr-admiralı: Azərbaycan hərbi qulluqçularının peşəkarlıq səviyyəsi onların güclü olduğundan xəbər verir
21 Oktyabr 16:29
Pakistan Azərbaycanın idman sahəsindəki təcrübəsindən yararlanmaq istəyir
21 Oktyabr 16:23
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2 milyon 400 mindən çox xarici vətəndaş gəlib
21 Oktyabr 16:20
“Yun tədarükündə mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
21 Oktyabr 16:16
Azərbaycan Gürcüstanın ixracda ikinci əsas tərəfdaşıdır
21 Oktyabr 16:09
Cari ilin doqquz ayında mehmanxanaların gəlirləri 16,7 faiz artıb
21 Oktyabr 16:07
Baş Prokurorluq oktyabrın 19-da keçirilmiş qanunsuz aksiya ilə bağlı məlumat yayıb
21 Oktyabr 15:50
Əli Əhmədov: 19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur
21 Oktyabr 15:46
Dövlət başçısının tapşırıqlarının icrasına dair İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib
21 Oktyabr 15:44
Səməd Seyidov: Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir
21 Oktyabr 15:37
Əli Hüseynli: Hüquq-mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar
21 Oktyabr 15:32
Əli Əhmədov: Qanunsuz aksiyanı təşkil edənlər xaricdən idarə olunur
21 Oktyabr 15:23
Ölkənin təhsil sisteminin göstəriciləri yüksəlib
21 Oktyabr 15:15
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində toplantı keçirilib
21 Oktyabr 15:09
21 oktyabr 1987-ci il: Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan ssenarilərinin işə düşməsi
21 Oktyabr 14:51
ADU ilə ELTE Universiteti arasında əlaqələrin qurulması barədə müzakirələr aparılıb
21 Oktyabr 14:45
Dövlət Müstəqilliyi Günü Heydər Əliyev Sarayında konsert proqramı ilə qeyd edilib
21 Oktyabr 14:34
Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində Azərbaycan-Türkiyə təcrübə mübadiləsi aparılır
21 Oktyabr 14:14
Şahin İsmayılov: Radikal müxalifətin qanunsuz aksiyası “fləşmob”dan başqa bir şey deyildi
21 Oktyabr 13:53
Oleq Kuznetsov: Qaregin Njdenin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var
21 Oktyabr 13:51
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu” mövzusunda simpozium keçirilir
21 Oktyabr 13:15
Əli Əhmədov: Belə qanunsuz aksiyaların məqsədi ölkəmizdəki sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır
21 Oktyabr 13:02
Mikro və kiçik sahibkarlar “BakuBuild 2019” sərgisində iştirak edəcəklər
21 Oktyabr 12:33
KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürülücək təşəbbüsləri dəstəkləməyə hazırdır
21 Oktyabr 12:15
UNEC-in rektoru tələbə və əməkdaşların müraciətlərini dinləyib
21 Oktyabr 12:11
Hava nəqliyyatı ilə sərnişindaşıma 10 faiz artıb
21 Oktyabr 12:09
Çində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib
21 Oktyabr 11:47
Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
21 Oktyabr 11:42
Azərbaycan Milli Məclisinin Sədri Yaponiyaya səfərə gedib
21 Oktyabr 11:34
Ramin İsayev: Türk Şurasının Bakı Zirvəsi milli şirkətlərin beynəlxalq inteqrasiyası üçün əsaslı stimul verdi
21 Oktyabr 11:27
Elçin Quliyev: Xalqla dövlət arasında olan inama, etibara heç bir qüvvə mane ola bilməyəcək
21 Oktyabr 11:24
Əli Vəhdəti: Azərbaycanda innovasiya və yeni texnologiyaların inkişafına geni imkanlar yaradılıb
21 Oktyabr 11:22
“Jewish News Syndicate”: Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman münasibətlərinin parlaq nümunəsidir
21 Oktyabr 11:19
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
21 Oktyabr 10:57
Nazir: Məqsədimiz milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir
21 Oktyabr 10:55
İndoneziya Prezidenti Coko Vidodonun inaqurasiya mərasimində Azərbaycan da təmsil olunub
21 Oktyabr 10:53
Qoşunların təmas xətti yenidən monitorinq ediləcək
21 Oktyabr 10:48
Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi
21 Oktyabr 10:47
II “Bakı Elektron Ticarət Forumu” işə başlayıb
21 Oktyabr 10:34
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib
21 Oktyabr 10:02
Qrant gəmiricilərinin " payız hesabatı " iflasa uğradı
21 Oktyabr 09:59
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21 Oktyabr 09:44
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub
21 Oktyabr 09:07
Cocuq Mərcanlı kəndində “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib
21 Oktyabr 09:06
Özbəkistanda keçirilən Beynəlxalq İnvestisiya Forumunda ölkəmiz də təmsil olunub
21 Oktyabr 08:45
Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq
21 Oktyabr 08:42
Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub
21 Oktyabr 08:36
Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub
20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA