Ana səhifə »  Müəlliflər »  Radikal düşərgənin “birlik” oyunu başlamadan bitdi
A+   Yenilə  A-
Radikal düşərgənin “birlik” oyunu başlamadan bitdi
Yazdı: Pərviz Sadayoğlu

Yaxud faktiki mövcud olmayan “Müsavat” və AXCP anti-azərbaycançı mərkəzlərin pulunu mənimsəməyə çalışırlar
Ölkəmizdə hər hansı bir siyasi aktivlik yaşanan zaman radikal müxalifət düşərgəsinə daxil olan partiyalarda “ölü sükut” pozulur və süni canlanma yaradılır. Heç şübhəsiz, bu “canlanma”nın arxasında birmənalı şəkildə bəzi xarici mərkəzlərin həmin radikal zümrəyə təklif etdiyi ianələr dayanır. Belə demək mümkündürsə, sözügedən “canlanma” əslində milli maraqların satılması üçün növbəti mərhələ sayılır. 
Məhz bu kontekstdə sentyabrın 26-da ölkəmizdə keçiriləcək referendumla bağlı radikal düşərgə daxilində yenidən anlaşılmaz proseslər yaşanmaqdadır. Belə ki, mətbuatda yayılan məlumata görə, bir müddət öncə Müsavat Partiyasının sədri Arif Hacılı AXCP sədri Əli Kərimli ilə görüşüb və birgə təşviqat qrupu yaratmağı təklif edib. Əli Kərimli birgə təşviqat qrupunun yaradılmasına razı olduğunu deyərək bəzi ilkin şərtlər irəli sürüb. Görüşdən iki gün sonra isə Əli Kərimlinin Arif Hacılı ilə ilkin razılaşmaya əməl etmədiyi məlum olub. Ə.Kərimli “Müsavat” sədrinə birgə təşviqat qrupu yaratmağın mümkün olmadığını bildirib. Əli Kərimlinin Arif Hacılının təklifinə “yox” deməsinə səbəb isə qondarma “Milli şura”nın etirazı olub. İddia edilir ki, qondarma şura üzvləri “Müsavat”la birgə olmağa razılaşmayıblar. 
Əslində, burada qeyri-adi heç nə yoxdur. O mənada ki, radikal düşərgə təmsilçilərinin yenidən yalançı birlik oyunlarına müraciət etmələrinin arxasında bir sıra məqamlar dayanır. Məsələn, Arif Hacılının saxta seçkilərlə “Müsavat”ın sədrlik kürsüsünü zəbt etməsindən sonra bu partiyada kütləvi istefalar baş verdi. Eyni zamanda, Qubad İbadoğlunun tərəfdarlarının ardından Tural Abbaslının rəhbərlik etdiyi fraksiyanın da bu qurumdan istefa verməsi Arif Hacılını çıxılmaz vəziyyətə salıb. Nəzərə alsaq ki, son günlərdə bu partiyada yeni istefa dalğası yaşanıb və bir sıra partiya üzvləri təşkilatdan çıxdıqlarını bəyan ediblər, artıq anti-azərbaycançı mərkəzlər A.Hacılının başçılıq etdiyi “Müsavat”ın hər hansı bir uğur qazana bilmə ehtimalına inanmırlar. Lakin A.Hacılı “gözdən pərdə asmaqla”, eləcə də “Müsavat”ın güclü olduğunu iddia etməklə həmin xarici mərkəzlərdən pul qopartmaq niyyətindədir. Bunun nəticəsidir ki, o, özünə müttəfiq axtarışına çıxıb və ilk müraciət etdiyi ünvan da illərdir düşmən mövqedə olduqları AXCP-dir. Vurğulayaq ki, sıravi müsavatçılar da birmənalı olaraq AXCP ilə hər hansı birliyin yaranmasına qarşıdırlar, sadəcə olaraq indiki məqamda Arif Hacılı bu birlik imitasiyası vasitəsilə pul qazanmaqdan başqa heç nə düşünmür. Digər tərəfdən, Arif Hacılı bu təklifi ilə özünü sığortalamış olur. Yəni mən təklif etdim, “yox” deyən qarşı tərəf oldu...
Elə Əli Kərimlinin ilkin mərhələdə Arif Hacılıya “hə” deməsinin arxasında da oxşar səbəblər dayanır. Belə ki, Razi Nurullayevin rəhbərliyi ilə AXCP-nin yeni Etimad Qurultayının keçirilməsi, bu partiyanın bir sıra rayon təşkilatının Ə.Kərimliyə etiraz edərək ondan ayrılması həmin təşkilatda da analoji vəziyyət yaradıb. Məhdud bir dəstəyə “sədrlik” edən Ə.Kərimli sadəcə sosial şəbəkələrdə və nəzarətində olan qəzetdə “partiya sədri” vəzifəsini daşıyır desək, yanılmarıq. Bu baxımdan, Ə.Kərimli də bu, birlik, oyunundan yararlanmaq və hansısa bir mərhələdə düşərgə daxilində hələ də “oturuşmamış sədr” kimi xarakterizə olunan Arif Hacılıya “qapını göstərməyi” düşünürdü. Təbii ki, hər iki tərəfin əsas məqsədi xarici antimilli mərkəzlərdən pul almaqdır. 
O ki qaldı qondarma “Milli şura”nın “Müsavat”la eyni birlikdə təmsilçiliyə etirazına, burada mühüm məqamlar var. Hələ bir müddət öncədən “Müsavat”la hər hansı bir əməkdaşlığa getməyəcəyini bəyan edən Əli Kərimlinin “özəl kooperativ”inə çevrilmiş “Milli şura” digər partiyalarla yaxınlığı belə özünə “artıq xərc” hesab edir. Belə ki, AXCP sədri qondarma “Milli şura”nı “hazır birlik” formatı kimi xarici mərkəzlərə sırımağa niyyətlənib. Hətta bu yolda sonuncu maneələri sayılan şəxsləri də həmin “şura”dan qovmaqla, orada özləri üçün “münbit vəziyyəti” təmin ediblər. Belə demək mümkündürsə, artıq AXCP və “Milli şura” üzvləri eyni adamlardırlar. Sadəcə olaraq, Müsavat Partiyasına fərdi şəkildə “yox” deməklə özünü hədəfə gətirmək istəməyən Ə.Kərimli bu etirazı qondarma “şura”nın dili ilə bildirir. Necə olur ki, dünənə qədər heç bir iclası keçirilməyən qondarma “şura”nın üzvləri belə tezliklə yığılıb “Müsavat”a etiraz etdilər. Təbii ki, bu, mümkün deyil. Yəni Əli Kərimli dünənə qədər hətta hər hansı bir iclasını keçirməyi belə artıq saydığı qondarma qurumun yeni “Koordinasiya şurası”nın əli ilə “şəriklər”ini özündən kənarlaşdırmaq istəyir.
Bir sözlə, kimsəyə sirr deyil ki, istər Arif Hacılı, istərsə də Əli Kərimli yalnız maddi maraqlarının əsirinə çevrilmiş insanlardır. Onların hər hansı qərarının arxasında birmənalı şəkildə maddi maraq dayanır. Amma alınan ianələrin hansı şəkildə bölüşdürüləcəyi məsələsi hər zaman olduğu kimi, bu dəfə də “çətinliklər” törədir. Bu çətinliklər isə “birlik” oyununu başlamadan sonlandırır.

 
  • Oxunub:  20280  |  
  • Tarix:  10-08-2016  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin

08 Aprel 22:34
Tərtər: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri qrafik üzrə aparılır
08 Aprel 22:20
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb
08 Aprel 22:12
Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq
08 Aprel 20:10
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi
08 Aprel 19:24
İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər
08 Aprel 19:15
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib
08 Aprel 19:10
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08 Aprel 18:38
Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib
08 Aprel 18:15
Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb
08 Aprel 18:12
İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək
08 Aprel 18:10
icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb
08 Aprel 18:03
“Total” Azərbaycandakı layihələrə sadiqdir
08 Aprel 17:58
Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi
08 Aprel 17:14
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08 Aprel 16:45
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır
08 Aprel 16:24
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
08 Aprel 16:21
Milli Məclisin sabah keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək
08 Aprel 16:18
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir #EvdəQal, #BizBirlikdəGüclüyük
08 Aprel 15:53
Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər
08 Aprel 15:31
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
08 Aprel 15:00
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08 Aprel 14:37
COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə
08 Aprel 14:16
Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu
08 Aprel 13:52
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08 Aprel 13:07
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı
08 Aprel 12:53
YAP Səbail rayon “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı yardım sovqatı paylayıb
08 Aprel 12:43
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08 Aprel 12:30
Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
08 Aprel 12:26
Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
08 Aprel 12:23
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb
08 Aprel 12:17
Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
08 Aprel 12:15
Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar
08 Aprel 12:13
Malik Həsənov: “Beşinci kolon” indi də koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır
08 Aprel 12:06
Deputat: Məhkumların azad edilməsi ölkəmizdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür
08 Aprel 10:14
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin
08 Aprel 10:02
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
07 Aprel 23:26
Hikmət Babaoğlu: “Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir”
07 Aprel 22:14
COVID-19 pandemiyası dövründə işsiz kimi qeydiyyatda olanlara birdəfəlik ödəmənin verilməsi şərtləri təsdiq edilib
07 Aprel 21:29
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir. #EvdəQal, #BizBirlikdəGüclüyük
07 Aprel 21:24
Koronavirusla mübarizədə həlledici mərhələ başlayıb. #EvdəQal, #BizBirlikdəGüclüyük
07 Aprel 21:00
Azərbaycan Prezidentinin humanist siyasətinin növbəti təzahürü
07 Aprel 20:54
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə növbəti dəfə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı dəstək ifadə edildi
07 Aprel 19:34
Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır
07 Aprel 18:42
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir
07 Aprel 18:40
Çox sevinirəm ki, dövlətimizin başçısı bu cür humanist addım ataraq bizə azadlıq bəxş etdi
07 Aprel 18:38
ÜST ölkələri tibb bacılarının fəaliyyətinə və inkişafına investisiya qoymağa çağırır
07 Aprel 18:22
Azərbaycanda modul tipli 6 xəstəxana quraşdırılacaq – SƏRƏNCAM
07 Aprel 18:21
Adil Əliyev: Əfv Sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır
07 Aprel 18:17
Naftalanda xüsusi karantin müddətində həftəlik onlayn-kouç sessiyaları keçiriləcək
07 Aprel 16:50
Deputat: Əfv Sərəncamı Prezidentin vətəndaşa diqqət və qayğısının daha bir nümunəsidir
07 Aprel 16:48
Vüqar Rəhimzadə: Prezidentin növbəti əfv Sərəncamı böyüklərimizə diqqət və hörmətin bariz nümunəsidir
07 Aprel 16:30
Azərbaycanda yeni koronavirusa daha 76 yoluxma faktı qeydə alınıb, bir nəfər həyatını itirib
07 Aprel 16:22
Ombudsman: Bu addım Prezident İlham Əliyevin insan hüquqlarının müdafiəsinə yönəlmiş siyasətinin daha bir nümunəsidir
07 Aprel 16:17
Yevlaxda keçirilən növbəti videoqəbul zamanı 30 sakinin müraciəti dinlənilib
07 Aprel 16:14
Cəzamızın çəkilməmiş hissəsindən azad edilməyimiz bizi, ailələrimizi çox sevindirdi
07 Aprel 16:02
Azay Quliyev: Prezident İlham Əliyevin əfv sərəncamı hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür
07 Aprel 15:59
Naqif Həmzəyev: Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir
07 Aprel 15:52
Azərbaycan dövləti qlobal pandemiya şəraitində ölkə iqtisadiyyatına xarici mənfi təsirləri azaltmaq üçün zəruri tədbirlər həyata keçirir
07 Aprel 15:10
Bu əfv Sərəncamı Azərbaycan Prezidentinin vətəndaşlarımıza yüksək diqqət və qayğı göstərməsinin daha bir sübutudur
07 Aprel 15:03
Talassemiya xəstəsi olan uşaqlar üçün qanvermə aksiyası keçirilir
07 Aprel 14:43
Vüqar İskəndərov: Əfv Sərəncamı dövlət başçısının humanizm siyasətinin növbəti təzahürü olmaqla yanaşı, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqlədi
07 Aprel 14:12
Siyavuş Novruzov: Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir
07 Aprel 14:06
Bu humanizm aktı koronavirus infeksiyasının yayıldığı hazırkı şəraitdə yaşlı insanlara qayğının növbəti təzahürüdür
07 Aprel 14:04
Siyasi ekspert: Azərbaycan Prezidenti hər bir vətəndaşın sağlamlığını prioritet hesab edir
07 Aprel 13:49
Azərbaycanda istehsal olunan tibbi maskalar gələn həftədən satışa çıxarılacaq
07 Aprel 13:47
Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
07 Aprel 13:41
10 saylı cəzaçəkmə müəssisəsindən 16 məhkum azadlığa buraxılıb
07 Aprel 13:30
Prezident İlham Əliyevin əfvlə bağlı Sərəncam imzalaması əsl humanizm nümunəsidir
07 Aprel 13:26
Bakı polisi: Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq barələrində tədbirlər görülür
07 Aprel 13:21
Musa Quliyev: Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA